İzahlı lüğət

BƏRKİNMƏ (ID - 3908)

“Bərkinmək”dən f.is.

BƏRKİNMƏK (ID - 3909)

f. 1. Bağlanmaq, örtünmək, qapanmaq, pərçinmək, kiplənmək. Qapıbaca bərkindi. Maşının hissələri yerbəyer bərkindi.
Öz üstünü, yaxud üzünü bir şeylə örtmək, qapamaq, bərkitmək.

BƏRKİŞDİRMƏ (ID - 3910)

“Bərkişdirmək”dən f.is.

BƏRKİŞDİRMƏK (ID - 3911)

bax bərkitmək 2-ci mənada. Soyuq su ilə yuyunmaqla bədənini bərkişdirən adamlar bir sıra soyuqdəymə xəstəliklərinə çox az tutulur, daha davamlı və möhkəm olurlar. Zərgərli.

BƏRKİŞMƏ (ID - 3912)

“Bərkişmək”dən f.is.

BƏRKİŞMƏK (ID - 3913)

f 1. Bərk hala gəlmək, qəlizləşmək, kəsifləşmək, qatılaşmaq.
2. Bax bərkimək 1, 2 və 5-ci mənalarda. Mübarizədə bərkişmək. - Çəkişməyən bərkişməz. (Məsəl).

BƏRKİŞMİŞ (ID - 3914)

“Bərkişmək”dən fsifi İşdə, mübarizədə bərkişmiş adam.

BƏRKİTDİRMƏ (ID - 3915)

“Bərkitdirmək”dən f.is.

BƏRKİTMƏ (ID - 3916)

“Bərkitmək”dən f.is.

BƏRKİTMƏK (ID - 3917)

f. 1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək. - [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov.
// Bir şeylə bağlayaraq,...

BƏRKLİK (ID - 3918)

is. 1. Bərk şeyin halı. Qəndin bərkliyi azdır. Çörəyin bərkliyi. Qabığın bərkliyi. - [Mahmud:] Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz. Ə.Əbülhəsən.
2. Xəsislik, simiclik.

BƏRKLİKÖLÇƏN (ID - 3919)

is. xüs. Bir cismin bərkliyini ölçmək üçün cihaz və s.

BƏRQ (ID - 3920)

is. [ər.] Şimşək.
// Bədii təsvirlərdə. Bərqü baran sanma kim gördükdə ahü əşkimi... Füzuli.
// Parıltı.
□ Bərq etmək
b ax bərq vurmaq. 'Rövşən etməzyüz min günəş bərq etsə; Bu möhnətdə qaralanmış...

BƏRQƏRAR (ID - 3921)

[fars. bər və ər. qərar]
köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma. ..Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır... M.F.Axundzadə.
Əvvəlki halında qalma, sabit olma. [Bəhram:] .. 'Pəri...

BƏRQƏSD (ID - 3922)

zərf [fars. bər və ər. qəsd] Qəsdən, bilə-bilə. Qarpızlarımız var ki, biri bir toğlu boyda. Kəsirsən qıpqırmızı. Elə bil içinə bərqəsd bal töküblər. Ə.Vəliyev.

BƏRLİ-BƏZƏKLİ (ID - 3923)

sif. Çox bəzəkli, səliqə ilə bəzənmiş. ..Ağzımı açmamış Gilə xala özünün bərli-bəzəkli qonaq otağına təklif etdi. Mir Cəlal.

BƏRMURAD (ID - 3924)

sif. [fars. bər və ər. murad] klas. Muradına yetişmiş, arzusuna çatmış.
Bərmurad etmək - muradına çatdırmaq. Bu gün müştaqi-didarın olanı bərmurad etdin. M.P.Vaqif.

BƏRNİ (ID - 3925)

is. İçində piti bişirmək və s. üçün istifadə edilən saxsı qab.
// Banka. Mürəbbə bərnisinin böyrü deşildi. Mir Cəlal.

BƏRPA (ID - 3926)

[fars.] Əvvəlki normal halına salma (dağılmış, yıxılmış, xarab olmuş, korlanmış, qırılmış, kəsilmiş şeyi); təzədən qurma (qurulma), təzədən düzəltmə (düzəldilmə), təzədən tikmə (tikilmə), təzələmə (təzələnmə);...

BƏRPAEDİCİ (ID - 3927)

sif. xüs. Bərpa edən, əvvəlki hala (vəziyyətə, şəklə) salan.

BƏRRAQ (ID - 3928)

sif. [ər.] şair. Bərq vuran, parıldayan. ..Günəşinyüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıldadır. M.S.Ordubadi.

BƏRR-BİYABAN; BƏRRÜ BİYABAN (ID - 3929)

is. [ər. bərr və fars. biyaban] köhn. Səhra, ucubucağı olmayan bitkisiz, quru çöl. [Cahangir bəy:] Səadət, təksəndən ötrü xanimanımdan əlçəkib, bərr-biyabana düşmüşəm. N.Vəzirov. Seyr edirəm bərr-biyabanları; Quli-biyaban...

BƏRŞİKƏST (ID - 3930)

[fars.] köhn. 1. Sınıq çıxma; müflis, müflis olma.
□ Bərşikəst olmaq
smıq çıxmaq, müflis olmaq.
2. Sınıq çıxmış, müflis olmuş, müflis.

BƏRTƏRƏF (ID - 3931)

[fars. bər və ər. tərəf]: bərtərəf edilmək - aradan qaldırılmaq; bərtərəf etmək - aradan qaldırmaq; bərtərəf olmaq - aradan qalxmaq.

BƏRZƏX (ID - 3932)

is. [ər.] 1. coğr. İki qitəni birbirinə, yaxud qitəni yarımada ilə birləşdirən dar torpaq zolağı.
2. Dini əfsanələrə görə, guya ruhların qiyamətə qədər qərar tutacağı behiştlə cəhənnəm arasında yer. [Şeyx Nəsrulla:]...

BƏS1 (ID - 3933)

əd. [fars.] 1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir.
□ Bəs demək - kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. - 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə...

BƏS2 (ID - 3934)

əd. Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? - Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən...

BƏSA (ID - 3935)

zərf[fars.] köhn. Çox, çoxlu, kifayət qədər, bəs qədər. Ruhum Xizrtək ondan bəsa kəsbi-kəmal etdi. M.P.Vaqif.

BƏSARƏT (ID - 3936)

bax bəsirət.
□ Bəsarəti bağlı olmaq (bağlanmaq) - qafil olmaq, həqiqəti görməmək, gözü bağlanmaq, başa düşməmək, gözü bağlı olmaq. [Qasım:] Adamın bəsarəti bağlananda bağlanır. Ə.Haqverdiyev.

BƏSİ (ID - 3937)

[fars.] köhn. Çox, çoxlu, xeyli. Canım gedəni, bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Sərü simayi-cananı çəkiblər bir-birindən xoş; O ki çeşmi-siyəh məstdir, bəsi şahanə yazmışlar. Q.Zakir.

BƏSİRƏT (ID - 3938)

is. [ər.] Bir şeyi dərindən və tez anlama qabiliyyəti, gələcəyi görmə qabiliyyəti. İkinci iddia bəsirət sahibləriyanında qətiyyən etibardan saqidir. M.F.Axundzadə.
Bəsirət gözü - idrak, anlaq, düşüncə. Leyk, hanı səndə...

BƏSİRƏTLİ (ID - 3939)

sif Bir şeyin əsil və həqiqətini dərindən və tez anlayan, qabağı görən; gözüaçıq, idraklı. Bəsirətli adam.

BƏSİRƏTLİLİK (ID - 3940)

is. Bəsirətli adamın xassəsi; gözüaçıqlıq, idraklılıq.

BƏSİRƏTSİZ (ID - 3941)

sifi Bəsirəti olmayan, gələcəyi görməyən.

BƏSİRƏTSİZLİK (ID - 3942)

is. Bəsirəti olmama, gələcəyi görməmə. İnsanların bəsirətsizlik və mərifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar .. fitnəfəsad törətmişlər. M.F.Axundzadə.

BƏSİT (ID - 3943)

sif. [ər.] Tərkibi bir ünsürdən ibarət olan; mürəkkəb olmayan, sadə (mürəkkəb əksi). Bəsit maddə.

BƏSİTLƏNDİRMƏK (ID - 3944)

bax bəsitləşdirmək.

BƏSİTLƏNMƏK (ID - 3945)

bax bəsitləşmək.

BƏSİTLƏŞDİRİLMƏ (ID - 3946)

“Bəsitləşdirilmək”dən f.is.

BƏSİTLƏŞDİRİLMƏK (ID - 3947)

məch. Bəsit hala salınmaq.

BƏSİTLƏŞDİRMƏ (ID - 3948)

“Bəsitləşdirmək”dən f.is.

BƏSİTLƏŞDİRMƏK (ID - 3949)

f. Bəsit şəklə salmaq, sadələşdirmək.

BƏSİTLƏŞMƏ (ID - 3950)

“Bəsitləşmək”dən f.is.

BƏSİTLƏŞMƏK (ID - 3951)

f. Daha bəsit (sadə) olmaq, sadələşmək.

BƏSİTLİK (ID - 3952)

is. Bəsit şeyin halı; sadəlik.

BƏSLƏMƏ (ID - 3953)

“Bəsləmək”dən fis.

BƏSLƏMƏK (ID - 3954)

f. 1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu.
Səhhət.
...

BƏSLƏNMƏ (ID - 3955)

“Bəslənmək”dən f.is.

BƏSLƏNMƏK (ID - 3956)

1. “Bəsləmək”dən məch. Bəslənmək istəyirəm bütün ürəklərdə mən arzu, diləklər kimi. B.Vahabzadə.
2. t-siz. Qidalanmaq, qida almaq (yemək). Pişiklər ətlə, inəklər isə otla bəslənir. İnsan bədəninin hüceyrələri...

BƏSLƏYİCİ (ID - 3957)

sif. 1. Tərbiyə edib böyüdən, boya-başa çatdıran, yetişdirən, becərən.
// Mənəvi qida verən. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal.
...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed