İzahlı lüğət

BUXARLAMA (ID - 5159)

“Buxarlamaq”dan f.is.

BUXARLAMAQ (ID - 5160)

bax buğlamaq.

BUXARLANDIRILMA (ID - 5161)

“Buxarlandırılmaq”dan f.is.

BUXARLANDIRILMAQ (ID - 5162)

bax buğlandırılmaq.

BUXARLANDIRMA (ID - 5163)

“Buxarlandırmaq”dan f.is.

BUXARLANDIRMAQ (ID - 5164)

f. Buxara çevirmək, buxar halına salmaq; buğlandırmaq.

BUXARLANMA (ID - 5165)

“Buxarlanmaq”dan f.is.

BUXARLANMAQ (ID - 5166)

f Buxar olmaq, buxar halına gəlmək, buğa çevrilmək; buğlanmaq.

BUXARÖLÇƏN (ID - 5167)

is. tex. Borularda olan buxarın miqdarmı ölçən cihaz.

BUXARPAYLAYAN (ID - 5168)

is. tex. Buxar mühərriki silindrlərində buxarı avtomatik paylaşdıran mexanizm.

BUXÇA (ID - 5169)

bax boğça.

BUXOV (ID - 5170)

is. 1. Otlağa buraxılan atların ayağına vurulan dəmir çidar.
// Qandal.
2. məc. Maneə, əngəl.
□ Buxov vurmaq (olmaq) - bax buxovlamaq 2-ci mənada. [Şərqli] öz ayağına buxov, qoluna zəncir vurmaq istəmir. O.Sarıvəlli.

BUXOVLAMA (ID - 5171)

“Buxovlamaq”dan f.is.

BUXOVLAMAQ (ID - 5172)

f 1. Ayağa buxov vurmaq. Atları buxovlamaq.
// Qandallamaq.
2. məc. Əl-qol açmağa, inkişaf etməyə qoymamaq, mane olmaq, əngəl olmaq, qabağını almaq. [Davud:] Daha, deyirlər, daşmır. Bəndlər onu \Kür çayını] buxovlayıb. Mir...

BUXOVLANMA (ID - 5173)

“Buxovlanmaq”dan f.is.

BUXOVLANMAQ (ID - 5174)

f 1. məch. Buxov vurulmaq. Atlar buxovlanmışdır.
// Qandallanmaq.
// məc. Əl-ayağı bağlanmaq.
2. məc. Dəli olmaq. \Cahangir bəy:] Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam....

BUXOVLANMIŞ (ID - 5175)

fsif 1. Ayağına buxov vurulmuş.
// Qandallanmış.
2. məc. Əl-qolu bağlanmış.

BUXOVLATMA (ID - 5176)

“Buxovlatmaq”dan f.is.

BUXOVLATMAQ (ID - 5177)

icb. Ayağına buxov vurdurmaq.

BUXOVLU (ID - 5178)

sif. Ayağında buxov olan, buxovlanmış.
// Qandallı, ayağına qandal vurulmuş.

BÜXTA (ID - 5179)

is. [alm.] Dənizdə gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz. Arxada, buxtadakı gəmilərin top atəşi.. düşmənin başına od ələməyə başladı. Ə.Əbülhəsən.

BUXUR (ID - 5180)

is. [ər.] Yandırıldıqda ətir saçan qatran.

BUXURDAN (ID - 5181)

is. [ər.] köhn. İçində buxur yandırılan kiçik qab.

BUKET (ID - 5182)

is. [fr.] Gül, çiçək dəstəsi. Qız, oğlan lalə kimi uzaqlardan seçilir, onlar çiçəklərlə .. maraqlanır, buket tuturlar. Mir Cəlal. Səriyyə bülbüllərin nəğməsini dinləyədinləyə .. yolun kənarında gül, çiçək toplayır,...

BUKİNIST (ID - 5183)

is. [fr.] Az tapılan, yaxud köhnə kitabları alıb-satmaqla məşğul olan kitab mağazası, yaxud adam. Bukinist mağazası ərəb və fars dillərində çap olunmuş kitabları və əlyazmalarını alır. (Qəzetlərdən).

BUKLET (ID - 5184)

is. [fr.] Mətn və şəkillərlə müşayiət edilən informasiya materialından ibarət iri formatlı çap məhsulu; şəkilli broşüra.

BUQƏLƏMUN (ID - 5185)

is. [ər.] 1. Mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan sürünən heyvan. Buqələmun (xameleon) bir kiçik kərtənkələdir. Bu kərtənkələ bir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə...

BUQƏLƏMUNLUQ (ID - 5186)

is. İkiüzlülük, riyakarlıq, dondan-dona girmə.

BULAQ (ID - 5187)

is. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). \Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov....

BULAQOTU (ID - 5188)

is. bot. Rütubət yerlərdə bitən ot, bitki.

BULAMA (ID - 5189)

is. 1. “Bulamaq”dan f.is.
2. Təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü. Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (Sayaçı sözü). Məmmədağanın inəyi də yenicə...

BULAMAC (ID - 5190)

is. Süddə bişirilən un sıyığı . Qışda bulamac, yayda doğramac. (Ata. sözü).

BULAMAQ (ID - 5191)

f 1. Mayenin içinə qaşıq və s. salıb onu qarışdırmaq. Dovğanı bulamaq. Südü bulamaq.
Sürtüb ləkələmək, bulaşdırmaq, batırmaq. Üst-başını palçığa bulamaq. Əllərini mürəkkəbə bulamaq.
O tərəf-bu tərəfə tərpətmək,...

BULANDIRICI (ID - 5192)

sif. 1. Bulandıran; bir şeyin saflığını, şəffaflığını, parlaqlığını pozan.
2. Mədəni qarışdıran, qusdurucu.

BULANDIRILMAQ (ID - 5193)

məch. Bulanıq hala salınmaq.

BULANDIRMA (ID - 5194)

“Bulandırmaq”dan f.is.

BULANDIRMAQ (ID - 5195)

f 1. Duru suya və ya hər hansı bir şəffaf mayeyə başqa bir şey qarışdıraraq, yaxud dibindəki çöküntünü və s.-ni qaldıraraq bulanıq hala salmaq, rəngini pozmaq. Suyu bulandırmaq. Dərmanı çalxalayıb bulandırmaq. - De görüm bir,...

BULANIQ (ID - 5196)

sif. Mayelər haqqında: şəffaf, saf, təmiz, bərraq olmayan, şəffaflığını itirmiş (zibillənmək, yaxud başqa bir şey qarışmaq nəticəsində) (duru ziddi). Bulanıq su. Bulanıq benzin. Bulanıq dərman. - [Nurəddin] bulanıq su ilə...

BULANIQLIQ (ID - 5197)

is. Bulanıq şeyin halı (duruluq ziddi).

BULANLIQ (ID - 5198)

1. B ax bulanıq. Bulanlıq çaylar, ümmanlar, tamam yer, göy durulmuşdur. S.Vurğun.
Bulanıq şeyin halı. Hovuzda səqfin yırtığından düşən işıq suyun bulanlığını güc ilə aşkar edirdi. Çəmənzəminli.

BULANMA (ID - 5199)

“Bulanmaq”dan f.is.

BULANMAQ (ID - 5200)

f. 1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı....

BULANTI (ID - 5201)

is. 1. Bulanmış şey.
2. Mədənin qarışması nəticəsində əmələ gələn qusma halı.

BULAŞDIRILMA (ID - 5202)

“Bulaşdırılmaq”danf.is.

BULAŞDIRILMAQ (ID - 5203)

məch. Sürtülüb ləkələndirilmək, kirləndirilmək, batırılmaq.

BULAŞDIRMA (ID - 5204)

“Bulaşdırmaq”dan f.is.

BULAŞDIRMAQ (ID - 5205)

f Sürtmək, sürtüb ləkələmək, çirklətmək, batırmaq. Hisə bulaşdırmaq. Üst-başını mürəkkəbə bulaşdırmaq.

BULAŞIQ (ID - 5206)

sif. 1. Bir şeyə bulaşmış, batmış. Bulaşıq qaşıq. - [Uşaq] yayın istisində tərləyə-tərləyə həyəti süpürər, bulaşıq qabları yuyar, gedib ağasının dükanının qabağını süpürər, sulayardı. H.Sarabski.
Zığlı, kirli....

BULAŞIQLI (ID - 5207)

bax bulaşıq. Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Ata. sözü). [Qızılgül:] Mən hamıdan yaxşı, yaraşıqlıyam; Sevməliyəm, ətrə bulaşıqlıyam. A.Səhhət.

BULAŞIQLIQ (ID - 5208)

is. Bulaşmış şeyin halı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed