İzahlı lüğət

YƏHƏRALTI (ID - 43675)

is. Yəhəri atın belinə bərkidən qayış.

YƏHƏRBURUN (ID - 43676)

sif Bumu yastı. O yandan patron paylayan yəhərburun əsgərin səsi eşidildi. Ə.Əbülhəsən.

YƏHƏRÇƏ (ID - 43677)

is. Balaca yəhər.

YƏHƏR-ƏSBAB (ID - 43678)

top. Yəhər və s. qoşqu ləvazimatı.

YƏHƏRQAŞ (ID - 43679)

sif. Yəhərin qaşına bağlanan, yəhərin qaşından asılan. O, yəhərqaş xurcununda həmişə neştər, biz gəzdirər, yeri gələndə işə salardı. S.Rəhimov.

YƏHƏRQAYIRAN (ID - 43680)

is. Yəhər qayıran usta; sərrac.

YƏHƏRLƏMƏ (ID - 43681)

“Yəhərləmək”dən f.is.

YƏHƏRLƏMƏK (ID - 43682)

f 1. Atın belinə yəhər bağlamaq. Rizvan öz atını [müəllim] üçün həyətdə yəhərləməklə məşğul idi. S.Hüseyn. Musa kişi birbaş tövləyə getdi. Boz atı yəhərlədi və həyətə çəkdi. M.İbrahimov.
2. məc. dan. Özünə...

YƏHƏRLƏNMƏ (ID - 43683)

“Yəhərlənmək”dən f.is.

YƏHƏRLƏNMƏK (ID - 43684)

məch. Belinə yəhər qoyulmaq. At yəhərləndi.

YƏHƏRLƏTMƏ (ID - 43685)

“Yəhərlətmək”dən f.is.

YƏHƏRLƏTMƏK (ID - 43686)

icb. Başqası vasitəsilə yəhər qoydurmaq. Atları yəhərlətmək.

YƏHƏRLİ (ID - 43687)

sif. Belinə yəhər qoyulmuş, belində yəhər olan. Düzlərdə, tarlalarda əkinçilik işi ilə məşğul olan hər bir kəndlinin atı da yəhərli (z.) bir halda tarlanın kənarındakı ağaca bağlanıb durmuşdur. M.S.Ordubadi. Atları yəhərli...

YƏHƏRVURMA (ID - 43688)

is. Atların və b. heyvanların belində yəhərin sürtüb əmələ gətirdiyi yara.

YƏHƏRYANI (ID - 43689)

sif. Yəhərin yanında olan. Yəhəryanı qayış.

YƏHUDİ (ID - 43690)

[ər.] 1. is. Eramızın I-II əsrlərindən qabaq Fələstində yaşamış, sonradan dünyanın müxtəlif ölkələrinə yayılmış, indi isə İzrail dövlətinin əsas əhalisini təşkil edən xalq və həmin xalqa mənsub adam; cuhud. Yəhudi xalqı....

YƏHUDİCƏ (ID - 43691)

zərf və sif. Yəhudi dilində. Yəhudicə qəzet. Yəhudicə oxuya bilir.

YƏHUDİLƏŞMƏ (ID - 43692)

“Yəhudiləşmək”dən f.is.

YƏHUDİLƏŞMƏK (ID - 43693)

f. Yəhudi dinini və ya adət və xasiyyətlərini qəbul etmək, mənimsəmək.

YƏHUDİLİK (ID - 43694)

is. Yəhudi dini. // Bu dinə mənsubiyyət.

YƏHUDİPƏRƏST (ID - 43695)

sif. və is. [ər. yəhudi və fars. ...pərəst] Yəhudiləri, yəhudi adət və ənənələrini sevən adam.

YƏHUDİPƏRƏSTLİK (ID - 43696)

is. Yəhudiləri, onların adət və ənənələrini sevmə.

YƏQİN (ID - 43697)

1. zərf Şəksiz, şübhəsiz, səhih, inamla. Yəqin demək olar ki, ramazan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır. C.Məmmədquluzadə. Bəllidir yerimiz yəqin divana. H.K.Sanılı. □ Yəqin bilmək...

YƏQİNCƏ (ID - 43698)

zərf Yəqin, düz, doğru, inanaraq. “Molla Nəsrəddin” məzəlilikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. F.Köçərli.

YƏQİNƏN (ID - 43699)

köhn. Şəksiz, şübhəsiz; əsla şəkk və şübhə olmadan. Hər kim ki, getməyibdi, yəqinən gedən bilər; Guya ki, bir behiştdi yaylağı Gəncənin. Aşıq Abbas.

YƏQİNLƏŞDİRMƏ (ID - 43700)

“Yəqinləşdirmək”dən f.is.

YƏQİNLƏŞDİRMƏK (ID - 43701)

f Yəqin etmək, həqiqət olduğunu müəyyən etmək.

YƏQİNLƏŞMƏ (ID - 43702)

“Yəqinləşmək”dən f.is.

YƏQİNLƏŞMƏK (ID - 43703)

f . Yəqin olmaq, həqiqət olduğu müəyyənləşmək.

YƏQİNLİK (ID - 43704)

is. Şəkk və şübhəsizlik, düzlük, doğruluq, həqiqilik. Bu ehtimalı xatirə gətirə bildiyinə xoşlanan Nəriman bu hadisənin yəqinliyini düşünəndə məyus oldu. Mir Cəlal. □ Yəqinlik hasil etmək - bir şeyin doğru olduğunu müxtəlif...

YƏMİN (ID - 43705)

is. [ər.] And, qəsəm. □ Yəmin etmək - and içmək. Bu şanlı bayrağı al, ona yəmin et. S.S.Axundov. Quranə yəmin etdim isə, sonra unutdum; Əhrarı, fədailəri birdən topa tutdum.. A.Səhhət.

YƏMİNLİ (ID - 43706)

sif Andlı, and içmiş.

YƏNİ (ID - 43707)

bağl. Özündən əvvəlki fikri izah edən cümlələri və ya cümlə üzvlərini birləşdirmək üçün işlənir. Biz üç nəfər, yəni mən və iki yoldaşım irəlidə gedirdik. Deyə bilməyəcəyəm, yəni deməyə ixtiyarım yoxdur. - Mən...

YƏS (ID - 43708)

is. [ər.] Yas, hüzn. Başını qaldırıb Maral xəritə üzərində yarımsantimetrlik bir sahə tutan bu yerə baxdı və yəslə (z.) öz-özünə pıçıldadı. Ə.Əbülhəsən.

YƏSAVƏR (ID - 43709)

sif. [ər. və fars.] Ümidsizlik, məyusluq gətirən, matəm törədən.

YƏŞƏM (ID - 43710)

is. [ər.] miner. Xırda kvars dənəciklərindən ibarət qırmızı, yaşıl və s. rəngli süxur, daş (bəzək şeyləri qayrılır).

YƏZDAN (ID - 43711)

is. [fars.] 1. mif. Qədim zərdüştilərdə xeyir allahı.
2. Yaradan, Allah, Tanrı.

YƏZİDİ (ID - 43712)

is. [ər.] Yaxın Şərqdə əsasən kürdlər arasında yayılmış bir məzhəb (yəzidilər dünyanın yaradılmasında iblisi Allaha şərik tutur və getdikcə iblisin qüdrətinin üstün olacağı əqidəsindədirlər). // Bu məzhəbə mənsub...

YƏZİDİLİK (ID - 43713)

is. Yəzidi məzhəbi və ona mənsubiyyət.

YIĞCAM (ID - 43714)

sif. 1. Dağınıq olmayan; qısaca, müxtəsərcə, qısa, toplu. Yığcam ifadə. Fikrini yığcam (z.) şəkildə anlatmaq.
2. Kiçik, lakin səliqəli, hər şey öz yerində; rahat. Bu, təkpəncərəli, taxçalı, buxarılı, keçə ilə döşənmiş...

YIĞCAMLIQ (ID - 43715)

is. Yığcam şeyin halı.

YIĞDIRMA (ID - 43716)

“Yığdırmaq”dan f.is.

YIĞDIRMAQ (ID - 43717)

icb. Başqasına yığma işi gördürmək. Taxılı yığdırmaq. Məhsulu yığdırmaq. - Qulam müəllim şeyləri daşıtdırıb bir tərəfə yığdırdı. S.Rəhimov.

YIĞICI (ID - 43718)

is. 1. Yetişmiş məhsulu yığmaqla məşğul olan adam. Yığıcı briqadası. - Yığıcılar üçün döşlük hazırlanmış, qapanların hamısı təmir edilib yoxlamadan keçirilmişdir. Ə.Vəliyev.
2. Pul, şey yığıb saxlamağı sevən...

YIĞILAN (ID - 43719)

f sif Yuyulmaq, islanmaq və s. nəticəsində qısalan, gödələn, əvvəlki ölçüsü azalan. Yığılan parça. Aşısız gön yığılan olur.

YIĞILI (ID - 43720)

sif Yığılmış halda olan, toplanmış halda olan. Yığılı yük. Yığılı pul. Şeyləryığılı (z.) halda həyətdə durur.

YIĞILIŞ (ID - 43721)

is. Yığılma, toplanma işi və tərzi; yığılma, toplanma, cəmləşmə.

YIĞILIŞMA (ID - 43722)

“Yığılışmaq”dan f.is.

YIĞILIŞMAQ (ID - 43723)

bax yığışmaq.

YIĞILMA (ID - 43724)

“Yığılmaq”dan f.is. Taxılın yığılmasına az qalıb.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed