İzahlı lüğət

Ö (ID - 31907)

Azərbaycan əlifbasının iyirmi ikinci hərfi. // “Ö” hərfi ilə işarə olunan saitin adı.

ÖC (ID - 31908)

ÖCƏŞKƏN (ID - 31909)

sif. Öcəşməyi, sürtüşməyi sevən, mübahisə etməyi sevən. Öcəşkən adam.

ÖCƏŞKƏNLİK (ID - 31910)

is. Öcəşməyi adət etmiş adamın xasiyyəti. Öcəşkənlik yaxşı şey deyil.

ÖCƏŞMƏ (ID - 31911)

“Öcəşmək” dən f.is. [Vaqif Şahnisəyə:] Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli.

ÖCƏŞMƏK (ID - 31912)

f Çəkişmək, sataşmaq, sürtüşmək, mübahisə etmək, tutaşmaq. [Rzaqulu:] Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın.. N.Vəzirov. [Əbülhəsən bəy:] Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa...

ÖD (ID - 31913)

is. 1. Qara ciyərin ifraz etdiyi sarıyaşıl rəngli acı maye. □ Öd kisəsi - qara ciyərdə olan və öd ifraz edən kisəyəoxşar orqan; ödlük. Öd şirəsi - öd kisəsinin ifraz etdiyi maye; öd. Yem qursaqdan nazik bağırsağa daxil olan...

ÖDDƏK (ID - 31914)

sif məh. Qorxaq.

ÖDƏK (ID - 31915)

is. məh. Ödənməli plan, qaytarılmalı olan pul; borc. [Əlləzoğlu:] Mən bu qədər ödəyin altından necə çıxacağam? İ.Hüseynov.

ÖDƏMƏ (ID - 31916)

“Ödəmək” dən f.is.

ÖDƏMƏK (ID - 31917)

f 1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək. Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. Çəmənzəminli. [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov.
Təmin...

ÖDƏNİLMƏ (ID - 31918)

“Ödənilmək” dən f.is.

ÖDƏNİLMƏK (ID - 31919)

“Ödəmək” dən məch. Borc ödənildi. Bütün ehtiyaclar ödənildi. - Məcəllə hökmüylə xatırlanan borc; Yaxşıdır min dəfə ödənilməsə. B.Vahabzadə.

ÖDƏNİŞ (ID - 31920)

is. 1. Ödənmə işi; ödənmə. Borcun ödənişi.
2. Yerinə yetirilmə. Planın ödənişi.

ÖDƏNMƏ (ID - 31921)

“Ödənmək” dən f.is.

ÖDƏNMƏK (ID - 31922)

b a x Ödənilmək. Borc ödəndi.

ÖDƏYİŞ (ID - 31923)

is. Borcunu vermə, ödəmə.

ÖDLÜK (ID - 31924)

is. bax Öd kisəsi (“Öd” də).

ÖDÜL (ID - 31925)

is. Mükafat, priz.

ÖDÜNC (ID - 31926)

is. Əvəzi eyni və ya bənzər şeylə verilmək (qaytarılmaq) şərtilə alınan şey (əsasən pul); borc.

ÖFKƏ (ID - 31927)

is. 1. Ağ ciyər.
2. dan. Hirs, qəzəb, hiddət.
□ Öfkən (Öfkəsi) yansın! - qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın. [Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı. Öfkəyə dönmək - rəngi qaçmaq,...

ÖFKƏLƏNMƏ (ID - 31928)

“Öfkələnmək” dən f.is.

ÖFKƏLƏNMƏK (ID - 31929)

f Hirslənmək, hiddətlənmək, qəzəblənmək, hiddətə gəlmək.

ÖFKƏLİ (ID - 31930)

sif 1. Ürəkli, qorxmaz, cəsarətli, ciyərli. Öfkəli oğlan.
2. dan. Hirsli, qəzəbli, hiddətli, acıqlı. Mühasib, Əbişin bu hala düşməyindən və Kosanın bu cürə öfkəli hökm etməyindən bu teleqramı öyrənməyə daha da artıq...

ÖGEY (ID - 31931)

sif Doğma olmayan. Ögey ana. Ögey ata. Ögey bacı. - Uşaq anasına doğma olsa da; Qondarma ataya ögeydir, axı. B.Vahabzadə.

ÖGEY-DOĞMALIQ (ID - 31932)

is. Hamıya qarşı eyni münasibətin olmadığı hal; ayrı-seçkilik. Araya ögey-doğmalıq salmaq. - Bəli, elədir, - deyə mən Nəbi kişinin sözünü təsdiq etdim: - Yoxsa ögey-doğmalıq olar. S.Rəhimov. Deyən, əkizlərlə gəldi bərabər;...

ÖGEYLİK (ID - 31933)

is. Doğma olmama, ögey olma. Mənə neçə qadın analıq etdi; Dözdülər anasız məhəbbətimə; Mən isə dözmədim ana adıyla; Onların ögeylik sədaqətinə. S.Tahir.

ÖGƏC (ID - 31934)

is. Üçyaşar erkək qoyun. Toğlu birillik, şişək ikiillik, ögəc üçillik olardı. H.Sarabski.

ÖHDƏ (ID - 31935)

is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. □ Öhdəsində qalmaq - himayəsində, iaşəsində olmaq, boynunda olmaq. [Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq...

ÖHDƏÇİ (ID - 31936)

is. Hər hansı bir işi görməyə, yerinə yetirməyə söz verən, üzərinə təəhhüd götürən adam.

ÖHDƏÇİLİK (ID - 31937)

bax öhdəlik. Bütün trestimiz üzərinə yeni öhdəçiliklər götürür. M.İbrahimov. [Fərəc kişi:] İndi də öhdəçilik götürüblər ki, biçini iki günə qurtarsınlar. Q.İlkin.

ÖHDƏLİK (ID - 31938)

is. Mütləq yerinə yetirilməli olan iş; öhdəçilik. Üzərinə öhdəlik götürmək. Öhdəlik şərəflə yerinə yetirildi.

ÖHÖ, ÖHÖ-ÖHÖ (ID - 31939)

təql. Öskürərkən çıxan səs.

ÖKCƏ (ID - 31940)

is. Ayaqqabı altının topuq altına düşən hündür hissəsi; daban.

ÖKSÜZ (ID - 31941)

is. 1. Yetim. Ta uşaqlıqdan öksüz qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. C.Cabbarlı. // məc. Kimsəsiz, baxımsız. Öksüz uşaq.
məc. Uğursuz, bədbəxt, talesiz. Əsrinin öksüzüdür...

ÖKSÜZLÜK (ID - 31942)

is. Yetimlik. // Kimsəsizlik. Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım; Qapadım bir məzara öksüzlüyün daşını. A.İldırım.

ÖKÜZ (ID - 31943)

is. 1. İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq.
..Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular. H.Nəzərli. Güneyləri şumlamaq üçün kotana öküz qoşurdular. B.Bayramov.
2....

ÖKÜZGÖZÜ (ID - 31944)

is. bot. Sarı çiçəkləri təbabətdə işlədilən ot bitkisi.

ÖKÜZLÜK (ID - 31945)

is. Yekəlik, nahamarlıq, zorbalıq (adam haqqında). // məc. Qabalıq, kobudluq, qanmazlıq.

ÖLÇDÜRMƏ (ID - 31946)

"Ölçdürmək” dən f.is.

ÖLÇDÜRMƏK (ID - 31947)

icb. Ölçməyə məcbur etmək, yaxud xahiş edərək ölçmə işi gördürmək.

ÖLÇMƏ (ID - 31948)

“Ölçmək” dən f.is.

ÖLÇMƏK (ID - 31949)

f 1. Bir şeyin ölçüsünü, miqdarmı qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. Südü ölçmək. Parçanı ölçmək. Otağın kvadraturasını ölçmək. Qızdırmasını ölçmək. - Istisini ölçüb dərhal;...

ÖLÇÜ (ID - 31950)

is. 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. Uzunluq ölçüsü. Həcm ölçüsü.
məc. Bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün əsas götürülən şey. ..Bu dünyada hər hansı qiymətin ölçüsü...

ÖLÇÜ-BİÇİ (ID - 31951)

bax ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. S.Rəhimov.
□ Ölçü-biçi bilməmək - 1) nə etdiyini, nə dediyini bilməmək, hədd-hüdud bilməmək,...

ÖLÇÜB-BİÇMƏ (ID - 31952)

“Ölçüb-biçmək” dən f.is.

ÖLÇÜB-BİÇMƏK (ID - 31953)

f 1. Tikiləcək paltarın və s.-nin ölçüsünü götürmək və bu ölçüyə əsasən parçasını kəsmək.
məc. Götür-qoy etmək, hərtərəfli fikirləşmək. Ölçüb-biçib nəticə çıxarmaq. - [Gözəl] düşünməli, ölçüb-biçməli,...

ÖLÇÜCÜ (ID - 31954)

is. xüs. Ölçən, bir şeyin ölçüsünü müəyyən edən cihaz, alət və s. // Sif. mənasında. Ölçücü cihazlar.

ÖLÇÜLMƏ (ID - 31955)

“Ölçülmək” dən f.is. Taxılın ölçülməsi. Sahənin ölçülməsi. Paltarın ölçülməsi.

ÖLÇÜLMƏK (ID - 31956)

“Ölçmək” dən məch. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. - Vəzni, dərəcəsi hər bir hörmətin; Zəhmətlə ölçülür vətənimizdə. B.Vahabzadə.

Bu səhifə dəfə baxılıb

......