İzahlı lüğət

BİRGÖZLÜ (ID - 4459)

sif. 1. Taygöz.
2. Bir gözü olan. Birgözlü dükan. Birgözlü körpü.

BİRGÜNLÜK (ID - 4460)

sif. 1. Bir gün davam edən, bir gündə görülüb qurtaran, bir gün vaxt tələb edən, bir gündə qurtaran. Birgünlük yol.
Birgünlük iş. Birgünlük yazım qalıb.
// məc. Tez ötüb gedən, ömrü çox az olan.
2. Bir günə yetişən,...

BİRHECALI (ID - 4461)

sif. dilç. Tək hecası olan, təkhecalı. Birhecalı söz.

BİRHECALILIQ (ID - 4462)

is. dilç. Bir hecadan ibarət olma.

BİRHƏDLİ (ID - 4463)

is. riyaz. Bir həddən ibarət olan cəbri ifadə.

BİRHƏFTƏLİK (ID - 4464)

sif. Bir həftə davam edən, bir həftədə görülə bilən, bir həftə müddət üçün nəzərdə tutulan. Birhəftəlik məlumat. Birhəftəlik iş. Birhəftəlik maaş.

BİRHOVUR (ID - 4465)

zərf dan. Bir az, bir dəqiqə. Birhovur qoy oturaq.

BİRHOVURDAN (ID - 4466)

zərf dan. Bir azdan, az zaman sonra, bir qədər sonra. Gedək, birhovurdan gələrik.

BİRHOVURLUQ (ID - 4467)

is. Bir anlıq, bir dəqiqəlik, azacıq zaman üçün.

BİRHÖRGÜCLÜ (ID - 4468)

sif. zool. Bir hörgücü olan. Birhörgüclü dəvə.

BİRHÜCEYRƏLİ (ID - 4469)

sif. biol. Tək hüceyrədən ibarət olan. Birhüceyrəli orqanizmlər.

BİRXƏTLİ (ID - 4470)

sif. Bir xətt çəkilmiş. Birxətli dəftər.

BİRİ (ID - 4471)

əvəz. 1. Müəyyən olmayan şəxs, kim isə, bir adam. Biri irəli gəlib sual verdi. Biri varmış, biri yoxmuş... (nağıl başlanğıcı).
Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. C.Məmmədquluzadə. Sinninə layiq...

BİRİKDİRİLMƏ (ID - 4472)

“Birikdirilmək”dən f is.

BİRİKDİRİLMƏK (ID - 4473)

məch. Yavaş-yavaş toplanılmaq.

BİRİKDİRMƏ (ID - 4474)

“Birikdirmək”dən /.is.

BİRİKDİRMƏK (ID - 4475)

f. Yavaş-yavaş yığmaq, toplamaq.

BİRİKMƏ (ID - 4476)

“Birikmək”dən f.is. Yavaşyavaş yığılma, toplanma.

BİRİKMƏK (ID - 4477)

f Yavaş-yavaş yığışmaq, toplanmaq. Sanki Nərimanın sözləri onun təsəvvüründə birikib qalan dumanları dağıdırdı. Mir Cəlal.

BİRİKMİŞ (ID - 4478)

fsif Yığılmış, toplanmış; yığılıb qalmış. Yarpaqlarda birikmiş damlalar ağırlaşıb yerə düşdükcə, “şib-şib ” səsi gəlirdi. Mir Cəlal. Əvvəlcə o [Həmid] nef çənlərinin içini təmizləyir və çənlərdə birikmiş...

BİRİLLİK (ID - 4479)

sif. 1. Bir il davam edən, yaxud bir il vaxt tələb edən, birillik müddəti nəzərdə tutan. Birillik iş. Birillik səyahət. Birillik kurs. - [Cəmil] birillik təcrübəsindən başa düşmüşdü ki, istehsalatda iş vaxtı kənar fikirlərlə...

BİRİNC (ID - 4480)

is. [fiars.] məh. Düyü. Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani.

BİRİNCİ (ID - 4481)

“Bir”dən sıra s. 1. Sifət, yaxud əvəzlik mənalarında. 1. Birinci sıra. Birinci nömrə. Birinci cild. Ayın birinci günü.
// İlk dəfə olan, əvvəlinci. [Miss Hannanm] Lavarcan yaylasındakı birinci göz yaşları nə üçün idi?...

BİRİNCİLİK (ID - 4482)

is. Hər hansı bir keyfiyyət, nailiyyət, xidmət və s. cəhətdən üstünlük; birinci yer. Yarışda birincilik. Üzgüçülükdə birincilik. Birinciliyi qazanmaq. - [Əmrülla:] Moskvadan alınan teleqrama görə pyes yarış komissiyasında birincilik...

BİRİSİ (ID - 4483)

b ax biri. Muzdur platforma kənarındakı alçaq barılardan birisinə söykənib dayandı. S.M.Qənizadə. Darğa birisini, daştərəzisi düz olmadığı üçün falaqqaya saldırıb, palçığın içində döydürürdü. Çəmənzəminli. Hikmət...

BİRİYA (ID - 4484)

sif. [fars. bi... və ər. riya] Riyasız, sədaqətli, səmimi, doğru.

BİRJA (ID - 4485)

[alm.] tic. iqtis. Müxtəlif maliyyə və ticarət sazişləri bağlanan idarə. [Aslan bəy:] Mən pullarımı nefit birjasında aksiya almağa buraxmışam. A.Şaiq.
□ Əmək birjası - fəhlələri işə götürdükdə, onlarla sahibkarlar arasında...

BİRJAÇI (ID - 4486)

is. Birjada qiymətlərin düşüb-qalxmasından qazanc əldə edən adam, möhtəkir.

BİRJAÇILIQ (ID - 4487)

is. Birjaçının işi, peşəsi.

BİRKƏRƏLİK (ID - 4488)

bax birdəfəlik. [Gülçöhrə:] Qoy atam bilsin, birkərəlik məni öldürsün ki, canım qurtarsın. Ü.Hacıbəyov. [Məsmə ərinə:] Kişi, bu fikirləri birkərəlik başından çıxar. S.Hüseyn.

BİRKÜÇƏLİ (ID - 4489)

sif. Eyni küçədə yaşayan.

BİRQAT(LI) (ID - 4490)

sif. 1. Bir qatı, bir layı, bir təbəqəsi olan. Birqat divar. Birqat qapı. Birqat pəncərə. Birqat karton.
Birmərtəbəli, bir mərtəbəsi olan. Birqat ev.
Bir endə olan. Birqat parça. Birqat mahud.

BİRQİYMƏTLİ (ID - 4491)

sif. 1. Qiymətləri eyni olan. Birqiymətli mallar.
Eyni dərəcədə bəyənilən, eyni dərəcədə əhəmiyyətli.

BİRQİYMƏTLİLİK (ID - 4492)

is. Qiymətlərin eyniliyi, eyni qiymətdə olma.

BİRQOLLU (ID - 4493)

sif. 1. Ancaq bir qolu olan. Birqollu paltar.
Yalnız bir şöbəsi olan. Birqollu yol. Birqollu çay.
Dəstəsi, qulpu, əltutanı bir olan. Birqollu qazan. Birqollu tava.

BİRQULPLU (ID - 4494)

sif. Bir qulpu olan; tayqulp.

BİRLAMPALI (ID - 4495)

sif. Bir lampası olan. Birlampalı radio cihazı.

BİRLƏÇƏKLİ (ID - 4496)

sif. bot. Bir ləçəyə malik olan. Birləçəkli bitkilər.

BİRLƏPƏLİ (ID - 4497)

sif. bot. Ləpəsi tək, birevcikli. Birləpəli meyvələr. Buğda, arpa birləpəli, paxla isə ikiləpəlidir. Fındıq birləpəli olur.
Sərvkimilər fəsiləsi.. saçaqlı köklərə malik birləpəli bitkilərdir. Qədirov.

BİRLƏŞDİRİCİ (ID - 4498)

sif. İki, ya çox şeyi birbiri ilə birləşdirən, bağlayan, birləşdirmə vəzifəsini görən. Dəmiryol şəhərləri birləşdirici bir vasitədir. Birləşdirici maddə. Birləşdirici toxuma anat. - Qazıma qıfılları qazıma borularını...

BİRLƏŞDİRİLMƏ (ID - 4499)

“Birləşdirilmək”dən f.is.

BİRLƏŞDİRİLMƏK (ID - 4500)

“Birləşdirmək”dən məch.

BİRLƏŞDİRMƏ (ID - 4501)

“Birləşdirmək”dən f.is.

BİRLƏŞDİRMƏK (ID - 4502)

f. 1. Yapışdırmaq, birbirinə calamaq, qovuşdurmaq, bir-birinə bənd etmək. Elektrik məftillərini birləşdirmək. Sınmış hissələri lehimlə birləşdirmək.
Bir neçə, yaxud bir çox şeyi bir araya toplayıb bir tam halına salmaq....

BİRLƏŞMƏ (ID - 4503)

1. “Birləşmək”dən f.is.
is. Təşkilat, ittifaq, cəmiyyət (müxtəlif müəssisə və idarələrin adı).
is. hərb. Ayrı-ayrı hərbi hissələrdən və digər müstəqil qoşun vahidlərindən ibarət qrup. Tank birləşməsi. - Silahlı...

BİRLƏŞMƏK (ID - 4504)

f 1. Bir araya toplaşaraq, bir-birinə qarışaraq bir küll halına gəlmək. Nümayişçilər meydanda birləşəcəklər. Hissələr çayın sahilində birləşdi. Qoşunlar hücum etmək üçün birləşdilər.
İttifaq bağlamaq, həmrəy olmaq,...

BİRLƏŞMİŞ (ID - 4505)

“Birləşmək”dən f.sif. Birləşmiş qüvvələr. Çayın birləşmiş iki qolu. Bir nöqtədə birləşmiş xətlər. Birləşmiş Millətlər Təşkilatı.

BİRLİK (ID - 4506)

is. 1. Bir olma, bütün olma, parçalara ayrılmama; bütövlük, müttəhidlik, bölünməzlik, vəhdət, yekparəlik. Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş. M.Rahim. Polad birliyimizi sarsıtmasın qoy bu...

BİRLİKDƏ (ID - 4507)

zərf Bir yerdə, bərabər, birgə, başqası ilə bir olaraq, şərikli, əlbir surətdə, elliklə. Birlikdə çalışmaq. İşi birlikdə görmək. Məsələni birlikdə həll etmək. - Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyinizxoşbəxtliyigörməkdir....

BİRMALI (ID - 4508)

sif. və is. Birma əhalisinə mənsub olan. Pillələr boyu sütunların altında birmalı qadınlar, qızlar çiçək və şam satırlar. M.İbrahimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed