İzahlı lüğət

SONALAMAQ (ID - 36181)

f Hər şeyə irad tutmağa çalışmaq, hər şeydə nöqsan axtarmaq. Əfruz bacı hər şeyi sonalayan idi. O, evin qabağında Kosanı qarşılayıb bala baxdı və qızışdı. S.Rəhimov. Öz evlərində heç bir şeyi sonalamayan, anası gətirən...

SONATA (ID - 36182)

[ital.] Xarakter və tempi etibarilə adətən üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri.

SONATİNA (ID - 36183)

[ital.] mus. Kiçik sonata.

SONBEŞİK (ID - 36184)

is. Sonuncu, axırıncı uşaq, övlad. Ailənin sonbeşiyi. - Tükəzban ilk və sonbeşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından onun üstündə, öz təbirincə, nanə yarpağı kimi əsirdi. M.Hüseyn. Ulduz ailədə sonbeşik...

SONCUQ (ID - 36185)

is. Təpik, şıllaq. □ Soncuq atmaq - bax soncuqlamaq. Öküz soncuq atır. // Tərslik eləmək, deyilənə qulaq asmamaq. Gülsənəm arvad oğlunun sözlərindən bir az da əsəbiləşdi: - Eh, qurbanın olum, - dedi, sevir sevsin, mən demirəm...

SONCUQLAMA (ID - 36186)

“Soncuqlamaq”dan f.is. Köçün yaraşığı dananın soncuqlamasıdır. (Ata. sözü).

SONCUQLAMAQ (ID - 36187)

f . Soncuq atmaq, təpik atmaq, şıllaq atmaq. Cöngə isə hey soncuqlayır, təkə kimi atılıb-düşürdü. S.Rəhimov.

SONET (ID - 36188)

is. [fr.] Şeir janrı.

SONLUQ (ID - 36189)

is. qram. Sözün qrammatik dəyişən son hissəsi. Hal sonluqları.

SONOR (ID - 36190)

is. [lat.] Səs tellərinin ahəngdar hərəkəti ilə yaranan samit səs.

SONRA (ID - 36191)

1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı.
Qonaq əvvəlcə Bayramla, sonra da Məşədibəylə vidalaşıb çıxdı. M.Hüseyn. On beş gün sonra...

SONRADAN (ID - 36192)

zərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü. Sonradan peşman olmaq. Sonradan ağlına gəlmək. - [Kərəm:] Səgrəqibin fitnəsinə inandım; Firqət nə olduğun...

SONRADAN-SONRAYA (ID - 36193)

zərf Axırda, bir az keçəndən sonra, bir qədər fikirləşəndən sonra. ismayıl kişi fikrə getdi. Sonradansonraya dedi: - Silahlarını ələ gətirə bilsək, daha yaxşı olar. P.Makulu.

SONRAKI (ID - 36194)

zərf 1. Sonra olan, sonra baş verən, bir şeyin ardınca gələn. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr. Sonrakı peşmançılıq fayda verməz.
2. Gələcək, qarşıdakı, növbədəki. Sonrakı işləri fikirləşmək. - Sonrakı...

SONRALAR(I) (ID - 36195)

zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu. -Bu əhvalatı mənə sonralar anam danışmışdı. M.Rzaquluzadə. Qəzənfər sonralar Dürrənin ailəsinə böyük...

SONRALIQ (ID - 36196)

SONRALIQCA (ID - 36197)

zərf Sonradan, sonra. Sonralıqca hamı gəldi. - Bəs bu yazıq Tükəzbana niyə erkək deyirlər, əlbəttə, sonralıqca hamımız biləcəyik. B.Talıblı.

SONRASI (ID - 36198)

zərf Axırı, ardı, nəticəsi, aqibəti. Sonrası bəlli olar. Sonrasına baxarıq.

SONSUZ1 (ID - 36199)

sif. Sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq. Sonsuz məhəbbət. - Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq var! Sonsuz sevinc doğurur işıqların yanması. R.Rza. Sən açdın...

SONSUZ2 (ID - 36200)

sif. Uşağı, övladı olmayan. Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı. Ə.Məmmədxanlı. Sonsuz, dul kişi [Sultan Əmirli] çox zaman evə baş salmaq belə istəməzdi. I.Hüseynov.

SONSUZLUQ1 (ID - 36201)

is. Sonu, nəhayəti olmama; nəhayətsizlik, intəhasızlıq. Amma bu qısacıq məsafə Qulama sonsuzluq təsiri bağışladı. Ə.Əbülhəsən.

SONSUZLUQ2 (ID - 36202)

is. Sonsuz olma, övladı, uşağı olmama. Sadığın qardaşı da ağlamsındı, sonsuzluğun bütün ağırlığını duymuş adamlar kimi büzüşdü. M.Hüseyn. [Məsumə Muxtara:] Sənin kimi övladdansa, sonsuzluq yaxşıdır. B.Bayramov.

SONUC (ID - 36203)

bax son 3-cü mənada.

SONUNCU (ID - 36204)

sif. Ən axırıncı, axırdakı, axırda olan. Sonuncu dərs. Sonuncu tamaşa. - Qoca kişi sonuncu daşı da yonub hazır etmişdi. S.Rəhimov.

SOPLO (ID - 36205)

is. tex. Ucluq.

SOPRANO (ID - 36206)

[ital.] mus. 1. Ən yüksək qadın səsi.
2. Belə səsi olan müğənni haqqında.

SORAQ (ID - 36207)

is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat. Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “Qaçaq Nəbi” . // Biri haqqında məlumat, xəbər. [Ümid...

SORAQÇI (ID - 36208)

is. Soraq edən, soruşan, axtaran. Soraqçının tüstüsü dabanından çıxar. (Məsəl).

SORAQLAMA, SORAQLAŞMA (ID - 36209)

“Soraqlamaq” və “soraqlaşmaq”dan f.is.

SORAQLAMAQ, SORAQLAŞMAQ (ID - 36210)

f Soruşmaq, soraq etmək, ondan-bundan soruşaraq bilmək. Yar dağdan aşdı, getdi; Ürəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi. (Bayatı). [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq...

SORAQSIZ (ID - 36211)

sif. və zərf Xəbərsiz, xəbər vermədən, xəbərdarlıq etmədən. Soraqsız itmək. Soraqsız gəlmək. - [Mədinə Yavərə:] Bilmirəm səndə nə adətdir, soraqsız, xətərsiz adamın başının üstünü alırsan. M.Ibrahimov.

SORAQ-SORAQLA (ID - 36212)

zərf Soruşa-soruşa, soruşub xəbər tutmaqla, axtara-axtara. Soraqsoraqla istədiyini taparsan. - Doğrudur, deyərlər ki, soraq-soraqla həccə getmək olar. M.Rzaquluzadə.

SORĞU, SORĞU-SUAL (ID - 36213)

is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. - Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan...

SORMA1 (ID - 36214)

“Sormaq1’dan f.is.

SORMA2 (ID - 36215)

“Sormaq2”dan f.is.

SORMAQ1 (ID - 36216)

f. Soruşmaq, sual etmək, xəbər almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyimey? Degilən, get onu meyxanədə sağərdən sor. S.Ə.Şirvani. Bahadır papiros yandırıb Sultandan sordu.. N.Nərimanov. Əhməd hekayəsini tamam etdi. ikimiz...

SORMAQ2 (ID - 36217)

f. 1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M .İbrahimov.
Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi...

SORT (ID - 36218)

[fr. sorte, əsli lat.] 1. Hər hansı bir malın keyfiyyət və qiymət cəhətdən dərəcəsi, növü, çeşidi. Çayın sortu. Tütünün sortu. Birinci sort un. - [Xəlil:] Pambığı tez yığanda ikinci sortla təhvil verirlər. M.Hüseyn.
2....

SORTAMENT (ID - 36219)

is. [fr.] Eyni cinsli məmulat və materialların sort, növ, tip və ölçü cəhətdən çeşidi.

SORTLAMA (ID - 36220)

“Sortlamaq”dan f.is.

SORTLAMAQ (ID - 36221)

bax sortlaşdırmaq.

SORTLAŞDIRMA (ID - 36222)

“Sortlaşdırmaq”dan f.is.

SORTLAŞDIRMAQ (ID - 36223)

f . Sortlara ayırmaq, növlərə ayırmaq; çeşidləmək.

SORTLAYICI (ID - 36224)

is. Bir şeyi sortlara, növlərə, çeşidlərə ayıran işçi (maşın).

SORTLUQ (ID - 36225)

is. Müəyyən sorta (2-ci mənada) aid olma; cins. Sortluq toxum.

SORTSINAMA (ID - 36226)

is. k.t. Toxumların sortunu (növünü, cinsini, keyfiyyətini) yoxlayıb qiymətləndirmə.

SORUCU1 (ID - 36227)

sif. Soran, sorub çəkən. Bitkinin sorucu rişələri. Sorucu həşərat. Sorucu orqan. // Sormağa, sorub çəkməyə məxsus. Sorucu klapan. Sorucu nasos.

SORUCU2 (ID - 36228)

is. Sual edən, soruşan, sualedici, sual ifadə edən. Sorucu baxış. - Qız tanımadığı bu adamları utancaq və sorucu nəzərlərlə seyr edirdi. Ə.Sadıq.

SORUŞMA (ID - 36229)

“Soruşmaq”dan f.is.

SORUŞMAQ (ID - 36230)

f 1. Bir şeyi bilmək, bir şey haqqında məlumat almaq üçün birinə sualla müraciət etmək; sual etmək. Xəstənin halını soruşmaq. Dərslərini soruşmaq. Yaşını soruşmaq. - Kimin ixtiyarı var idi, soruşsun haradan [Xudayar bəyə]...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed