İzahlı lüğət

BİS (ID - 4559)

[lat.] İkinci dəfə, bir də təkrar (teatrda, konsertdə və s.-də artistə öz çıxışmı təkrar etdirmək üçün tamaşaçıların işlətdiyi nida).

BİSAHİB (ID - 4560)

sif. [fars. bi... və ər. sahib]
Sahibsiz, yiyəsiz. Bisahib ev. Bisahib at.
Baxımsız, himayəsiz, kimsəsiz. Bisahib uşaq. - [Sona xanım:] Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma! M.F.Axundzadə. Bu qaranlıq ev içrə...

BİSAVAD (ID - 4561)

sif. [fars. bi... və ər. səvad] bax savadsız. Bisavad adam. - [İkinci kəndli:] Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq idik. Ə.Haqverdiyev.
// İs. mənasında. Bisavadları savadlandırmaq.

BİSAVADLIQ (ID - 4562)

is. Savadsızlıq. [Səlim:] Bunlar hamısı mənim bisavadlığımdandır. Ə.Haqverdiyev.

BİSƏBAT (ID - 4563)

sif. [fars. bi... və ər. səbat] Səbatsız, davamsız; müvəqqəti, ötəri, keçici.

BİSƏBƏB (ID - 4564)

BİSƏMƏR (ID - 4565)

zərf [fars. bi... və ər. səmər] Səmərəsiz, faydasız. Xəyali-ləli-yar ilə həmişə məstəm, ey vaiz; Nədir vermək mənə meydən dəmadəm bisəmər tövbə. S.Ə.Şirvani. Biz məgər ondan ötrü xəlq olduq; Ki, qalaq bisəmər bu səhradə?...

BİSƏRÜPA (ID - 4566)

sif. və zərf [fars.] köhn. Avara, sərsəri. Mən bisərüpa ona nə layiq; Kim, hüsnümə ola kimsə aşiq. Füzuli. [Hacı Kamyab:] Hərçi səy eylədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkindirə bilmədim....

BİSKVİT (ID - 4567)

is. [fr.] Un, yumurta, şəkər və s. qatışığından hazırlanmış şimiyyat. Vanilli biskvit. - Söhbət edə-edə bir parça biskvitlə çaylarını içməyə başlarkən, Hacıyev Qulamın yanına qayıtdı. Ə.Əbülhəsən.

BİSMİLLAH (ID - 4568)

[ər.] 1. Əsil mənası “Allahın adı ilə” olub, dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz. [Məsmə] bismillah deyib ayaq basmaq istəyirdi, yadına düşdü ki, indi Tahirzadə evdə olmaz. Mir Cəlal.
//...

BİŞ-DÜŞ (ID - 4569)

is. dan. Xörək; xörək bişirmə işi. Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın. M.Ə.Sabir.

BİŞƏK(K) (ID - 4570)

zərf [fars. bi... və ər. şəkk] Şəksiz, şübhəsiz, yəqin. [Şölə xanım:] Amma xan bişək və şübhəsiz Teymur ağanı öldürəcək. M.F.Axundzadə. Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xəlq avamdır bişək. S.Ə.Şirvani.

BİŞƏRƏF (ID - 4571)

sif. [fars. bi... və ər. şərəfj Şərəfsiz. Bişərəf adam. - [Kərim kişi:] Bir adam tapılmaz ki, desin, Kərim kişi dünyadan bişərəf getdi. M.İbrahimov.
// Söyüş mənasında. [Məhbusi:] ...Bişərəflər məndə salamat yer qoymadılar....

BİŞƏRƏFLİK (ID - 4572)

is. Şərəfsizlik.

BİŞİ (ID - 4573)

is. Yağlı şirin xəmirdən bişirilən nazik qoğal növü.

BİŞİR-DÜŞÜR (ID - 4574)

is. Xörək bişirmə.

BİŞİRİB-DÜŞÜRMƏK (ID - 4575)

f. bax bişirmək 1-ci mənada.
□ Bişirib-düşürən - xörək bişirən (bəzən arvad mənasında işlənir). [Hacı Murad:] Adamın bişirib-düşürəni gərəkdir. S.S.Axundov.

BİŞİRİLMƏ (ID - 4576)

“Bişirilmək”dən f.is.

BİŞİRİLMƏK (ID - 4577)

“Bişirmək”dən məch. Xörək bişirilmişdir.

BİŞİRİLMİŞ (ID - 4578)

“Bişirilmək”dən f.sif. Bişirilmiş xörək.

BİŞİRMƏ (ID - 4579)

“Bişirmək”də« f.is.

BİŞİRMƏK (ID - 4580)

f. 1. Odun üstündə qaynatmaqla, qızdırmaqla yeyiləcək hala gətirmək, hazırlamaq. Xörək bişirmək. Aş bişirmək. Kabab bişirmək.
xüs. Odun, şiddətli hərarətin təsiri ilə sıx bərkidib, saxsılaşdırmaq və bu vasitə ilə hazırlamaq...

BİŞKİN (ID - 4581)

sif. 1. Yaxşı bişmiş, lazımınca bişmiş. Bişkin çörək.
2. məc. Təcrübəli, çox təcrübə qazanmış, ustalaşmış, püxtə, bilikli. 'Bişkin adam. 'Bişkin usta.
// məc. Yetkin, yetişmiş. 'Bişkin xətt.

BİŞKİNLİK (ID - 4582)

is. 1. Bişkin şeyin halı.
2. məc. Təcrübəlilik, yetişkənlik, hazırlılıq, püxtəlik, yetkinlik; bərkdən-boşdan çıxma.

BİŞMƏ (ID - 4583)

“Bişmək”dən f.is.

BİŞMƏK (ID - 4584)

f. 1. Odda qızarmaq və ya suda qaynamaqla çiyliyi rəf olmaq, yeyiləcək hala gəlmək. Ət bişdi. Lobya bişdi
xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmaq (saxsı, kərpic və s. haqqında).
məc. Təcrübələnmək,...

BİŞMİŞ (ID - 4585)

1. sif. Odda qızardılmaqla və ya suda qaynadılmaqla hazırlanmış (çiy müqabili). Bişmiş ət. Bişmiş yumurta. Bişmiş kartof.
sif. xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmış. 'Bişmiş kərpic.
sif....

BİŞÜBHƏ (ID - 4586)

sif. və zərf [fars. bi... və ər. şübhə] Şübhəsiz, yəqin. Bir aşiq can verə canana əgər; Bişübhə uçuban behiştə gedər. Q.Zakir.

BİŞÜUR (ID - 4587)

sif. [fars. bi... və ər. şüur] Şüursuz, anlaqsız, qanacaqsız, düşüncəsiz. Bişüur adam. - [Qaraş:] Süleyman bəyin də, yoldaşlarının da güdaza getməyi, sən [Həsənəli] kimi bişüur yoldaşların bərəkətindəndir. C.Məmmədquluzadə....

BİT (ID - 4588)

is. İnsan və heyvan qanmı sormaqla qidalanan kiçik, qanadsız cücü.

BİTAB (ID - 4589)

zərf [fars.] Tabsız, taqətsiz, üzgün. Bitab olmaq. Bitab düşmək. - Şəm istər müttəsil bitab özpərvanəsin; Qönçeyi-gül əndəlibin naleyi-zarın sevər. Qövsi. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi....

BİTABLIQ (ID - 4590)

is. Tabsızlıq, qüvvətsizlik, taqətsizlik.

BİTAQƏT (ID - 4591)

zərf [fars. bi... və ər. taqət] Taqətsiz. Belə gözəl düşə ay qabağına; Tamaşa eyləyən bitaqət olur. M.P.Vaqif.

BİTAQƏTLİK (ID - 4592)

is. Taqətsizlik, gücsüzlük, üzgünlük. - Yanar, tab eyləməz, bir şöleyişəm ilə pərvanə; O bitaqətlik ilə bunca nə lafü gəzaf eylər. S.Ə.Şirvani.

BİTƏCRÜBƏ (ID - 4593)

sif. [fars. bi... və ər. təcrübə] Təcrübəsiz, naşı.

BİTƏQSİR (ID - 4594)

sif. və zərf[fars. bi... və ər. təqsir] Təqsirsiz, günahsız. ..Biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər. M.F.Axundzadə. Bitəqsirəm, yoxdur bir günah bənim; İndi belə qalıb ixtiyar sana. Aşıq Pəri.

BİTƏMƏNNA (ID - 4595)

sif. və zərf [fars. bi... və ər. təmənna] Təmənnasız, heç bir gizli məqsəd güdmədən, heç bir umacağı olmadan.

BİTƏRBİYƏ (ID - 4596)

sif [fars. bi... və ər. tərbiyə] Tərbiyəsiz.

BİTƏRBİYƏLİK (ID - 4597)

is. Tərbiyəsizlik, Bitərbiyəliklə tifli-məsum; Axırda olur səfilü məşum. M.Ə.Sabir.

BİTƏRBİYƏT (ID - 4598)

köhn. bax bitərbiyə. Elmsiz kimsənə hünərsizdir; Elmi-bitərbiyət səmərsizdir. S.Ə.Şirvani.

BİTƏRƏDDÜD (ID - 4599)

zərf [fars. bi... və ər. tərəddüd] Tərəddüdsüz, tərəddüd etmədən, qətiyyətlə.

BİTƏRƏF (ID - 4600)

[fars. bi... və ər. tərəf] 1. sif. Heç bir tərəfin mənafeyini saxlamayan, heç birinin tərəfini saxlamayan; mübahisə və ya mübarizə edən tərəflərin heç birinə mənsub olmayan, heç bir tərəfə meyil etməyən. Bitərəf adam. -...

BİTƏRƏFANƏ (ID - 4601)

zərf Heç bir tərəfin mənafeyini saxlamayaraq, heç bir tərəfin mübahisə, fikir və mübarizəsinə qarışmayaraq. Bitərəfanə rəy söyləmək. Bitərəfanə hərəkət etmək. İşə bitərəfanə baxmaq.

BİTƏRƏFLƏŞDİRİCİ (ID - 4602)

sif. Bitərəf hala salan.

BİTƏRƏFLƏŞDİRİLMƏ (ID - 4603)

“Bitərəfləşdirilmək”dən f.is.

BİTƏRƏFLƏŞDİRİLMƏK (ID - 4604)

məch. Bitərəf hala, bitərəf vəziyyətə salınmaq.

BİTƏRƏFLƏŞDİRMƏ (ID - 4605)

“Bitərəfləşdirmək”dən f.is.

BİTƏRƏFLƏŞDİRMƏK (ID - 4606)

f. Bitərəf hala, bitərəf vəziyyətə salmaq.

BİTƏRƏFLƏŞMƏ (ID - 4607)

“Bitərəfləşmək”dən

BİTƏRƏFLƏŞMƏK (ID - 4608)

f. Bitərəf hala keçmək, bitərəf vəziyyət almaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed