İzahlı lüğət

SEÇİM (ID - 34879)

is. 1. Seçib götürmə. 60-cı illərdə.. yazıçılar indi mövzu seçimində, yaradıcılıq axtarışlarında nisbətən sərbəst idilər. İ.Qasımzadə.
Çeşid, assortiment.

SEÇKİ (ID - 34880)

is. Hər hansı bir vəzifəni yerinə yetirmək üçün səsvermə yolu ilə deputat və s. seçmə (bu mənada əsasən cəmdə işlənir). Hamı seçkilərə! - On səkkizi tamam olub, on doqquza girəcək o; Sabah bizim seçkilərdə ilk səsini verəcək...

SEÇKİQABAĞI (ID - 34881)

sif. Seçkilərin yaxınlaşması ilə əlaqədar olan, yaxınlaşan seçkilər şərəfinə olan, seçkidən qabaq olan. Seçkiqabağı yığıncaqlar. Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya...

SEÇKİLİ (ID - 34882)

sif. Seçki ilə olan, seçilən. Seçkili vəzifə.

SEÇMƏ1 (ID - 34883)

1. “Seçmək”dən f.is.
sif. Oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. Seçmə üzük. Seçmə xalça. -Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.
sif....

SEÇMƏ2 (ID - 34884)

is. Saçma, qırma. Məni oğru bilib seçməni qarnıma doldurar. Mir Cəlal.

SEÇMƏK (ID - 34885)

f 1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. Zövqünə görə parça seçmək. Qız seçmək. - Qızılgülü biçmişəm; Üstündə and içmişəm; Min gözəlin içindən; Bircə...

SEÇMƏ-SEÇMƏ (ID - 34886)

sif Ən yaxşı, ən seçilmiş. Məclisə seçmə-seçmə adamlar gəldilər. - [Mehdiqulu:] Kəndin seçmə-seçmə oğlanlarını uşaq kimi iclasdan bayıra tökürəm. Mir Cəlal.

SEGAH (ID - 34887)

is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Ə.Haqverdiyev. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.
tar....

SEHR (ID - 34888)

is. [ər.] 1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən...

SEHRBAZ (ID - 34889)

is. [ər. sehr və fars. ...baz] Sehrbazlıqla məşğul olan adam; ovsunçu, gözbağlayıcı. Bu sehrbaza zirək, sağlam, gənc bir köməkçi lazımdı. S.Vəliyev.

SEHRBAZLIQ (ID - 34890)

is. Sehrbazın işi, məşğələsi, ovsunçuluq, gözbağlayıcılıq.

SEHRKAR (ID - 34891)

sif. [ər. sehr və fars. ...kar] 1. Bax sehrbaz. [Əbülhəsənbəy:] Ah, bu qız nə qədər sehrkar bir qız imiş. M.S.Ordubadi.
məc. Məftunedici, füsunkar, fövqəladə gözəl. Doğrudan da bu saat Qaraş və Mayanın üzündə ürəklərinin...

SEHRKARLIQ (ID - 34892)

is. 1. Bax sehrbazlıq.
məc. Məftunedicilik, füsunkarlıq, fövqəladə gözəllik. Qılınc çəkdi hüsnün sehrkarlığı; Xan danışa bilmir, susur lal kimi. Vahabzadə.

SEHRLƏMƏ (ID - 34893)

“Sehrləmək”dən f.is.

SEHRLƏMƏK (ID - 34894)

f 1. Ovsunlamaq. Artıq ikinci dəfə idi ki, maral [ovçunu] bu cür sehrləyirdi. Ə.Məmmədxanlı.
məc. Məftun etmək, valeh etmək. [Məzlum Aslana:] Skripka məni sehrlədi və onu bağrıma basıb çalmağa başladım. S.Vəliyev. Dünənə-srağagünə...

SEHRLƏNMƏ (ID - 34895)

“Sehrlənmək”dən f.is

SEHRLƏNMƏK (ID - 34896)

məch. 1. Bax ovsunlanmaq. [Ayna] artıq tamamilə sehrlənmişdi. Ə.Məmmədxanlı.
məc. Valeh olmaq, məftun olmaq, vəcdə gəlmək. O bu ilk dialoqda Hüseynin füsunkar səsindən sehrlənmişdi. S.Rəhman.

SEHRLİ (ID - 34897)

sif. 1. Ovsunlu, ovsunlanmış, sehrlənmiş (nağıllarda). Sehrli xalat. Sehrli papaq. // məc. Əsrarəngiz, fantastik, sanki xəyal aləmində cərəyan edən. [Sənubər] layihəni unudub dumanlı, sehrli bir aləmlə qovuşdu, xəyallarla əlləşməyə...

SEX (ID - 34898)

[alm. seche] 1. Sənaye müəssisəsinin, istehsal prosesinin müəyyən sahəsilə məşğul olan şöbəsi. Sex ustası. - [Lövhədə] ..hər sexin gündəlik işləri haqqında məlumat yazılıb asılırdı. Ə.Sadıq. Neçə gün idi ki, onların...

SEKAM (ID - 34899)

is. [fr.] Rəngli televiziyanın yaddaşlı ardıcıl sistemi.

SEKRESİYA (ID - 34900)

[lat. secretio - ifraz] fiziol. Vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan şirələri hazırlayıb ifrazetmə prosesi.

SEKRET (ID - 34901)

[lat. secretus - ayrılmış] fiziol. İnsan və heyvan bədənində vəzilərin hazırladığı maddə (mədə şirəsi, tüpürcək və s.).

SEKRETER (ID - 34902)

[fr. secretaire] Üstündə yazı yazmaq üçün açılıb-örtülən qapağı (taxtası) və kağız və s. qoymaq üçün gözləri olan yazı stolu növü və ya şkaf.

SEKS (ID - 34903)

is. [lat.] Kişi və qadın arasında fiziki yaxınlıq.

SEKSİYA (ID - 34904)

[lat. sectio - bölmə] 1. Bir idarənin, təşkilatın, cəmiyyətin və s.-nin şöbəsi və ya yarımşöbəsi; bölmə. Univermağın hazır paltar seksiyası. - [Tələbə:] Biologiya elminə maraqlandığımdan təbiyyat şöbəsinin bioloji seksiyasında...

SEKSTA (ID - 34905)

[lat. sexta - altıncı] mus. 1. Diatonik qammanın altıncı pilləsi.
Diatonik qammanın birinci pilləsi ilə altıncı pilləsi arasında fasilə.

SEKTA (ID - 34906)

[lat. secta - nəzəriyyə, məktəb] Hakim dindən ayrılmış dini icma; təriqət.

SEKTANT (ID - 34907)

[lat.] Təriqətçi.

SEKTOR (ID - 34908)

is. [lat.] Bölmə, şöbə, sahə.

SEKUNDANT (ID - 34909)

[lat. secundans (secundantus) - köməkçi] 1. köhn. Dueldə iştirak edənlərdən hər birinin şahidi və vasitəçisi. [Silvio:] Üç sekundantımla birlikdə təyin edilmiş yerdə dayanmışdım. Puşkindən. [Hüseyn:] Qardaşlar, buraya zəhmət...

SEL (ID - 34910)

is. [ər.] 1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı. - Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb...

SELAB (ID - 34911)

is. [ər. seyl və fars. ab] 1. Sel suyu. Dağdan selab gəlir. - [Şahin:] Görəsən, selabda deyilik ki? B.Bayramov. Selin axarkən yuyub əmələ gətirdiyi dərə, oyuq, arx; selin açdığı yol. Dərin selab. Dayaz selab. - Bu zaman Mehdigil [kişini]...

SELBASAR (ID - 34912)

is. Sel suyu ilə sulanan yerlər, selin basdığı yerlər.

SELEKSİYA (ID - 34913)

[lat. selectio - seçmə] Heyvan cinsləri və ya bitki növlərini yaxşılaşdırma, habelə süni seçmə və ciftləşdirmə yolu ilə yeni heyvan cinsləri və bitki növləri yetişdirmə. Seleksiya işlərinin xalq təsərrüfatı üçün böyük...

SELEKSİYAÇI (ID - 34914)

is. Seleksiya mütəxəssisi, seleksiya ilə məşğul olan.

SELEN (ID - 34915)

is. [yun.] Kimyəvi element.

SELİK (ID - 34916)

is. Bəzi heyvan və bitki hüceyrələrinin ifraz etdiyi suvaşqan maddə. Balıq bədəninin səthi xüsusi sürüşkən seliklə örtülü olur. Y.Əbdürrəhmanov.

SELİKLİ (ID - 34917)

sif. anat. Seliyi olan, selik ayıran. Selikli qişa.

SELİKVARİ (ID - 34918)

sif. Seliyəoxşar, selik kimi. Selikvari maddə.

SELİNTİ (ID - 34919)

is. 1. Selin yuyub apardığı yer, selin yatağı, selin açdığı yol. Selinti yerlərin və çayların üstündən yeni düzülən körpülər keçirilirdi. S.Rəhimov. Selin özü ilə gətirdiyi ağac, kol, kötük, çör-çöp və s.

SELİYƏOXŞAR (ID - 34920)

bax selikvari.

SELKUPLAR (ID - 34921)

cəm Krasnoyarsk ölkəsində və Tomsk vilayətində yaşayan şimal xalqı.

SELLƏMƏ (ID - 34922)

1. is. Böyük əkin sahələrinə sel kimi axıdılan su. Xanpərinin sahəsi selləmə sulandığı üçün isti günlərdə dərhal quraqsıyırdı. Ə.Vəliyev.
sif. Güclü yağış, şiddətli yağmur, leysan yağış. [Sevdim kişi:] Havalar...

SELLƏMƏK (ID - 34923)

f Selləmə üsulu ilə suvarmaq.

SELLƏNMƏ (ID - 34924)

“Sellənmək”dən f.is.

SELLƏNMƏK (ID - 34925)

f . Sel kimi axmaq, selə çevrilmək. Gecə-gündüz, vaxtbivaxt ağlaram; Çeşmim yaşı Ceyhun olur, sellənir. Qurbani. Yağ, yağışım, sellənərək; Sırmalanıb tellənərək! M.Müşfiq.

SELLİ (ID - 34926)

sif. Çox sel olan; çox yağışlı, yağmurlu, sulu. Selli aylar. - Yazın oğlan vaxtı, selli çağları; Qanıq ilə Qavrı, bir də dəli Kür; Birləşib üçü də, uçurur, tökür. H.K.Sanılı.

SELLİK (ID - 34927)

is. Selin yuyub gətirdiyi qum, xırda daş, ağac parçaları və s.; selinti.

SELLİ-SULU (ID - 34928)

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed