İzahlı lüğət

CAHİLLİK (ID - 5620)

is. Nadanlıq, avamlıq, bilməzlik, şüursuzluq, düşüncəsizlik, cəhalət. [Münəvvər:] İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. Ancaq məni dilgir edən camaatın cahilliyidir. M.S.Ordubadi.

CAİZ (ID - 5621)

sif. [ər.] Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən; icazəli, rüsxətli, ən münasib, ən uyğun. [Xacə] fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək caiz deyil. M.F.Axundzadə. [Əbülhəsənbəy:]...

CALAQ (ID - 5622)

is. 1. bot. Bir bitkinin başqa bitki ilə calaqlanma nəticəsində inkişaf etmiş hissəsi; peyvənd, qələm. Calaq yaxşı tutub.
// Calaq edilmiş, calaq nəticəsində alınmış. Calaq gilas. - Calaq almalar, peyvənd armudlar, şumal gilaslar,...

CALAQALTI (ID - 5623)

is. bot. Calaq (peyvənd) üçün götürülən bitki (ağac və s.).
// Sif. mənasında. Qoca calaqaltı bitkinin daxilində gedən maddələr mübadiləsinin təsirilə cavan bitkinin qələmləri yeni irsi xassələr kəsb edib, tamamilə başqa...

CALAQÇI (ID - 5624)

is. Calaq vurma, calaqlama işini yaxşı bilən və bu işlə məşğul olan adam (bağban). [Heydər] həm də bizim beş mindən artıq meyvə ağaclarının baş bağbanı, bünövrə calaqçısıdır! S.Rəhimov.

CALAQÇILIQ (ID - 5625)

is. Calaq vurma peşəsi, işi. [Müşavirədə] toxumların yoxlanması, arxların çəkilməsi, həmçinin bağçılıq, calaqçılıq, arıçılıq işləri üzərində də xeyli dayanıldı. S.Rəhimov.

CALAQLAMA (ID - 5626)

“Calaqlamaq”dan f.is.

CALAQLAMAQ (ID - 5627)

f k.t. Bir bitkinin bu və ya başqa keyfiyyətini başqa bitkiyə aşılamaq üçün onun bir hissəsini (qələmlik) calaq (peyvənd) yolu ilə həmin bitkiyə calamaq, köçürmək; peyvənd etmək, qələm eləmək.

CALAQLANMA (ID - 5628)

“Calaqlanmaq”dan f.is.

CALAQLANMAQ (ID - 5629)

məch. Calaq edilmək, peyvənd edilmək.

CALAQLATMA (ID - 5630)

“Calaqlatmaq”dan f.is.

CALAQLATMAQ (ID - 5631)

icb. Calaq vurdurmaq, calaq elətdirmək.

CALAQLI (ID - 5632)

sif. Calağı olan, calaqlanmış, calaq edilmiş. Calaqlı ağac.

CALAL (ID - 5633)

is. [ər.] Əzəmət, ehtişam, dəbdəbə, təmtəraq, büsat. Dağlarda nə calaldı; Ovçular macal aldı; Bir gözüm yar yolunda; Bir gözüm əcəl aldı. (Bayatı). Hey baxıram yurdumuzun dastan olmuş calalına; Dağlar, daşlar qanad verir bir...

CALALLI (ID - 5634)

sif. Dəbdəbəli, təmtəraqlı, ehtişamlı, əzəmətli. Calallı imarət.

CALAMA (ID - 5635)

“Calamaq”dan f.is.

CALAMAQ (ID - 5636)

f. 1. Calaq etmək, calaqlamaq. Yaz başı cır ağacları calamaq. - [Qoca:] Bu beş qanad, beş çubuq idi. Özüm kəsib gətirdim, caladım. S.Rəhimov.
Bir-birilə bağlamaq, rəbt etmək, qoşmaq, yapışdırmaq. [Hatəm xan ağa:] Dörd ağacı...

CALANMA (ID - 5637)

“Calanmaq”dan f.is.

CALANMAQ (ID - 5638)

f 1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış (f.sif.) ağac.
// Yaxşı tutmaq (peyvənd, qə ləm). Qələm yaxşı calanmışdır.
məc. Bağlanmaq, rəbt olmaq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam;...

CALAŞDIRMA (ID - 5639)

“Calaşdırmaq”dan f.is.

CALAŞDIRMAQ (ID - 5640)

f 1. Birləşdirmək, calamaq, qoşmaq, aralarında rabitə yaratmaq. [Kərəmov:] Salmanov, götür telefonu, məni rayon icraiyyə komitəsi ilə calaşdır. S.Rəhman.
dan. Əsassız olaraq isnad etmək, boynuna atmaq, yaxmaq. Bir gün təzə arvad...

CALAŞIQ (ID - 5641)

sif Calaşmış, yapışıq, bitişik halda olan. [Qapı] Ağayevin evinə calaşıq bir tövləyə çıxır. S.Rəhman.

CALAŞMA (ID - 5642)

“Calaşmaq”dan f.is.

CALAŞMAQ (ID - 5643)

bax calanmaq.

CALATDIRMA (ID - 5644)

“Calatdırmaq”dan f.is.

CALATDIRMAQ (ID - 5645)

icb. Calaq işi gördürmək (birinə).

CALATMA (ID - 5646)

“Calatmaq”dan f.is.

CALATMAQ (ID - 5647)

bax calatdırmaq.

CAM1 (ID - 5648)

is. [fars.] Vaxtı ilə misdən, indi isə müxtəlif materiallardan hazırlanan piyalə, qədək, kasa. [Züleyxa] bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında durub, çərşənbə dəyişərdi. Çəmənzəminli. Qumru başaqdan...

CAM2 (ID - 5649)

is. [fars.] köhn. Şüşə.

CAMAAT (ID - 5650)

is. [ər.] Bir yerə toplanmış adamlar, xalq kütləsi. Nümayişdə xeyli camaat iştirak edirdi. - Camaatdan “urra ” səsləri ucaldı və musiqi alqış marşları çaldı. H.Nəzərli.
// Ümumiyyətlə, adamlar. Camaatı çağırın, danışaq....

CAMAATLIQ (ID - 5651)

is. Bütün camaat üçün, hamı üçün; camaata məxsus, ellik. [Qadir:] Bunu camaatlıq etsəydilər olmazdımı? Ə.Əbülhəsən.

CAMADAR (ID - 5652)

is. [fars.] Hamamda paltarabaxan, paltarsaxlayan xidmətçi. Camadarın şahlığı hamamçılıqdır. (Ata. sözü). Bir kənarda bir neçə nəfər camadar, əllərində qırmızı fitə, balaqları çirməli dayanıbdırlar. Ü.Hacıbəyov. Əbülfəz...

CAMADARLIQ (ID - 5653)

is. Camadarm işi, peşəsi. Camadarlıq eləmək.

CAMAXATAN (ID - 5654)

is. [fars.] köhn. Yorğandöşək, sandıq və s. qoymaq üçün divarm içində açılan dördkünc oyuq. Yorğan-döşəyi camaxatana yığmaq. Camaxatan pərdəsi.

CAMAXATANLI (ID - 5655)

sif. Camaxatanı olan. [Veys:] Camaxatanlı, taxçalı və tamam kənd qaydası ilə döşənmiş olan böyük otağın aşağı başındakı şkafa yaxınlaşdı. Ə.Əbülhəsən.

CAMAL (ID - 5656)

is. [ər.] şair. Gözəllik, üz gözəlliyi. Camalın görəndə daldalanır ay; Günün nə həddi var çıxa üzünə! Q.Zakir. Gözümdən çəkilmir xəyalın sənin; O şirin gözlərin, camalın sənin; Hələ gözəlliyin dursun bir yana; Dünyaya...

CAMALLI (ID - 5657)

sif. Gözəl, göyçək, qəşəng, gözəlüzlü.

CAMAŞIR (ID - 5658)

is. [fars.] Alt paltarı, köynəktuman, dəyişək. [Çingiz:] Qəmər, cəld çamadanı içəridən gətir, kitabları qoy, camaşırlarımı gətir. S.S.Axundov. [Ev xanımı:] Qulluqçu camaşır dalınca getmişdir. T.Ş.Simurq.

CAMAŞIRÇI (ID - 5659)

is. Camaşır yumaqla məşğul olan adam. Camaşırçı qadın.

CAMAŞIRÇILIQ (ID - 5660)

is. Camaşırçı işi.

CAMAŞIRXANA (ID - 5661)

is. [fars.] Paltar yumağa məxsus yer, paltar yumaqla məşğul olan müəssisə. Süfrə, dəsmal, pərdə və qapı-pəncərə örtüklərinin yuyulması üçün ayrıca camaşırxana açılması işi bu sahəyə sərf edilən xərcləri 50 faiz azalda...

CAME1 (ID - 5662)

[ər.] köhn. 1. sif. Toplayan, cəm edən.
is. Toplama yeri.
sif. İçinə alan, ibarət olan.
is. Yekun.

CAME2 (ID - 5663)

is. [ər.] Böyük məscid. Came nə qədər böyük olsa, imam yenə bildiyin oxur. (Ata. sözü). Midhət.. düşündü və bu iki neməti [hürriyyət və gözəlliyi] yalnız Süleymaniyyə cameində tapacağına qane oldu. Çəmənzəminli. Gəl...

CAMƏ (ID - 5664)

is. [fars.] Paltar, camaşır. Çak eylədi camə, çəkdi nalə; Halı bədəl oldu özgə halə. Füzuli. Qoysun başına molla gərək üç pud əmmamə; Yay, qış ola əynində onun bir cürə camə. Ə.Qəmküsar.

CAMIŞ (ID - 5665)

is. Qısaboyunlu, irigövdəli gövşəyən ev heyvanı. İnək, camış, qoyun, quzu çıxar naxıra otlağa; Köçər arandan el, gedəryavaş-yavaşyaylağa. A.Səhhət. Qərənfil bacı həyətdə camış sağırdı. İ.Əfəndiyev.

CAMIŞÇI (ID - 5666)

is. Camışçılıq mütəxəssisi.
// Camış saxlamaqla, camışçılıqla məşğul olan adam.

CAMIŞÇILIQ (ID - 5667)

is. Camış yetişdirmə, camış saxlama. Camışçılıq təsərrüfatı.

CAMLI (ID - 5668)

sif. Şüşəli, vitrinli. Artıq şəhərin iri, geniş küçələrilə gedirdik: hər zaman gözümüzün alışdığı küçələr, böyük evlər, iri camlı mağazalar.. A.Şaiq.

CAN (ID - 5669)

is. [fars.] 1. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. Hələ canı var. - Çıxmayan cana ümid var. (Məsəl). Südlə gələn canla çıxar. (Ata. sözü). Səni canan sanıram, çıx bədənimdən, ey can! Füzuli....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed