İzahlı lüğət

BADIMCAN (ID - 2608)

is. Tünd-bənövşəyi rəngli tərəvəz bitkisi. Badımcan ləki. Badımcan dolması.

BADIMCANBURUN (ID - 2609)

sifi dan. Yekə, göyərmiş bumu olan. Uzunbığ və badımcanburun mirab xəşəl qarnını qabağa verib içini arıtladı. S.Rəhimov.

BADIMCANÇİÇƏKLİLƏR (ID - 2610)

cəm, bot. Birillik və çoxillik yarımkol və ya kolşəkilli bitkilər fəsiləsi.

BADIMCANI (ID - 2611)

sif. Badımcan rəngli, tündbənövşəyi. Badımcanı sətin.

BADIMCANLIQ (ID - 2612)

is. Badımcan əkilmiş yer.

BADIŞ (ID - 2613)

is. 1. Toyuqların ayağına nişan üçün tikilən əsgi, çit parçası.
// Alıcı quşların baldırına keçirilən tumac qayış; cılğı.
2. Sapdan toxunma halqa.

BADKEŞ (ID - 2614)

is. [fars.] köhn. 1. Xalq təbabətində müalicə məqsədi ilə işlədilən küpə, banka, stəkan və s.; həcəmət.
□ Badkeş qoymaq (eləmək, salmaq) - xəstə adamın qanını oynatmaq üçün bədəninin müxtəlif yerlərinə banka qoymaq.
Dəmkeş,...

BADMİNTON (ID - 2615)

is. idm. Raketka və lələkvari topla oynanılan, tennisə bənzəyən idman növü.

BADYA (ID - 2616)

is. İçinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s.-dən qayrılan altı gen böyük qab. [Pəri xanım:] A qız, o böyük badyanı gətir. M.F.Axundzadə. Kənd çocuqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular....

BADYAÇA (ID - 2617)

is. Balaca badya. [Qızqayıt] əlini ataraq, ocağın qırağındakı xəmirli badyaçanı qaldırıb, suyunu başına çəkdi. S.Rəhimov.

BADYAN (ID - 2618)

is. bot. Kolluqlarda, zibilli yerlərdə bitən zəhərli bitki.

BAFA (ID - 2619)

is. məh. Dərz bağlamaq üçün biçinçinin biçib bağladığı sünbül toplusu. [Hüseyn:] Marquşa, bəs özgə vədə beş bafadan bağlayırdın? Ə.Vəliyev. Qırmızı yaylıqlı kəndli.. bağladığı bafanı alıb, Büləndin yanına gəldi....

BAFTA (ID - 2620)

is. [fars.] Güləbətin, ipək saplardan toxunmuş qaytan. [Güləndam:] Məmmədəli, hələ bir de görüm, baftanı gətirmisənmi? N.Vəzirov.

BAFTAÇI (ID - 2621)

is. Bafta ustası, bafta toxuyan usta.

BAFTAÇILIQ (ID - 2622)

sif. Baftaçının sənəti, işi.

BAFTALAMA (ID - 2623)

“Baftalamaq”dan f.is.

BAFTALAMAQ (ID - 2624)

f 1. Bafta ilə işləmək, bafta ilə bəzəmək, baftadan köbə tikmək. Donun ətəyini baftalamaq.
2. məc. dan. Özündən toxumaq, uydurmaq.

BAFTALI (ID - 2625)

sif. Bafta ilə işlənmiş, bafta ilə bəzəkli, bafta tikilmiş, baftadan köbə tikilmiş. Ağcaxanım abı, pəncə-pəncə zərli donunu, döşü baftalı, qırmızı tafta köynəyini geyib, .. mətbəxdə plov bişirməkdədir. H.Sarabski. Güllü...

BAFTAŞALVARLI (ID - 2626)

sif. və is. köhn. Keçmişdə polis və hərbi işçilərə verilən ad. [Rəna:] Doğrudur ki, mənim atam, babam çox varlı idi; Hətta böyük qardaşım baftaşalvarlı idi. S.Rüstəm.

BAĞ1 (ID - 2627)

is. 1. Meyvə ağacları əkilmiş sahə. Meyvə bağı. Alma bağı. Bağ salmaq.
Müxtəlif ağaclar əkilmiş sahə. Şəhər bağı.
□ Heyvanat bagı - ictimai bağda və ya parkda elmi məqsədlər üçün düzəldilən heyvanxana. Nəbatat...

BAĞ2 (ID - 2628)

is. 1. Bağlamağa yarar hər şey, ip, kəndir, qaytan və s. Yükün bağlarını açmaq. Ayaqqabı bağı. - Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü. M.İbrahimov. [Kəmtərov] gah damağındakı papirosu barmaqları...

BAĞA1 (ID - 2629)

b a x tısbaga.

BAĞA2 (ID - 2630)

is. məh. Atların buxovluğunda əmələ gələn xəstəlik (yara).

BAĞACIQ (ID - 2631)

is. zool. Taxıl bitkilərinə zərər verən cücü. Taxıl bitkilərinin (xüsusən buğdanın) qorxulu zərərvericisi olan taxıl bağacıqlarına qarşı mübarizə üçün bioloji üsul geniş tətbiq edilir.

BAĞALIQ (ID - 2632)

is. məh. Atın dırnaqlarının üst (tük qurtaran) tərəfi.

BAĞAM (ID - 2633)

is. məh. Enli yarpaqları olan və yarpaqlarından dəri boyamaq üçün boya hazırlanan bir ağac.

BAĞANAQ (ID - 2634)

is. Qıçların hövsələ sümüyünə bitişən yeri.

BAĞANCAQ (ID - 2635)

is. məh. Atın topuğu ilə dırnağı arasındakı hissə; buxovluq.

BAĞANCANAQ (ID - 2636)

is. məh. Heyvanların ayaqlarının yerə dəyməyən hissəsi.

BAĞARA (ID - 2637)

is. məh. 1. Bax tagalaq.
Dayaz quyulardan dol ilə su, neft çəkmək üçün qurğu. Babası .. [Araza] öz cavanlığından, fəhləlik həyatından söz açıb deyirdi: - Səhərdən axşama qədər atı bağaraya qoşub, neft çəkərdim. A.Şaiq....

BAĞAT (ID - 2638)

b ax bağ-bağat. Qoy bağ olsun, bağat olsun qapımızın dördyanı. S.Vurğun.

BAĞAYARPAĞI (ID - 2639)

is. bot. Adətən arxların kənarında bitən enliyarpaqlı bir bitki olub, xalq təbabətində yaraları sağaltmaq üçün işlənir. Çoxillik bitki olan bağayarpağı uzun saplaqlı kökyanı yarpaqlara malikdir; yarpaqlarının forması dairəvi,...

BAĞ-BAĞAT (ID - 2640)

is. Bağlıq, ağaclıq, yaşıllıq. Seyidli və onu əhatə edən kəndlərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. S.S.Axundov. Daşlıca azı kənddən beş verst bağ-bağat yollarının...

BAĞ-BAĞATLI (ID - 2641)

sif. Bağ-bağatı, yaşıllığı olan, səfalı. Bağ-bağatlı yer.

BAĞ-BAĞÇA (ID - 2642)

is. Bağlıq və güllük yer. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. Ə.Əbülhəsən. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cəmil.

BAĞBAN (ID - 2643)

is. [fars.] 1. Bağa baxan, bağa qulluq edən adam; bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağçı. Gördülər yüz yaşında bir bağban; İşləyir bağda səy ilə hər an. M.Ə.Sabir. Həyətimdə səfalı bir bağ salacağam...

BAĞBANLIQ (ID - 2644)

is. Bağbanın peşəsi, işi, sənəti; bağçılıq. Bağbanlıq etmək.

BAĞBAŞI (ID - 2645)

is. Köhnə məişətdə: oğlanın öz nişanlısına göndərdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. Çəmənzəminli....

BAĞ-BƏRƏ (ID - 2646)

is. Ev yanında bağ-bağça. Elə gəl, elə get bağ-bərəsindən; Bülbüllər ürküşüb, gül inciməsin. Aşıq Abbas.

BAĞÇA (ID - 2647)

is. 1. Kiçik bağ, həyət bağı. Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Məmmədxanlı. Şirin bağçada səndəl üstündə oturmuşdu. İ.Əfəndiyev.
məc. Güllük, çiçəklik. Bu otağın pəncərələri.. qarşıdakı qızılgül bağçasına...

BAĞÇA-BAĞ (ID - 2648)

is. Güllük, çiçəklik. Ürəksiz əkilən yerlər saralar; Şitillər boy atıb bağça-bağ olmaz. S.Vurğun. Qış ayazdan bitkiləri saxlayıb; Şeh salırsız bağça-bağa, buludlar! H.K.Sanılı.

BAĞÇACIQ (ID - 2649)

“Bağça”dan kiç. Suyun sahilində bir bağçacıq var. S.Vurğun.

BAĞÇALI (ID - 2650)

sif. Bağçası olan; həyətində çiçəklik, güllük olan. Bağçalı ev. Bağçalı məktəb.

BAĞÇALIQ (ID - 2651)

bax bagça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı. M.S.Ordubadi.

BAĞÇAPƏRƏST (ID - 2652)

bax bagpərəst.

BAĞÇI1 (ID - 2653)

is. 1. Bax bagban 1-ci mənada. Qonşu respublikalardan gəlmiş qonaqlar Qubanın bağçıları və məktəbliləri ilə səmimi görüşü heç zaman unutmayacaqlar.
2. məh. İstirahət üçün yayda bağa (bax bag1 4-cü mənada) köçən, bağda...

BAĞÇI2 (ID - 2654)

is. məh. Biçinçilərin ardınca dərz bağlayan işçi.

BAĞÇILIQ (ID - 2655)

bax bagbanlıq. Kənd klubunda kəndlilər savad öyrənir, əkinçiliyə, bağçılığa, maldarlığa aid məlumat alırlar. S.Hüseyn. Sağ ol, baba, sən bağçılıq işini yaxşı bilirsən. M.Seyidzadə.

BAĞÇIVAN (ID - 2656)

is. köhn. Bağçaya baxan, bağça yetişdirən; bağban.

BAĞÇIVANLIQ (ID - 2657)

is. köhn. Bağçıvan işi, bağçıvan sənəti; bağbanlıq.
// Bağ, çiçək, ağac və səbzəvat yetişdirmə. Maşallah, nə yaxşı qabilsən; Bağçıvanlıqda xeyli kamilsən. A.Səhhət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed