İzahlı lüğət

BİTƏRƏFLİK (ID - 4609)

is. Mübahisə, mübarizə, müharibə edən tərəflərin heç birinə mənsub olmama. 'Bitərəfliyi gözləmək. 'Bitərəfliyi pozmaq. - Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də İranın Rusiya əleyhinə olaraq bitərəfliyinipozmaq...

BİTİB-TÜKƏNMƏZ (ID - 4610)

sif Son dərəcə çox, bitməyən, qurtarmayan, axırı olmayan. Həkim baba bağçada tək-təkana işləmir, yeri gələndə nəvə-nəticəsini də bu bağçanın bitib-tükənməz işinə qoşurdu. S.Rəhimov.

BİTİK (ID - 4611)

is. köhn. Məktub, kağız.
// Dua yazılmış kağız parçası.

BİTİRİLMƏ (ID - 4612)

“Bitirilmək”dən fis.

BİTİRİLMƏK (ID - 4613)

məch. Axıra çatdırılmaq, tamamlanmaq, başa çatdırılmaq.

BİTİRMƏ1 (ID - 4614)

“Bitirmək1#”dən fis.

BİTİRMƏ2 (ID - 4615)

“Bitirmək2#”dən fis.

BİTİRMƏK1 (ID - 4616)

f. 1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. - Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı. Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli....

BİTİRMƏK2 (ID - 4617)

f. Yetişdirmək, hasil etmək, göyərtmək, cücərtmək. Bu torpaq buğda bitirmir. - Kənari-çeşmimə sancıldı oxların neytək; Sudan qəmiş bitirən Kür kənarına bənzər. S.Ə.Şirvani.

BİTİŞDİRİCİ (ID - 4618)

sif. xüs. Bitişdirmə, yapışdırma, qovuşdurma qabiliyyəti olan. 'Bitişdirici toxumalar. Bitişdirici maddələr.

BİTİŞDİRİLMƏ (ID - 4619)

“Bitişdirilmək”dən f.is.

BİTİŞDİRİLMƏK (ID - 4620)

məch. Bir-birinə calanmaq, birləşdirilmək, rəbt edilmək, yapışdırılmaq, bağlanmaq.

BİTİŞDİRMƏ (ID - 4621)

“Bitişdirmək”dən f.is.

BİTİŞDİRMƏK (ID - 4622)

f. İki şeyi bir-birinə calamaq, birləşdirmək, rəbt etmək, bir-birinə sıx yapışdırmaq. Bitişdirib mıxlamaq. Qaynaq edib bitişdirmək. Hərfləri bitişdirmək.

BİTİŞİK (ID - 4623)

sif. 1. Bir-birinə bitişmiş halda olan. Bitişik karton. Bitişik barmaqlar.
Bir-birinə yapışıq, qonşu. Bitişik ev. Bitişik divar. - Pəri Soltanın evi zindana bitişik idi. (Nağıl).
Bitişmə yeri, şeylərin bir-birinə bitişdiyi...

BİTİŞİKLİK (ID - 4624)

is. Bitişik şeyin halı.

BİTİŞMƏ (ID - 4625)

“Bitişmək”dən f.is.

BİTİŞMƏK (ID - 4626)

BİTİŞMİŞ (ID - 4627)

f.sif. Bir-birinə qovuşub birləşmiş, yapışmış, calanmış.

BİTKİ (ID - 4628)

is. Göyərti, nəbatat; ağac, ot, çiçək və s. kimi torpaqda bitən hər şey. Yabanı bitkilər. Kənd təsərrüfat bitkiləri. Texniki bitkilər (sənayedə istifadə olunan bitkilər). Çoxillik bitki (bir neçə il yaşayan bitki). Bitki aləmi...

BİTKİÇİ (ID - 4629)

is. Bitki və əkin işləri ilə məşğul olan adam; bitki becərən və yetişdirən adam; bitkiçilik mütəxəssisi. Bitkiçilərin qarşısında duran mühüm vəzifələrdən biri heyvandarlıq üçün möhkəm yem bazası yaratmaqdır.

BİTKİÇİLİK (ID - 4630)

is. 1. Bitki yetişdirmə sənəti, işi. Bitkiçiliklə məşğul olma.
Kənd təsərrüfat bitkiləri yetişdirmə üsullarından bəhs edən elm. Bitkiçilik kafedrası.

BİTKİN (ID - 4631)

sif. Bitmiş, qurtarmış; tamamlanmış halda olan. Bitkin cümlə. Bitkin söz.
// Yetişmiş, kamil, mükəmməl. Girəydim siz girən yeni bağçaya; Gözümlə görəydim bitkin barını. A.Şaiq.

BİTKİNLİK (ID - 4632)

is. Bitkin şeyin halı; kamillik, mükəmməllik.

BİTLƏMƏ (ID - 4633)

“Bitləmək”dən f.is.

BİTLƏMƏK (ID - 4634)

f. Bitləri təmizləmək.

BİTLƏNMƏ (ID - 4635)

“Bitlənmək”dən f.is.

BİTLƏNMƏK (ID - 4636)

1. f. Bitli hala düşmək; paltarını, başmı bit basmaq.
2. qayıd. Özünün, öz paltarının bitlərini təmizləmək.

BİTLİ (ID - 4637)

sif. Biti olan; başmı, paltarmı bit basmış.
// Natəmiz, pinti.

BİTLİLİK (ID - 4638)

is. Bitli şeyin, adamın halı.
// Natəmizlik, pintilik.

BİTMƏ1 (ID - 4639)

“Bitmək'”dən f.is.

BİTMƏ2 (ID - 4640)

“Bitmək2”dən f.is.

BİTMƏK1 (ID - 4641)

f. 1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. - Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi....

BİTMƏK2 (ID - 4642)

f. Yetişmək, çıxmaq, cücərmək. Bu yerlərdə çoxlu fındıq bitir.

BİTMƏYƏN (ID - 4643)

fsif Bitmək, qurtarmaq bilməyən; intəhasız. Gah sınıq könlümü etdi şadman; Gah saldı bitməyən savaşa məni. (Qoşma).

BİTMƏZ (ID - 4644)

sif. 1. Qurtarmayan, bitməyən, tükənməyən, sonu-axırı olmayan, nəhayətsiz. Bitməz sərvət. - Yer iftixar edir bitməz varilə. M.Rahim.
2. məc. Başagəlməz, həyata keçirilməsi, yerinə yetirilməsi mümkün olmayan. - [Cəbi:] Cəbini...

BİTMƏZLİK (ID - 4645)

is. Bitməyən, qurtarmayan şeyin halı; tükənməzlik.

BİTMƏZ-TÜKƏNMƏZ (ID - 4646)

sif. Qurtarmayacaq qədər çox; sonsuz, hədsiz, saysızhesabsız. Olkəmizin bitməz-tükənməz təbii sərvətləri vardır. Bitməz-tükənməz mənbə.
Bu sonsuz və bitməz-tükənməz hərarət və atəş mənbəyi insanları cana gətirir....

BİTMİŞ (ID - 4647)

f.sif. Qurtarmış, tamam olmuş, tamamlanmış, başa çatmış. Bitmiş işdən gül iysi gələr. (Ata. sözü). İlyasov, Kazım kişinin mətləbini bitmiş hesab etdi. Mir Cəlal.

BİTTƏMAM (ID - 4648)

BİTUM (ID - 4649)

[lat.] miner. tex. Karbohidrogenlərdən ibarət təbii və süni qatran maddələrinin ümumi adı: asfalt, neft, qudron və s.

BİTUMLAŞMA (ID - 4650)

“Bitumlaşmaq”dan f.is.

BİTUMLAŞMAQf (ID - 4651)

geol. Bitum halına gəlmək, bitum şəklinə düşmək; qatranlaşmaq.

BİTUMLU (ID - 4652)

sif. Tərkibində bitum olan.

BİVAXT (ID - 4653)

[fars. bi... və ər. vəqt] bax vaxtsız. Mərdan şəhərə gecə bivaxt döndü. Mir Cəlal.
□□ Bivaxt xoruz kimi banlamaq - yersiz, münasibətsiz danışmaq, gözlənmədən yerindən danışmaq.

BİVARİS (ID - 4654)

sif. və is. [fars. bi... və ər. varis] köhn. Varisi, vərəsəsi olmayan; varissiz, vərəsəsiz.

BİVEC (ID - 4655)

[fars. bi... və ər. vəch] bax vecsiz. Bivec adam. Bivec iş. - [Hacı Kamyab:] Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Ə.Haqverdiyev. [Bağır xan:] Mən deyən altı min tüfəng.. kara gələn deyildir, köhnə sistemli...

BİVECLİK (ID - 4656)

bax vecsizlik.

BİVƏ (ID - 4657)

sif. [fars.] köhn. 1. Dul qadın, ərindən boşanmış və ya əri ölmüş arvad. [Tazə:] Bivə övrətlərin əmri alınırmı nəzərə? [Köhnə:] Canı çıxsın, o da getsin yenə bir tazə ərə. M.Ə.Sabir.
Dul kişi, arvadı ölmüş və...

BİVƏFA (ID - 4658)

sif. [fars. bi... və ər. vəfa] bax vəfasız. Bivəfa yoldaş. Bivəfa dost. - Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Sən oldun aqibət rüxi-dildar məhrəmi; Bir yadə salmadın məni, ey bivəfa könül....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed