İzahlı lüğət

BOZARMAQ (ID - 4959)

f 1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi.
// Solmaq, rəngi qaçmaq, rəngi...

BOZARMIŞ (ID - 4960)

fsif Boz hala gəlmiş, rəngi dönmüş, boz olmuş. Soyuqdan bozarmış əllər. Gündən bozarmış yarpaqlar. - [Rəfizadənin] .. sürtükünün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. [Kor kişinin]...

BOZARTI (ID - 4961)

is. 1. Bozarmış rəng.
2. Uzaqdan görünən boz rəngli şey.

BOZARTMA (ID - 4962)

1. is. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma. [Şəhrəbanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz...

BOZARTMAQ (ID - 4963)

f 1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.
Soldurmaq. Paltarını günün altında bozartmaq.
Yetişdirmək. İsti arpaları bozardır.
Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq.
məc. Utandırmaq.
...

BOZBAŞ (ID - 4964)

is. Ət, noxud, kartof ilə bişirilən sulu xörək; piti. [Telli:] - Ay Pərzad xala, dedi, - yeri onları da yığ gətir bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli.
Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən...

BOZBAŞLIQ (ID - 4965)

sif. Bozbaşa yarayan. Bozbaşlıq ət.

BOZDAR (ID - 4966)

is. məh. Boztüklü qoyun itinə verilən ad.

BOZQIR (ID - 4967)

is. Susuz, otsuz çöl.

BOZQIRLAŞMA (ID - 4968)

“Bozqırlaşmaq”dan f.is.

BOZQIRLAŞMAQ (ID - 4969)

f Bozqır halına gəlmək.

BOZQIZILAĞACI (ID - 4970)

is. bot. Hündür kol və ya ağac şəklində bitki. Bu bitkinin gövdəsi açıq-sarı rəngli qabıqla örtülmüşdür; sıra ilə düzülmüş yumurtaşəkilli yarpaqlarının kənarı ikiqat dişlidir. Əliyev.

BOZQOVURMA (ID - 4971)

is. aşp. bax bozartma 1-ci mənada.

BOZLAMAC (ID - 4972)

is. məh. Sacda bişirilən qalın yayma.

BOZLAMAQ (ID - 4973)

f məh. Uca səslə, oxşaya-oxşaya ağlamaq.

BOZTÖVR (ID - 4974)

köhn. b ax bozumtul. Daşlıqlara çıxan dovşanların balalarının arasında bəzinin rəngi tünd-yaşıl və bəzinki bir az boztövr olacaq. H.Zərdabi.

BOZUMSOV (ID - 4975)

bax bozumtul.

BOZUMSOVLUQ (ID - 4976)

bax bozumtulluq.

BOZUMTRAQ (ID - 4977)

bax bozumtul. Kəndin mərkəzindəki bozumtraq bir minarəni yalayıb gələn gilavar küləyi.. məhzun və mükəddər nəğməsini çalırdı. H.Nəzərli.

BOZUMTUL (ID - 4978)

sif. Boza çalan, boza yaxın, bir qədər boz. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn.

BOZUMTULLUQ (ID - 4979)

mücər. Bozumtul şeyin halı.

BÖ(V) (ID - 4980)

bax böyə.

BÖCƏK (ID - 4981)

is. [ər.] Sərtqanadlı kiçik cücü. Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev. Hörümçək hər hansı bir yaxın budaqdan torpağa qədər sap...

BÖHRAN (ID - 4982)

is. [ər.] 1. iqtis. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.
Qıtlıq. Yanacaq böhranı.
tib. Xəstəliyin...

BÖHRANLI (ID - 4983)

sif. Çox qarışıq, çox ağır, qorxulu. Xəstə böhranlı hal keçirir. - [Əbülhəsən bəy:] Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. M.S.Ordubadi.

BÖHT (ID - 4984)

is. [ər.] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqmlıq. ..Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev. Rəssam heyrət və böht içində dayanıb dinləyirdi....

BÖHTAN (ID - 4985)

is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə....

BÖHTANÇI (ID - 4986)

is. Böhtan söyləyən, böhtanla məşğul olan, başqasının üstünə böhtan atan, şər atan adam; iftiraçı. Böhtançını məsuliyyətə cəlb etdilər. - [Hakimi-şər:] Mən demədimmi ki, bu zəifə mənim nəzərimə böhtançı gəlir?...

BÖHTANÇILIQ (ID - 4987)

is. Böhtan atma, iftira etmə, iftiraçılıq; böhtançının işi, peşəsi, xasiyyəti. Böhtançılıq üstə işdən çıxarıldı.

BÖLƏN (ID - 4988)

is. Bölmə əməlində: bölünən kəmiyyətin bölündüyü ədəd; məs.: 50:5=10 əməlində 5 bölən ədəd adlanır.

BÖLGƏ1 (ID - 4989)

is. zool. Nərə balığının bir növü, beluqa.

BÖLGƏ2 (ID - 4990)

is. Müəyyən əlamətə görə seçilən ərazi sahəsi.

BÖLGÜ (ID - 4991)

is. 1. Bölmək işi. Məhsul bölgüsü. Əmək bölgüsü. İş bölgüsü. Gəlir bölgüsü.
2. Dərəcələrə bölünmüş cihaz və s. Bölgü qıfı. Bölgü cədvəli.
// Cihaz və s. üzərindəki dərəcələr. İndikator diaqramı üzərindəki...

BÖLMƏ (ID - 4992)

is. 1. “Bölmək”dən f. is
Riyaziyyatda: bir sayda neçə dəfə başqa say (ədəd) olduğunu bilmə əməli. Bölmə əməli. Bölmə cədvəli.
İdarə, təşkilat və ya müəssisənin iri şöbəsi; seksiya. Trestin istehsalat bölməsi.
Kiçik...

BÖLMƏK (ID - 4993)

f 1. Bir şeyi parçalara, hissələrə, paylara ayırmaq. Əmlakı bölmək. Şagirdləri qruplara bölmək.
// riyaz. Bölmə əməliyyatı icra etmək. İyirmini dördə bölmək.
2. Arasını kəsmək, ayırmaq. Otağı iki yerə bölmək....

BÖLÜCÜ (ID - 4994)

is. Hissələrə bölən, ayıran; təqsim edən.

BÖLÜK (ID - 4995)

is. 1. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.
Parça, tikə,...

BÖLÜM (ID - 4996)

is. 1. Bölmə işi.
Parça; bölünmüş hissə; pay, hissə.
bölüm-bölüm zərf Parça-parça, hissə-hissə, tikə-tikə. Bölüm-bölüm olmaq.

BÖLÜNƏN (ID - 4997)

fsif 1. Parçalanan, hissələrə ayrılan.
riyaz. Bölmə əməlində: bölünən ədədin adı; məs.: 10:5 = 2 əməlində 10 bölünəndir.

BÖLÜNMƏ (ID - 4998)

“Bölünmək”dən f.is.

BÖLÜNMƏK (ID - 4999)

f 1. Parçalanmaq, xırdalanmaq, hissələrə ayrılmaq. Hüceyrələr bölünüb artır. Buz ikiyə bölündü.
riyaz. Qalıqsız başqa ədədə bölünə bilmək. On beşə bölünür.
Ayrılmaq. Dəstəmiz bir meşənin yanında üç hissəyə...

BÖLÜNMƏZ (ID - 5000)

sif. 1. Qalıqsız bölünə bilməyən. Bölünməz ədəd.

Bölünməli (ID - 5001)

olmayan.
Parçalanmayan, hissələrə ayrıla bilməyən; bütöv. Keçmişdə atomlar materiyanın bölünməz hissələri hesab edilirdi.

BÖLÜNMƏZLİK (ID - 5002)

is. Bölünə bilməmə, parçalana bilməmə, hissələrə ayrıla bilməmə; bütövlük, tamamlıq, yekparəlik.

BÖLÜŞ (ID - 5003)

is. Bölünmə, ya bölmə qaydası, tərzi, üsulu. Bu bölüş heç xoşuma gəlmədi.

BÖLÜŞDÜRMƏ (ID - 5004)

“Bölüşdürmək”dən f.is.

BÖLÜŞDÜRMƏK (ID - 5005)

f Bir şeyi və ya işi bir neçə adam və s. arasında bölmək, yaxud öz aralarında paylaşdırmaq. Malı bölüşdürmək. Məhsulu bölüşdürmək.
// Hissələrə bölmək.

BÖLÜŞDÜRÜCÜ (ID - 5006)

sif. və is. Təqsim edən, bölüşdürən.

BÖLÜŞDÜRÜLMƏ (ID - 5007)

“Bölüşdürülmək”dən f.is. Vaxtın düzgün bölüşdürülməsi.

BÖLÜŞDÜRÜLMƏK (ID - 5008)

məch. 1. Bir neçə adam və s. arasında, yaxud öz aralarında bölünmək, paylaşdırılmaq. Bu günlərdə məhsul bölüşdürüləcəkdir.
Hissələrə bölünmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed