İzahlı lüğət

ŞÖHRƏTPƏRƏSTLİK (ID - 37898)

is. Şöhrət düşkünlüyü, şöhrətə, adı çıxmağa, böyük vəzifə, mövqe tutmağa həddindən artıq can atma; təkəbbür, lovğalıq. İctimai mənşə etibarı ilə onlara yabançı olan bu adamın [Siratın] şöhrətpərəstliyi də...

ŞÖK (ID - 37899)

sif. Dik. Xoşuna gəldimi Kürün kənarı? Gördünmü, gördünmü şök çinarları? O.Sarıvəlli.

ŞÖKƏ (ID - 37900)

is. Nazik çubuq dəstəsi. Yolunan yeddi yaşında bir oğlan.. ayaqyalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə ilə bu quzuları vura-vura gəlir kəndə. C.Məmmədquluzadə.

ŞÖKLƏMƏK (ID - 37901)

f. Arxa ayaqlar üstündə oturmaq (it).

ŞÖLƏ (ID - 37902)

is. [ər.] Alov, parıltı, işıltı, şəfəq. [Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub. Ə.Haqverdiyev. Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı. S.S.Axundov....

ŞÖLƏCİK (ID - 37903)

“Şölə”dən kiç. Bir şöləcikparlayıb söndü.

ŞÖLƏLƏNDİRMƏ (ID - 37904)

“Şölələndirmək”dən f.is.

ŞÖLƏLƏNDİRMƏK (ID - 37905)

f . Alovlandırmaq, işıqlandırmaq, şəfəqləndirmək. ..Gün dağlara düşəndə günün şəfəqi dağların gah bu tərəfini şölələndirib, o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə.

ŞÖLƏLƏNMƏ (ID - 37906)

“Şölələnmək”dən f.is.

ŞÖLƏLƏNMƏK (ID - 37907)

f Şölə saçmaq, alovlanmaq, alışıb-yanmaq, işıqlanmaq, işıq vermək, şəfəqlənmək. Yenə od tutdu dan yeri, yandı; Şölələndi üfüq, alovlandı. A.Səhhət. Düz stolun üstündən ləmpədən asılmış onluq lampa şölələnirdi....

ŞÖNGÜMƏ (ID - 37908)

“Şöngümək”dən f.is.

ŞÖNGÜMƏK (ID - 37909)

f Çömbəlmək. Alabaş quyruğu üstə şöngüyüb aram-aram hürür, gah da eyvanın altına tərəf soxulurdu. B.Bayramov.

ŞÖTDƏMƏ (ID - 37910)

“Şötdəmək”dən f.is.

ŞÖTDƏMƏK (ID - 37911)

f . dan. Tez-tələsik tikmək. Paltarın ətəyini şötdəmək.

ŞÖTÜK (ID - 37912)

is. məh. Dəvənin belinə bağlanan enli ip.

ŞÖVKƏT (ID - 37913)

is. [ər.] Calal, dəbdəbə, ehtişam, həşəmət (klassik şeirdə bəzən tərkibdə “şövkəti-şan” şəklində işlənir). Xublara vermişəm din-imanımı; Şövkəti-şanımı, ad və sanımı. M.P.Vaqif. Məndədir dəbdəbə, şövkət...

ŞÖVKƏTLİ (ID - 37914)

sif tənt. Əzəmətli, həşəmətli (padşahlara, hökmdarlara verilən ünvan). [Əsli:] Ey şövkətli paşa, Kərəmə rəhmin gəlsin. “Əsli və Kərəm” . At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə....

ŞÖVQ (ID - 37915)

is. [ər.] 1. Şiddətli meyil, həvəs, arzu, istək. [Nuxulular] Molla İbrahim Xəlili bu halət ilə görməkdən vəch edib, şövqdən qayəm sövt ilə çağırırlar. M.F.Axundzadə. [Tahirzadə:] Məsmə bacı, qızın oxumağa çox can atır,...

ŞÖVQLƏ (ID - 37916)

zərf Böyük həvəslə, ruh yüksəkliyilə, vəcdlə, ürəklə, ilhamla, sevə-sevə. Şövqlə oxumaq. Şövqlə işləmək. Tamaşaya şövqlə baxmaq. - Vəfasızdır, könül, hər kim əsirgər canı canandan; Gərək canan yolunda keçsin aşiq...

ŞÖVQLƏNDİRİCİ (ID - 37917)

sif. Həvəsləndirici, ruhlandırıcı.

ŞÖVQLƏNDİRMƏ (ID - 37918)

“Şövqləndirmək”dən fJs.

ŞÖVQLƏNDİRMƏK (ID - 37919)

f . Şövqə gətirmək, ruhlandırmaq, həvəsləndirmək, ilhamlandırmaq. Atası Fərmanın oynamasına və dülgərlik həvəsinə düşməsinə mane olmaz, əksinə, onu şövqləndirərdi. Ə.Sadıq.

ŞÖVQLƏNMƏ (ID - 37920)

“Şövqlənmək”dən f.is.

ŞÖVQLƏNMƏK (ID - 37921)

f . Şövqə gəlmək, bərk həvəslənmək, həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq.

ŞÖVQLÜ (ID - 37922)

sif. 1. Şövqü, həvəsi olan; şövqə, həvəsə gəlmiş; bir şeyin şövqündə, həvəsində, arzusunda olan, həvəsli.
2. Şən, nəşəli, keyf içində olan.

ŞÖVQSÜZ (ID - 37923)

sif. və zərfHəvəssiz, könülsüz, ruhsuz, istəmədən. Şövqsüz işləmək.

ŞPAL (ID - 37924)

is. [rus. ] Dəmir yollarında relslərin altına düzülən ağac, metal və ya beton tir.

ŞPAT1 (ID - 37925)

is. [alm.] Silikatlar turşusundan olan müxtəlif mineralların adı.

ŞPAT2 (ID - 37926)

is. [alm.] Atın ayaq sümüklərinin iltihabı.

ŞPİK (ID - 37927)

is. [rus.] Donuz piyi.

ŞPİNDEL (ID - 37928)

is. [alm.] Metalkəsən dəzgahın hərlənən vərdənəsi (valı).

ŞPİNEL (ID - 37929)

is. [alm.] Növlərindən biri qiymətli daş sayılan minerallar qrupu.

ŞPİON (ID - 37930)

[alm.] Casus. [Vəli:] Bu nə sözdür, biz məgər şpionuq? Ə.Haqverdiyev. Darülfünun binası ətrafında atlı və piyada polis nəfərləri qoyulmuşdu. [Polis məmurları] tələbələr içərisinə şpionlar göndərmişdilər.. T.Ş.Simurq.

ŞPİONLUQ (ID - 37931)

is. Casusluq. ..Birpara müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyir, danışırlarsa, haman cin gedib qorodovoya .. xəbər verir; yəni şpionluq edir. C.Məmmədquluzadə.

ŞPLİNT (ID - 37932)

is. [alm.] Tən ortadan əyilmiş məftil, mil.

ŞPON (ID - 37933)

is. [alm.]poliq. Yığılan mətni səhifələrə ayırarkən sətirlər arasındakı məsafəni artırmaq üçün işlədilən boşluq materialı.

ŞPRİS (ID - 37934)

[alm. Spritze] Dəri altına dərman yeritmək, həmçinin dəri altından mayeni sorub çəkmək üçün içiboş iynəli cərrahiyyə aləti. Masanın üstündə tənziflə örtülü şprislər, pinsetlər .. vardı. Ə.Əbülhəsən.

ŞPROT (ID - 37935)

is. Siyənəkkimilər fəsiləsindən xırda balıq növü.

ŞPUR (ID - 37936)

tex. 1. Partladılması nəzərdə tutulan süxurlarda açılan dar deşik.
2. Əridici sobalarda maye axıtmaq üçün deşik.

ŞRAPNEL (ID - 37937)

[ing.] Düşmənin canlı qüvvəsini məhv etmək üçün içi yumru güllələrlə doldurulmuş top gülləsi. Şrapnellər cavab verdi; “Bala” deyən anaların səsinə. R.Rza. [Əsgər] ..elə o dəqiqə gözləmədiyi bir amansız şrapnel və...

ŞRİFT (ID - 37938)

[alm.] poliq. Müxtəlif ölçü və biçimdə olan mətbəə hürufatı.

ŞTAB (ID - 37939)

[alm.] Hərbi hissələrdə, birləşmələrdə qoşunları idarə edən orqan, habelə həmin orqanın tərkibinə daxil olan şəxslər; qərargah. Qoşun keçdikdən çox sonra qoşun komandanı .. öz ştabı ilə gəlib keçdi. M.S.Ordubadi. Cavad...

ŞTABEL (ID - 37940)

is. [alm.] Tikinti materiallarının nizamla yığımı.

ŞTAMM (ID - 37941)

is. [alm.] Morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi.

ŞTAMP (ID - 37942)

[ital.] 1. İdarənin, müəssisənin və s. adı olan möhür. Süleyman .. kağızları da və ştampı da guya bilmədən yerə tökür. M.İbrahimov. // Vurulan ştampın izi, yeri. // məc. Damğa.
tex. Ştamplama yolu ilə standart detallar...

ŞTAMPÇI (ID - 37943)

bax ştamplayıcı.

ŞTAMPLAMA (ID - 37944)

“Ştamplamaq”dan f.is. Ştamplama sexi.

ŞTAMPLAMAQ (ID - 37945)

f 1. Ştamp (2-ci mənada) vasitəsilə hazırlamaq.
2. Ştamp (1-ci mənada) vurmaq. // məc. Damğa vurmaq.

ŞTAMPLANMA (ID - 37946)

“Ştamplanmaq”dan f.is.

ŞTAMPLANMAQ (ID - 37947)

məch. 1. Ştamp (2-ci mənada) vasitəsilə hazırlanmaq. Qazıma qıfıllarının hər iki hissəsinin içiboş şəkildəpəstahısı ştamplanır. Ə.Mustafayev. Ştamp (2-ci mənada) vurulmaq. // məc. Damğa vurulmaq.
məc. Basmaqəlib edilmək,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed