İzahlı lüğət

BOŞQAB (ID - 4859)

is. İçinə xörək və s. tökmək üçün çinidən, saxsıdan, metaldan və s.-dən qayrılmış qab; nimçə. Dərin boşqab. Dayaz boşqab. Naxışlı boşqab.

BOŞLAMA (ID - 4860)

“Boşlamaq”dan f.is.

BOŞLAMAQ (ID - 4861)

f. 1. Buraxmaq, vaz keçmək, əl çəkmək. [Kərim:] Yəni bunu deməkdə qərəzin nədir? İstəyirsən ki, mən səni boşlayım, qaçasan? M.F.Axundzadə. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora. M.Ə.Sabir. [Səlim:] Ürəyimə yatan...

BOŞLANMAQ (ID - 4862)

bax boşalmaq 1-ci mənada. Qoşun qaçdı, boşlandı meydani-cəng; Bütün getdiyəğmayə topü tüfəng. M.Ə.Sabir.

BOŞLUQ (ID - 4863)

is. 1. Boş yer, boş sahə. Bura başdan-başa boşluqdur. - Sahil boyu seyrək meşəlik və əngin bir boşluq idi. S.Rəhimov.
// Məsamə, xırda deşik, oyuq. Külli miqdarda neft və qaz, yalnız böyük həcmdə boşluqları, yəni müəyyən,...

BOT (ID - 4864)

[fr.] Boğazlı qaloş. Uşaq botu. Qadın botu.

BOTANİK (ID - 4865)

[yun.] Botanika mütəxəssisi, nəbatatçı. Aşkara çıxarılmış dərman bitkiləri botaniklər .. tərəfindən öyrənilərək, tibb praktikasına daxil edilməkdədir. Əliyev.

BOTANİKA (ID - 4866)

[yun.] Bitkilər haqqında elm; nəbatat elmi.

BOTİNKA (ID - 4867)

[fr.] Alçaq boğazlı, ya boğazsız kişi, qadın və uşaq ayaqqabısı. [Teymurun] əynində boz rəngli nazik parçadan şalvar-köynək, ayağında isə qalın padoşlu soldat botinkası vardı. M.Hüseyn.

BOY1 (ID - 4868)

is. 1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda. - Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca).
// Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur.
Ümumiyyətlə, uzunluq....

BOY2 (ID - 4869)

is. folk. Dastanlarda müəyyən hadisəyə həsr edilmiş fəsil, hissə. “Dədə Qorqud” boyları. Dəli Domrul boyu.

BOY3 (ID - 4870)

bax boymadərən.

BOY4 (ID - 4871)

nida. Qorxu, səksənmə, təəccüb bildirir. Boy, ilana bax, gör nə uzundur!

BOYA (ID - 4872)

is. 1. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. Qırmızı boya. Yağlı boya. Sulu boya. - Gülnaz gülərək, yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları...

BOYABOY (ID - 4873)

zərf 1. Bir şeyin boyunda, uzunluğunda; boyca uyğun. Həmin uzun evin ortası üçün boyaboy miz düzəlmiş və yanlarına isə yerə bərkidilmiş skamyalar qoyulmuşdur. S.Rəhimov.
2. Başdan-başa, uzununa. Sahil pəncərəmizdən boyaboy...

BOYADILMA (ID - 4874)

“Boyadılmaq”dan f.is.

BOYADILMAQ (ID - 4875)

məch. Boyaq çəkdirilmək, rəngləndirilmək, rəng çəkdirilmək.

BOYAXANA (ID - 4876)

is. [fars.] Parça, ip və s. boyamaqla məşğul olan karxana, müəssisə.

BOYAKAR (ID - 4877)

is. Boya ilə şəkil çəkən rəssam. Nuxa Xan sarayının divar təsvirləri müxtəlif zamanlarda yaşayıb-yaratmış müxtəlif boyakar rəssamların əsərləridir. Salamzadə.

BOYAKARLIQ (ID - 4878)

is. Boya ilə şəkil çəkmə işi, sənəti.

BOYAQ (ID - 4879)

is. 1. Bax boya 1-ci mənada.
bot. Kökündən boyayıcı maddə hasil edilən bitki.

BOYAQÇI (ID - 4880)

is. Boyaqçılıqla məşğul olan adam.

BOYAQÇILIQ (ID - 4881)

is. İp, parça və s. boyama işi, sənəti. Boyaqçılıqla məşğul olmaq.

BOYAQXANA (ID - 4882)

bax boyaxana. Uşağı boyaqxanaya gətirib, boyaqxanaçıya onun üz-gözünü boyatdırardılar. H.Sarabski.

BOYAQLI (ID - 4883)

sif. Boyanmış, rənglənmiş. Boyaqlı bez.

BOYAQOTU (ID - 4884)

is. bot. Başlıca olaraq dağlıq yerlərdə bitən çoxillik ot bitki.

BOYAQSIZ (ID - 4885)

sif. Boyanmamış, rənglənməmiş. Boyaqsız parça.

BOYALAMA (ID - 4886)

“Boyalamaq”dan f.is.

BOYALAMAQ (ID - 4887)

bax boyamaq.

BOYALI (ID - 4888)

sif. 1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. - [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar...

BOYALIQ (ID - 4889)

is. Boyaq bitən yer (b ax boyaq
ci mənada).

BOYALILIQ (ID - 4890)

is. Boyalı şeyin halı.

BOYAMA (ID - 4891)

“Boyamaq”dan f.is.

BOYAMAQ (ID - 4892)

f. 1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq.
// Məc. mənada. Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə...

BOYANA (ID - 4893)

is. bot. Cirə; təbabətdə və kulinariyada istifadə olunan ətirli bitki.

BOYANALI (ID - 4894)

sif. Boyana vurulmuş. Hər adama bir məcməyi verildi və hər məcməyidə bir boşqab boyanalı plov, üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağır-beyin vardı. Çəmənzəminli.

BOYANMA (ID - 4895)

“Boyanmaq”dan f.is.

BOYANMAQ (ID - 4896)

f. 1. Rənglənmək, boya ilə örtülmək, boya qəbul etmək. Parça yaxşı boyanır.
// Məc. mənada. Hər yer batan günəş şöləsi ilə boyanmışdı. - Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən.
Batmaq, bulanmaq....

BOYANMIŞ (ID - 4897)

f.sif. 1. Boyağa salmmış, yaxud boya çəkilmiş; rənglənmiş. Boyanmış bez. Boyanmış parça.
2. Üz-gözünə boya sürtmüş, sifəti, qaşları boyalı.

BOYAR (ID - 4898)

[rus. бояр sözündən] tar.
Moskva dövlətində yüksək rütbə və bu cür rütbəsi olan şəxs.
2. Qədim Rusiyada və Moskva dövlətində hakim sinfin yuxarı təbəqəsinin nümayəndəsi olan iri mülkədar.

BOYARLIQ (ID - 4899)

is. tar. 1. Boyar rütbəsi.
2. top. Boyarlar.

BOYASIZ (ID - 4900)

sif. 1. Boyası olmayan, rəngsiz, rəng çəkilməmiş.
məc. Təmiz, saf.

BOYATDIRMA (ID - 4901)

“Boyatdırmaq”dan f.is.

BOYATDIRMAQ (ID - 4902)

icb. Boya (rəng) çəkdirmək, rənglətmək.

BOYATMA (ID - 4903)

“Boyatmaq”dan f.is.

BOYATMAQ (ID - 4904)

icb. Boyağa vermək, rəng (boyaq) çəkdirmək, rənglətmək. Bezi boyatmaq.

BOYAYICI (ID - 4905)

sif. Boyayan, rəngləyən; tərkibində boya maddəsi olan. Boyayıcı maddələr.

BOY-BUXUN (ID - 4906)

is. Qədd-qamət, boy, bədən quruluşu. Onun boy-buxunu yaxşıdır. - Səməd dayı otağın yuxarı başında bığlarını burmuş, oturub Nadirin boy-buxununa baxırdı. B.Talıblı. O boy-buxun gözlərimə dəyəndə; Xəstə ruhum təzələnir,...

BOY-BUXUNLU (ID - 4907)

sif. Yaxşı boyu, qaməti, gözəl bədən quruluşu olan; qədd-qamətli, təndürüst. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Omər xanda idi. Çəmənzəminli. Bir...

BOY-BUXUNLULUQ (ID - 4908)

is. Boy-buxunlu olma; qamətlilik, təndürüstlük.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed