İzahlı lüğət

BAĞLILIQ (ID - 2708)

is. 1. Bağlı şeyin halı.
məc. Asılılıq, əlaqədarlıq, əlaqəlilik.

BAĞPƏRƏST (ID - 2709)

is. [fars.] Bağ işlərini, meyvə ağacları becərməyi çox sevən adam. Ovurtdaq hesabdar kimi müqəssir durduğu yerdə, kim Əlisa kimi faydalı, bağpərəst, bağçapərəst, gülpərəst bir adamın adını beləbelə ləkəli şeylərdə çəkə...

BAĞRIBADAŞ (ID - 2710)

is. və sif. dan. Ürək dostu, çox yaxın, can bir qəlbdə. Məktəb ilə bu millətin bağrıbadaşdı, qoymayın! M.Ə.Sabir. [Hacı:] [Rəiyyət] gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdı. Ə.Haqverdiyev.
...

BAĞRIBADAŞLIQ (ID - 2711)

is. dan. Çox yaxınlıq, dostluq, can bir qəlbdə olma.

BAĞRIQARA1 (ID - 2712)

sif. Kədərli, məhzun, halı pərişan, müsibət üz vermiş.

BAĞRIQARA2 (ID - 2713)

is. zool. Su kənarında yaşayan uzun qıçlı, döşüqara quş. Bağrıqaranın qızardı bağrı; Şahbaz ona varanda doğru. Xətayi.

BAH (ID - 2714)

nida. bax ba. Bah, nə yekə canavardır! Bah, səni xoş gördük! Dünən az qala boğulmuşdum. - Bah!

BAHA (ID - 2715)

[fars.] 1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz.
[Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzadə. Bu sandıqdayüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn.
//...

BAHACIL (ID - 2716)

sif. Malmı çox baha satan. [Xudayar bəy:] Yaxşı, yaxşı, mən çoxdan bilirdim ki, sən bahacılsan. C.Məmmədquluzadə.

BAHAÇI (ID - 2717)

b ax bahacıl.

BAHAÇILIQ (ID - 2718)

is. Bahaçı adamın xasiyyəti. Mircümə ilə başqa qaçaqların bir fərqi vardısa, o da Mircümənin bahaçılığı idi. P.Makulu.

BAHADIR (ID - 2719)

is. [fars.] tənt. Qoçaq, igid, qəhrəman. Bahadır deməzlər hərgiz sayana; Görüm lənət olsun yardan doyana. M.P.Vaqif.

BAHADIRLIQ (ID - 2720)

is. Qoçaqlıq, igidlik, qəhrəmanlıq. Bahadırlıq göstərmək.

BAHALANDIRILMAQ (ID - 2721)

məch. Baha edilmək, qiyməti qaldırılmaq.

BAHALANDIRMA (ID - 2722)

“Bahalandırmaq”dan f.is.

BAHALANDIRMAQ (ID - 2723)

f. Qiymətini qaldırmaq, bahalaşdırmaq, yüksək qiymətə çıxarmaq.
// Bahalığa, bir şeyin bahalanmasına səbəb olmaq, bahalıq salmaq.

BAHALANMA (ID - 2724)

“Bahalanmaq”dan f.is.

BAHALANMAQ (ID - 2725)

f. Qiyməti yüksəltmək, qiyməti baha olmaq; bahalaşmaq.

BAHALAŞDIRILMAQ (ID - 2726)

bax bahalandırılmaq.

BAHALAŞDIRMA (ID - 2727)

“Bahalaşdırmaq”dan f.is.

BAHALAŞMA (ID - 2728)

“Bahalaşmaq”dan f.is.

BAHALAŞMAQ (ID - 2729)

f. Daha da baha olmaq; bahalanmaq.

BAHALATMA (ID - 2730)

“Bahalatmaq”danf.is.

BAHALATMAQ (ID - 2731)

bax bahalandırmaq.

BAHALI (ID - 2732)

sif. 1. Bax baha 2-ci mənada. Bahalı parça. - [Gövhərin] ağzı, içi bahalı daş-qaşla dolu bir mücrü kimi açıldı, sədəf kimi dümağ dişləri göründü. Ə.Vəliyev.
məc. Nadir, çox az tapılan. Platin bahalı filizdir.

BAHALIQ (ID - 2733)

is. Hər şeyin qiyməti çox yüksək olduğu vəziyyət. Bahalıq düşmək. Bahalıq salmaq. - Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. M.S.Ordubadi. [Pirqulu:] ..Bu bahalıqda dolana bilmərik. Ac...

BAHAR (ID - 2734)

is. [fars.] 1. İlin qış, yay arasında olan fəsli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxınlaşır.) - Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani. ..Şairlər bahar fəslini...

BAHARI (ID - 2735)

is. köhn. Keçmişdə: qısaqollu don, arxalıq.

BAHARISTAN (ID - 2736)

is. [fars.] şair. bax baharci mənada. Baharistani-ömrümdə tərənnümsaz olur bülbül; Həzari-naləkarəm, baği-aləm gülistanımdır. M.Hadi.

BAHARİYYƏ (ID - 2737)

is. [ər.] əd. Klassik Şərq ədəbiyyatında bahar mövsümünü vəsf və təsvir edən şeir. Xətayinin bahariyyəsi.

BAHAROTU (ID - 2738)

is. bot. İlk baharda yetişən, çox xırda boylu bir bitki.

BAH-BAH (ID - 2739)

bax bəh-bəh.

BAHƏM (ID - 2740)

zərf [fars.] köhn. Bir yerdə, birgə, birlikdə, bərabər. Tut ağacının dibində .. samovarı qoydurdum və qonağımız ilə bahəm başladıq çay içməyə. C.Məmmədquluzadə. Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzisini...

BAHO (ID - 2741)

b ax bah. [Vaqif:] Baho, xoş gördük, həmşəri! - deyə ona [Kazıma] pəncərənin içində yer göstərdi. Çəmənzəminli.

BAXAN (ID - 2742)

f.sif. 1. Nəzarət edən, idarə edən. Dəftərxanaya baxan. Təchizat işlərinə baxan.
// Xidmət edən, qulluq edən, baxıcı. Malqaraya baxan. Xəstəyə baxan.
Qoşulduğu sözün göstərdiyi tərəfə açılan, həmin səmtə doğru...

BAXAR (ID - 2743)

is. 1. Bax axar-baxar.
2. Açıq yer, mənzərə. Yolun o tərəfi baxarında qara boz alaçıqlar və qübbəli ağ çadırlar qurulmuşdu. S.Rəhimov.

BAXARLI (ID - 2744)

bax axar-baxarlı.

BAXÇIVAN (ID - 2745)

köhn. bax bagban.

BAXDIRMA (ID - 2746)

“Baxdırmaq”dan f.is.

BAXDIRMAQ (ID - 2747)

icb. 1. Baxmağa məcbur etmək, baxmağa icazə vermək; göstərmək.
2. Müraciət etdirmək. Kitabın müqəddiməsinə baxdırmaq.

BAXƏBƏR (ID - 2748)

sif [fars. ba... və ər. xəbər] köhn. Xəbərdar, xəbəri olan, məlumatı olan. Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar.. Çəmənzəminli.
□ Baxəbər olmaq - xəbərdar olmaq. Qıraq...

BAXICI (ID - 2749)

is. 1. Baxan, nəzarət edən, idarə edən. Yol baxıcısı. Həbsxana baxıcısı. - Cəlil ağa Avropaya gedəndə onun dövlətinin və işlərinin üstünə gərək ya bir baxıcı .. və ya bir icarədar olaydı. İ.Musabəyov. Haşım .. az bir...

BAXICILIQ (ID - 2750)

is. 1. Baxmaq işi, nəzarət- çilik, gözətçilik.
2. Falçılıq, fala baxma.

BAXILIŞ (ID - 2751)

is. Baxmaq işi və tərzi. Bu gün yeni pyesin baxılışı olacaqdır.

BAXILMA (ID - 2752)

“Baxılmaq”dan f.is.

BAXILMAQ (ID - 2753)

məch. 1. Tamaşa edilmək, gözdən keçirilmək, seyr edilmək. Yeni filmlərə baxılmaq.
Mütaliə edilmək, göz gəzdirilmək, gözdən keçirilmək, ötəri oxunmaq. Qəzetlərin bugünkü nömrələrinə baxılmışdır.
Gözdən keçirilmək,...

BAXIM (ID - 2754)

bax baxış 1 və 2-ci mənalarda.
Bir baxımda - baxan kimi. [Miçurin] bir baxımda bitkinin nəinki indiki vəziyyəti, hətta gələcəyi haqqında belə hökm edə bilərdi. M.F.Axundzadə. Bu baxımdan bu nöqteyi-nəzərdən. Bu baxımdan onun...

BAXIMLI (ID - 2755)

sif. 1. Yaxşı baxılmış, yaxşı qulluq edilib kökəldilmiş; kök (heyvan haqqında).
2. Yaraşıqlı, gözəl (adam, ya heyvan haqqında).
// Baxmalı, mənzərəli. Baxımlı yer.

BAXIMSIZ (ID - 2756)

sif. 1. Evsiz, sahibsiz, başsız qalmış, küçədə qalmış, baxanı olmayan; nəzarətsiz. Baxımsız uşaq.
Yaxşı baxılmamış, yaxşı qulluq edilməmiş; başlı-başına buraxılmış. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi....

BAXIMSIZLIQ (ID - 2757)

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed