İzahlı lüğət

RUZNAMƏÇİLİK (ID - 34139)

köhn. bax qəzetçilik.

RÜB (ID - 34140)

is. [ər.] 1. Dörddə bir; ilin dörddə bir hissəsi; üçaylıq, kvartal. Üçüncü rübü tamamlayan bu ay sənaye müəssisəsində ilin axırına necə çıxacağını çox aydın göstərə bilər. Ə.Sadıq.
Bir saatın dörddə bir hissəsinə...

RÜBAB (ID - 34141)

is. [ər.] Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti. Rübabın incə tellərdir, .. min aləm var təranəndə. S.Vurğun. Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, ay qız. M.Müşfiq. //...

RÜBABÇI (ID - 34142)

is. Rübab çalan. Rübabçı qızlar ansamblı.

RÜBAİ (ID - 34143)

is. [ər.] Quruluşca dörd misradan ibarət olub, birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq mənzum əsər. Ömər Xəyyamın rübailəri. Məhsəti xanım Gəncəvinin rübailəri....

RÜBƏND (ID - 34144)

is. [fars.] köhn. Üz örtüyü (qadınlarda). Məni qoca gördü, rübəndin açdı; Ala gözlərinə gözüm sataşdı. Aşıq Ələsgər. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. Ü.Hacıbəyov. // məc. Təşbehlərdə:...

RÜBƏNDLİ (ID - 34145)

sif. Üzündə rübənd olan, üzünə rübənd taxmış. Rübəndli qadın. - Minnət xanım üzü rübəndli gəlib ortada durur. Ü.Hacıbəyov. Kənardakı hovuzun yanında .. ağ rübəndli bir qadın durub, gözlərini məscidin qapılarına dikmişdi....

RÜBLÜK (ID - 34146)

sif. Bir rüb (1-ci mənada) üçün nəzərdə tutulmuş, bir rübdə görülən, bir rüb davam edən, bir rübdə başa gələn. Rüblük plan. Rüblük gəlir.

RÜCU (ID - 34147)

is. [ər.] klas. Geri dönmə, qayıtma, ricət (etmə). □ Rücu etmək - 1) müraciət etmək. [Nəsir Fərraş:] Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm! M.F.Axundzadə. Amma yaxşı...

RÜFƏQA (ID - 34148)

is. [ər. “rəfiq” söz. cəmi] Rəfiqlər, yoldaşlar, dostlar. İndi məni hər kəs görər olsa rüfəqadan. M.P.Vaqif.

RÜFƏT (ID - 34149)

is. [ər.] Yüksəklik, böyük rütbə.

RÜX (ID - 34150)

is. [fars.] klas. Yanaq, üz.

RÜXSAR (ID - 34151)

is. [fars.] klas. Üz, çöhrə. Canımı yandırdı hicr, ey atəşin rüxsar, eşit! Qövsi. Firqətindən yarpaq kimi əsirəm; Rüxsarımı eynim yaşı yandırar. Aşıq Ələsgər. Mən bir ucaboylu gözəlin zülfünə bəndəm; Rüxsarı gözəl,...

RÜKƏT (ID - 34152)

is. [ər.] din. Namazda bir qiyam (ayağa qalxma) ilə bir rüku (əyilmə) və iki səcdədən ibarət hərəkət. Bir gün Şibli iki rükət namaz qılmaq və bir az dincəlmək üçün məscidə gedir. “Qabusnamə” .

RÜKN (ID - 34153)

is. [ər.] 1. Bir şeyin ən sağlam və möhkəm tərəfi; təməl, dirək, istinadgah. // Məc. mənada. Ənənə cəmiyyətin rüknüdür. Çəmənzəminli.
məch. Bir cəmiyyətin əhəmiyyətli, ən qüvvətli və etibarlı şəxsiyyətlərindən...

RÜKU (ID - 34154)

is. [ər.] din. Namazda əlləri dizlərə dayayıb əyilmə hərəkəti. Qünut, rükum, bir də səcdəm səhv olsa; Neyləsəm, səhihdi namazım mənim. Aşıq Ələsgər.

RÜMUZ (ID - 34155)

RÜSXƏT (ID - 34156)

[ər.] İzin, icazə. Rüsxət istəmək. Rüsxət almaq - icazə almaq, izin almaq. [Hacı Kərim] Kəldəkli Molla Ibrahim Xəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib, Xaçmazın dağlarında çadır qurub kimya qayırır. M.F.Axundzadə....

RÜSXƏTNAMƏ (ID - 34157)

is. [ər. rüsxət və fars. ...namə] Rüsxət vərəqəsi; icazənamə.

RÜSUM1 (ID - 34158)

is. [ər. “rəsm” söz. cəmi] Gətirilən və çıxarılan mallardan və s.-dən alınan dövlət vergisi; rüsumat. Gömrük rüsumu. // Dövlət tərəfindən tənzim edilən bəzi əməliyyat üçün alınan pul. Pasportu qeydetmə rüsumu. Gerb...

RÜSUM2 (ID - 34159)

is. [ər.] b ax rəsm 2-ci mənada. Ancaq bu qudalıq rüsumunun başqa bir mənası nəzərdə tutulurdu. R.Əfəndiyev.

RÜSUMAT (ID - 34160)

is. [ər. “rüsum” söz. cəmi] bax rüsum1. Hələ Irana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. M.S.Ordubadi.

RÜSVA(Y) (ID - 34161)

is. 1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. // klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya,...

RÜSVAYÇI (ID - 34162)

sif Rüsvay edən, abırdan salan, adbatıran, utanılacaq, biabırçı.

RÜSVAYÇILIQ (ID - 34163)

is. Rüsvayedici iş, hərəkət, hal; rəzalət, biabırçılıq; eyib gətirən şey. [Qadın:] Nə istəyirsən istə, məni bu rüsvayçılıqdan qurtar! M.S.Ordubadi. Sədəf ölümə razı olar, ancaq rüsvayçılığa yol verməz. M.Hüseyn.

RÜSVAYEDİCİ (ID - 34164)

sif. Eyib gətirən, ləkələndirən, adbatıran, etibardan salan, utanılacaq. Rüsvayedici hərəkət.

RÜSVA(Y)LIQ (ID - 34165)

bax rüsvayçılıq. Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir. Füzuli. Xublar eşqində gör şimdi mənim rüsvalığım; Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut. S.Ə.Şirvani. [Kərim:] Mən bacımın rüsvaylığını yerdə...

RÜŞDİYYƏ (ID - 34166)

is. [ər.] Keçmişdə: uşaqların ibtidai məktəbi bitirdikdən sonra təhsil aldıqları məktəbin adı.

RÜŞEYM (ID - 34167)

[ər.] 1. biol. İnsan və heyvan embrionu (mayası). Döllənmiş yumurta hüceyrəsindən rüşeym əmələ gəlir.
biol. Toxumun içində hüceyrədən törəmiş yeni bitki mayası. Qarğıdalı dəninin rüşeymi. Ləpə rüşeymi.
məc. Bir...

RÜŞVƏT (ID - 34168)

is. [ər.] Öz xeyrinə olaraq bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey. Rüşvət vermək. Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən!...

RÜŞVƏTXOR, RÜŞVƏTÇİ (ID - 34169)

sif. [ər. rüşvət və fars. ...xor] Rüşvət alan. Rüşvətxor adam. - Mənə desəydilər ki, .. Yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım. Ə.Haqverdiyev. // İs. mənasında. ..Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı...

RÜŞVƏTXORLUQ, RÜŞVƏTÇİLİK (ID - 34170)

is. Rüşvət alıb iş düzəltmə. Rüşvətxorluqla mübarizə. Rüşvətxorluq ən ağır cinayətdir. Kiminin rüşvətxorluğu, qohumbazlığı; kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal.

RÜTBƏ (ID - 34171)

is. [ər.] 1. Xidməti dərəcə, ad. Zabitlik rütbəsi. - [Qorxmaz] sıravilikdən starşinalıq rütbəsinə qalxmışdı. Ə.Vəliyev. Indi o, hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı.
Vəzifə, mövqe,...

RÜTBƏLİ (ID - 34172)

sif Rütbəsi olan, müəyyən rütbə sahibi olan. Əbülfət mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir Iran məmurunu və iki nəfər də polis nəfərini gördü. M.S.Ordubadi. Hacı böyük rütbəli adamlarla oturub-durduğu...

RÜTBƏSİZ (ID - 34173)

sif Rütbəsi olmayan. Gör hökm-fərmanlar necə güclənib? Ölüm də rütbəsiz, çinsiz qalmadı! M.Araz.

RÜTBƏSİZLİK (ID - 34174)

is. Heç bir rütbəsi, vəzifəsi, mövqeyi olmama. O, ömrünün bu çağında qulluqsuzluğun, rütbəsizliyin necə yaman dərd olduğunu bir daha duyub, koramal kimi qıvrıldı. S.Rəhimov.

RÜTUBƏT (ID - 34175)

is. [ər.] Yaşlıq, nəmlik, islaqlıq. Bitki rütubəti sevir. Havada rütubət var. Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Qurbanlı içəri girdi və qapını örtərkən içəridə onu rütubət iyi...

RÜTUBƏTLƏNMƏK (ID - 34176)

f Rütubətli olmaq, nəm çəkmək, nəmlənmək. Otağın divarları rütubətlənib.

RÜTUBƏTLİ (ID - 34177)

RÜTUBƏTLİLİK (ID - 34178)

is. Rütubətli şeyin halı; nəmlik, yaşlıq, islaqlıq. Torpağın rütubətliliyi. Havanın rütubətliliyi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed