İzahlı lüğət

TƏSKİN (ID - 39336)

is. [ər.] Sakitləşdirmə, təsəlli vermə; sakitlik, təsəlli. Dərdli könüllərə təskindir şerim. S.Rüstəm. □ Təskin etmək - sakitləşdirmək, təskinlik vermək, rahatlandırmaq, təsəlli vermək. Bu xəbərlərin heç birisi Həcər...

TƏSKİNEDİCİ (ID - 39337)

sif. Sakitləşdirici, rahatlandırıcı, təsəlliverici. Toxtamış Səba xanıma müraciət edərək həyəcanını təskinedici bir surətdə dedi: - Həyatda bu cür hadisələr çox ola bilər. M.S.Ordubadi. [Bahar] .. təskinedici sözlər danışıb...

TƏSKİNLİK (ID - 39338)

is. Sakitlik tapma, rahatlıq tapma, təsəlli tapma, aram tapma; sakitlik, rahatlıq, təsəlli. Sevgilin həsrətlə baxır üzünə; Səndən söz istəyir, təskinlik umur. N.Xəzri. □ Təskinlik tapmaq - sakit olmaq, rahat olmaq, təsəlli tapmaq,...

TƏSLİM (ID - 39339)

is. [ər.] 1. Bir şeyi lazımi yerinə və ya şəxsə vermə, tapşırma. □ Təslim etmək - lazımi yerinə və ya şəxsə vermək. [Zeynalın] əlindəki kitabları tərcümə edib təslim etməyincə yeni kitab götürməyə də imkanı yoxdu....

TƏSLİMÇİ (ID - 39340)

is. siyasi Çətinliklər qarşısında təslim olan, xaincəsinə geri çəkilən adam.

TƏSLİMÇİLİK (ID - 39341)

is. siyasi. Təslimçinin hərəkəti; mübarizəni davam etdirməkdən xaincəsinə boyun qaçırma.

TƏSNİF1 (ID - 39342)

is. [ər.] 1. Hər hansı fərqlənmə əlamətlərinə və ya xüsusiyyətlərinə görə siniflərə, qruplara, dərəcələrə ayırma; təsnifat. Balıqların (heyvanların, bitkilərin) təsnifi. Kitabda dərman növlərinə aid verilən təsnif...

TƏSNİF2 (ID - 39343)

is. [ər.] mus. Dəsgah şöbələri arasında əvvəlkinə nəhayət vermək sonrakına keçmək üçün ifa olunan mahnı formasına bənzər dəqiq və sabit ölçülü nəğmə. Hümayun təsnifi. - Aydın vəzndə olan musiqiyə xalq mahnıları,...

TƏSNİFAT (ID - 39344)

TƏSNİFATÇI (ID - 39345)

is. Təsnifat mütəxəssisi; klassifikator.

TƏSRİF (ID - 39346)

is. [ər.]: felin təsrifi qram. - felin şəxs, kəmiyyət və zamana görə dəyişməsi.

TƏSVİB (ID - 39347)

is. [ər.] Bəyənmə, təsdiq. Komisyon məsələnin həll olunması yolunu tapıb, təsvib üçün dövlətə və əncümənə versin. M.İbrahimov. □ Təsvib etmək - bir fikir və ya hərəkətin, işin doğru olduğunu söyləmək; bəyənmək,...

TƏSVİBEDİCİ (ID - 39348)

sif Təsvib ifadə edən, təsdiqedici, tərifləyici. Təsvibedici cavab. Təsvibedici alqışlar. - Qonaqlar təsvibedici sima ilə başlarını tərpətdilər. Çəmənzəminli.

TƏSVİR (ID - 39349)

is. [ər.] 1. Şeyin surətini, şəklini çəkmə; şəkil, rəsm. Mənzərə təsviri.
Bir adam və ya şey haqqında yazılı, ya şifahi surətdə nəql etmə, danışma. Şərifzadə vəziyyəti [Mehribana] lazımınca təsvir etmiş, əlavə...

TƏSVİRÇİ (ID - 39350)

sif. İşin və ya şeyin mahiyyətinə deyil, xarici görünüşünün təsvirinə həddən artıq fikir verən sənətkar (rəssam, qrafika ustası, heykəltəraş, yazıçı, şair).

TƏSVİRÇİLİK (ID - 39351)

is. İncəsənət və ədəbiyyatda: hadisələrə üzdən yanaşma, onların dərin mahiyyətinə deyil, zahiri görünüşlərinin təsvirinə meyil etmə. Bu əsər təsvirçilikdən başqa bir şey deyil.

TƏSVİRƏGƏLMƏZ (ID - 39352)

sif. Çox gözəl, çox maraqlı, çox təsirli olduğu üçün təsvir oluna bilməyən; əla. Təbriz baharının təsvirəgəlməz bir gözəlliyi var. M.İbrahimov.

TƏSVİRİ (ID - 39353)

sif. [ər.] Təsvirlə əlaqədar olan, təsvir olunan, bir şeyi əyani surətdə təsəvvür etməyə, təsvir etməyə kömək edən. Təsviri üsul.
□□ Təsviri sənət (incəsənət) - səth üzərində bədii təsvir (incəsənət) növlərinin...

TƏSVİYƏ (ID - 39354)

is. [ər.] Ləğv, aradan qaldırma. □ Təsviyə etmək - 1) ləğv etmək, fəaliyyətini dayandırmaq, bağlamaq. Şamaxı İcraiyyə Komitəsinə əmr olunurdu ki, ərzaq idarəsini tezliklə təsviyə etsin. Qantəmir; 2) ödəmək, vermək, əda...

TƏSVİYƏÇİ (ID - 39355)

is. tar. Təsviyəçilik tərəfdarı olan adam.

TƏSVİYƏÇİLİK (ID - 39356)

is. tar. 1908-1912-ci illərdə RSDFP-də proletariatın qeyri-leqal inqilabi partiyasını təsviyə (ləğv) etməyə və inqilabi mübarizənin zəruriliyini inkar etməyə çalışan irticaçı menşevik cərəyanı.

TƏŞBEH (ID - 39357)

is. [ər.] 1. Bənzər, oxşar; bənzətmə, oxşatma, bənzəmə, oxşama. Ağ günə təşbehdir sənin cəmalün; Eşqindən salmışam aləmə bir ün. M.P.Vaqif. Oxşarı, təşbehi, kölgəsi deyil; Dünyada hər şeyin özü gözəldir. Vahabzadə.
2....

TƏŞBEHLİ (ID - 39358)

sif. Təşbehi olan, təşbehlə ifadə olunan (bax təşbeh2-ci mənada). Təşbehli ifadə. Təşbehli təsvir.

TƏŞDİD (ID - 39359)

is. [ər.] Ərəb əlifbasında samit hərfin iki dəfə oxunması üçün onun üzərinə qoyulan işarə (məs.: - şiddət, hiddət və s.).

TƏŞƏBBÜS (ID - 39360)

is. [ər.] 1. Bir işə başlama, iqdam etmə. Rzaquluxan hansı təşəbbüsə başladısa da, yarımçıq qaldı. M.S.Ordubadi. [Mürşüd:] Özün də bilirsən ki, bu iş bizim təşəbbüsümüzdür. S.Rəhman. □ Təşəbbüs qaldırmaq - yeni...

TƏŞƏBBÜSÇÜ (ID - 39361)

is. Hər hansı işə başlamaq niyyətində olan, buna təşəbbüs göstərən adam; təşəbbüskar. [İldırımov:] Bir-iki kəlmə danışmaq üçün ilk təşəbbüsçüyə söz verilir, - dedi. S.Rəhimov.

TƏŞƏBBÜSÇÜLÜK (ID - 39362)

is. Təşəbbüs göstərmə, bir işi birinci olaraq başlama; təşəbbüskarlıq.

TƏŞƏBBÜSKAR (ID - 39363)

[ər. təşəbbüs və fars. ...kar] bax təşəbbüsçü.

TƏŞƏBBÜSKARLIQ (ID - 39364)

is. Təşəbbüskar olma, təşəbbüs irəli sürmə; təşəbbüsçülük. Təşəbbüskarlıq gənclərin əsas xüsusiyyətidir.

TƏŞƏXXÜS (ID - 39365)

[ər.] is. 1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə. Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev....

TƏŞƏXXÜSLƏNMƏ (ID - 39366)

“Təşəxxüslənmək”dən f.is.

TƏŞƏXXÜSLƏNMƏK (ID - 39367)

f Lovğalanmaq, təşəxxüs etmək, təkəbbürlənmək.

TƏŞƏXXÜSLÜ (ID - 39368)

sif. 1. Lovğa, təkəbbürlü, mütəkəbbir. Fərəc bəy atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş. Ə.Vəliyev. [Eyvaz:] Qonağın üzündə isə ciddi və doğrusunu deyim ki, bir az da təşəxxüslü bir ifadə var idi....

TƏŞƏXXÜSLÜK (ID - 39369)

is. Lovğalıq, mütəkəbbirlik, təkəbbür. [Atasının] əli aşağı düşməyindən [Nurəddin] bir o qədər qəm çəkmirdi, çünki onun təbiətində təkəbbürlük, təşəxxüslük əsla yox idi. S.S.Axundov.

TƏŞƏKKÜL (ID - 39370)

is. [ər.] İnkişaf prosesində müəyyən xüsusiyyət və şəkil alma, müəyyən bir şəklə girmə; formalaşma. Azərbaycan dilinin təşəkkülü. □ Təşəkkül etmək (tapmaq) - formalaşmaq.

TƏŞƏKKÜR (ID - 39371)

is. [ər.] Edilən yaxşılığa, göstərilən diqqətə görə razılıq, minnətdarlıq. Ata Gülyazın əlini tutub təşəkkürünü bildirmək üçün sıxdı. Q.İlkin. Aydın təşəkkür dolu nəzərlə qıza baxdı. H.Seyidbəyli. // Bu hissi...

TƏŞƏKKÜRNAMƏ (ID - 39372)

TƏŞƏR (ID - 39373)

sif Nadinc. Təşər uşaq.

TƏŞHİR (ID - 39374)

is. [ər.] Şöhrətləndirmə, xalq arasında yayma.

TƏŞXİS (ID - 39375)

is. [ər.] 1. Tanıma, tanınma.
2. Təyin etmə.

TƏŞKİL (ID - 39376)

is. [ər.] 1. Düzəldilmə, təsis olunma, əsası qoyulma; düzəltmə, təsis etmə, əsasını qoyma. Yeni nazirliyin təşkili. □ Təşkil etmək - 1) düzəltmək, təsis etmək, əsasını qoymaq, yaratmaq. İdman cəmiyyəti təşkil etmək....

TƏŞKİLAT (ID - 39377)

is. [ər. “təşkil” söz. cəmi] İctimai birləşmə və ya dövlət idarəsi. Birləşmiş Millətlər Təşkilatı. Ticarət təşkilatları. - [Eyvaz:] Qərarı heç bir təşkilat çıxarmamışdır. Cabbarlı. Rüstəm kişi rayonun rəhbər...

TƏŞKİLATÇI (ID - 39378)

is. Bir şeyi təşkil edən, təşəbbüsçü olan adam. Ekspedisiyanın təşkilatçısı. - Jurnalın təşəbbüskarı, təşkilatçı və redaktoru C.Məmmədquluzadə “Molla Nəsrəddin” imzası ilə müntəzəm surətdə felyetonlar, baş...

TƏŞKİLATÇILIQ (ID - 39379)

is. Təşkilatçı bacarığı, təşkil etmə bacarığı. [H.Ərəblinskinin] böyük aktyorluq, rejissorluq, təşkilatçılıq istedadı vardı. S.Rəhman. // Təşkil etmə. Təşkilatçılıq işi. Təşkilatçılıq fəaliyyəti.

TƏŞKİLEDİCİ (ID - 39380)

is. Təşkil edən, düzəldən, təşkilatçı. İdman yarışlarının təşkiledicisi.

TƏŞNƏ (ID - 39381)

is. və sif. [fars.] klas. 1. Susamış, susuzluqdan yanan, susuz. Bir təşnə qaynayan bulaq görüncə; İtirər özünü mənim də könlüm. M.Müşfiq.
2. məc. Bir şeyin çox həvəskarı olan (adam); bir şeyin həsrətini çəkən (adam)....

TƏŞRİF (ID - 39382)

is. [ər.] Öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə; gəlmə, gəliş, buyurub gəlmə. Rövşən et xanəmizi bir gecə təşrifinlə. S.Ə.Şirvani. □ Təşrif aparmaq - getmək (hörmət və nəzakət məqamında işlənir). Xülasə,...

TƏŞRİFAT (ID - 39383)

is. [ər. “təşrif’ söz. cəmi] Təntənəli mərasimlər zamanı rəsmən qəbul edilmiş üsul və qaydaların məcmusu, habelə bu mərasimin özü.

TƏŞRİH (ID - 39384)

is. [ər.] 1. Bədəni müəyyən üsulla kəsib əməliyyat aparma (operasiya).
2. köhn. Şərhetmə.

TƏŞT (ID - 39385)

bax teşt. [İncə:] Neyləyirəm qızıl təşti ki içinə qan qusuram. C.Cabbarlı. Səmədin nəzərləri.. sacın içində qurumuş xəmirdə, barmaq izləri görünən təştin və oxlovun üzərində gəzdi. İ.Hüseyn.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed