İzahlı lüğət

BUROVUZ (ID - 5310)

1. sif. və zərf Qaytarılmaq şərti ilə alınan, müvəqqəti istifadə üçün alınan. Burovuz paltar. - Axşamdan bir saat keçdikdə, qonşulardan burovuz alınmış əlvan lampalara neft töküb, şalbanlardan asırdılar. H.Sarabski. Beləliklə,...

BURSA (ID - 5311)

bax birja.
□ Əmək bursası -bax əmək birjası (“birja”da). [Murad] heç bir ittifaqın üzvü deyildi. Əmək bursasında qeyd edilməmişdi. S.Hüseyn.

BURSAÇI (ID - 5312)

bax birjaçı. [Şəbanzadə:] Biz sənin üçün İstanbul bursaçıları deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. M.S.Ordubadi.

BURU (ID - 5313)

is. Sancı, şiddətli qarm ağrısı. Qarnına buru düşmək.

BURUCU (ID - 5314)

sif. və is. Toxuculuqda və başqa istehsalatda sapı burmaqla məşğul olan.

BURUQ1 (ID - 5315)

sif. 1. Burulmuş. Buruq ip. Buruq sap.
□ Buruq düşmək - dolaşmaq, dolaşıq düşmək. Buruq salmaq - dolaşdırmaq.
// Eşilmiş. Buruq bığ.
Burma-burma olan. Qoçun buynuzları buruq olur.
// Qıvrım. Buruq saç.
k.t. Axtalanmış...

BURUQ2 (ID - 5316)

is. Neft, yaxud mədən suları çıxarmaq üçün xüsusi üsullarla qazılan quyu; neft quyusu. [Əhməd:] Hanı sənin də buruqların? Zavodların, beşmərtəbə evlərin? Ə.Haqverdiyev.
□ Buruq ustası - burma üsulu ilə neft quyusu qazıma...

BURUQ3 (ID - 5317)

is. Boruda axan mayenin, qazın və s.-nin yolunu açıb bağlamaq üçün qurğu; kran. Bu zaman Gülpərinin balağı samovarın buruğuna ilişib buruğu \açır]. H.Sarabski.

BURUQÇU1 (ID - 5318)

is. k.t. Heyvan burmaqla (axtalamaqla) məşğul olan adam.

BURUQÇU2 (ID - 5319)

is. köhn. Keçmişdə: neft quyusu qazan fəhlə.

BURULĞAN (ID - 5320)

is. 1. Dərin çayda, ya dənizdə suyun burulduğu yer; girdab.
2. Şiddətli külək, fırtına nəticəsində burum-burum qalxan dalğa, qar, toz; havada fırlanan qar. Qar burulğanı hərlənir, dar küçələrdə dolanan Gülsənəmi tıncıxdırırdı....

BURULĞANLI (ID - 5321)

sif. 1. Burulğanlar olan; fırtınalı, coşqun. Burulğanlı dəniz.
xüs. Burulğan kimi öz oxu ətrafında fırlanan, hərəkət edən. Maqnit sahəsinin əsas xassələrindən biri də onun burulğanlı olmasıdır. Kazımzadə.

BURULMA (ID - 5322)

“Burulmaq”dan f.is.

BURULMAQ (ID - 5323)

f. 1. Buruq düşmək, buruq hala gəlmək. Məftil buruldu. İp buruldu.
// Qıvrılmaq, dalğavari, şəkildə getmək, axmaq. Camaat möhkəm və uca.. bəndin üstünə çıxıb gəzinirdi, ağzı qayıtmış Kürün burulaburula (z.) axıb getməyinə...

BURULMUŞ1 (ID - 5324)

BURULMUŞ2 (ID - 5325)

f.sif. k.t. Axtalanmış, axta edilmiş. Burulmuş qoç.

BURULU1 (ID - 5326)

sif. Buruq, burulmuş, buruqburuq. \Nadir] ..Zeynəbin zərif yanaqlarına tökülmüş burulu saçlarını yad edirdi.
B.Talıblı.

BURULU2 (ID - 5327)

zərf və sif. Əyri, dalğavari, qıvrıla-qıvrıla. Burulu axan çayın qırağına zil bir qaranlıq çökmüş(dü). S.Rəhimov.

BURUM (ID - 5328)

is. 1. Burula-burula çıxan (qalxan, hərəkət edən) şarşəkilli kütlə. Tüstü burumları. Qar burumları.
2. “Bir” sözü ilə: bir burum məh. - bir dəfə, bir kərə. Bir burum qaynamaq.
burum-burum zərf Burum (1-ci mənada) halında....

BURUN (ID - 5329)

is. 1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).
Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi....

BURUNALTI (ID - 5330)

zərf Anlaşılmaz bir surətdə. [Müdir Əkbərə dedi:] Burunaltı danışma. De görüm, nəyin çatmır? Mir Cəlal.

BURUNCUQ (ID - 5331)

kiç. Kiçik burun, yaxud bir şeyin buruna oxşayan hissəsi, çıxıntısı. Xoruzgülü toxumçalarının üzəri qırışıqdır və onların yuxarısında düz və ya əyilmiş buruncuq vardır. Qədirov.

BURUNDUQ (ID - 5332)

bax buruntaq.

BURUNGƏLMƏ (ID - 5333)

is. Qaramalda və atlarda olan bir xəstəlik.

BURUNLAMA (ID - 5334)

“Burunlamaq”dan fis.

BURUNLAMAQ (ID - 5335)

f 1. Burun ilə eşmək, dağıtmaq, vurmaq. Öküzlər otu burunlayıb dağıtdı.
2. məc. Təqib etmək, gözümçıxdıya salmaq, gözü götürməmək, sıxışdırmaq. Qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər...

BURUNLAŞMA (ID - 5336)

“Burunlaşmaq”dan f.is.

BURUNLAŞMAQ (ID - 5337)

qarş. Döyüşmək, vuruşmaq, dalaşmaq, sözləşmək. Qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. M.S.Ordubadi.

BURUNOTU (ID - 5338)

is. Buruna çəkilən tənbəki tozu. [Qoca] cibindən bir qutu çıxardıb, bir az burunotu çəkdi. M.S.Ordubadi. [Püstə] cibindən burunotu çıxarıb, burunotu çəkir və bir-iki dəfə asqırır. H.Sarabski.

BURUNTAQ (ID - 5339)

is. Heyvanların ağzına bağlanan ip və s.

BURUNTAQLAMA (ID - 5340)

”Buruntaqlamaq”dan fvs.

BURUNTAQLAMAQ (ID - 5341)

f Heyvanın ağzına buruntaq taxmaq, buruntaq keçirmək.

BURUNTAQLANMA (ID - 5342)

“Buruntaqlanmaq”dan f.is.

BURUNTAQLANMAQ (ID - 5343)

məc. Ağzına buruntaq taxılmaq.

BURUNTULUQ (ID - 5344)

bax buruntaq.

BURYAT (ID - 5345)

is. Buryat-Monqol Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam.

BURYATCA (ID - 5346)

zərf Buryat dilində.

BUSƏ (ID - 5347)

is. [fars.] Öpüş. Can alıb bir busə versən ləblərindən, ey pəri! Sanma kim, Seyyid belə sevdayə eylər etiraz. S.Ə.Şirvani. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.
Busə etmək - öpmək....

BUSƏLİK (ID - 5348)

is. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfşənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.

BUSTAN (ID - 5349)

is. [fars.] klas. Çiçək bağçası, çiçəklik, güllük. Matəmgədə gördü bustanı; Riqqət oduna tutuşdu canı. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən; Nə lazımdır mənə bağü baharü bustan sənsiz....

BUŞMENLƏR (ID - 5350)

cəm. Cənubi Afrikada yaşayan və vaxtı ilə bütün Cənubi Afrikanın əsas əhalisini təşkil edən qəbilələrin adı.

BUTA1 (ID - 5351)

is. 1. Qönçə. İşlə əlim, butalar; Al-əlvan çiçəklər olsun. M.Rahim.
2. Parça üzərində badamabənzər xırda naxış, kiçik gül şəkli. O zərif butaları; Yazmaq olmaz kağızda. M.Seyidzadə.

BUTA2 (ID - 5352)

is. [fars.] İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) qayrılmış qab.

BUTAFOR (ID - 5353)

is. [ital.] Butaforiyaya baxan teatr işçisi, habelə butafor qayıran usta.

BUTAFORİYA (ID - 5354)

[ital.] 1. Səhnə tamaşası üçün lazım olan şeylər.
2. məc. Zahiri bəzək, bərbəzək, saxta cah-calal.

BUTALI (ID - 5355)

sif. Üstündə buta olan; naxışlı, güllü. Butalı parça. Butalı dəsmal. - [Məşədi Heydər] qolunu çırmalayıb, qırmızı butalı nimçənin ortasında köndələn yıxılan cücənin qızarmış budundan yapışdı. B.Talıblı. Qapıdan...

BUTERBROD (ID - 5356)

is. [alm.] Üzərinə yağ və s. sürtülmüş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək. Xosrovbəyli ilə bufetə çıxdıq, o məni buterbroda, qəhvəyə qonaq elədi. Mir Cəlal.

BUTƏ (ID - 5357)

[fars.] bax buta2#. [Molla İbrahim Xəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsi ilə, kiçik körük ilə çıxar, gətir! M.F.Axundzadə.

BUTULKA (ID - 5358)

[rus. бутылка] dan. İçinə maye tökmək üçün boğazı dar şüşə. Sirkə butulkası. Şərab butulkası. Butulka zavodu. - [İsgəndər:] Amma o pulları aparıb.. versəydin, sənə iki butulka araq verərlərdi. C.Məmmədquluzadə. Ortalıqda...

BUY1 (ID - 5359)

nida. Heyrət, təəccüb bildirir (bəzən qoşa şəkildə işlənir). [Qəmərbanu:] Buy, niyə ay Xavər xanım, sənin kimi cavan, göyçək xanıma bu tulanbar yaraşmır. M.İbrahimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed