İzahlı lüğət

BİHUŞDARI (ID - 4209)

is. [fars.] Bihuş-edici (yuxuladıcı) maddə. Əyyarlar başladılar Dəmirçi oğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”.

BİHUŞEDİCİ (ID - 4210)

sif. Bihuş edən, məstedici. ..Bihuşedici ətir .. şirin biryuxu gətirmişdir. İ.Əfəndiyev.

BİHUŞLUQ (ID - 4211)

is. 1. Bihuş, özündən getmiş adamın halı; bayğınlıq. Kiçik Lena bihuşluğundan ayıldı, gözlərini açdı. S.S.Axundov.
Huşsuzluq, yaddaşsızlıq, fikri dağınıqlıq.
məc. Məstlik; heyranlıq, valehlik.

BİHÜDUD (ID - 4212)

sif. [fars. bi... və ər. hüdud]
Hüdudsuz, nəhayətsiz, ucsuz-bucaqsız. Dəryayi-bihüdud idi çərxi-zümürrüdin; Könlüm misalı mövczənü biqərar idi. M.Hadi.
// Hədsiz, son dərəcə. İstəyir məxluq ona təzim qılsın, bihüdud;...

BİHÜNƏR (ID - 4213)

sif [fars.] Hünərsiz, bacarıqsız. Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. ..Heç kafər bəndəyə düçar olmasın; Ev-eşiyi murdar, bihünər gözəl. Q.Zakir.

BİXƏBƏR (ID - 4214)

sif. və zərf [fars. bi... və ər. xəbər] Xəbərsiz. Mən bu işdən bixəbərəm. Əhvalatdan bixəbər olmaq. - Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil. Füzuli. Sirri-dəhanini demə naəhl zahidə; Qoy bixəbər qalıb, belə əsrari...

BİXƏTƏR (ID - 4215)

sif. [fars. bi... və ər. xətər] Xətərsiz, qorxusuz, təhlükəsiz.

BİİXTİYAR (ID - 4216)

zərf[fars. bi... və ər. ixtiyar]
İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. - Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm...

BİİKRAH (ID - 4217)

zərf [fars. bi... və ər. ikrah] köhn. İkrahsız, nifrətsiz, çiyrənmədən. Baxan, baxmaq gərək qabaq-qabağa; Göz ucilə baxan biikrah baxar. M.P.Vaqif.

BİİQRAR (ID - 4218)

sif. [fars. bi... və ər. iqrar] İqrarsız, sözünün üstündə durmayan, verdiyi sözdən dönən, dönük. Bivə/asan, səndən üz döndərmişəm; Yalançıya, biiqrara baxmaram. M.P.Vaqif.

BİİMAN (ID - 4219)

[fars. bi... və ər. iman] bax imansız. [Çiçək xanım:] Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! N.Vəzirov.

BİİNSAF (ID - 4220)

[fars. bi... və ər. insafj bax insafsız. Biinsa/ adam. - [Hacı Saleh:] Neçə də/ə səni dar gündən qurtarmamışam, a biinsaf kişi! S.S.Axundov.

BİİNSAFLIQ (ID - 4221)

bax insafsızlıq.

BİİNTİHA (ID - 4222)

sif. [fars. bi... və ər. intiha] İntəhasız, sonsuz; son dərəcə, lap çox. [Muzdur] xüsusilə düşdüyü bəladan .. xilas olub, divan xatirəsindən qurtulmasına biintiha şakir idi. S.M.Qənizadə.

BİİZN (ID - 4223)

[fars. bi... və ər. izn] bax izinsiz. [Xan:] Onun nə həddi var məndən biizn mənim arvadımın otağına girsin. Ə.Haqverdiyev.

BİKAM (ID - 4224)

sif. [fars.] Kamına çatmamış, arzusuna nail olmamış, muradına çatmamış, istədiyinə qovuşmamış, nakam.

BİKAR (ID - 4225)

sif. və zərf[fars.] 1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl.
[Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm.. N.Vəzirov. [Hüseyn:]...

BİKARA (ID - 4226)

[fars. bikarə] 1. sif dan. Gərəksiz, vecsiz, lazımsız, yararsız, faydasız, pis. Bikara adam. Bikara şey. - Mirzə Həbib cavab verdi ki, xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikara bilirlər. M.F.Axundzadə.
2. zərf...

BİKARALAŞMAQ (ID - 4227)

f dan. Gərəksiz, lazımsız, yaramaz bir hala düşmək; xarablaşmaq, pisləşmək, vecsizləşmək.

BİKARÇILIQ (ID - 4228)

is. bax bikarlıq. Oxucularımızdan iltimas edirəm ki, “İrşad”ın 79-cu
nömrəsində Əhməd bəy(in) bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər. C.Məmmədquluzadə.

BİKARLAŞMA (ID - 4229)

“Bikarlaşmaq”dan f.is.

BİKARLAŞMAQ (ID - 4230)

f Bikar qalmaq, işsiz qalmaq, heç bir işlə məşğul olmamaq.

BİKARLIQ (ID - 4231)

is. İşsizlik, avaralıq, işsiz gəzmə. İttifaqən bazar sənaətlərində rəvac olmayıb, qayət bikarlıqdan [adamlar] ac və möhtac qaldılar. “Tutinamə”. Bu büxlü, bu həsəd, bu göftgü bikarlıqdandır. S.Ə.Şirvani.

BİKEF (ID - 4232)

sif. və zərf [fars. bi... və ər. keyf]
Kefsiz, bir qədər xəstə.
□ Bikef olmaq - kefsiz olmaq, bir qədər xəstə olmaq.
2. Qəmli, kədərli, qüssəli, pərt, məyus. [Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz....

BİKEFLƏMƏK (ID - 4233)

f məh. Əhvalı pozulmaq, pərt olmaq, məyus olmaq. Ayna bikefləyib cəld aradan çıxdı. S.Rəhimov. Anasının nə kimi işgəncəli həyat keçirdiyini eşidən Gülüş də bikefləmişdi. Ə.Vəliyev.

BİKEFLİK (ID - 4234)

is. Kefsizlik, əhvalı dəyişmə, pozulma.
// Qəmlilik, qüssəlilik, kədərlilik, məyusluq.

BİKƏS (ID - 4235)

sif və is. [fars.] Kimsəsiz, adamsız; heç bir adamı, qohumu olmayan. Qəriblikdə bikəslərin halını; Fikr elərəm, gözüm dolar qan ilə. M.V.Vidadi. Qıldı o bikəsin gözünü əşkbar eşq. S.Ə.Şirvani.

BİKƏSLİK (ID - 4236)

is. Kimsəsizlik, adamsızlıq; heç bir adamı, qohumu olmayan adamın halı. Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə; Kimsə yox cizginə girdabi-bəladən qeyri. Füzuli. Bikəsliyimə, həsrəti-besyarıma rəhm et! Heyran xanım. Dadimə yetə...

BİKR (ID - 4237)

[ər.] bax bakir(ə).

BİQAL (ID - 4238)

sif. [fars. bi.. və ər. qal] köhn. Sakit, səs-küy salmayan. Mən Hacı Abtalıbdan, külfətindən bir pislik görməmişəm və eşitməmişəm, biqal adamdırlar. H.Sarabski.

BİQEYD (ID - 4239)

[fars. bi... və ər. qeyd] bax qeydsiz. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd, bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev.

BİQEYRƏT (ID - 4240)

[fars. bi... və ər. qeyrət] bax qeyrətsiz (bəzən söyüş yerində işlənir). [Nurəddin ağa:] Bircə mənə de görüm, .. sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir? Biqeyrət, binamus həşərat kimdir? N.Vəzirov....

BİQEYRƏTLİK (ID - 4241)

b a x qeyrətsizlik.

BİQƏDR (ID - 4242)

sif [fars. bi... və ər. qədr] klas. Dəyərsiz, qədir-qiyməti olmayan, qiymətsiz, gözdən düşmüş, hörmətdən düşmüş. Sərdən gedəli sayəsi ol sərvi-rəvanın; Biqədr oluban həmrəhü həmsayə dağılmış. Q.Zakir.

BİQƏM (ID - 4243)

[fars. bi... və ər. ğəm] bax qəmsiz. Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm. M.P.Vaqif.

BİQƏRAR (ID - 4244)

[fars. bi... və ər. qərar] bax qərarsız. İntizarəm vədeyi-vəslin yolunda hər zaman; Hər zəman divanə tək dağlarə düşdüm biqərar. Xətayi. Könül dünyada yar istər; Olubdur biqərar, istər. M.V.Vidadi. Tez gətir xəbər, qoyma...

BİQƏRƏZ (ID - 4245)

[fars. bi... və ər. qərəz] bax qərəzsiz. [Sərbaz:] Hətta biz ondan [Hacı Qafurdan] bir cüzi xərclik istədik, dedi ki, şahid gərək biqərəz ola. M.F.Axundzadə. Giryeyi-zarım vüsalınçın deyil şamü səhər; Biqərəz sövdayi-eşqində...

BİQƏRƏZLİK (ID - 4246)

bax qərəzsizlik.

BİQUDİ (ID - 4247)

is. [fr.] Saçın qıvrıldılması üçün istifadə olunan metal və ya plastik borucuqlar.

BİQÜSUR (ID - 4248)

[fars. bi... və ər. qüsur] 1. Bax qüsursuz.
2. Şübhəsiz (olaraq), yəqin. Bu gələn cümə biqüsurü güman; Sizə inzal eylərəm baran.S.Ə.Şirvani.

BİLAARAM (ID - 4249)

[ər. bila... və fars. aram] bax aramsız. Bilaaram yağış yağır. Bilaaram danışır, yorulmaq bilmir. - ..Rza bütün günü bilaaram gah körük basar, gah dəmir
döyərdi. M.İbrahimov. Kəpənəklər alabəzək qanadlarını bilaaram titrədərək,...

BİLAFƏRQ (ID - 4250)

zərf [ər.] köhn. Fərq etmədən, fərq qoymadan, seçmədən; başdanbaşa, ucdantutma. [Müharibə] yaxşı və yaman otların hamısını bilafərq biçib məhv edir. M.S.Ordubadi.

BİLAİXTİYAR (ID - 4251)

[ər.] bax biixtiyar. Mahmud bilaixtiyar sobanın qabağında çömbəldi. Ə.Əbülhəsən. Səttar bu sözləri o qədər ciddiyyətlə dedi ki, kürd bilaixtiyar onun üzünə baxdı. P.Makulu.

BİLAİSTİSNA (ID - 4252)

zərf [ər.] İstisnasız (olaraq), heç kəsi, heç şeyi aradan çıxmayaraq, hamı (hamısı) daxil olmaq üzrə. Bilaistisna hamı iclasa gəlməlidir. - Mirzə Fətəli feodalizm quruluşuna və onun bilaistisna bütün əxlaqi, mənəvi qanunlarına...

BİLAMƏMANİƏT (ID - 4253)

zərf [ər] köhn. Arada heç bir maneə olmadan; maneəsiz, əngəlsiz; asanlıqla. - Bu gündən qohumlar bilaməmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Ə.Haqverdiyev.

BİLATƏXİR (ID - 4254)

zərf [ər.] Təxirsiz (olaraq), gecikmədən, yubanmadan, təcili, tez. [Əşrəf bəy:] Təvəqqe eləyirəm bilatəxir təşrif aparasız. N.Vəzirov. ..Ta hökm sənə çatan tək, bilatəxir qoşunu mənə yetirəsən.. Ə.Haqverdiyev. Ruznamə bilatəxir...

BİLATƏŞBEH (ID - 4255)

zərf [ər.] köhn. Bənzədilməsi arzu olunmayan, yaxud günah sayılan şey haqqında deyilir. [Hacı:] Fağır-füqəraya əl tutmuşam, elə biri də bilatəşbeh, lap olsun sənin qızın!.. Mir Cəlal.

BİLAVASİTƏ (ID - 4256)

zərf [ər.] Vasitəsiz olaraq, arada heç bir vasitə olmadan; arada heç bir şey (şəxs) iştirak etmədən; birbaşa. Bilavasitə mərkəzi idarələrə müraciət etmək. Bilavasitə rəhbərlik etmək. Məktubu bilavasitə sahibinə vermək. O,...

BİLAYİQ (ID - 4257)

[fars. bi... və ər. layiq] bax ləyaqətsiz. [Zaman:] Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Ə.Haqverdiyev.

BİLCÜMLƏ (ID - 4258)

zərf [ər.] köhn. bax bilümum. Bir gün gələ bidar ola bilcümlə cəmaət; Təzviri-ibadətdən edə fərq bu millət. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed