İzahlı lüğət

BƏNDİVAN (ID - 3808)

BƏNDLƏMƏ (ID - 3809)

“Bəndləmək”dən f.is.

BƏNDLƏMƏK (ID - 3810)

f 1. Başdansovma tikmək, kök atmaq, kökləmək. Vaxt çatmamışdı ki, [nənəm donumun] düymələrini qoysun, odur ki, donu əynimə geydirib, yaxasını sapla bəndlədi. H.Sarabski.
Ala-babat, yarımçıq, yüngülcə bağlamaq; bənd etmək,...

BƏNDLƏNMƏ (ID - 3811)

“Bəndlənmək”dən f.is.

BƏNDLƏNMƏK (ID - 3812)

məch. 1. Başdansovma tikilmək, köklənmək.
2. Bənd olub qalmaq, ilişib qalmaq.

BƏNDLİ (ID - 3813)

sif. Bağlı. Boynu bəndli camışlar tövlədə fısıldaşır və gövşək çalırdılar. S.Rəhimov.

BƏNƏK (ID - 3814)

sif. köhn. 1. Üzdə, ya bədənin başqa yerində nöqtə şəklində kiçik xal, nişan.
2. İt adı.

BƏNƏKLİ (ID - 3815)

sif. Xallı. Xəstə Qasım bir qız sevib hənəkli; Ağ üzündə xallar, bənəkbənəkli. Xəstə Qasım.

BƏNƏVŞƏ (ID - 3816)

is. [fars.] bax bənövşə. Başına döndüyüm gülüzlü Pəri; Adətdir dərərlər yaz bənəvşəni. Qurbani. Apardı əqlimi bir ahu gözlü; Bir bənəvşə boylu, bir lalə üzlü. M.V.Vidadi. Yaşıl köynəyini geyinir meşə; Yaxama quş...

BƏNƏVŞƏLİK (ID - 3817)

bax bənövşəlik. Bənəvşəlikdə, yasəmənlikdəyəm; Könül açar yavaş əsən küləklər. A.Səhhət.

BƏNƏVŞƏYİ (ID - 3818)

[fars.] bax bənövşəyi.

BƏNG (ID - 3819)

is. [fars.] 1. Toxumunda narkotik maddələr olan bitki; bəng otu.
Həmin bitkinin toxumundan hazırlanan kefləndirici maddə; həşiş. [Yusif Sərrac:] Aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz!...

BƏNGİ (ID - 3820)

is. [fars.] köhn. Bəng düşkünü, bəng çəkən, həşiş çəkən adam. Nə şərabiyəm, nə bəngi, nə xəyaliyəm, nə rəngi. Nəbati. Bəngilərin, bu bir sürü ərbabi-qəflətin; Halisə/alətilə gözüm giryəbar idi. M.Hadi.

BƏNİ (ID - 3821)

[ər.] Övlad, oğullar.
□ Bəni-adəm
insan, adam. Mən bəni-adəm üçün görməmişəm səcdə ola. S.Ə.Şirvani. Bəni-insan -bax bəni-adəm. Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan. S.Ə.Şirvani....

BƏNİZ (ID - 3822)

is. Üz, çöhrə, sifət. [Toğrulun] qara və böyükcə gözləri ildırımlar çaxır, geniş və qırmızı bənizindən qəzəb alovları qarsırdı. H.Nəzərli.
// Üzün rəngi. Bənizi solmaq. Bənizi qaçmaq. Bənizi ağ. - Zəfərantək...

BƏNLİK (ID - 3823)

is. bax mənlik.

BƏNNA (ID - 3824)

is. [ər.] Binanın daş, kərpic hissəsini tikən usta. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. İnşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən...

BƏNNALIQ (ID - 3825)

is. Bənnanın işi, sənəti, peşəsi. [Mahmud:] Mən əvvəllər elə bilirdim ki, bənnalıq .. adi bir fəhləlikdir. Z.Xəlil.

BƏNNƏ (ID - 3826)

dan. bax bənna. Əkbərin gözü bənnə şagirdliyində açıldı. Mir Cəlal.

BƏNÖVŞƏ (ID - 3827)

is. Yazda bitən, əksərən açıqqırmızıya çalar abı rəngli, gözəl qoxulu kiçik çiçək. Bənövşə birillik bitkidir. Gözəl saplaqları üzərində yerləşmiş müxtəlif şəkilli yarpaqları vardır... Əliyev. Zorba və hündür ağacların...

BƏNÖVŞƏLİK (ID - 3828)

is. Bənövşə bitən yer, bənövşə əkilmiş yer.

BƏNÖVŞƏYİ (ID - 3829)

sif Bənövşə rəngli. Bənövşəyiparça. Bənövşəyi sap. - Onların [qızların] ağ, qırmızı və bənövşəyi kəlağayıları tovuz qanadı kimi havada çırpınır. İ.Əfəndiyev.

BƏNÖVÜŞ (ID - 3830)

is. bax bənövşəyi. Gah bənövüş, gah qırmızı, gah da laləzar oluram. Aşıq Hüseyn. [Kəklik xalanın] .. başında ağ haşiyəli bənövüş kəlağayı var idi. İ.Əfəndiyev.

BƏNZƏDİLMƏ (ID - 3831)

“Bənzədilmək”dən f.is.

BƏNZƏDİLMƏK (ID - 3832)

məch. 1. Oxşadılmaq, uyğunlaşdırılmaq.
Təqlid edilmək.
Səhvən başqasına oxşadılmaq.

BƏNZƏMƏ (ID - 3833)

“Bənzəmək”dən f.is.

BƏNZƏMƏK (ID - 3834)

f 1. Oxşamaq. Yanaq üzrə
saçın tovuza bənzər. Nəsimi. Daşə bənzər bağrı, təsir eyləməz əfqan ona. Füzuli. Fələk rənginə bənzər bu bənövşə. X.Natəvan. İllərin yarpaq kimi bir-birinə bənzəyən müxtəlif günləri var....

BƏNZƏR (ID - 3835)

1. sif. Oxşar, oxşayan, bənzəyən, tay, uyğun. Bir-birinə bənzər. Əkizlər çox zaman bir-birinə bənzər olurlar. - Əlfazi Nəsimi bu gün ol möcüzədir kim; Bənzər ona bir lölöi-şəhvar ələ girməz. Nəsimi. Nə qədər qız yetirsə...

BƏNZƏRLİK (ID - 3836)

is. Oxşarlıq, uyğunluq. Bu iki şeyin arasında heç bənzərlik yoxdur.

BƏNZƏTMƏ (ID - 3837)

1. “Bənzətmək”dən f.is. Bir-birinə bənzətmə.
2. is. ədəb. Nəzirə surəti ilə bir əsərə təqlidən yazılmış əsər. Nizamiyə bənzətmə. Füzuliyə bənzətmə. Sabirə bənzətmə.
// Təşbeh.

BƏNZƏTMƏK (ID - 3838)

BƏNZƏYİŞ (ID - 3839)

is. Bənzəmə, oxşama; bənzərlik, oxşarlıq. İki şeyin bir-birinə bənzəyişi.

BƏRABƏR (ID - 3840)

1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli.
□ Boyu bərabəri - özü boyda. [Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev....

BƏRABƏRCƏ (ID - 3841)

zərf 1. Bir bərabərdə, bir boyda, bir böyüklükdə, bir miqdarda, bir həcmdə, bir ölçüdə; tən yarı.
2. Bir yerdə, bərabər, yan-yana.

BƏRABƏRÇİLİK (ID - 3842)

is. Heç bir əsas olmadan əmək haqqını və s.-ni bərabərləşdirmək cəhdi.

BƏRABƏRLƏMƏK (ID - 3843)

bax bərabərləşdirmək.

BƏRABƏRLƏŞDİRİLMƏ (ID - 3844)

“Bərabərləşdirilmək”dən f.is.

BƏRABƏRLƏŞDİRİLMƏK (ID - 3845)

məch. Bərabər hala salınmaq, bir ölçüyə, bir əndazəyə salınmaq, tənləşdirilmək, tarazlaşdırılmaq. Hüquqca bərabərləşdirilmək. Ölçüləri bərabərləşdirilmək. Səviyyəcə bərabərləşdirilmək.

BƏRABƏRLƏŞDİRMƏ (ID - 3846)

“Bərabərləşdirmək”dən f.is.

BƏRABƏRLƏŞDİRMƏK (ID - 3847)

f. Bərabər hala salmaq, bərabər etmək, bir ölçüyə, bir əndazəyə salmaq, tənləşdirmək, tarazlaşdırmaq.

BƏRABƏRLƏŞMƏ (ID - 3848)

“Bərabərləşmək”dən f.is.

BƏRABƏRLƏŞMƏK (ID - 3849)

f Bərabər olmaq, tənləşmək, tarazlaşmaq; bir ölçüyə, bir əndazəyə gəlmək.
// Ayaqlaşmaq. Sən onunla bərabərləşə bilməzsən.

BƏRABƏRLİK (ID - 3850)

is. 1. Cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətəndaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Kapitalizm quruluşunda heç bir həqiqi bərabərlik...

BƏRABƏRSİZLİK (ID - 3851)

BƏRABƏRTƏRƏFLİ (ID - 3852)

sif. riyaz. Tərəfləri bərabər olan. Bərabərtərəfli üçbucaq.

BƏRABƏRÜZLÜ (ID - 3853)

sif. hənd. Üzləri bərabər olan. Bərabərüzlü üçbucaq.

BƏRABƏRYANLI (ID - 3854)

sif. riyaz. İki yanı bərabər olan. Bərabəryanlı üçbucaq.

BƏRADƏR (ID - 3855)

is. [fars.] Qardaş. Bəradərim Cəmil ilə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin. C.Məmmədquluzadə.
// Dostcasına müraciət. [Nəcəf bəy:] Bəradərim Nəcəf! Kağız yazıb, Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub...

BƏRADƏRANƏ (ID - 3856)

sif. və zərf[fars.] Qardaşcasına, qardaş kimi. 'Bəradəranə münasibət.

BƏRAƏT (ID - 3857)

is. [ər.] hüq. Təmizə çıxma; günahsız, təqsirsiz olduğu meydana çıxma; müqəssirin günahsız olduğunu, cəzaya layiq olmadığını etiraf edən məhkəmə qərarı. Məhkəmə bəraət hökmünü çıxardı.
□ Bəraət qazanmaq -...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed