İzahlı lüğət

BOYDAŞ (ID - 4909)

sif. Boyları bir olan, bir boyda olanlar; tay-tuş. Baxdıqca onlara, boydaşlarına; ..Oynadır qəlbimi sevimli bu hal. A.Şaiq.

BOYGƏRDƏNƏ (ID - 4910)

is. məh. Yeməli bir bitki.

BOYHABOY (ID - 4911)

zərf Bir boyda, yan-yana, sıra ilə. Çayın hər iki sahilində boyhaboy ağaclar yüksələrək, çayı bir xiyaban kimi aralığa almışdı. Ə.Sadıq.

BOYKOT (ID - 4912)

is. [ing.] Bir şəxs, təşkilat, dövlət və s. ilə tamamilə, yaxud qismən əlaqəni kəsməkdən, ona saymazlıq göstərməkdən ibarət siyasi və iqtisadi mübarizə üsulu. Boykot elan etmək (etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək).
...

BOYLAMA (ID - 4913)

sif. məh. Boy bərabərdə olan.

BOYLAMAQ (ID - 4914)

f 1. Suyun dərinliyini bilmək üçün onu ölçüb, yaxud içinə girib yoxlamaq.
2. Bax boylanmaq 1-ci mənada. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylayırdılar ki, görsünlər gəlirmi naçalnik?...

BOYLANMA (ID - 4915)

“Boylanmaq”dan f.is.

BOYLANMAQ (ID - 4916)

f 1. Başını, boynunu uzadıb baxmaq, başmı çıxarıb baxmaq. Pəncərədən boylanıb baxmaq. - Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. M.İbrahimov. Pəncərədən boylananları salamlayan...

BOYLU1 (ID - 4917)

sif. Ucaboy, boylu-buxunlu, qədd-qamətli. Boylu oğlan. - [Kompozitor] boylu .. bir adamla qarşılaşdı. İ.Əfəndiyev.
// Uca. Boylu çinar budaq atmış, qol atmış. R.Rza. Hərdən boylu qovaqların xışıldayır yarpağı. Ə.Cəmil.

BOYLU2 (ID - 4918)

sif. dan. İkicanlı, hamilə. Boylu qadın.

BOYLU-BUXUNLU (ID - 4919)

bax boy-buxunlu.
Boylu-buxunlu oğlan. - ..Solovyov yaşı təzəcə iyirmi beşə girən, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. Ə.Əbülhəsən. Biz çayxanadan çıxanda əyninə ipək pencək geymiş boylu-buxunlu, qarabığlı bir kişi qollarını...

BOYLUQ (ID - 4920)

is. Boy (boymadərən) çiçəyi bitən yer.

BOYLULUQ (ID - 4921)

is. dan. İkicanlılıq, hamiləlik.

BOYMADƏRƏN (ID - 4922)

is. bot. Koma halında sarı çiçəyi və xoş qoxusu olan çoxillik bitki (xalq təbabətində işlənir). [Boymadərənin] düz duran gövdəsinin üzərində sıra ilə düzülmüş yarpaqları və gövdəsinin təpəsində səbət şəkilli, ağ...

BOYMADƏRƏNLİK (ID - 4923)

is. Boymadərən bitən yer.

BOYNUBURUQ (ID - 4924)

sif. dan. Məzlum, məhzun, yazıq, fağır; yetim.
// zərf Yazıq-yazıq, fağır-fağır. Gözü yolda boynuburuq qalınca; Ölüm aşiqlərə xoş səadətdi. Q.Zakir.

BOYNUBÜKÜK (ID - 4925)

bax boynuburuq.

BOYNUDƏRİLİ (ID - 4926)

bax boynuxəzli. Onun hər şeyi təzələnmiş, bircə boynudərilipaltosu əski halında qalmışdı. Qantəmir.

BOYNUXƏZLİ (ID - 4927)

sif. Yaxalığı xəzdən (dəridən) olan. Boynuxəzli palto.

BOYNUYOĞUN (ID - 4928)

sif. və is. 1. Boynu normal haldan yoğun olan.
məc. dan. Zəhmətsiz yaşayan, müftəxor, tüfeyli, istismarçı. Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama.. C.Məmmədquluzadə. Bu yeddi...

BOYÖLÇƏN (ID - 4929)

is. xüs. Boy ölçmək üçün cihaz (gimnastika zallarında, sanatoriyalarda, xəstəxanalarda və s.-də).

BOYSUZ (ID - 4930)

sif. Boyu kiçik, qısa. Boysuz adam. Boysuz qız. Boysuz otaq.

BOYSUZLUQ (ID - 4931)

is. Qısalıq, gödəklik.

BOYUN (ID - 4932)

is. 1. Başın bədənlə birləşən hissəsi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq.
Paltarın, boğazı dövrələyən hissəsi. Paltonun boynu. Dik boyun. Köynəyin boynu dardır.
Arabaya və kotana qoşulan cüt heyvan...

BOYUNBAĞI (ID - 4933)

is. 1. Zinət üçün qadınların boyunlarından asdıqları muncuq və s. düzümü. [Yusif şah] ..qızlarının hər birinə bir gül.. və bir üzük və bir boyunbağı və bir dəst libas .. ayırdı. M.F.Axundzadə. Qadının yanında yaxşı...

BOYUNCUQ (ID - 4934)

is. Balaca boyun, zərif boyun, nazik boyun.

BOYUNDURUQ (ID - 4935)

is. 1. İş heyvanlarını arabaya və s.-yə qoşmaq üçün onların boynuna keçirilən ağac çərçivə şəklində qoşqu cihazı. Boyunduruqdan qaçan öküzü kəsərlər. (Ata. sözü). Salman kişi də arabanın boyunduruğuna oturdu. A.Şaiq.
2....

BOYUNDURUQLAMA (ID - 4936)

“Boyunduruqlamaq”dan fis.

BOYUNDURUQLAMAQ (ID - 4937)

f 1. Qoşqu heyvanlarının boynuna boyunduruq keçirmək. Kəlləri boyunduruqlamaq. Öküzləri boyunduruqlamaq.
məc. İtaət altına almaq, əsarət altma almaq, cilovlamaq, əsir etmək, məhkum etmək.

BOYUNDURUQLANMA (ID - 4938)

“Boyunduruqlanmaq”dan f.is.

BOYUNDURUQLANMAQ (ID - 4939)

məch. Boynuna boyunduruq keçirilmək.

BOYUNDURUQLATMA (ID - 4940)

“Boyunduruqlatmaq”dan f.is.

BOYUNDURUQLATMAQ (ID - 4941)

“Boyunduruqlamaq”dan icb. Kəlləri boyunduruqlatmaq.

BOYUNDURUQLU (ID - 4942)

sif. 1. Boynunda boyunduruq olan, qoşulmuş. Boyunduruqlu kəlləri kənarda qoyan adamlar tündməzac qocaya baxıb gülüşdü. S.Rəhimov.
2. məc. Əsir, məhkum, ixtiyarsız; boyunduruq altında olan.

BOYUNLUQ (ID - 4943)

is. Boyuna sarılan sarğı, boyun sarğısı; sarğı.

BOYUNLUQLU (ID - 4944)

sif. Boynuna sarğı sarımış, boynunda sarğı olan.

BOYUNSUZ (ID - 4945)

sif. Boynu çox qısa olan. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc bir surətdə hərləyib, düz arxasına, indicə girdiyi qapıya baxdı. M.Rzaquluzadə.

BOZ1 (ID - 4946)

sif. 1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd. - Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov. ..Boz qanqallar da çiçək açmışdır....

BOZ2 (ID - 4947)

is. Qırqovulun dişisi.

BOZ3 (ID - 4948)

is. tib. Dəmrova oxşar dəri xəstəliyi, keçəllik.

BOZAQ1 (ID - 4949)

is. 1. bot. Şoran torpaqlarda bitən birillik yem bitkisi.
Bu cür ot bitən yer.
Boz. Qızıl qayanın üstündə olan silsilə dağları bozaq duman basırdı. S.Rəhimov.

BOZAQ2 (ID - 4950)

is. Qabayunlu Azərbaycan qoyunu cinsi.

BOZAQGÜLÜ (ID - 4951)

is. bot. Bozqırlarda, yamaclarda bitən çoxillik ot bitki.

BOZALAQ (ID - 4952)

is. bot. Baldırı enli, yarpağı bozumtul alaq otu. Bozalaq Azərbaycanda, demək olar ki, bütün rayonlarda yayılmış alaq bitkilərindəndir. Qədirov.

BOZARAQ (ID - 4953)

sif. Boz, bozumtul. Bozaraq pərdə çox qalın olduğu üçün burada oturanlar çətin .. seçilirdi. Ə.Əbülhəsən.

BOZARAN (ID - 4954)

fsif 1. Tez solan. Bozaran parça.
2. Boz rəngdə görünən. Uzaqda bozaran dağın yamacları. - Daz başlar kimi bozaran .. binalar kəndin görkəmini korlayırdı. Ə.Əbülhəsən.

BOZARANTI (ID - 4955)

is. 1. Havanın səhərə yaxın alaqaranlıq halı.
2. Uzaqdan boz görünən şey, yer.

BOZARIŞMA (ID - 4956)

“Bozarışmaq”dan fis.

BOZARIŞMAQ (ID - 4957)

f 1. Bir-bir bozarmaq, yavaş-yavaş bozarmaq, solub boz rəng almaq. Taxıllar bozarışmağa başlamışdır.
2. Görünmək (boz şey haqqında). Qoyun sürüsü uzaqdan bozarışır.

BOZARMA (ID - 4958)

“Bozarmaq”dan fis.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed