İzahlı lüğət

SÜRƏKÇİ (ID - 36781)

is. ovç. Kollektiv heyvan ovunda ovu ovçulara tərəf qovan adam.

SÜRƏKLİ (ID - 36782)

Çox sürən, davamlı, uzun. Sürəkli xəstəlik. - Sürəkli alqışlarla Sona xala kürsüdən endi. S.S.Axundov. [Yağış] bir saat sürəkli yağarsa, aləmi tufana verir. A.Şaiq. Dəstənin sürəkli atəşi hamıya ürək verdi. M.Hüseyn.

SÜRƏKLİLİK (ID - 36783)

is. Sürəkli olma, uzun sürmə, davamlılıq.

SÜRƏKSİZ (ID - 36784)

sif Çox sürməyən, çox davam etməyən, çox çəkməyən, davamsız, çox qısa.

SÜRƏKSİZLİK (ID - 36785)

is. Sürəksiz olma, çox sürməmə, çox davam etməmə, qısalıq.

SÜRƏT (ID - 36786)

is. [ər. ] 1. Hər hansı bir hərəkətin itilik, tezlik dərəcəsi; çapıqlıq. Qaçışın sürəti. Səsin sürəti. Uçuşun sürəti. - Ay saf göydə öz gediş sürətini artırmamış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi...

SÜRƏTÇİ (ID - 36787)

is. 1. Çox sürətli iş üsulları mütəxəssisi, çox sürətli üsullarla işləyən fəhlə. Sürətçilər briqadası.
2. Sürətli qaçış ustası olan idmançı.

SÜRƏTLƏ (ID - 36788)

zərf Tez, cəld, iti. Sürətlə uzaqlaşmaq. Sürətlə addımlamaq. - Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Çəmənzəminli. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini...

SÜRƏTLƏNDİRİCİ (ID - 36789)

is. tex. Bir prosesi sürətləndirən cihaz, qurğu, maddə və s. // Sif. mənasında. Sürətləndirici cihaz.

SÜRƏTLƏNDİRMƏ (ID - 36790)

“Sürətləndirmək”dən f.is.

SÜRƏTLƏNDİRMƏK (ID - 36791)

f . 1. Sürətini artırmaq, tezləşdirmək. Addımlarını sürətləndirmək. işi sürətləndirmək. - Bəbirbala maşını sürətləndirdi. S.Rəhimov.
2. Tezləşdirmək, zamanca yaxınlaşdırmaq. Səfəri sürətləndirmək. Müalicəni...

SÜRƏTLƏNMƏ (ID - 36792)

“Sürətlənmək”dən f.is.

SÜRƏTLƏNMƏK (ID - 36793)

f . 1. Daha da sürətli olmaq, sürəti artırmaq, tezləşmək. Hərəkət sürətləndi. Sel get-gedə sürətləndi.
2. Tezləşmək, qabağa düşmək, tez əmələ gəlmək, tez baş vermək. Hadisələr sürətləndi.

SÜRƏTLİ (ID - 36794)

sif. Çox iti, çox yeyin, çox çapıq (hərəkət haqqında). Sürətli cərəyan. Sürətli qaçış. - Sürətli dalğalarla siz bizə yaxlaşınca; içimizə həyatın cilvələri saçılır. M.Müşfiq. Tahirzadə sürətli addımlarla qabağa keçəndə...

SÜRƏTÖLÇƏN (ID - 36795)

is. Avtomobilin, motosiklin hərəkətinin sürətini, habelə onların keçdiyi məsafəni göstərən cihaz; spidometr. indi sürətölçənin əqrəbi axıra dirənsə də, Çiçək Ümidi danlayırdı. B.Bayramov.

SÜRƏYYA (ID - 36796)

is. [ər.] Yeddiqardaş ulduzlar, ülkər, pərvin.

SÜRFƏ (ID - 36797)

is. [ər.] zool. Canlı orqanizmin (həşəratın, cücülərin və s.-nin) ilk inkişaf mərhələlərindən biri, pupun ilk inkişaf dövrü.

SÜRGƏC (ID - 36798)

is. Kirşələrin ağac (ya metal) parçasından ibarət olan, qar üzərində sürüşən alt hissələrindən hər biri.

SÜRGÜ (ID - 36799)

is. Qapını, pəncərəni daldan bağlamaq üçün ağac və ya dəmir parçası; kilid, qol. Qapının sürgüsünü vurmaq. // Cəftə, rəzə.

SÜRGÜQOLU (ID - 36800)

is. 1. tex. Maşında, mexanizmdə pistonu (porşeni) mühərrikin valı ilə birləşdirən və işləyəndə hərəkəti ötürən detal, hissə. Pistonun aşağıya hərəkəti sürgüqolu vasitəsilə dirsəkli vala keçərək onu fırlanmağa məcbur...

SÜRGÜN (ID - 36801)

is. 1. Məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsi məcburi surətdə başqa (adətən uzaq) bir yerə köçürmə, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Sürgün cəzası. Ömürlük sürgün. Sürgünə göndərmək....

SÜRMƏ1 (ID - 36802)

is. 1. Qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boya, toz. Sürmə çox olanda gözə də çəkərlər, qaşa da. (Məsəl). Sürmə çəksin gözlərinə, qaşına; Gündə yüz yol mən dolanım başına. Q.Zakir. [Hafizə xanım Sayada:]...

SÜRMƏ2 (ID - 36803)

is. bax siyirmə2. Stolun sürməsini açmaq.

SÜRMƏ3 (ID - 36804)

bax siyirmə3. [Gilə] içəri girib qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev. [Hacıgili] ..qapını əl ilə bağlayıb, açılmasın deyə uzun ağac sürməni də keçirmişdilər dalına. İ.Əfəndiyev.

SÜRMƏK1 (ID - 36805)

f 1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək. - Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. Səhhət. // ...

SÜRMƏK2 (ID - 36806)

f. 1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi.

SÜRMƏK3 (ID - 36807)

f. Şumlamaq. Tarlanı sürmək.

SÜRMƏLƏNMƏ (ID - 36808)

“Sürmələnmək”dən f.is.

SÜRMƏLƏNMƏK (ID - 36809)

qayıd. Qaşlarına, gözlərinə, kirpiklərinə sürmə çəkmək. Bir qıya çəkəndə aldı canımı; Gözləri qüdrətdən sürmələnibdir. Aşıq Ələsgər. Şəhla xanım sürmələnmiş (f.sif.) qaşlarını dartdı. S.Rəhimov.

SÜRMƏLİ (ID - 36810)

SÜRMƏYİ (ID - 36811)

is. Qara ilə göy arasında tünd rəng. // sif. Bu rəngdə olan. Sürməyi parça. Sürməyi rəng. Sürməyi paltar. - [Nərimanın] ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar var idi. İ.Əfəndiyev. [Mehribanın]...

SÜRPRİZ (ID - 36812)

is. [fr.] Gözlənilməyən hədiyyə, yaxşılıq, xoş xəbər.

SÜR-SÜMÜK (ID - 36813)

top. İri və xırda sümüklər. Adama elə gəlirdi ki, [Karlın] tərpənən kimi bütün sür-sümüyü bəndlərindən aralanıb töküləcəkdir. Ə.Əbülhəsən. // Ümumiyyətlə, sümüklər, sümük qırıntıları. Bu ət deyil, sürsümükdür....

SÜRTGƏC (ID - 36814)

is. 1. Tərəvəzi və s.-ni xırdalamaq, meyvənin suyunu çıxarmaq üçün iti dişcikləri və deşikləri olan metal və s.-dən alət, lövhəcik. Kələmi sürtgəcdən keçirmək. Çuğunduru sürtgəcdən keçirmək.
2. Suvağın üzünü...

SÜRTKÜ (ID - 36815)

is. Sürtməyə məxsus maddə. □ Sürtkü yağları q, sürtmək üçün neftdən emal edilən yağların ümumi adı. Yanacaq və sürtkü yağları ehtiyatı. - [Mazutdan] vazelin, parafin və sürtkü yağları alırlar. “Üzvi kimya” .

SÜRTMƏ (ID - 36816)

“Sürtmək”dən f.is.

SÜRTMƏK (ID - 36817)

f 1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək. - [Fatma:] Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur,...

SÜRTÜK1 (ID - 36818)

sif. 1. Sürtülmüş halda olan, çox sürtülməkdən yazısı, naxışı silinib getmiş, pozulmuş. Sürtük sikkə.
2. məc. Sırtıq, üzlü, həyasız, utanmaz. Sürtük adam.

SÜRTÜK2 (ID - 36819)

SÜRTÜKLÜK (ID - 36820)

is. 1. Sürtülmüş şeyin halı.
2. məc. Sırtıqlıq, üzlülük, həyasızlıq, utanmazlıq.

SÜRTÜLMƏ (ID - 36821)

“Sürtülmək”dən f.is.

SÜRTÜLMƏK (ID - 36822)

1. “Sürtmək”dən məch. Aynabəndin döşəməsi ayaqlar altında o qədər sürtülmüşdü ki, taxtaların talaşası çıxmışdı. Mir Cəlal. Musa kişi daha tərəddüd etmədən əlini cibinə salıb, üzü sürtülmüş (f.sif.), dördqat...

SÜRTÜNMƏ (ID - 36823)

“Sürtünmək”dən f.is.

SÜRTÜNMƏK (ID - 36824)

qayıd. Özünü bir şeyə sürtmək, toxundurmaq. Divara sürtünmək. Ağaca sürtünmək. - Naxırdan ayrılaraq həyətə dönmüş sarı inək ağır-ağır yeriyib Səkmənin yanına gəldi, yorğun-yorğun ona sürtündü. M.İbrahimov. Mal-qara...

SÜRTÜŞKƏN (ID - 36825)

sif. Sürtüşməyi (adama sataşmağı) sevən, adama sataşmağı adət etmiş, adama sataşan.

SÜRTÜŞKƏNLİK (ID - 36826)

is. Adama sürtüşmək, sataşmaq xasiyyəti.

SÜRTÜŞMƏ (ID - 36827)

“Sürtüşmək”dən f.is.

SÜRTÜŞMƏKf (ID - 36828)

1. qarş. Bir-birinə sürtünmək, toxunmaq. // Toxunmaq, dəymək, sürtünmək. [Münəvvər xanım:] Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır. M.S.Ordubadi. [Dadaş Balaxanıma dedi:]...

SÜRÜ (ID - 36829)

is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. inək sürüsü. Quzu sürüsü. - Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi.. A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı.
M....

SÜRÜCÜ (ID - 36830)

is. Maşını, traktoru və s.-ni idarə edən, sürən adam (şofer, traktorçu və s.). Üç yolun ayrıcında dayanmış traktorun; Sürücüsü yol verir gedən-gələn maşına. Ə.Cəmil.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed