İzahlı lüğət

SÖR-SÖKÜNTÜ (ID - 36331)

bax söküntü 2-ci mənada.

SÖVDA (ID - 36332)

[ər.] bax ekzema.

SÖVDALI (ID - 36333)

bax ekzemalı.

SÖVDƏ (ID - 36334)

is. [ər.] Alver, alış-veriş. [Həkim gülüb dedi:] Hacı ağa, belə də sövdə olarmı? Ə.Haqverdiyev. [Əli Sərdara:] Sövdənizin baş tutmaması, yəqin ki, heç xoşlarına gəlmədi. P.Makulu. □ Sövdə etmək - alış-veriş etmək. [Hacı...

SÖVDƏGƏR (ID - 36335)

is. [ər. sövdə və fars. ...gər] köhn. Parça alverilə məşğul olan adam, tacir, parça mağazası sahibi. [Hacı Saleh:] Sənə məlumdur ki, bu şəhərin sövdəgərlərinin əksərini mən pullu etmişəm. S.S.Axundov. [Qönçə:] [Mirzə...

SÖVDƏGƏRLİK (ID - 36336)

is. köhn. Sövdəgərin işi, peşəsi; parça ticarəti ilə məşğul olma. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə.

SÖVDƏLƏŞMƏ (ID - 36337)

1. “Sövdələşmək”dən f.is.
2. məc. Dilləşmə, uzlaşma; gizli saziş, razılıq, sözbirlik.

SÖVDƏLƏŞMƏK (ID - 36338)

f köhn. Alverdə, sövdədə razılığa gəlmək, saziş bağlamaq, razılıq əldə etmək, razılaşmaq. - Sonra sövdələşərik, - deyib, tacir qeyri-müəyyən cavab verdi. M.Ibrahimov. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən olmasın...

SÖVQ (ID - 36339)

is. [ər.]: sövq etmək - 1) gətirmək, qabağına qatıb sürmək, aparmaq, irəli gətirmək; 2) təhrik etmək, səbəb olub bir nəticəyə aparıb çıxarmaq, çəkib aparmaq, cəlb etmək, məcbur etmək, vadar etmək. Nəbini kəskin mübarizəyə,...

SÖVQİ-TƏBİİ (ID - 36340)

is. [ər.] bax instinkt. Əlbəttə, burada sövqi-təbiinin də qüvvətli bir amil kimi böyük rolu vardı. Ə.Əbülhəsən. [Süleyman] əlində yalın xəncər durmuş Nüsrəti görərkən bir sövqi-təbii ilə tez Həmidin yatağına doğru atıldı...

SÖVT (ID - 36341)

is. [ər.] Səs, səda. Çıxanda sövtü o şirin kəlamımın, Seyyid; O sövtə başdan-ayaq guş olduğum gecələr. S.Ə.Şirvani. Xoş sövtlə söylənən sözlər təkcə-təkcə almaz danələri kimi düşüb göz şüşələrinə rəxnə salırdı....

SÖVTİYYAT (ID - 36342)

[ər.] köhn. bax fonetika.

SÖYKƏK (ID - 36343)

is. 1. Dayaq, söykənəcək; söykənmək üçün hər cür şey. Salman söykəyə dirsəklənərək bir-iki dəfə öskürdü. Ə.Vəliyev. Növrəstə evdən mütəkkə gətirib Nəbiyə söykək qoydu. Ə.Abasov. □ Söykək vermək dayaq etmək....

SÖYKƏKLİ (ID - 36344)

sif və zərf Söykənmiş halda, söykənərək, dayanaraq. Söykəkli yatmaq. - [Səlim] ayaq üstə ağaca söykəkli durdu. S.Rəhimov.

SÖYKƏMƏ (ID - 36345)

“Söykəmək”dən f.is.

SÖYKƏMƏK (ID - 36346)

f . Dayamaq, dirəmək, yapışdırmaq. Əlini başına söykəmək. Belini divara söykəmək. - Ağca başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən. Nəriman yazı masasını şüşəbəndə söykəmişdi. Mir Cəlal....

SÖYKƏNƏCƏK (ID - 36347)

is. 1. Divanda, stulda, skamyada və s.-də kürəyi söykəmək üçün dayaq. [Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı. Ə.Əbülhəsən. Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi....

SÖYKƏNMƏ (ID - 36348)

“Söykənmək”dən f.is.

SÖYKƏNMƏK (ID - 36349)

f 1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək. Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev....

SÖYLƏMƏ (ID - 36350)

“Söyləmək”dən f.is.

SÖYLƏMƏK (ID - 36351)

f . Demək. Nə söyləyirsən? - [Sultan bəy:] Qızım, sənin istədiyin, kimdir? Söylə görək. U.Hacıbəyov. Zeynal yavaşca addımlarla Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Söyləməyə üzü gəlmirdi. S.Hüseyn. // Anlatmaq, bildirmək,...

SÖYLƏNMƏ (ID - 36352)

“Söylənmək”dən f.is.

SÖYLƏNMƏK (ID - 36353)

1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq. Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov. Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi....

SÖYLƏŞMƏ (ID - 36354)

“Söyləşmək”dən f.is.

SÖYLƏŞMƏK (ID - 36355)

qarş. Bir işin necə edilməsi haqqında danışmaq, müzakirə etmək; söhbətləşmək, dilləşmək, məsləhətləşmək. istəyirik bir iş açaq filməsəl; Söyləşirik bir-iki il laəqəl. M.Ə.Sabir. Yusif xeyli fikirdən sonra dedi: - Qızım,...

SÖYLƏTMƏ (ID - 36356)

“Söylətmək”dən f.is.

SÖYLƏTMƏK (ID - 36357)

icb. Söyləməyə məcbur və ya sövq etmək; danışdırmaq, dindirmək. Hankı bir sərxoşu söylətdim, inan; Bəhs edər gördüm o, huşyarlıqdan. H.Cavid. [Dərviş:] Əgər mənim başıma gələndən xəbərin var isə, niyə məni söylətmək...

SÖYMƏ (ID - 36358)

“Söymək”dən f.is.

SÖYMƏK (ID - 36359)

f . Nalayiq, pis, ədəbsiz sözlərlə təhqir etmək. Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib başlayır söyməyə. C.Məmmədquluzadə. [Əhməd:] Əlbəttə, adam kasıb olanda onu söyərlər də, döyərlər də....

SÖYÜD (ID - 36360)

is. bot. Adətən sulaq yerlərdə bitən, ensiz yarpaqları, elastiki budaqları olan ağac və ya kol. O tay-bu tay arx boyu düzülmüş cavan söyüdlərin zərif yarpaqları xəfif mehdən titrəşdilər. İ.Əfəndiyev.

SÖYÜDGÜLÜ (ID - 36361)

is. bot. Ətirli çəhrayı və ya ağ çiçəkləri olan, ensiz yarpaqlı, həmişəyaşıl kol-bitki. Oleandr və ya söyüdgülü geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür. Bitki zəhərlidir, tərkibində...

SÖYÜDLÜ (ID - 36362)

sif Söyüd ağacları olan, kənarlarında söyüd bitən. Söyüdlü yollar. Söyüdlü bağlar. - Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq. Həyat ona verib bütün rəngini; Söyüdlü çayların ilk...

SÖYÜDLÜK (ID - 36363)

is. Söyüd ağacları olan yer, söyüd olan yer. [Miraxurla Səfər] yaxındakı çayı keçib bir söyüdlükdə dayandılar. Çəmənzəminli. Biz görüşə gələndə söyüdlükdə durub tək; O gözləyir sübhədək. Z.Xəlil.

SÖYÜLMƏ (ID - 36364)

“Söyülmək”dən f.is.

SÖYÜLMƏK (ID - 36365)

məch. Söyüşə məruz qalmaq. // Danlanmaq, məzəmmətlənmək. Hər gün söyülürəm, hey danlanıram; Bəlkə danlaqlardan xoşhallanıram. B.Vahabzadə.

SÖYÜŞ (ID - 36366)

is. Nalayiq, qaba, təhqirli söz(lər). Bu söz Qurban üçün söyüşdən də pis oldu. T.Ş.Simurq. Hacı Aslan söydükcə qızışır, qızışdıqca söyüşünü qəlizləşdirirdi. S.Hüseyn. □ Söyüş söymək - qaba, nalayiq, təhqiredici...

SÖYÜŞÇÜ, SÖYÜŞCÜL (ID - 36367)

SÖYÜŞKƏN (ID - 36368)

bax söyüşçü. Nadinc, söyüşkən, bu doqquz yaşında uşaq bütün müəllimləri təngə gətirmişdi. S.S.Axundov. Bəy yekəxananın biriminci mülkədarı, söyüşkən zülmkarı idi. S.Rəhimov.

SÖYÜŞMƏ (ID - 36369)

“Söyüşmək”dən f.is.

SÖYÜŞMƏK (ID - 36370)

f Bir-birini söymək, birbirinə nalayiq, qaba, təhqirli sözlər demək. Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu. Çəmənzəminli. Söyüşsələr də, döyüşsələr də.. bəzən Cəmil [Səməndərin] könlünü alar(dı).....

SÖZ (ID - 36371)

is. 1. Bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə. Sözün mənası. - Hamıya bir vahimə düşdü, söz demək istəyənlərin sözləri boğazlarında qurudu. B.Talıblı. Əşrəfin danışdığı...

SÖZANLAYAN (ID - 36372)

sif. və is. Sözü, mətləbi, işarəni tez dərk edən, başa düşən; arif.

SÖZARASI (ID - 36373)

ara s. Yeri gəlmişkən, yeri gəldikcə, söhbət əsnasında. Mirzə Kərim maaşının azlığını sahibkar olan Ağa Murad bəyə sözarası neçə dəfə söyləmişdisə də, lakin quru vəddən başqa bir şey almamışdı. T.Ş.Simurq. ..Rüstəm...

SÖZARDI (ID - 36374)

is. Əsərin (kitabın) axırında müəllif və ya naşir tərəfindən verilən son izah, məlumat, son söz.

SÖZBAŞI (ID - 36375)

1. zərf Hər sözün əvvəlində, tez-tez. Hacı hər sözbaşı gözünün ucu ilə ona baxıb qorxa-qorxa davam edirdi. Mir Cəlal.
2. is. Giriş ( kitabda, əsərdə və s.-də).

SÖZBAZ (ID - 36376)

sif. və is. Dedi-qoduçu, sözgəzdirən, qeybətçi, xəbərçi, uydurma sözlər yayan, söz şişirdən. Sözbaz adam. Sözbazın biridir.

SÖZBAZLIQ (ID - 36377)

is. Dedi-qoduçuluq, xəbərçilik, şayiə yayma, sözü şişirdib yayma, sözbazlıq eləmə.

SÖZBƏSÖZ (ID - 36378)

zərf Kəlməbəkəlmə, bir-bir, kəlmə-kəlmə. Sözbəsöz oxumaq.
SÖZBİR: sözbir eləmək (olmaq) - sözü bir yerə qoymaq, gizlicə sözləşmək. [Mirzə:] Sözbir, əlbir olandan sonra yenə də [korluq] çəkmərik. Mir Cəlal.

SÖZBİRLİK (ID - 36379)

is. Sözü bir eləmə, sözbirliyi, dilbirlik.

SÖZÇÜLÜK (ID - 36380)

is. və sif. Əsərdə, danışıqda yığcamlığa, məzmunun dərinliyinə, dolğunluğuna deyil, artıq sözlərə, uzunçuluğa yol vermə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed