İzahlı lüğət

RƏFİQANƏ (ID - 33839)

zərf və sif [ər. rəfiq və fars. ...anə] Yoldaşcasına, dostcasına. Rəfiqanə hərəkət. - [Müəllif:] Bir azdan sonra biz rəfiqanə söhbət edirdik. T.Ş.Simurq.

RƏFİQƏ (ID - 33840)

is. [ər.] 1. Qız və ya qadının qız və ya qadın yoldaşı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, sübhə qədər gözlərini yummadı. S.S.Axundov. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar...

RƏFİQƏLİK (ID - 33841)

bax bacılıq 2-ci mənada. [Ziba:] Çiçəyi bir ana qəlbi ilə tərbiyə etsəm, .. Həlimənin qabağında öz rəfiqəlik borcumu ödəmərəmmi? S.Rəhimov.

RƏFİQLİK (ID - 33842)

is. Yoldaşlıq, arqadaşlıq, dostluq.

RƏFTAR (ID - 33843)

is. [fars.] Birisinə və ya bir şeyə qarşı göstərilən münasibət, davranış, hərəkət tərzi. Yaxşı rəftar. Pis rəftar. - [Vaqif Qızxanıma:] Səndən xoş rəftardan başqa bir şey tələb etmirəm. Çəmənzəminli. // Özünü aparma...

RƏGBƏT (ID - 33844)

[ər.] is. Meyil, təvəccöh. Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. M.S.Ordubadi. □ Rəğbət etmək (eləmək, bəsləmək) - meyil etmək, təvəccöh göstərmək, üz göstərmək, yaxınlıq...

RƏĞBƏTLƏNDİRMƏ (ID - 33845)

“Rəğbətləndirmək” dən f.is.

RƏĞBƏTLƏNDİRMƏK (ID - 33846)

f Özünə cəlb etmək, istətmək, rəğbət hissi oyatmaq. Uşağı rəğbətləndirmək.

RƏĞBƏTLİ (ID - 33847)

sif. Rəğbət hissi oyadan, xoşa gələn; yaxşı, abırlı. Rəğbətli geyim.

RƏĞMƏN (ID - 33848)

qoş. ...baxmayaraq, ...əksinə (olaraq); ...isə də, ...diyi (duğu) halda; amma, yenə də. Aslan, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. C.Cabbarlı. Firuz bütün mətanəti və səbatına rəğmən dəniz sahilindəki...

RƏHAVİ (ID - 33849)

is. [fars.] Klassik musiqidə muğam adı.

RƏHBƏR (ID - 33850)

is. [fars.] 1. Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni. Hərəkatın rəhbərləri.
Bir işin başında duran, onu idarə edən adam; başçı. Dram dərnəyinin rəhbəri. Şöbənin...

RƏHBƏRLİK (ID - 33851)

RƏHM (ID - 33852)

is. [ər.] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı). Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi. Rəhm etmək (köhnə forması: rəhm qılmaq) - yazığı gəlmək,...

RƏHMDİL(Lİ) (ID - 33853)

sif. [ər. rəhm və fars. dil] Ürəyi rəhmli, ürəyinazik, ürəyiyumşaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişixeyli qəmgin oldu. S.S.Axundov. Mən sənin bir rəhmdil səyyadınam, gəl qoynuma; Gəl öpüm, gəl oxşayım,...

RƏHMDİLLİK (ID - 33854)

is. Ürəyinaziklik, mərhəmətlilik, rəhmlilik, şəfqətlilik. Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızda bu qədər rəhmdilliyə .. heyran qalıram. S.S.Axundov. Qaçayı fəhlələrə sevdirən isə onun rəhmdilliyi,...

RƏHMƏT (ID - 33855)

is. [ər.] klas. 1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq.
məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin...

RƏHMƏTLİK (ID - 33856)

is. 1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə. [Cahan:] Indi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir...

RƏHMKAR (ID - 33857)

sif [ər. rəhm və fars. ...kar] Rəhmli. [Şah Abbas] çox rəhmkar şahdır. “Qurbani” .

RƏHMSİZ (ID - 33858)

sif və zərf Rəhm bilməyən; mərhəmətsiz, insafsız, amansız. Rəhmsiz adam. Rəhmsiz baxışlar. - Jandarmların rəhmsiz sifəti, çapqın, talan, qanlı xəncərlər [Telli xalanın] gözü önündə dikəlirdi. Mir Cəlal. Qəhrəman ona sərt...

RƏHMSİZLİK (ID - 33859)

is. Mərhəmətsizlik, amansızlıq, insafsızlıq. Rəhmsizlik etmək.

RƏHN (ID - 33860)

is. [ər.] 1. Girov. Onun bütün əmlakı rus bankının rəhnindədir. M.S.Ordubadi. [Hacı Vəli:] Evində iki otaq dolusu rəhn qoyulmuş şeylər var idi. Çəmənzəminli.
2. məc. Əsas, şərt, mənbə. Təmizlik sağlamlığın rəhnidir....

RƏHNÜMA (ID - 33861)

is. [fars.] klas. Yolgöstərən, bələdçi. Ümmətin rəhnüması tərbiyədir; Millətin pişvası tərbiyədir. M.Ə.Sabir. // Rəhnümasilə şəklində - müşayiəti ilə. Yengələr .. dərhal ayağa qalxaraq alafa altına alınmış gəlini...

RƏXNƏ (ID - 33862)

is. [fars.] 1. Yıxıq, dağınıq yer, çökmüş yer.
2. məc. Zərər, ziyan. □ Rəxnə salmaq çaxnaşma salmaq, qarma-qarışıqlıq salmaq, vəlvələ qopartmaq. Ilahi rəxnə salmasın; Bu qurğu, dövrana, deyin. Aşıq Ələsgər. Rəxnə...

RƏXNƏLƏNMƏ (ID - 33863)

“Rəxnələnmək” dən f.is.

RƏXNƏLƏNMƏK (ID - 33864)

f Dağılmaq, sökülmək; kökündən sarsılmaq, ziyan çəkmək.

RƏXNƏLƏNMİŞ (ID - 33865)

RƏXT (ID - 33866)

is. [fars.] köhn. 1. Minik atına lazım olan şeylər. [Heydər bəy:] Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. M.F.Axundzadə.
2. Döşənəcək,...

RƏXTXAB (ID - 33867)

is. [fars.] Yataq, yorğan-döşək. Güləndam rəxtxab götürüb getdi balaca otağa. Ə.Haqverdiyev. Axund o biri otağa girəndən sonra barmaqlarının ucunda yeridi, ipək rəxtxaba girdi. Mir Cəlal.

RƏİS (ID - 33868)

is. [ər.] İdarə edən, rəhbərlik edən, başçılıq edən adam. Milis rəisi. Sex rəisi. [Çeşməkli kişi:] Mən bu tikintinin rəisini axtarıram. S.Rəhman. Iş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dəyişdirdi....

RƏİSLİK (ID - 33869)

is. Rəis vəzifəsi; başçılıq, rəhbərlik.

RƏİYYƏT (ID - 33870)

is. [ər.] Bir dövlətin tabeliyində olan(lar); təbəə. Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. M.S.Ordubadi. // Aşağı təbəqədən...

RƏİYYƏTPƏRVƏR, RƏİYYƏTPƏRƏST (ID - 33871)

sif [ər. rəiyyət və fars. ...pərvər, ...pərəst] köhn. Öz rəiyyətini sevən, onun rifahına çalışan. Atabəylər rəiyyətpərvər deyildir. M.S.Ordubadi. Möhsün .. özünü hər yerdə, hər bir məclisdə rəiyyətpərəst (z.) göstərir....

RƏQABƏT (ID - 33872)

is. [ər.] 1. Hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrı-ayrı şəxslər arasında mübarizə, çəkişmə. Rəqabət aparmaq (etmək) - 1) üstünlük qazanmaq üçün cəhd etmək, mübarizə aparmaq (etmək); 2) məc. bərabər...

RƏQƏM (ID - 33873)

is. [ər.] 1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. - [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; Ikiylə başlayanı var;...

RƏQİB (ID - 33874)

is. [ər.] 1. Eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri. [Gülüş Dilbərə:] Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür. C.Cabbarlı. Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın - Aslan bəyin...

RƏQİQ (ID - 33875)

is. [ər.] köhn. 1. İncə, nazik.
məc. Hər şeydən mütəəssir olan, həssas.

RƏQQAS1 (ID - 33876)

is. [ər.] Rəqs edən, oynayan; balet artisti. Eh, keçən günlərim, keçən gün lərim; Deyib qoca rəqqas ah çəkdi; Yenə... B.Vahabzadə.

RƏQQAS2 (ID - 33877)

is. [ər.] Saatların mexanizminin hərəkətini təmin etmək üçün aşağı ucuna ağırlıq, yuxarı ucu isə sabit nöqtəyə bənd edilmiş olan hərəkət edən mil; kəfkir. Divar saatının rəqqası. // Cib və qol saatlarında bu vəzifəni...

RƏQQASƏ (ID - 33878)

is. [ər.] Rəqs edən, oynayan qız, qadın; balerina. Musiqi çalınır, rəqqasələr rəqs edirlər. M.S.Ordubadi.

RƏQQASƏLİK (ID - 33879)

is. Rəqqasənin işi, sənəti; balerinalıq.

RƏQQASLIQ (ID - 33880)

is. Rəqqasın işi, sənəti.

RƏQS (ID - 33881)

is. [ər.] 1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə...

RƏQSÇİ (ID - 33882)

bax rəqqas1.

RƏQSÇİLİK (ID - 33883)

bax rəqqaslıq.

RƏMƏ (ID - 33884)

is. [fars.] Sürü. Qoyun sürüsü.

RƏMƏL (ID - 33885)

is. [ər. ] Əruz vəznində şeir forması. Mikayıl Müşfiq heca vəzninin bütün bölgülərində (üç hecalıdan tutmuş iyirmi hecalıya qədər), əruz vəzninin əsasən həzəc və rəməl bəhrlərində əsərlər, eləcə də sərbəst şeirlər...

RƏML (ID - 33886)

is. [ər.] Rəmmalların qum üzərində müxtəlif işarələr çəkərək və ya başqa üsullarla fala baxıb gələcəkdən xəbər verməsi. □ Rəml atmaq - qum üzərində müxtəlif işarələr çəkmək və ya başqa üsulla fala baxmaq. Bir...

RƏMLÇİ (ID - 33887)

bax rəmmal. [Vəzir dedi:] Şah sağ olsun, bir rəmlçi tapmışam ki, yerin altını da bilir, üstünü də. (Nağıl).

RƏMMAL (ID - 33888)

is. [ər.] Rəml atan (bax rəml); falçı; rəmlçi. Inanma gər desə rəmmal, sirriqeybə agahəm. S.Ə.Şirvani. [Hünər:] Rəmmal deyib, yalnız qılınc; Mən də inanıram rəmmal deyənə. M.Rahim. Durub rəml atdırır rəmmalə, bəxti qarə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed