İzahlı lüğət

V (ID - 41241)

Azərbaycan əlifbasının otuzuncu hərfi. Bax ve.

VA (ID - 41242)

VABAL (ID - 41243)

VABƏSTƏ (ID - 41244)

sif. [fars.] klas. Bağlı, əlaqədar, asılı. Bu gündən etibarən mənim həyatım sənə vabəstədir. A.Şaiq. Ruhum! Səadətim sənə vabəstə hər zaman! Sənsiz cahanda mən yaşamaq istəməm, inan! H.Cavid.

VABƏSTƏLİK (ID - 41245)

is. Bağlılıq, əlaqədarlıq, asılılıq. Vabəstəlikdən bəlkə qurtulaq; Açıla qoldan bu tənabımız. Şəhriyar.

VACİB (ID - 41246)

sif. [ər.] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm. Vacib məsələ. Bu gün çox vacib işim var. - [Şəhrəbanı xanım:] Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir bura gəlsin,...

VACİBAT (ID - 41247)

is. [ər. “vacib” söz. cəmi] köhn. Din və köhnə adab baxımından yerinə yetirilməsi və ya riayət edilməsi vacib olan işlər. // Ümumiyyətlə, çox vacib olan şey. İnsan üçün gəzmək vacibatdandır. H.Zərdabi.

VACİBLİ (ID - 41248)

bax vacib. [Salman bəy:] Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. N.Vəzirov.

VACİBLİK (ID - 41249)

is. Yerinə yetirilməsi vacib, məcburi olma; lazımlıq, labüdlük. [Xəlil Rzanın] “Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi, əhatə dairəsinin genişliyi və kəskin ideya-məzmunu baxımından lirik poema təsiri...

VADAR (ID - 41250)

[fars.] Məcbur, məcburiyyət qarşısında qalan. Mən belə etməyə vadaram. □ Vadar etmək - məcbur etmək. Bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim, nə idi. C.Məmmədquluzadə. Bir...

VADİ (ID - 41251)

is. [ər.] 1. İki dağ arasında böyük, uzun çuxur, düzən. Buranın [Dağıstanın] o biri dağlıq qismi bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov.
Çay...

VAFLİ (ID - 41252)

[alm.] Üzərində dama-dama naxışlar olan yüngül peçenye növü (bəzən içinə dondurma və s. tökmək üçün qovuq şəklində olur).

VAGİNİZM (ID - 41253)

is. [lat.] Qadınlarda xarici cinsiyyət orqanlarının yüksək həssaslığı.

VAGİR (ID - 41254)

is. [fars.] köhn. Bir, yaxud bir neçə şəxs tərəfindən növhə, mərsiyə, yaxud nəğmə oxunarkən son beyti və ya beytləri təkrar edən adam.

VAGİRƏ (ID - 41255)

is. [fars.] köhn. Bir neçə şəxs tərəfindən təkrar olunan son beyt və ya beytlər.

VAGİRLİK (ID - 41256)

is. köhn. Vagirin işi. □ Vagirlik etmək - başqası tərəfindən oxunan növhənin, mərsiyənin, yaxud nəğmənin son beytini təkrar etmək. ..Kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. Meyxana deyənlərə...

VAGÜZAR (ID - 41257)

[fars.]: vagüzar etmək köhn. - həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq. [Şah:] İndi .. mən məcburam ki, səltənətdən əl çəkib, taxt-tacı bir kimsəyə vagüzar edim. M.F.Axundzadə. Hacı Səlim öz sağlığında...

VAĞ (ID - 41258)

is. 1. zool. Əsasən balıqla qidalanan uzundimdik quş. Boz vağ su yaxınlığında yaşayır və orada da qidalanır; onun ayaqları uzun olur, nəinki pəncə lüləsində, hətta baldırının çox hissəsində tük olmur. “Zoologiya” .
2....

VAĞAM (ID - 41259)

sif məh. 1. Həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və ya dərilməmiş. Qızılgüllər vağam olub töküləndə budağında; Ölməz şair, sən can verdin böyük günlər sorağında. N.Rəfibəyli.
2. Rütubətdən...

VAĞAMLAMAQ (ID - 41260)

f 1. Bax vağanımaq.
2. Rütubətdən pozulmaq, tökülmək.

VAĞANIMAQ (ID - 41261)

f . Ötmək, vaxtında biçilməyib və ya dərilməyib qalmaq. Mirzə bir gün baxdı ki, onun tarlası tamamən yetişib vağanıyıbdır. S.Rəhimov.

VAĞANIMIŞ (ID - 41262)

f sif Həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və ya dərilməmiş. Vağanımış taxıla od düşsə, bütün məhsul məhv olduğu kimi, pambığa sovka daraşsa, insanın zəhməti əlində qalar. Ə.Vəliyev.

VAĞZAL (ID - 41263)

[ing.] Sərnişinlərə xidmət etmək üçün dəmiryol stansiyasında xüsusi bina.
Maşın gedəndən sonra vağzal birdən seyrəldi. C.Məmmədquluzadə. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Mir Cəlal. □ Çay, dəniz vağzalı -...

VAĞZALI (ID - 41264)

is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı.

VAH (ID - 41265)

bax vay 1-ci mənada.

VAHƏ (ID - 41266)

is. [ər.] Böyük səhra və ya çöl ortasında suyu və yaşıllığı olan sahə. Bu münbit vahə qanqal və tikan bitirməz. M.İbrahimov. Kanallar çəkilərək, səhradan minlər və on minlərlə hektar torpaq geri alınmış, yüzlərlə quyular...

VAHƏSRƏTA (ID - 41267)

VAHİD (ID - 41268)

[ər.] 1. sif. Ancaq bir, tək, yeganə. Onun vahid bir oğlu var. - Kim döşünə döyər ki; Mən vahidəm, mən birəm! B.Vahabzadə.
sif. Ümumi, bir, birləşmiş. Vahid cəbhə.
is. Eynicinsli kəmiyyətləri ölçmək üçün qəbul edilmiş...

VAHİDLİK (ID - 41269)

is. 1. Təklik. Ürfan nəğməsi deyir Allah vahidliyindən; O böyük Xacə Hafiz süsləndirir ürfanı. Şəhriyar.
2. Birlik, vəhdət, bütövlük, bölünməzlik; vahid şeyin halı.

VAHİMƏ (ID - 41270)

is. [ər.] Xəyala gələn qorxulu şeylər, hövl. Təklik, xarabanın vahiməsi, qaranlıq gecə.. bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli. // Qorxu, dəhşət; təşviş və narahatlıq. Hamının...

VAHİMƏLƏNDİRİLMƏ (ID - 41271)

“Vahimələndirilmək”dən f.is.

VAHİMƏLƏNDİRİLMƏK (ID - 41272)

məch. Vahiməyə salınmaq, təşvişə salınmaq, qorxudulmaq.

VAHİMƏLƏNDİRMƏ (ID - 41273)

“Vahimələndirmək”dən f.is.

VAHİMƏLƏNDİRMƏK (ID - 41274)

f Qorxuya salmaq, təşvişə salmaq, qorxutmaq. Ümumiyyətlə, çoxdandı ki, xitabət kürsüsü Şamamanı vahimələndirmirdi. Ə.Əbülhəsən.

VAHİMƏLƏNMƏ (ID - 41275)

“Vahimələnmək”dən f.is.

VAHİMƏLƏNMƏK (ID - 41276)

f . Qorxuya düşmək, qorxmaq, təşvişə düşüb narahat olmaq. Telli yatmaq zamanı çatdıqda vahimələnməyə başladı. S.Hüseyn. Bir zamanlar təkcə gecələrin qaranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə od püskürən...

VAHİMƏLİ (ID - 41277)

sif Vahimə doğuran, ürəyə qorxu salan; dəhşətli, qorxunc, məşum. Birdən əsəbi bir gülüş onun vahiməli çöhrəsinə bir həlimlik saçdı. Çəmənzəminli. Ara-sıra haradan isə vahiməli bayquş səsi gəlirdi. M.İbrahimov. Birdən...

VAHİMƏSİZ (ID - 41278)

sif. Heç bir vahimə, qorxu olmadan; qorxusuz, qorxmadan.

VAXMİSTR (ID - 41279)

[alm.] Çar Rusiyası ordusunun süvari hissələrində kiçik zabit rütbəsi.

VAXSEY (ID - 41280)

nida, dan. Dəhşət, müsibət, fəlakət, ruhi əzab və iztirab hisslərini bildirir. Sara: - Vaxsey, ciyərin yansın! Kişi bilər, deyə evə təpildi. Mir Cəlal.

VAXT (ID - 41281)

is. [ər. vəqt] 1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.
Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. Vaxt nə...

VAXTA (ID - 41282)

Ki bax vəqta ki. Kəsilmiş yolların dumandır, qardır; Vaxta ki bu hüdud, bu sərhəd vardır; Ömür dedikləri röyaya bənzər. S.Vurğun. Vaxta ki söz vermişdim, gərək sözümün üstündə duraydım.. S.Rəhimov.

VAXTAMUZD (ID - 41283)

sif [ər. vəqt və fars. muzd] iqtis. İşə sərf edilmiş vaxt hesabı ilə ödənilən və ya hesablanan. Vaxtamuzd əmək haqqı.

VAXTAŞIRI (ID - 41284)

VAXTBAVAXT (ID - 41285)

zərf Vaxtdan-vaxta, müəyyən vaxtlarda. Vaxtbavaxt yoldaşımla görüşürəm.

VAXT-BİVAXT (ID - 41286)

bax vaxtlı-vaxtsız.
[Qulu:] ..Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... N.Vəzirov.

VAXTDAN-VAXTA (ID - 41287)

zərf Arabir, bəzən, gah-gah, növbə ilə.

VAXTINDA (ID - 41288)

zərf Münasib zamanda, lazımi vaxtda, müəyyən edilmiş vaxtda; nə tez, nə gec. Hesabat vaxtında təqdim edilmişdir. Lap vaxtında gəlmisən. - Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun. Vaxtında güllətək...

VAXTLI (ID - 41289)

zərf 1. Müddətli, müəyyən müddət üçün nəzərdə tutulmuş.
2. Münasib vaxtda, vaxtında, mövsümündə.

VAXTLI-VAXTINDA (ID - 41290)

zərf Öz vaxtında, lazımi vaxtda, müəyyən edilmiş vaxtlarda; gecikmədən, gecikdirmədən, vaxtını gecikdirmədən. İşi vaxtlı-vaxtında görmək. Xörəyi vaxtlı-vaxtında yemək lazımdır. Uşağı vaxtlıvaxtında əmizdirmək.

Bu səhifə dəfə baxılıb

......