İzahlı lüğət

BİLDAPARAT (ID - 4259)

is. [alm.] Teleqraf (fotoelektrik) vasitəsilə şəkil, əlyazmasını və s.ni uzaqlara vermək üçün aparat.

BİLDİR (ID - 4260)

zərf Keçən il, ötən il, əvvəlki il. Bildir havalar çox quraqlıq keçdi. Bildir harada istirahət etmişdin? - Bildir ölüb babası, indi deyir “babam vay”! (Ata. sözü). Mən ləqəb sözünü bildirə kimi bilməzdim. Məmmədquluzadə....

BİLDİRÇİN (ID - 4261)

is. Quşların toyuqkimilər dəstəsindən olan, taxıllıqlarda yaşayan, oxuyan, əti yeyilən çöl quşu. Bildirçinin bəyliyi darı sovulanacandır. (Ata. sözü). [Süleyman bəy:] Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa.. Ə.Haqverdiyev....

BİLDİRÇİNBAZ (ID - 4262)

is. [fars.] Əyləncə üçün bildirçin saxlayan adam, quşbaz. [Süleyman bəy:] Aləm bilir ki, mən bildirçinbazam. Ə.Haqverdiyev. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qumarbazlıq, .. bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə...

BİLDİRİLMƏ (ID - 4263)

“Bildirilmək”dən f.is.

BİLDİRİLMƏK (ID - 4264)

məch. 1. Məlumat verilmək, xəbər edilmək, xəbərdar edilmək. İclasın olacağı gün hamıya qabaqcadan bildirilmişdir.
Anladılmaq, başa salınmaq, hiss etdirilmək. Əgər ona bildirilsəydi, belə etməzdi.

BİLDİRİŞ (ID - 4265)

is. Elan, məlumat; xəbərdarlıq. İclas haqqında bildiriş. Bildiriş vərəqəsi.

BİLDİRKİ (ID - 4266)

sif. Keçən ilə aid olan, keçən il olmuş, keçən ilki. Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir. (Məsəl). İndi yenə bildirki vaxtdır, yenə təntənəli vədlər verilir. “Kirpi”.

BİLDİRMƏ (ID - 4267)

“Bildirmək”dən f.is.

BİLDİRMƏK (ID - 4268)

f. 1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək. - Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.
2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək....

BİLET (ID - 4269)

[fr.] 1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Partiya bileti. Komsomol bileti. Həmkarlar ittifaqı bileti.
// Sahibinin hərbi...

BİLETÇİ (ID - 4270)

is. Qatarda, tramvayda və s.-də bilet satan, yaxud biletləri yoxlayan işçi. Vaqonun biletçisi yeni sərnişinlərin bir neçəsini vaqona buraxıb yer göstər(di). T.Ş.Simurq.

BİLETSATAN (ID - 4271)

is. Teatra, kinoya və s.-yə bilet satan işçi.

BİLETSİZ (ID - 4272)

sif. və zərf 1. Bileti olmayan. Biletsiz sərnişinlər cərimə olunur. Tramvayda biletsiz getmək. - O gecə binanın dörd bir tərəfi camaatla dolu idi. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. H.Sarabski.
2....

BİLƏ (ID - 4273)

zərf köhn. məh. Birgə, birlikdə. Bilə yeyib, bilə də gəzərdik. - Bilə gəl gedəlim bu qutlu yola. (“Dastani-Əhməd Hərami”).

BİLƏ-BİLƏ (ID - 4274)

zərf Qəsdən, bildiyi halda. Bilə-bilə etmək. - Lotular bir neçə dəfə biləbilə vəpullarından Rəsula uduzdular. “Aşıq Qərib”. Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! M.S.Ordubadi.

BİLƏK (ID - 4275)

is. Qolun dirsəkdən ələ qədər olan hissəsi. Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur! M.P.Vaqif. [Qaraca qız] həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır.. S.S.Axundov. Bunu deyərək,...

BİLƏKS (ID - 4276)

zərf [ər.] Əksinə, əksinə olaraq, tərsinə, tərsinə olaraq, ziddinə olaraq; tamamilə başqa cür. [Nizami:] Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. M.S.Ordubadi. [Mələk:] Lakin sizi...

BİLƏN (ID - 4277)

sif. Anlayan, qanan, başa düşən; bilici. Qəbiristanda qulyabanı olmaz, xortdandır, - deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar kimi.. izahat verdi .. B.Talıblı.
// İs. mənasında. Bilənlə bilməyən tay olmaz....

BİLƏNDƏ(R) (ID - 4278)

is. və sif. dan. Bilici, çoxbilən, məlumatlı (adam).

BİLƏRƏK (ID - 4279)

zərf Qəsdən, bilə-bilə. Bilərək etmək. Bilərək dinməmək.

BİLƏRZİK (ID - 4280)

is. 1. Qadınların yaraşıq üçün biləklərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq. Qızıl bilərziklər, mina sırğalar; Biləkdən açılar, qulaqdan çıxar. M.S.Ordubadi.
2. xüs. Çənbər, qurşaq. Qazıma...

BİLƏRZİKLİ (ID - 4281)

sif. 1. Qoluna bilərzik taxmış.
xüs. Bilərziyi olan (bax bilərzik 2-ci mənada).

BİLƏSİNCƏ (ID - 4282)

zərf köhn. Yanınca, özü ilə bərabər, arxasınca. Bəs Bəkir İsfəndiyarı biləsincə götürüb apardı. “Dərbəndnamə”. Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb. M.V.Vidadi.

BİLƏYAQƏT (ID - 4283)

sif. [fars. bi... və ər. liyaqət] Ləyaqətsiz, ləyaqəti olmayan. Candan qeyri yoxdur özgə nisarım; O da ki, ziyadə biləyaqətdi. Q.Zakir.

BİLƏZİK (ID - 4284)

bax bilərzik.

BİLƏZİKLİ (ID - 4285)

b ax bilərzikli.

BİLƏZZƏT (ID - 4286)

sif. [fars. bi... və ər. ləzzət] Ləzzətsiz, dadsız. Olmasa qabil əgər dəhr cəfa verməz ona; Təm biləzzət olanda necə dəndanə dəyər? M.V.Vidadi.

BİLGİ (ID - 4287)

bax bilik. [Məşədi Kazım ağa:] Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə, necə ki mən, elə də başqaları ingilis və rus tacirlərinin qabağında bir iş görə bilmirik... M.S.Ordubadi. Şən alnında bilgi, zəka ulduzları...

BİLGİLİ (ID - 4288)

b ax bilikli.

BİLGİSAYAR (ID - 4289)

bax kompyuter.

BİLXASSƏ (ID - 4290)

zərf [ər.] köhn. bax xüsusən.

BİLİCİ (ID - 4291)

sif. və is. Bilən, anlayan, dərk edən, düşünən. Bilici adam. - [Araz:] Mən bunu bilici adamlardan soruşub öyrənəcəyəm. A.Şaiq.

BİLİCİLİK (ID - 4292)

is. Bilici adamın hal və keyfiyyəti. Sümsünü indi mən çalır, o [Kərim baba] isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü. A.Şaiq.
// Alimlik, vaqiflik, xəbərdarlıq.

BİLİXTİYAR (ID - 4293)

zərf [ər.] köhn. Öz ixtiyarı ilə, öz xahişi ilə, öz iradəsi ilə.

BİLİK (ID - 4294)

is. Oxumaq və ya təcrübə nəticəsində əldə edilən məlumat; elm. Bilik insanın bəzəyidir. Onun dərin biliyi var. Biliyini artırmaq. - Tifli-məsumlar imtəhan tutdu; Başlarında bilik məkan tutdu. A.Səhhət. İndi gənclik Bakını sevir,...

BİLİKLƏNMƏ (ID - 4295)

“Biliklənmək”dən f.is.

BİLİKLƏNMƏK (ID - 4296)

f. Bilik əldə etmək.

BİLİKLİ (ID - 4297)

sif. Bilik sahibi, məlumatlı, elmli, hazırlıqlı. Bilikli adam.

BİLİKSİZ (ID - 4298)

sif. Biliyi olmayan, məlumatsız, elmsiz, hazırlıqsız. Biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. M.S.Ordubadi.

BİLİKSİZLİK (ID - 4299)

is. Məlumatsızlıq, elmsizlik, hazırlıqsızlıq.

BİLİNMƏ (ID - 4300)

“Bilinmək”dən f.is.

BİLİNMƏK (ID - 4301)

f. 1. Məlum olmaq, aşkar olmaq, bəlli olmaq, anlaşılmaq, dərk edilmək. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin. S.Vurğun.
2. Tanınmaq. Nəqqaş bilindi nəqş içində; Ləl oldu əyan bədəxş içində. Nəsimi.

BİLİNMƏZ (ID - 4302)

sif. Anlaşılmaz, dərkedilməz, məlum olmayan; bilinməsi mümkün olmayan; sirli.

BİLİŞ (ID - 4303)

is. 1. Bilmək işi, bilmə.
Bilik, mərifət. Aşinayi bilməmişsən, ey bilişdən yad olan; Mərifətdən dəm vurursan, neyləyim, biganəsən. Nəsimi.
köhn. Dost, yaxın, tanış. Yad olmişəm yenə bu gün biliş ilə, nedəyin. Q.Bürhanəddin....

BİLİTTİFAQ (ID - 4304)

zərf [ər.] köhn. İttifaq ilə, birgə, bir yerdə.

BİLKÜLLİYYƏ (ID - 4305)

zərf [ər.] köhn. Tamamilə, büsbütün, bütünlüklə. [Şölə xanım:] Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular. M.F.Axundzadə.

BİLLAH (ID - 4306)

[ər.] köhn. Allaha and olsun (and). Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Riyai xəlqdir, billah, namaz əhlinə yar olma. S.Ə.Şirvani. Xərcin tükənib kəsilmir ardı; Billah,...

BİLLƏ (ID - 4307)

is. məh. Uşaqlara verilən hər cür şirniyyat, meyvə və s. dadlı şeylər.

BİLLİON (ID - 4308)

[fr.] Rus, fransız və Amerika hesab sistemində min milyona (bir milyarda), yaxud alman və ingilis sistemlərində bir milyon milyona (min milyarda) bərabər olan say.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed