İzahlı lüğət

ŞƏHADƏT (ID - 37297)

is. [ər.] 1. Şahidlik. [Ağa Salman:] ..Gedim, sərbazları görüm, əhvalat xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. // Dəlalət, sübut. Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə; Laləvəş...

ŞƏHADƏTNAMƏ (ID - 37298)

is. [ər. şəhadət və fars. ...namə] Bir şeyi təsdiq edən, bir şeyə icazə verən sənəd, rəsmi kağız; vəsiqə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən...

ŞƏHD (ID - 37299)

is. [ər.] Şan balı, bal, şirə. Üst-üstə yığılan pətəklərdən və bağçada qoyulan qırmızırəngli yeşiklərdən arılar dəstə-dəstə çıxır, dərələrə yayılır, şəhd toplayır və qayıdırdılar. S.Rəhimov.

ŞƏHƏR (ID - 37300)

is. [fars.] İnzibati idarələr, sənaye, ticarət və mədəniyyət mərkəzi olan böyük yaşayış məntəqəsi. Sənaye şəhəri. Böyük şəhər. - ..Bir saata yavıq [Məhəmməd Həsən əmi] şəhəri o üzə-bu üzə dolandı ki, bəlkə...

ŞƏHƏRBƏŞƏHƏR (ID - 37301)

zərf Bir-bir şəhərləri gəzərək, bir şəhərdən digərinə, şəhər-şəhər. Şəhərbəşəhər gəzmək. Şəhərbəşəhər axtarmaq. - [İranlı:] Mən sənin sorağını kəndbəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam....

ŞƏHƏRCİK (ID - 37302)

is. 1. Balaca şəhər.
2. Hər hansı bir məqsədə xidmət edən yaşayış və ya müəssisə binaları qrupu. Fəhlə şəhərciyi. Akademiya şəhərciyi. Universitet şəhərciyi.

ŞƏHƏRƏTRAFI (ID - 37303)

sif. Şəhərə yapışıq olan, şəhərin ətrafında, kənarında olan. Şəhərətrafı bağlar. Şəhərətrafı dəmir yolu. - Bakıda və rayonlarda idarələrin çoxu şəhərətrafı təsərrüfat ilə məşğul olur. M.İbrahimov.

ŞƏHƏRKƏNARI (ID - 37304)

bax şəhərətrafı.

ŞƏHƏR(LƏR)ARASI (ID - 37305)

sif. Şəhərlər arasında olan, işləyən. Şəhərlərarası telefon stansiyası. Şəhərlərarası avtobuslar işləyir.

ŞƏHƏRLİ (ID - 37306)

sif. Şəhər əhli, şəhərdə yaşayan. Şəhərli qız. - Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal. Gözəl sürü idi, - deyə, şəhərli islığı kəsərək bayaqkı sözlərini təkrar etdi....

ŞƏHƏRSALMA (ID - 37307)

is. Şəhər bina etmə, şəhər yaratma.

ŞƏHƏRSAYAĞI (ID - 37308)

sif. və zərf Şəhər qaydasında, şəhərdəki kimi. Şəhərsayağı geyinmək. - Qərənfil bacının əynində indi yaşıl parçadan şəhərsayağı tikilmiş tuman-kofta var idi. İ.Əfəndiyev.

ŞƏHƏRTİPLİ (ID - 37309)

sif. Şəhərə oxşar, şəhər kimi, şəhərdəki kimi. Şəhərtipli qəsəbə. Şəhərtipli xəstəxana. Şəhərtipli yaşayış məntəqələri.

ŞƏHƏRYANI (ID - 37310)

bax şəhərətrafı.

ŞƏHİD (ID - 37311)

is. [ər.] Yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam. Bu təmənnadəyəm, ey gül, ki, şəhidin mən olam; Ölərəm, qeyrini gər mən bu təmənnadə görəm. S.Ə.Şirvani. Vətənin yolunda ölən şəhidlər;...

ŞƏHLA (ID - 37312)

sif. [ər.] İri tünd-mavi. Şəhla gözlərində səadət gülər; Sanki hər afətdən pərəstiş dilər; Sənin Məcnunların Leylanı neylər? H.Cavid. ..Tamam mənə təsəlli verərək sakit edirdisə də .. yaş ilə dolmuş şəhla gözlərindən...

ŞƏHLAGÖZ(LÜ) (ID - 37313)

sif. Gözləri tünd-mavi olan. O şəhlagöz, xumargöz; Yar əğyarə yumar göz; Bir qəlbim var, verirəm; Canımı da umar göz. (Bayatı).

ŞƏHLALANMA (ID - 37314)

“Şəhlalanmaq”dan f.is.

ŞƏHLALANMAQ (ID - 37315)

f İri açılmaq (gözlər haqqında). Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki süzgünləşir, yüz mərtəbə zibalanır. M.P.Vaqif.

ŞƏHRƏ (ID - 37316)

is. Açıq yara.

ŞƏHRİYAR (ID - 37317)

is. [fars.] klas. Hökmdar, padşah, şah. Maral isə, ahu isə bu şikar; Belə seyd olur layiqi-şəhriyar. M.Ə.Sabir. O söylədi: - Yaşasın şəhriyari-hürriyyət. B.Vahabzadə.

ŞƏHRİYARLIQ (ID - 37318)

is. köhn. Şahlıq, xanlıq. [Elxan:] iki addımlığında Şirvan şəhriyarlığı da [ərəb xilafətinə] qarşı vuruşur. C.Cabbarlı.

ŞƏHVANİ (ID - 37319)

sif. [ər.] Şəhvətə, cinsi əlaqəyə aid. Şəhvani hisslər.

ŞƏHVƏT (ID - 37320)

is. [ər.] Şəhvani ehtiras, cinsi əlaqə meyli. Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. M.S.Ordubadi. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı...

ŞƏHVƏTKAR (ID - 37321)

sif. [ər.] Şəhvət və fars. ...kar] bax şəhvətpərəst.

ŞƏHVƏTLİ (ID - 37322)

sif. Şəhvətlə dolu, şəhvət ifadə edən, ehtiraslı. Şəhvətli gözlər. - Yüksəldi hər tərəfdən; Şəhvətli, kirli səslər; Alınlarda dolandı; Ölüm iyli nəfəslər. Ə.Cavad.

ŞƏHVƏTPƏRƏST (ID - 37323)

sif. [ər. şəhvət və fars. ...pərəst] Şəhvət düşkünü. O, bu qədər şəhvətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. M.S.Ordubadi.

ŞƏHVƏTPƏRƏSTLİK (ID - 37324)

is. Şəhvət düşkünlüyü.

ŞƏXS (ID - 37325)

ŞƏXSƏN (ID - 37326)

zərf [ər.] Arada heç bir şəxs iştirak etmədən, heç bir vasitə olmadan, bilavasitə özü (özünü). Bu adamı şəxsən tanıyıram. - Keçmiş zaman şəxsən [Mirzağanın] özü üçün qaranlıq idi. S.Hüseyn. imran kişi şəxsən [Tahirin]...

ŞƏXSİ (ID - 37327)

sif. [ər.] Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün. Budur, bu məclisə yığışanların hamısı öz şəxsi həyatlarını, hörmətlərini təhlükə altına salaraq gəlmişlər. S.Rəhman. // Bir şəxsin...

ŞƏXSİ-QƏRƏZ (ID - 37328)

is. [ər.] Gizli ədavət, gizli düşmənçilik, gizli niyyət, məqsəd, qərəz. Siz bu xəbərin şəxsi-qərəzdən doğmadığını haradan bilirsiniz? M.S.Ordubadi. Zeynal.. şöbə müdirinin özü ilə şəxsi-qərəzi olduğundan .. şikayət...

ŞƏXSİ-QƏRƏZLİK (ID - 37329)

is. Birilə şəxsi ədavəti, qərəzi olma; şəxsi ədavət, qərəz. ..Şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir. M.F.Axundzadə. [Barat:] Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsi-qərəzlikdir. Bizim...

ŞƏXSİYYƏT (ID - 37330)

is. [ər.] 1. Bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin məcmusu. Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim; Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır. M.Ə.Sabir.
2. Öz xarakteri,...

ŞƏXSİYYƏTSİZ (ID - 37331)

sif. Şəxsiyyəti, mənliyi, siması olmayan; simasız, mənliksiz. [Qədim Romada] arvad şəxsiyyətsiz bir parça şey hesab olunurdu, ona görə də özünə məxsus mal və sərvəti ola bilməzdi. Çəmənzəminli.

ŞƏXSİYYƏTSİZLİK (ID - 37332)

is. Şəxsiyyəti, siması, mənliyi olmama; simasızlıq; mənliksizlik.

ŞƏXSLİ (ID - 37333)

sif. qram. Şəxs qrammatik kateqoriyasını bildirən. Şəxsli cümlə.

ŞƏKƏR (ID - 37335)

is. [fars.] 1. Qənd. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. // məc. Şirin, dadlı, ləzzətli şey mənasında. Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları ballı sənəm, gəl! Xəstə...

ŞƏKƏRARMUDU (ID - 37336)

is. Sarı rəngli, çox şirin armud növü.

ŞƏKƏRBAĞI (ID - 37337)

is. Tumana, şalvara və s.-yə salman uzun qaytan.

ŞƏKƏRBURA (ID - 37338)

is. İçərisi şəkər tozu ilə qoz, fındıq və ya badam ləpəsi qatışıq içlə doldurulmuş, kənarları vintvari burulmuş və üstü naxışlı şirniyyat növü. Bir sininin kənarında; Yaxılırdı iki-üç şam; Qarşımızda şəkərbura;...

ŞƏKƏRÇÖRƏYİ (ID - 37339)

is. Şəkər, yağ, un və s.-dən bişirilən şirin qoğal növü. [Xonça] ibarətdir yağlı şəkər bişmişlərdən - şəkərburadan, şəkərçörəyindən, ovma fətirdən və s. həlviyyatdan. R.Əfəndiyev. [Səriyyə:] Stolun üzərinə ağ...

ŞƏKƏRİ (ID - 37340)

bax şəkərarmudu.

ŞƏKƏRLƏMƏ (ID - 37341)

1. “Şəkərləmək”dən f.is.
2. Şəkər şirəsində qaynadılıb xarlanmış meyvə. Məhərrəm əmi çox oturmadı, şəkərləmə ilə birfincan südlü qəhvə içdikdən sonra getdi. A.Şaiq.

ŞƏKƏRLƏMƏK (ID - 37342)

f . Şəkər səpmək, şəkər qarışdırmaq, yaxud şəkər şirəsində qaynatmaq. Meyvəni şəkərləmək.

ŞƏKƏRLƏNMƏ (ID - 37343)

“Şəkərlənmək”dən f.is.

ŞƏKƏRLƏNMƏK (ID - 37344)

f . Şəkər təbəqəsi ilə örtülmək, xarlanmaq.

ŞƏKƏRLİ (ID - 37345)

sif. Şəkər (qənd) qatılmış, tərkibində şəkər olan; şirin. Şəkərli qoğal.

ŞƏKİL (ID - 37346)

is. [ər.] 1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. - Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. Şəkli düşmək - hamar, parlaq səth üzərində...

ŞƏKİLCƏ (ID - 37347)

zərf Formaca, forma cəhətdən. [Nizami Fəxrəddinə:] Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed