İzahlı lüğət

CİNGİR (ID - 6270)

bax cürə3#

CİNGÖZ (ID - 6271)

sif. Xırda, iti gözləri olan; bicgöz. Cingöz adam. - Faytonçu gödəkboy, cingöz bir kişi idi. S.Rəhman.

CİNLƏNDİRMƏ (ID - 6272)

“Cinləndirmək”dən f.is.

CİNLƏNDİRMƏK (ID - 6273)

bax cinlətmək.

CİNLƏNMƏ (ID - 6274)

“Cinlənmək”dən f.is.

CİNLƏNMƏK (ID - 6275)

f Bərk hirslənmək, qızmaq, özündən çıxmaq, acığı tutmaq. Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu. Mir Cəlal. [İlyas Adiləyə:] [Tərlan] tez-tez fınxırıb cilovunu gəmirir, alovlu qara gözlərini süzərək mənim altımdakı...

CİNLƏTMƏ (ID - 6276)

“Cinlətmək”dən f.is.

CİNLƏTMƏK (ID - 6277)

icb. Bərk hirsləndirmək, acıqlandırmaq; özündən çıxarmaq, acığını tutdurmaq. [Xala:] Ay bala, [Yaqut] səni cinlətmək üçün elə deyirdi. Ə.Məmmədxanlı.

CİNLİ (ID - 6278)

sif. Dəli, ağlı yerində olmayan, çılğın. [Səfı:] Boyunduruğu yerdə qalar, Xanqulu cinlidir, xata törədib dağa qalxar. S.Rəhimov.
// Hirsli, acıqlı. Qaranın cinli gözləri mülayim bir işıqla doldu.. Ə.Məmmədxanlı.

CİNLİ-CİNLİ (ID - 6279)

zərf Cinli halda, hirsli-hirsli, acıqlı-acıqlı. Cinli-cinli baxmaq.

CİNS1 (ID - 6280)

is. [ər.] 1. Orqanizmin doğub-törəmə prosesilə bilavasitə və ya bilvasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücudların iki kateqoriyasından...

CİNS2 (ID - 6281)

is. [ing.] Pambıqdan toxunan qalın və davamlı parça növü.

CİNSİ (ID - 6282)

sif. [ər.] Cinsə aid olan, cinslə bağlı olan, cinsi göstərən. Cinsi əlamət. Cinsi hüceyrə. Cinsi tərbiyə. - Miçurin cinsi hibridləşdirmə üsulu ilə aldığı hibrid bitkiləri münbit olmayan qumsal torpaqlarda becərmiş və bu yolla...

CİNSİYYƏT (ID - 6283)

is. [ər.] biol. 1. Cins, cins xüsusiyyəti; hər hansı bir cinsə mənsubiyyət. Cinsiyyət hüceyrələri. Cinsiyyət səsləşməsi. .
Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.
köhn....

CİNSLƏŞDİRİLMƏ (ID - 6284)

“Cinsləşdirilmək”dən f.is.

CİNSLƏŞDİRİLMƏK (ID - 6285)

f Cinsi, keyfiyyəti yaxşılaşdırılmaq.

CİNSLƏŞDİRMƏ (ID - 6286)

“Cinsləşdirmək”dən f.is.

CİNSLƏŞDİRMƏK (ID - 6287)

f Seleksiya və s. üsullarla cinsi, keyfiyyəti yaxşılaşdırmaq. İnəkləri cinsləşdirmək. - [Muxtar Firəngizə:] Qoyunu cinsləşdirmək sahəsində elmi iş aparacağam. B.Bayramov.

CİNSLİK (ID - 6288)

is. Cins heyvanın keyfiyyəti.
// sif. Cinsini yaxşılaşdırmaq üçün ayrılmış, döllük, damazlıq. Cinslik qoç. Cinslik inək.

CİN-ŞƏYATİN (ID - 6289)

CİRƏ1 (ID - 6290)

is. bot. Xırda ağ çiçəkləri olan birillik bitki (toxumlarından ədviyyə kimi istifadə edilir).

CİRƏ2 (ID - 6291)

is. Ərzaq payı, pay. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni xeyli azaltdı. M.İbrahimov. Hər üç-dörd ayda, hər kənd təsərrüfatı kompaniyasının...

CİRİNG-CİRİNG (ID - 6292)

təql. Şüşə, saxsı qabların biri-birinə və ya başqa bir şeyə toxunmasından çıxan səs. İçərişəhərin geniş alaqapılarından və daş darvazalarından içəriyə hücum çəkən küləkpəncərələri ciring-ciringə salır, az qala...

CİRİNGİLDƏMƏ (ID - 6293)

“Ciringildəmək”dən f.is.

CİRİNGİLDƏMƏK (ID - 6294)

bax cingildəmək.
Qadir evin bir küncünə, elə belə xalça üstünə uzanmaq istərkən, baş qapının iri zəngi ciringildədi. Ə.Əbülhəsən.

CİRİNGİLTİ (ID - 6295)

bax cingilti. ..Sərkar Həmdulla bu ciringiltilərin, kişnərtilərin, nəriltigurultunun müqabilində döyükürdü. S.Rəhimov.

CİSİM (ID - 6296)

is. [ər.] 1. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. Bərk cisimlər. Maye cisimlər. Cisimlərin düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar).
// riyaz. Eni, uzunu, dərinliyi olan şey....

CİSİMCİK (ID - 6297)

is. Kiçik cisim. Qan cisimcikləri.

CİSMANİ (ID - 6298)

sif [ər.] 1. Cismə mənsub, maddi.
Bədənlə, vücudla, bədən quruluşu ilə bağlı olan. Cismani yorğunluq. Cismani işgəncə. - [Kavus Milnirə:] Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr....

CİSMƏN (ID - 6299)

zərf [ər.] Bir cisim olaraq, bir varlıq kimi; bədəncə. Cismən ayrılmaq. - Cismən cərgəmizdə yoxsan da əgər; Sənət dünyasında həmişə varsan. S.Rüstəm. Bugünkü işləri ilə .. [qız] cismən ölüb getmiş atasını ruhən yaşatmağa...

CİVAR (ID - 6300)

is. [ər.] Ətraf, yaxın yerlər, ətraf yerlər. [Səfərin] atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş(dü). Çəmənzəminli. [Cəmil bəy Bəypolada:] Oturalım, burası qədər gözəl, baxımlı bir...

CİV-CİV (ID - 6301)

təql. Körpə quşların çıxardığı səs.

CİVƏ (ID - 6302)

is. Gümüşü-ağ rəngdə ağır duru metal; kimyəvi element. Civə və onun birləşmələri zəhərlidir.
□□ Civə kimi - bir an yerində durmayan, ələ-ovuca sığmayan adam, yaxud şey haqqında (müqayisə məqamında işlənir). Elçin...

CİVƏLİ (ID - 6303)

sif. İçərisində, yaxud tərkibində civə olan. Civəli termometr.

CİVHACİV (ID - 6304)

zərf Durmadan civildəyərək, civ-civ səs çıxararaq. Quşlar civhacivlə uçuşurdular.
// Vıyıltı ilə, vıyıldayaraq. Yanına civhacivlə tökülən güllələrə əhəmiyyət verməyib .. özünü bölüyə yetirdi. Ə.Əbülhəsən.

CİVİLDƏMƏ (ID - 6305)

“Civildəmək”dən f.is.

CİVİLDƏMƏK (ID - 6306)

f Civ-civ (civil-civil) eləmək, civilti səsi çıxarmaq. Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd sərçə balası başlarını bayıra çıxarıb civildəyirlər. S.S.Axundov.

CİVİLDƏŞMƏ (ID - 6307)

“Civildəşmək”dən f.is.

CİVİLDƏŞMƏK (ID - 6308)

qarş. Ağız-ağıza verib birlikdə civildəşmək. [İsmət:] İştə bahar olmuş, hər yer gülümsər; Quşlar civildəşir, bülbüllər ötər. H.Cavid. Qaratoyuq balaları; Kol dibində civildəşir. B.Vahabzadə. Sərçələr çəpərlərin...

CİVİLTİ (ID - 6309)

is. Quş balalarının və bəzi xırda həşəratların çıxardığı nazik səs. Quşlar ol dadlı civiltilə oxur; Aç gözün uyqudan, ey tifli-qəyur. A.Səhhət. [Sərçələrin] anaları uçub yuvanın ağzına qondu. Balaları sarı ağızlarını...

CİVİLTİLİ (ID - 6310)

sif. Civilti ilə olan. Ötüşən quşların civiltili nəğməsi eşidilirdi. M.Rzaquluzadə.

CİYƏ (ID - 6311)

is. Nazik, möhkəm ip. Tazı sahibinin əlində isə uzun ciyə olardı. H.Sarabski. Onların birinin [nökərlərin] qoltuğunda bükülü kisə, o birinin əlində möhkəm ciyə vardı. M.İbrahimov.

CİYƏR (ID - 6312)

ağ ciyər anat. - insan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı (bu mənada adətən ciyər şəklində işlənir). Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. [Heydərqulunun]...

CİYƏRGUŞƏ (ID - 6313)

is. [fars.] Çox sevimli övlad (adətən tək uşaq) mənasında. [Vəzir:] ..Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşənin axırına çıxım, sonra sənin haqqına fikir çəkərəm. M.F.Axundzadə. Gər...

CİYƏRİYANMIŞ (ID - 6314)

sif və is. Qarğış sözü.

CİYƏRLİ (ID - 6315)

sif. Ürəkli, cəsarətli, qoçaq, qorxmaz. ..Məhərrəm də ciyərli kişi idi. M.Süleymanov.

CİYƏRPARƏ (ID - 6316)

[fars.] bax ciyərguşə. [Şeyx Amiri Şeyx Haşimiyə:] Mən də eşitmişəm, bilirəm ki, sənin ciyərparən, yeganə qız övladın misilsiz bir nazənindir. Ə.Məmmədxanlı. Sənin ciyərparəni mən sevirəm, nə olar? Göz gördü, könül...

CİYƏRSUZ (ID - 6317)

sif. [fars.] klas. Ürəkyandıran, yanıqlı. Leyli demə - şəmi-məclisəfruz; Məcnun demə - atəşi-ciyərsuz. Füzuli. Salaməleyküm, ağa Dərviş! Oğlan, genə nə var, nə olub, bu nə cigərsuz qəsidədir? N.Vəzirov.

CİYİL (ID - 6318)

bax kol-kos.

CİYİLLİK (ID - 6319)

bax kol-kosluq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed