İzahlı lüğət

YEKƏYANAQ(LI) (ID - 43325)

sif. Yanaqları çox yekə, ətli olan.

YEKNƏSƏQ (ID - 43326)

sif. [fars.] 1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng. ..İçəridən [Mehribanın] yeknəsəq və zil səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi....

YEKNƏSƏQLİK (ID - 43327)

is. Yeknəsəq şeyin hal və keyfiyyəti; yekrənglik. Musiqinin yeknəsəqliyi. Həyatın yeknəsəqliyi.

YEKPAY (ID - 43328)

zərf [fars.] Aşıq havalarından biri. Aşıq Səfər yekpay oxuyur. Yekpaydan sonra balabançı əyləşir. Ə.Haqverdiyev.

YEKPARƏ (ID - 43329)

sif. [fars.] 1. Tam, bütün, bütöv, bir parçadan ibarət olan; monolit. Yekparə qaya. - Böyük daş parçalarından tikilmiş və ya yekparə (monolit) daşlardan qurulmuş qədim abidələrə meqalitin abidələr deyilir. Ə.Salamzadə.
2. məc....

YEKRƏNG (ID - 43330)

sif. [fars.] 1. Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan.
Bir cür, eyni. Mən yenə də, həmişə olduğu kimi, ona sadə və yekrəng cavablar verdim. M.S.Ordubadi.
məc. Cansıxıcı, maraqsız, yeknəsəq. [İblis:] Öylə...

YEKRƏNGLİK (ID - 43331)

is. 1. Yekrəng şeyin hal və keyfiyyəti. Torpağın yekrəngliyi.
2. məc. Cansıxıcılıq, maraqsızlıq, yeknəsəqlik. Həyatın yekrəngliyi. Musiqinin yekrəngliyi.

YEKSAN (ID - 43332)

sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət.
□□ Yer (torpaq, xak) ilə yeksan etmək büsbütün dağıtmaq, yerlə bir eləmək. Mən sülhə səs verirəm; Qədim...

YEKSƏR (ID - 43333)

sif. [fars.] Başdan-başa, bütün, hamı, tamam. Sən o deyildinmi, edəndə qiyam; Səcdə edərdi sənə yeksər əvam? M.Ə.Sabir. [Şeyx Kəbir Sənana:] Cahil-arif, böyükkiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid. itirdi...

YEKTA (ID - 43334)

sif. [fars.] köhn. Tayı-bərabəri olmayan, nadir, yeganə, vahid.

YEKTƏRƏF (ID - 43335)

sif. [fars. yek və ər. tərəf] Birtərəfli, məhdud.

YEKUN (ID - 43336)

is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu. // məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları. işin yekunları. □ Yekun vurmaq - 1) bax yekunlaşdırmaq. Gəlirin yekununu vurmaq; 2)...

YEKUNLAŞDIRILMAQ (ID - 43337)

məch. 1. Yekun vurulmaq, yekunu çıxarılmaq, cəm edilib hasili əldə edilmək. Həftənin axırında şərbafların işlədiyi muzd və apardıqları nisyə ayrıayrı yekunlaşdırılır(dı). Ə.Əbülhəsən.
2. məc. Nəticə çıxarılmaq,...

YEKUNLAŞDIRMA (ID - 43338)

“Yekunlaşdırmaqdan f.is.

YEKUNLAŞDIRMAQ (ID - 43339)

f 1. Ədədləri üstüstə gələrək cəmini tapmaq, ümumi məbləği hesablamaq; cəmləşdirmək. Gəlir cədvəlini yekunlaşdırmaq.
2. məc. Nəticələrini müəyyənləşdirmək, ümumiləşdirmək, ümumi nəticə çıxarmaq. “Ölülər”...

YEKVÜCUD (ID - 43340)

sif. [fars.] köhn. kit. Vahid, bir, yekparə. Mənə qarşı hər bir hədyan söyləyəcəklərsə söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə qarabağlı və bakılı kimi fitnəəngiz...

YEL1 (ID - 43341)

is. 1. Külək. Yaman yel əsir. isti yel. Bu gün bərk yel var. - Şirmayı telə işlər; Dəyirman yelə işlər; Heç nəfərin başına; Gəlməsin belə işlər. (Bayatı). Müştaqdır gözünə aləmin gözü; Yel atar çarqatın, açılar üzü....

YEL2 (ID - 43342)

is. Revmatizm xəstəliyinin xalq arasında adı. Qıçlarımı yel tutub. - Əl-ayağını yel tutan xəstəni isə Qalaya (Pirvəro) aparardılar. H.Sarabski.

YELAPARDI (ID - 43343)

is. məh. 1. Sac üstündə bişirilən nazik, yağlı yuxa. Yelapardını sac üzərində bişirərlər.
2. Çox yüngül, nazik şey haqqında. Bu çit lap yelapardı çitdir.

YELAYAQ(LI) (ID - 43344)

sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar. S.Rüstəm.

YELBEYİN (ID - 43345)

sif. və is. Başıboş, axmaq, gic, səfeh; yüngül. Yelbeyin adam. - Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir, birisi ona ağıllı, o birisi ona tamam dəli adını verirdi. S.Rəhimov.

YELBEYİNCƏSİNƏ (ID - 43346)

zərf Yelbeyin adama yaraşan bir tərzdə; axmaqcasına, səfehcəsinə. Yelbeyincəsinə hərəkət etmək.

YELBEYİNLİK (ID - 43347)

is. Başıboşluq, giclik, axmaqlıq, səfehlik, yüngüllük, axmaqcasına hərəkət. Yelbeyinlik etmək.

YELBƏ (ID - 43348)

YELBİZ (ID - 43349)

is. məh. Qadın saçı.

YELBİZLƏMƏ (ID - 43350)

“Yelbizləmək”dən f.is.

YELBİZLƏMƏK (ID - 43351)

f məh. Yelbizindən yapışmaq, saçından yapışmaq.

YELBİZLƏNMƏ (ID - 43352)

“Yelbizlənmək”dən f.is.

YELBİZLƏNMƏK (ID - 43353)

məch. məh. Yelbizindən tutulmaq, saçından tutulmaq.

YELCÖVÜZÜ (ID - 43354)

is. Təbabətdə, ətriyyat işlərində, yaxud ədviyyə kimi işlənən bitki meyvəsi.

YELÇƏKƏN (ID - 43355)

is. 1. Qapalı binada qarşıqarşıya olan açıq yerlərdən gələn hava cərəyanı. Yelçəkəndə oturmaq. Bura yaman yelçəkəndir.
2. Qapalı binanın havasını dəyişdirmək üçün qurğu; ventilyasiya, ventilyator. Yelçəkən xarab olub,...

YELÇÖPÜ (ID - 43356)

is. məh. Çiçəksiz bir bitki adı.

YELDA (ID - 43357)

1. is. [fars.] klas. şair. Dekabr ayının 21-nə təsadüf edən ən uzun gecə (çox vaxt “şəbi-yelda - yelda gecəsi” tərkibində işlənir). İldə bir yelda gəlir ayinü rəsmidəhrdə; Bu nə yeldadır gəzir ayın yanınca müttəsil?...

YELDƏYİRMANI (ID - 43358)

is. Küləyin hərəkətə gətirdiyi pərlər vasitəsilə işləyən dəyirman. Arxa planda su quyusu üstündə hərəkətsiz dayanmış yeldəyirmanı. Ə.Məmmədxanlı.

YELƏK (ID - 43359)

is. 1. Lələk.
məh. Oxun baş tərəfinin enli hissəsi. Oxun yeləyi olmayanda yerə tez düşər. Xəstə Qasım.
məh. Qolsuz gödək paltar.

YELƏKLİ (ID - 43360)

sif. Yeləyi olan.

YELƏKSİZ (ID - 43361)

sif. Yeləyi olmayan. Bir iyidin
dünya varı olmasa; Yeləksiz ox kimi çovar deyərlər. Xəstə Qasım.

YELƏN (ID - 43362)

is. Haşiyə, qıraq, kənar. Xalça yeləni. Yeləni göy kəlağayı. - Asılır evlərin divarlarından; Yeləni çiçəkli, güllü xalılar. O.Sarıvəlli. // Bütöv bir parçanın qırağına çəkilən başqa bir parça; calaq. Yorğan yeləni....

YELƏNCİRİ (ID - 43363)

is. Varəncir, badəncir.

YELƏNLİ (ID - 43364)

sif. Yeləni olan, haşiyəli.

YELƏNSİZ (ID - 43365)

sif. Yeləni olmayan, haşiyəsiz.

YELGƏ (ID - 43366)

is. məh. 1. Qadın saçı.
2. At yalı.

YELİN (ID - 43367)

is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur. - Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S. Vurğun. Yelini...

YELİNLƏMƏ (ID - 43368)

“Yelinləmək”dən f.is.

YELİNLƏMƏK (ID - 43369)

f Yelini südlə dolmaq. inəklər naxırdan qayıdınca yelinləyir. // Doğmağa yaxın heyvanın yelini böyümək, südlə dolmaq. inəkyelinləyib, bu gün-sabah doğacaq.

YELİNSOY (ID - 43370)

is. məh. Məməli heyvanlarda yelin xəstəliyi.

YELKƏN (ID - 43371)

is. 1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. □ Yelkən açmaq (qaldırmaq) - yelkənləri açıb hərəkət...

YELKƏNLİ (ID - 43372)

sif. Yelkəni olan, yelkənlə hərəkət etdirilən. Yelkənli gəmi. - Dənizdə gəzişən ağ yelkənli qayıqlar nəzəri cəlb edirdi. S.Hüseyn. Yelkənli gəmitək üzür göydə Ay; Qaraqoyunludan keçən Əyriçay; Əks edir köksündə güzgütək...

YELKƏNSİZ (ID - 43373)

sif. Yelkəni olmayan. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz (z.) qalar gəmilər. A.Səhhət.

YELQOVAN1 (ID - 43374)

is. 1. bot. Toxumu külək vasitəsilə uzaqlara aparılıb, orada tökülən bir bitki və onun dəni; süpürüm. Həsi və o biri rəncbərlər xırmanda eşələnir, saman içindən yelqovanları çıxarırdılar. S.Rəhimov.
2. məc. Fikrində...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed