İzahlı lüğət

BUY2 (ID - 5360)

[fars.] klas. İy, qoxu. Bənövşə tək ənbər zülfün buy verir; Hər yuyub sərəndə havaya, Zeynəb! M.P.Vaqif. İntizar çəkərəm ta ki sübhdəm; Ol badi-səbadən buyun istərəm. Q.Zakir.

BUYNUZ (ID - 5361)

is. 1. Bəzi heyvanların başında sümük kimi bərk maddədən ibarət çıxıntı (bəzi cücülərin də başında olur). Qoç buynuzu. İnək buynuzu. Maral buynuzu.
Buynuzdan qayrılmış, yaxud buynuza oxşayan şey.
□□ Buynuzu içində...

BUYNUZBAŞI (ID - 5362)

is. bot. Zəhərli birillik bitki.

BUYNUZCUQ (ID - 5363)

kiç. Balaca buynuz. Quzunun buynuzcuqları görünməyə başlayır.

BUYNUZGÜLÜ (ID - 5364)

is. bot. Alaq otlarından birinin adı.

BUYNUZLALƏ (ID - 5365)

is. bot. Birillik zəhərli ot bitki.

BUYNUZLAMA (ID - 5366)

“Buynuzlamaq”dan f.is.

BUYNUZLAMAQ (ID - 5367)

f 1. Buynuzu ilə vurmaq, buynuzu ilə itələmək. Camışlar birbirini buynuzlayırlar.
2. məc. Gözü götürməmək, sığışdırmamaq, birinin əleyhinə getmək; incitmək. Bu quzilə xüsumətin var imiş; .. Səni buynuzlayıb atası bunun....

BUYNUZLAŞMA (ID - 5368)

“Buynuzlaşmaq”dan f.is.

BUYNUZLAŞMAQ (ID - 5369)

qarş. 1. Bir-birini buynuzla vurmaq. İnəklər buynuzlaşırlar. Keçilər buynuzlaşırlar.
məc. Bir-biri ilə çəkişmək, döyüşmək.
Buynuza dönmək, buynuz kimi olmaq; sümükləşmək.

BUYNUZLU1 (ID - 5370)

sif. Buynuzu olan. Buynuzlu heyvanlar. - Bir buynuzlu təkə dik qayanın başına çıxıb, dörd ayağı ilə tullanıb, geriyə qayıdıb və yenə də bu sərt qayaya çıxırdı. S.Rəhimov.

BUYNUZLU2 (ID - 5371)

is. bot. Birillik yem bitkisi.

BUYNUZLULAR (ID - 5372)

cəm zool. Buynuzu olan heyvanlar növü. İnək buynuzlulardandır.

BUYNUZSUZ (ID - 5373)

sif. Buynuzu olmayan. Buynuzsuz keçi, inək. - Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar. (Ata. sözü).

BUYNUZŞƏKİLLİ (ID - 5374)

b a x buynuzvari.

BUYNUZVARİ (ID - 5375)

sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi.

BUYRUQ (ID - 5376)

is. Əmr, hökm, sərəncam. Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin...

BUYRUQÇU (ID - 5377)

is. 1. Buyruq verən, əmr verən.
Xidmətçi, buyruq icra edən işçi. Sən olmusan keçi qaytaran əl buyruqçusu. S.Rəhimov.

BUYRUQLU (ID - 5378)

sif. Buyruq almış, tapşırıq almış; bir əmr və tapşırıq ilə vəzifələnmiş.

BUYUXMAQ (ID - 5379)

f dan. 1. Çaşıb qalmaq, özünü itirmək.
2. Soyuqdan üşümək, büzüşüb qalmaq, donub qalmaq.

BUYURMA (ID - 5380)

“Buyurmaq”dan f.is. [Cahangir ağa:] Həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş.. S.S.Axundov.

BUYURMAQ (ID - 5381)

f 1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: - Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov.
// Eyni...

BUYURTMAfsif (ID - 5382)

Xüsusi sifariş üzrə hazırlanmış. Buyurtma paltar. Buyurtma çəkmə.

BUYURTMAQ (ID - 5383)

f Sifariş etmək, hazırlamağı tapşırmaq.

BUYURUCU (ID - 5384)

sif. Əmredici, amiranə. Bu halda Səlim bəy zavod həyətinə daxil olub, buyurucu bir səslə bağırdı. H.Nəzərli.

BUYURUQ (ID - 5385)

BUYURUQÇU (ID - 5386)

bax buyruqçu.

BUYURULMAQ (ID - 5387)

məch. Əmr verilmək, tapşırılmaq.

BUZ (ID - 5388)

is. 1. Donmuş su. Buzparçaları. Buz təbəqəsi. Qışda sular donub buz olur.
□ Buz baglamaq (tutmaq) - buzla örtülmək, donmaq. Suyun üzü buz bağlayıbdır. - Sevgilim, qış gəlir, şaxta düşəcək; Yenə axar çaylar buz tutacaqdır....

BUZÇU (ID - 5389)

is. Buz satan, buz qayıran adam.

BUZÇULUQ (ID - 5390)

is. Buz qayırma işi, buz saxlama işi.

BUZDAĞI (ID - 5391)

is. coğr. Buzlu okeanda: buzlardan ibarət olan dağ; aysberq.

BUZƏ (ID - 5392)

is. [fars.] Turşumuş darı xəmirindən hazırlanan içki, kvas.

BUZXANA (ID - 5393)

is. 1. Buz qayrılan yer.
2. Buz anbarı, buz saxlanılan yer.
// Tez xarab olan şeyləri saxlamaq üçün soyuq yer, bina.
// Soyuducu cihaz.

BUZXANAÇI (ID - 5394)

is. 1. Buzxana işçisi.
2. köhn. Buzxana sahibi.

BUZQIRAN (ID - 5395)

fsif xüs. Buzları qırmaq üçün olan.
□ Buzqıran gəmi - buzları parçala-
yan, buzları yarıb yol açan, buzlar içində üzmək üçün təchiz edilmiş güclü gəmi. Gələn həftə gəmi tərsanəsində .. bu cür .. buzqıran gəminin...

BUZLAQ (ID - 5396)

is. 1. Çoxlu buz yığılan yer.
2. geol. Dağ təpələrindən dərələrə qədər uzanan buz təbəqəsi, hərəkət edən buz kütləsi.
□ Buzlaq dövrü geol. - yer tarixində: yer səthinin böyük bir hissəsinin buzla örtülmüş olduğu...

BUZLAMA (ID - 5397)

“Buzlamaq”dan f.is.

BUZLAMAQ (ID - 5398)

f 1. Buz halına gəlmək, buz bağlamaq, buzla örtülmək, donmaq.
2. Bərk üşümək, soyuqdan donmaq. Əlimayağım soyuqdan buzlayıb.

BUZLANMA (ID - 5399)

“Buzlanmaq”dan fis.

BUZLANMAQ (ID - 5400)

f Üzü buz tutmaq, buz bağlamaq, buzla örtülmək, üstü donmaq.
// Buza dönmək, donmaq.

BUZLANMIŞ (ID - 5401)

fsif Buza dönmüş, donmuş. Fəslin avqust ayı olmasına baxmayaraq, buzlanmış qar parçası dayanıb dururdu. S.Rəhimov.

BUZLU (ID - 5402)

sif 1. Üstü donmuş, buz bağlamış, buzla örtülmüş, yaxud çox buz olan. Buzlu göl. Buzlu dənizlər.
// coğr. Dəniz adlarında: Şimal Buzlu okean.
2. Soyutmaq üçün içinə buz qoyulmuş, yaxud buz içində soyudulmuş. Buzlu limonad....

BUZLUQ (ID - 5403)

is. Çox buz olan, yaxud buz saxlanılan yer.

BUZOV (ID - 5404)

is. Hələ süddən ayrılmamış inək balası. [Camaat:] Gədə, nə belə payız buzovu kimibəyirirsən? M.S.Ordubadi. [Bünyad] ağzını açanda o biri otaqda buzov mələdi. Ə.Əbülhəsən.
□ Yanı buzovlu -balalı, balası olan. [Bayram:]...

BUZOVABAXAN (ID - 5405)

is. k.t. Heyvandarlıq fermalarında buzovlara qulluq edən işçi.

BUZOVÇU (ID - 5406)

is. Buzovotaran çoban. [Sona xanım:] Gecə yadıma düşdü ki, xalça burada qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. //bax buzovabaxan. Elmi təcrübə işi ilə...

BUZOVÇULUQ (ID - 5407)

is. Buzovçunun işi, məşğələsi.

BUZOVLAMA (ID - 5408)

“Buzovlamaq”dan fis.

BUZOVLAMAQ (ID - 5409)

f Buzov doğmaq. Fermanın inəkləri yenicə buzovlamışdı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed