İzahlı lüğət

BALDIRĞANLIQ (ID - 2858)

is. Baldırğan bitən yer, baldırğan çox olan yer.

BALDIRIAÇIQ (ID - 2859)

sif. və zərf dan. 1. Qıçları açıq, örtülməmiş, çılpaq; tumanı gödək. O da başıaçıq, baldırıaçıq yığıb 24 uşağı cərgə ilə düzüb təlim verir. C.Cabbarlı. [Qara kişi:] Bu baldırıaçıq gəzməyi nə vaxtdan çıxartmısınız?...

BALDIRLAMA (ID - 2860)

“Baldırlamaq”dan f.is.

BALDIRLAMAQ (ID - 2861)

f. dan. Baldırından yapışmaq, baldırından tutmaq, baldırına keçirmək. İt onu qəfildən baldırladı.

BALDIZ (ID - 2862)

is. Arvadın və ya ərin bacısı. [Teymur ağa:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib, Allahın əmri ilə onu almağa talib idim. M.F.Axundzadə. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan...

BALDÖYƏN (ID - 2863)

is. bot. Şirin çiçəkləri olan şirəli bir ot.

BALERİNA (ID - 2864)

is. [ital.] Balet aktrisası, rəqqasəsi.

BALET (ID - 2865)

is. [ital.] 1. Musiqinin müşayiəti ilə icra edilən rəqs və mimik hərəkətlərdən ibarət müəyyən teatr tamaşası. Bu axşamkı baletə bilet aldıq. Balet məşqi.
// Bu cür tamaşa üçün yazılmış musiqi əsəri. “Yeddi gözəl”...

BALETMEYSTER (ID - 2866)

[alm.] 1. Balet rejissoru, baletə rəhbərlik edən adam. XIX əsrin birinci yarısında rus baleti məşhur baletmeyster Didlonun parlaq yaradıcılıq fəaliyyəti sayəsində çox böyük müvəffəqiyyətlər əldə etmişdi. Ə.Bədəlbəyli.
2....

BALƏNG (ID - 2867)

is. 1. Zirə otuna oxşayan qara toxumlu dağ otu.
2. Portağala, limona bənzər, lakin onlardan böyük olan turş acı dadlı ətirli bir meyvə.

BALGÜLÜ (ID - 2868)

is. bot. Şirin çiçəkləri olan sarmaşıq bitki.

BALIQ1 (ID - 2869)

is. 1. Qəlsəmə ilə tənəffüs edən, temperaturu dəyişən, üzgəclə hərəkət edən su heyvanı. Siyənək balığı. Balıq əti. Balıq yağı. Balıq tutmaq. Balıq şorbası. Balıq toru.
Balığı haçan tutsan təzədir. (Ata. sözü).
...

BALIQ2 (ID - 2870)

is. məh. Oturaq kənd, qəsəbə; abad tikili qrupu.

BALIQBELİ (ID - 2871)

sif. məh. Ortası balıq beli kimi dik (ev üstü, yonulmuş ağac və s.). Alaqapıdan girdikdə, ortadan balıqbeli, geniş bir yol salınmışdır. S.Rəhman.

BALIQCIL (ID - 2872)

is. zool. Leylək kimi uzun qıçlı, uzun dimdikli, kiçik balıqlarla qidalanan ala-bəzək quş.

BALIQÇI (ID - 2873)

is. 1. Balıq ovlayan, balıq tutmaqla məşğul olan adam. Balıqçı qayığı. Balıqçı toru. - Balıqçılar qayıqla çıxıb yenə Xəzərə. M.Seyidzadə.
2. Balıq satan. Balıqçı dükanı.

BALIQÇILIQ (ID - 2874)

is. Balıq tutma sənəti, balıqçı sənəti; balıq tutmaqla məşğul olma. Balıqçılıqla məşğul olmaq.

BALIQƏTİ (ID - 2875)

is. anat. Baldırın dal səthində olan qalın əzələ kütləsi.

BALIQİÇİ (ID - 2876)

is. aşp. Bişirilən balığın qarnına doldurulan qoz, soğan və kişmişdən ibarət iç.

BALIQQULAĞI (ID - 2877)

is. Müxtəlif onurğasız heyvanların üz tərəfi, adətən buynuz təbəqədən, iç tərəfi isə sədəf təbəqədən ibarət olan örtü hissəsi, qabığı. Sahildə balıqqulağı topladıq. Balıqqulağından hazırlanmış bəzək şeyləri....

BALIQLI (ID - 2878)

sif. 1. İçərisində balıq olan. Balıqlı göl. Balıqlı çay. Balıqlı sular.
2. Balıqdan hazırlanmış (yemək).

BALIQTUTAN (ID - 2879)

b ax balıqçı 1-ci mənada.

BALIQUDAN (ID - 2880)

is. zool. b a x qutan.

BALIQYETİŞDİRMƏ (ID - 2881)

is. zool. Vətəgə balıqlarının süni şəraitdə çoxaldılması.

BALINC (ID - 2882)

bax balış. Bahadır başını balıncdan qaldırdı. N.Nərimanov. [Sadıq kişi] köynəkcək qalxdı, balıncı aparıb yavaşca Vahidin başı altına qoydu. Mir Cəlal.

BALINCÜZÜ (ID - 2883)

b a x balışüzü. Vaqon xidmətçiləri sərnişinlərə işlənmiş əl-üz dəsmalı, döşəkağı, balıncüzü verdiklərindən, sərnişinlər arasında qiyamət qopmuşdu. “Kirpi”.

BALIŞ (ID - 2884)

is. 1. Quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı, yastıq. Pəncərədən içəri girən ruzgar da onun balışı üzərində tökülən saçlarını dalğalandırır. M.S.Ordubadi. [Rüstəm:] Atam altına...

BALIŞAĞI (ID - 2885)

b ax balışüzü.

BALIŞÜZÜ (ID - 2886)

is. Yastığa keçirilən üz. Kətan balışüzü. Balışüzü düyməsi.

BALİNA (ID - 2887)

[fr.] Bədəncə balığa oxşar çox iri dəniz məməlisi; kit. Balina ovu. Balina sümüyü. Balina bütün məməli heyvanlar kimi istiqanlı heyvandır.

BALKAR (ID - 2888)

is. Şimali Qafqazda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam.

BALKARCA (ID - 2889)

sif. və zərf Balkar dilində.

BALKON (ID - 2890)

[ital.] 1. Evlərin, binaların qabaq tərəfındə tikilən artırma, üstü açıq, ya örtülü məhəccərli meydança. Açıq balkon. Balkon pəncərələri. - Balkonda bir qarışa qədər qar vardı. S.Hüseyn. Qoca usta .. daş pilləkənlə qalxıb,...

BALKONLU (ID - 2891)

sif. Balkonu, ya balkonları olan. Balkonlu ev.

BALQABAĞI (ID - 2892)

sif. Balqabaq kimi, balqabaq şəklində. Balqabağı qarpız.

BALQABAQ (ID - 2893)

is. 1. Uzunsov, ortası nazik şirin qabaq, boranı, kudu. Kənd arvadları qışın tədarükünü qurtarırdı, .. kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.
// məc. Balqabağa oxşayan şey haqqında....

BALLADA (ID - 2894)

[fr.] ədəb. 1. Əfsanə, nağıl, yaxud tarixi məzmunda yazılmış təhkiyə üslubunda mənzum əsər.
2. mus. Əsasən rəvayət mahiyyətində olan oxunulan, ya çalınan musiqi əsəri növü. Keçmiş bir hadisəni kiçik bir hekayə şəklində...

BALLAST (ID - 2895)

[ing.] Üzərində dəmiryol şpalları duran dəmiryol yatağının üzərinə döşənən çınqıl, qum və s.

BALLI (ID - 2896)

sif. 1. Bal qatılmış. Ballı konfet.
2. məc. Bal kimi şirin. Bir alagözlünü sevibdi könül; Dəhanipüstədir, dodağı ballı. Aşıq Bəndə.

BALLIBADI (ID - 2897)

is. Bal qatılmış qoğal, şirin çörək.

BALLICA (ID - 2898)

bax qırmızıbaldır.

BALLİSTİK (ID - 2899)

sif. Ballistikaya aid olan. Ballistik raket.

BALLİSTİKA (ID - 2900)

[yun.] 1. Nəzəri mexanikanın fəzaya atılmış ağır cismin hərəkət qanunlarını öyrənən şöbəsi.
2. Mərminin, silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm.

BAL-MASKARAD (ID - 2901)

[fr.] İştirakçıları üzlərinə maska taxmış və fantastik paltarlar geymiş halda gəldikləri şənlik və rəqs məclisi.

BALNEOLOGİYA (ID - 2902)

[xar.] Təbabətin, mədən suları və palçıqların kimyəvi tərkibini, habelə bunların müalicə təsiri və üsullarını öyrənən elm.

BALNEOLOJİ (ID - 2903)

sif. Balneologiyaya aid olan. 'Balneoloji kurort.

BALNEOLOQ (ID - 2904)

[xar.] Balneologiya mütəxəssisi.

BALON (ID - 2905)

[fr.] 1. Maye və qaz saxlamaq üçün dəmir və ya plastik materialdan hazırlanmış qab.
İçərisinə hava doldurulmuş rezin şin.
Aerostatın, içinə qaz doldurulan qovuğu.
// İçərisinə doldurulmuş havadan yüngül qazın köməyi...

BALSÜZƏN (ID - 2906)

is. xüs. Arı şanından balı çıxarmaq üçün cihaz.

BALTA (ID - 2907)

is. Odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli və itiağızlı dəmir alət. Balta ilə odun doğramaq. Odun baltası. Balta ilə kəsmək. - Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. (Ata. sözü).
// tex. Neft...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed