İzahlı lüğət

BİNİZAM (ID - 4359)

sif [fars. bi... və ər. nizam] Nizamsız. Bu evdə üç-dörd qulluqçu var, .. amma onunla belə yenə bir belə binizam ev olmaz. N.Vəzirov.

BİNÖQSAN (ID - 4360)

sif. [fars. bi... və ər. nöqsan] Nöqsansız, nöqsanı olmayan, eyibsiz.

BİNT (ID - 4361)

is. [alm.] tib. Tənzifdən hazırlanmış çeşidli endə sarğı. Yaranı bint ilə sarımaq.

BİNTLƏMƏ (ID - 4362)

“Bintləmək”dən f.is.

BİNTLƏMƏK (ID - 4363)

f. Bint ilə sarımaq, bağlamaq; tənzifləmək. Yaranı bintləmək.

BİNTLƏNMƏ (ID - 4364)

“Bintlənmək”dən f.is.

BİNTLƏNMƏK (ID - 4365)

məch. Bint ilə sarınmaq, bağlanmaq.

BİNTLİ (ID - 4366)

sif. Bintlə sarınmış, tənziflənmiş.
bio... [yun.] Mürəkkəb sözlərdə: həmin sözlərin həyata, həyat proseslərinə, biologiyaya aid olduğunu göstərən birinci tərkib hissəsi; məs.: bioqrafiya, biologiya, biokimya və s.

BİOCOĞRAFİYA (ID - 4367)

[yun.] Yer üzündə heyvan və bitki orqanizmlərinin təbii şəraitdən asılı olaraq yayılmasından və qruplaşmasından bəhs edən elm; bioloji coğrafiya.

BİOFİZİKA (ID - 4368)

is. [yun.] Biologiyanın, canlı orqanizmlərdəki fiziki qanunauyğunluqları tədqiq edən şöbəsi; bioloji fizika.

BİOKİMYA (ID - 4369)

[yun. bio... və ər. kimya] Canlı materiyaya xas olan kimyəvi hadisələri öyrənən elm; bioloji kimya.

BİOKİMYƏVİ (ID - 4370)

sif. Biokimyaya aid olan. Biokimyəvi proses. - Bitkinin həyatında alkaloidlərin biokimyəvi rolu haqqında bir çox nəzəriyyələr mövcuddursa da, lakin bu nəzəriyyələr əsaslı dəlillərlə hələ sübut edilməmişdir. Əliyev.

BİOQRAF (ID - 4371)

[yun.] Bir şəxsin tərcümeyihalını yazan adam.

BİOQRAFİK (ID - 4372)

sif. Bir şəxsin tərcümeyihalına aid olan. Bioqrafik roman.

BİOQRAFİYA (ID - 4373)

[yun.] Tərcümeyi-hal.

BİOLOGİYA (ID - 4374)

[yun.] Canlı cisimlərin həyat və inkişafı qanunlarını tədqiq edən elm.

BİOLOJİ (ID - 4375)

sif. Biologiyaya aid və ya xas olan. Bioloji hadisə. Bioloji elmlər. Bioloji tədqiqat.

BİOLOQ (ID - 4376)

[yun.] Biologiya mütəxəssisi, biologiya ilə məşğul olan alim.

BİOSFER (ID - 4377)

[yun.] Yer üzündə həyatın yayıldığı sahə, dünyanın orqanizmlərlə məskun olan səthi və atmosferin aşağı hissəsi.

BİOSTANSİYA (ID - 4378)

[yun. bio... və lat. stansiya] Bioloji stansiya - müəyyən yerdə yaşayan heyvan və bitkilərin biologiyasını tədqiq və bioloji fənlərin tədrisinə yardım edən müəssisə.

BİPLAN (ID - 4379)

[fr.] Qanadları üst-üstə yerləşdirilmiş iki qanadlı təyyarə.

BİR (ID - 4380)

say. 1. 1 rəqəmi ilə işarə olunan sayın adı, miqdar saylarının ilk vahidi. Üçdən bir çıxmaq. Beşin üstünə bir gəlmək.
// Miqdarca tək. Bir cilddən ibarət kitab.
Zərf mənasında. Bir yerdə, birgə, birlikdə. Çörəyi...

BİRADAMLIQ (ID - 4381)

sif. Bir adam üçün, yalnız bir nəfər üçün olan. Biradamlıq yer. - Yenicə şəhərdən gətirilmiş nazik, biradamlıq çarpayılar, kürsülər iki cərgə düzülmüşdü. Mir Cəlal.

BİRADLI (ID - 4382)

sif. Adları bir olan, eyni ada malik olan. Biradlı şeylər. Biradlı kəmiyyət.

BİRAİLƏLİ (ID - 4383)

sif. Bir ailə üzvləri kimi, çox yaxın.

BİRAİLƏLİK (ID - 4384)

is. Çox yaxmlıq.

BİRATIM(LIQ) (ID - 4385)

BİRATLI (ID - 4386)

sif. Bir at qoşulan. Biratlı araba.

BİRATOMLU (ID - 4387)

sif. Tərkibi bir atomdan ibarət olan.

BİRAYAQLI (ID - 4388)

sif. Bir ayağı olan, birqıçlı; ayağının biri kəsilmiş, qırılmış.

BİRAYLIQ (ID - 4389)

sif. 1. Bir ay davam edən, bir ay müddəti üçün nəzərdə tutulmuş. Biraylıq müddət. Biraylıq maaş. Biraylıq məzuniyyət. Biraylıq iş planı.
Ömrü bir ay olan. Biraylıq uşaq.

BİRBARMAQLI (ID - 4390)

sif. Əlində tək bir barmaq olan.

BİRBAŞ(A) (ID - 4391)

zərf Arada heç bir yerdə durmadan, bilavasitə, düz. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parça-parça olacaqdım. A.Şaiq. Yazıq muzdur qolu boynunda...

BİRBƏBİR (ID - 4392)

bax bir-bir. Cövrlər kim eyləmişdin, birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Qarovul malları xurcundan çıxardaraq, birbəbir təftiş edib yerə atdıqca, Əhmədin ürəyinə guya ki, zəhərli...

BİRBUĞUMLU (ID - 4393)

sif. zool. bot. Bir buğumu olan.

BİRBUYNUZLU (ID - 4394)

sif. zool. Bir buynuzu olan, təkbuynuzlu, taybuynuz. Birbuynuzlu cücü. Birbuynuzlu kərgədan.

BİRCƏ (ID - 4395)

1. say. Yalnız bir, tək bir, yalnızca, təkcə, yeganə, vahid. Onun bircə uşağı var. Bircə gün bu işə bəsdir. Bircə saat gözlə.
Güllə Əlinin tüfəngini saldı yerə. Nəbigildə bircə tüfəng qaldı. “Qaçaq Nəbi”. Biçarə...

BİRCƏ-BİRCƏ (ID - 4396)

zərf bax bir-bir.

BİRCƏCİK (ID - 4397)

“Bircə” söz. kiç.

BİRCƏCİYƏZ (ID - 4398)

bax birciyəz.

BİRCƏRGƏLİ (ID - 4399)

sif. k.t. Bir cərgədə əkilmiş, bir sırada düzülmüş. Bircərgəli əkin.

BİRCƏRGƏLİLİK (ID - 4400)

is. Bir cərgədən ibarət olma, bir cərgədə əkilmə.

BİRCİLDLİ (ID - 4401)

sif Bir cilddən ibarət olan. Bircildli lüğət. Bircildli kitab.

BİRCİLDLİK (ID - 4402)

1. Bax bircildli.
is. Bir cilddən ibarət kitab.

BİRCİNS (ID - 4403)

sif. Cinsi bir olan, eyni cinsdən olan. Bircins meyvə.

BİRCİNSİYYƏTLİ (ID - 4404)

sif. biol. Yalnız bir (ya erkək, ya dişi) cinsiyyət üzvünə malik olan (bitkilər haqqında).

BİRCİNSİYYƏTLİLİK (ID - 4405)

is. bot. Yalnız bir cinsiyyət üzvünə malik olma; bircinsiyyətli olma xassəsi.

BİRCİNSLİ (ID - 4406)

b a x bircins.

BİRCİNSLİLİK (ID - 4407)

is. Eyni cinsdən olan şeylərin halı, xassəsi.

BİRCİYƏZ (ID - 4408)

“Bircə” söz. (1-ci mənada) oxş. [İskəndər:] [Atasının] .. dişinin, heç birciyəzi də zədələnməmişdi. M.Hüseyn.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed