İzahlı lüğət

BAL4 (ID - 2808)

is. [ər.] köhn. Ürək, qəlb, könül.

BAL5 (ID - 2809)

is. [ər.] köhn. 1. Fikir, düşüncə.
Yaddaş, hafizə.
Xatirə.

BAL6 (ID - 2810)

is. [ər.] köhn. Böyük ağır çəkili su məməlisi; balina.

BAL7 (ID - 2811)

is. [fr.] 1. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi.
2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu...

BALA (ID - 2812)

1. is. Övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə. - Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qənizadə. [Ana:] Qulaq asın,...

BALABACI (ID - 2813)

is. dan. Qohum-əqrəba arasında hörmət üçün kiçiklər tərəfindən böyüklərə (qadınlara) müraciət (ad çəkməmək üçün işlənən söz).

BALABAN (ID - 2814)

is. Nəfəslə çalınan qamışdan, ağacdan qayrılan sadə çalğı aləti; düdük, tütək. Döyüldü təblü naqarə, çalındı ney, balaban. A.Səhhət. Anası dinməz-söyləməz bunun [Həsənin] başının altından götürüb gizlətdiyi...

BALABANÇALAN, BALABANÇI (ID - 2815)

is. Balaban çalan, tütək çalan. Aşıq Cəfər əlində saz, balabançı ilə çuxalarını çıxarıb durdular ayağa. Ə.Haqverdiyev. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski.

BALABANÇILIQ (ID - 2816)

is. Balabançının işi, sənəti.

BALABİBİ (ID - 2817)

is. məh. 1. Kiçik bibiyə verilən ad.
Gəlinlərə verilən ləqəb; gəlinciyəz.

BALACA (ID - 2818)

sif. 1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac. - Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi....

BALACABOY (ID - 2819)

sif. Boyu alçaq, xırda. Balacaboy oğlan.

BALACACIQ (ID - 2820)

is. Kiçicik. Xidmətçi arvad tələsik ona balacacıq, bükülü bir kağız uzatdı. Ə.Əbülhəsən.

BALACALANDIRMA (ID - 2821)

“Balacalandırmaq”dan f.is.

BALACALANDIRMAQ (ID - 2822)

bax balacalaşdırmaq. [Qara] özlüyündə belə deyirdi ki, .. yoxsa indiki zamanda at minmək desən heç raykom katibinə yaraşmır. Bəlkə də bu iş onu xırdalandırır və balacalandırır. S.Rəhimov.

BALACALANMA (ID - 2823)

“Balacalanmaq”danf.is.

BALACALANMAQ (ID - 2824)

bax balacalaşmaq.

BALACALAŞDIRILMA (ID - 2825)

“Balacalaşdırılmaq”dan f.is.

BALACALAŞDIRILMAQ (ID - 2826)

məch. Həcmcə, boyca, ölçücə balaca edilmək, kiçikləşdirilmək.

BALACALAŞDIRMA (ID - 2827)

“Balacalaşdırmaq”dan fis.

BALACALAŞDIRMAQ (ID - 2828)

f Kiçikləşdirmək, kiçiltmək, balaca etmək, xırdalatmaq. Həcmini balacalaşdırmaq.
// Daraltmaq.

BALACALAŞMA (ID - 2829)

“Balacalaşmaq”dan f.is.

BALACALAŞMAQ (ID - 2830)

f Kiçilmək, xırdalanmaq, balaca olmaq. Həcmi balacalaşmaq.
O, azardan sonra lap balacalaşıbdır. - Xəlil onun irəliyə çıxmış qarnını ilk dəfə görürmüş kimi, diqqətlə baxdı: - Başın hər gün balacalaşır, qarnın böyüyür,...

BALACALATMA (ID - 2831)

“Balacalatmaq”dan f.is.

BALACALATMAQ (ID - 2832)

bax balacalaşdırmaq.

BALACALIQ (ID - 2833)

is. 1. Həcmcə, boyca, miqdarca, sayca kiçiklik, xırdalıq, azlıq; balaca şeyin halı.
2. Uşaqlıq, körpəlik. Balacalığında çox nadinc idi. Balacalığına baxma, çox zirəkdir. - Yusif Qaraca qızın tərsliyinə təəccüb edib, arvadına...

BALACANLI (ID - 2834)

sif. Öz uşaqlarını həddən artıq sevən, uşaqcanlı. Mən bu qədər balacanlı adam görməmişəm, - deyə Gümüş gəlin öz-özünə danışırdı. S.Rəhimov.

BALACIQ (ID - 2835)

“Bala”dan oxş. Balacığım, harada idin? Əziz balacığım.

BALADADAŞ (ID - 2836)

is. məh. Təzə gəlinin kiçik qaynına verdiyi ləqəb.

BALADƏMİR (ID - 2837)

is. məh. Xam gönü aşılamağa məxsus alət.

BALAƏMİ (ID - 2838)

is. məh. Uşaqların kiçik əmilərinə verdikləri ad.

BALAĞAGİRƏN (ID - 2839)

is. köhn. Fitilinə od vurduqda yerdə yana-yana fırlanan kiçik fişəng.

BALAQ1 (ID - 2840)

is. Tumanın, şalvarın, dizliyin ayağa düşən tərəfi. Səhər-səhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Həsənalı balağı dizindən azca aşağı bez tumanını buduna sıxaraq bərk-bərk...

BALAQ2 (ID - 2841)

is. Camış balası, körpə kəlçə. ..Mürşüd camış balaqlarını suvarmaq üçün çaya aparmışdı. Ə.Vəliyev.

BALAQ3 (ID - 2842)

is. məh. Qamışabənzər, içi boş, buğumlu yemlik bitki.

BALAQAN (ID - 2843)

BALALAMA (ID - 2844)

“Balalamaq”dan f.is.

BALALAMAQ (ID - 2845)

f 1. Bala doğmaq. İnək balaladı.
2. məc. Artmaq, çoxalmaq, törəyib artmaq. Milçəklər balalayıblar.

BALALAYKA (ID - 2846)

is. [rus.] Üçsimli rus çalğı aləti. Bu kəşf ayrı-ayrı xalqlarda, əvvəlləri sadə və getdikcə təkmilləşən saz, tar, tənbur, dombra, balalayka .. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi....

BALALI (ID - 2847)

sif. Yanında balası olan. Balalı inək. Balalı qoyun. Balalı camış.

BALALIQ (ID - 2848)

is. anat. Heyvanlarda rüşeymin inkişaf etdiyi daxili üzv.

BALANS (ID - 2849)

[fr.\ 1. Mühasibatda: aktiv və passiv hesabların qalıqlarını göstərən və hər hansı bir təsərrüfat və ya müəssisənin müəyyən dövr ərzindəki maliyyə vəziyyətini əks etdirən ümumi cədvəl; gəlir və çıxarın müvazinəti....

BALAPUŞ (ID - 2850)

is. [fars.] köhn. Üstdən geyilən paltar. Yarım nə gözəl geyinib, əlvan bəzənibdir; Balapuşu yaşıl. M.P.Vaqif.

BALATA, BALATI (ID - 2851)

is. məh. Maya, xəmrə, acıtma.

BALBA (ID - 2852)

is. məh. Cincilim, keşniş, qazayağı və bu kimi bitkilərdən hazırlanan yemək, sıyıq.

BALBAS (ID - 2853)

is. İri qoyun cinsi.

BALBORANI (ID - 2854)

b ax balqabaq.

BALÇI (ID - 2855)

bax arıçı. Balçının var bal tası, odunçunun baltası. (Ata. sözü).

BALDIR (ID - 2856)

is. Qılçanın dal tərəfində diz ilə topuq arasındakı ətli hissə. Zabit badam şivini
əlinə alıb, qızın çılpaq baldırına döyür, qışqırırdı. Mir Cəlal.

BALDIRĞAN (ID - 2857)

is. bot. İriyarpaqlı uzunboy zəhərli bir bitki. [Qəmər və Şamo] bir dəfə cır-cır bulağının kiçik şəlaləciyi altında baldırğandan dəyirman topu qayırıb işlətmiş(dilər). S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed