İzahlı lüğət

BƏLƏNMƏK1 (ID - 3758)

məch. Bələyə bükülmək, sarğı ilə sarınmaq, qundaqlanmaq.

BƏLƏNMƏK2 (ID - 3759)

bax bələşmək. Bal bələnib dillərinə, gül sancılıb tellərinə. Aşıq Əli.
Qənd əzilib dilə, dişə, dəhanə; Qaymaq dodaqlara bal bələnibdir. Aşıq Ələsgər.

BƏLƏŞMƏK (ID - 3760)

f. Bulaşmaq, bulanmaq. Canım qoydum yar yolunda sadağa; Bal bələşib dilə, dişə, dodağa. Aşıq Abdulla.

BƏLGƏ (ID - 3761)

is. etnoqr. 1. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan - üzük və örpək.
məh. Əkin yerlərinin hüdudunu göstərən nişan, mərz.
məc. Bəhanə, səbəb, dəlil, tutarğa. Əlində bəlgə etmək.
məh....

BƏLGƏLƏMƏ (ID - 3762)

“Bəlgələmək”dən f.is.

BƏLGƏLƏMƏK (ID - 3763)

f. dan. köhn. 1. Bəhanə və üzr gətirmək, əldə dəstavüz etmək.
Köhnə məişətdə: nişan göndərmək, nişanlamaq.
Hüdud qoymaq, əkin yerinin hüduduna nişan qoymaq.

BƏLGƏLƏNMƏK (ID - 3764)

məch. köhn. 1. Nişanlanmaq.
Hüdud qoyulmaq, nişan qoyulmaq, mərz qoyulmaq (əkin yerinə).

BƏLĞƏM (ID - 3765)

is. [ər.] Ciyərdən, yaxud nəfəs yollarından gələn qatı selikli, yaxud irinli ifrazat; hayqırıq.

BƏLĞƏMİ (ID - 3766)

sif [ər.] Key, ağırtərpənən, hər şeyə laqeyd baxan; fleqmatik (xasiyyət).

BƏLĞƏMLİ (ID - 3767)

sif 1. Bəlğəmlə dolu, içərisində bəlğəm olan. Bəlğəmli sinə. Bəlğəmli tüpürcək.
Bəlğəmə bulaşmış, bəlğəmlənmiş. Bəlğəmli yaylıq.

BƏLĞƏMMİZAC (ID - 3768)

sif. [ər.] Ağır, süst, soyuqqanlı. Bəlğəmmizac adam.

BƏLĞƏMOTU (ID - 3769)

is. bot. Dərman hazırlanan çoxillik bitki. [Bəlğəmotunun] üst kökləri kökümsü gövdə ilə tamamlanır. Yerüstü gövdələri isə yerin altında topa, dəstə şəklində xaricə çıxıb, adətən qol-budaq vermir. Əliyev.

BƏLİ (ID - 3770)

əd. 1. Verilən suala müsbət cavab və ya təsdiq üçün işlənilir; hə, elədir; (yox ziddi). [Şəhrəbanı xanım:] Bəli, baba dərviş çox razı oldum. M.F.Axundzadə. Salman düşündü və: -Nə faciədir o? - dedi. - Üsyan günlərinimi...

BƏLİM (ID - 3771)

is. Darı, çəltik, buğda və s. bitkilərin küləşi; həşəm.

BƏLİRMƏ (ID - 3772)

“Bəlirmək”dən f.is.

BƏLİRMƏK (ID - 3773)

f. Bəlli olmaq, zahir olmaq, görünmək. Qadının dodaqlarından acı bir təbəssüm bəlirdi. S.Hüseyn.

BƏLİRTMƏK (ID - 3774)

f. Bəlli etmək, zahir etmək, açıb göstərmək.

BƏLKƏ (ID - 3775)

bağl. 1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. - [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. M.S.Ordubadi. Cuma düşündü ki, bəlkə .. Marala onun haqqında...

BƏLLƏMƏ (ID - 3776)

“Bəlləmək”dən f.is.

BƏLLƏMƏK (ID - 3777)

f. 1. Bəlli etmək, aydınlaşdırmaq, bilmək.
Nişanlamaq, gözaltı etmək, bələdləmək. Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. [Polkovnik] ona [təyyarəçiyə] - Bizim topların yerini bəlləmək...

BƏLLƏNMƏ (ID - 3778)

“Bəllənmək”dən f.is.

BƏLLƏNMƏK (ID - 3779)

BƏLLƏTMƏ (ID - 3780)

“Bəllətmək” dən f.is.

BƏLLƏTMƏK (ID - 3781)

f Bildirmək, açmaq, üzə çıxarmaq. [Nəriman] təkrar güllə atıb, yerini bəllətməkdən qorxdu. Yerə sıxılıb diqqət elədi. Mir Cəlal.

BƏLLİ (ID - 3782)

sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ.
// Xəbər şəkilçisi ilə: bəllidir - aydındır, məlumdur, aşkardır, görünür. Dudkeş kimi birpapaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir. Əzəldən böyükdür...

BƏLSƏM (ID - 3783)

is. [ər. əsli yun.] İsti ölkələrdə bitən və yarpaqlarından efir və qatran alman qara ağac.
// Bu ağacdan hasil edilən yağ, şirə (bax balzam).

BƏM (ID - 3784)

is. mus. Musiqidə yoğun (aşağı) səs (zil müqabili). Azərbaycan musiqisində böyük tersiya temperasiya tersiyasına nisbətən qısa (bəm), kiçik tersiya isə temperasiya tersiyasına nisbətən geniş (zil)dir. Ü.Hacıbəyov. Melodiya, bir-biri...

BƏMBƏCƏ (ID - 3785)

is. dan. Pəncə. Zor ilə şikarı əlimdən aldı; Özümə də bir bol bəmbəcə çaldı. Q.Zakir.

BƏMBƏCƏLƏMƏK (ID - 3786)

f dan. Qamarlamaq, qamarlayıb almaq, pəncəsinə keçirmək.

BƏMBƏYAZ (ID - 3787)

sif. Ağappaq. Qarlı, qartallı bir yığın dağlar; Ta uzaqlardan bəmbəyaz parlar. H.Cavid. Bəmbəyaz qar kimidir, bəlkə də qardan ağdır. S.Rüstəm.

BƏMLƏŞDİRMƏ (ID - 3788)

mus. “Bəmləşdirmək”dən f.is.

BƏMLƏŞDİRMƏK (ID - 3789)

f. mus. Alçaq səslə (bəmlə) çalmaq, səsini alçaltmaq.

BƏN (ID - 3790)

BƏND1 (ID - 3791)

is. [fars.] 1. anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Barmaqların bəndləri. Bəndləri ağrımaq. Bəndləri qırılmaq. - [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.
Müxtəlif...

BƏND2 (ID - 3792)

[fars.] Vurğun, vurulmuş, aşiq. Oğlan qıza bənddir.
□ Bəııd olmaq - aşiq olmaq, vurulmaq, bərk sevmək, məftun olmaq. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Bənd olmuşam şirin-şirin...

BƏND-BƏRƏ (ID - 3793)

is. 1. Keçid, keçiləcək yer, keçilə biləcək yeganə yer. Hər tərəfdən düşmənin bənd-bərəsini bağladılar. - ..Qoşun atlandı, yolları, bənd-bərəni kəsdi. “Koroğlu”.
Kəsib bəndi-bərəni; Düşmən qoşunlarını amansız...

BƏNDƏ (ID - 3794)

is. [fars.] köhn. 1. Qul, kölə. Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli. [Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə. Səadətin...

BƏNDƏÇİLİK (ID - 3795)

bax bəndəlik. [Hacı Kərim:] Vallahı razı olmaram, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. C.Məmmədquluzadə.

BƏNDƏLİK (ID - 3796)

is. köhn. 1. Köləlik, qulluq.
2. Qulluqçuluq, nökərlik, xidmətçilik. Buyur, ta bəndəlik edim baş ilən; Hər nə qulluğundur cana, xoş gəldin! M.P.Vaqif. [Ağa Həsən:] Xanım, niyə məni bəndəliyə qəbul etmirsən, məndən nə...

BƏNDƏM (ID - 3797)

is. 1. Meyvə saplağı.
2. Dərz bağlamaq üçün otdan, küləşdən eşilən bağ. Bu dərzin bəndəmini aç, xırmana tök. - Ona görə onların taxılı yolpa olmuş, dərzləri bəndəmin arasına güc ilə yığılırdı. S.Rəhimov. [Arvadlar]...

BƏNDƏMLƏMƏ (ID - 3798)

“Bəndəmləmək”dən f.is

BƏNDƏMLƏMƏK (ID - 3799)

f. Bəndəmlə bağlamaq.

BƏNDƏMLƏNMƏ (ID - 3800)

“Bəndəmlənmək”dən f.is.

BƏNDƏMLƏNMƏK (ID - 3801)

məch. Bəndəmlə bağlanmaq.

BƏNDƏMLİ (ID - 3802)

sif. Bəndəmi olan, bəndəmə bağlanmış.

BƏNDƏMLİK (ID - 3803)

sif. Bəndəmə yarar.

BƏNDƏR (ID - 3804)

is. [fars.] 1. Keçid, yol. Qara Məlik hər tərəfdən məhəlləyə girən bəndərləri kəsdirdi. M.S.Ordubadi.
2. Ticarət limanı.

BƏNDƏRGAH (ID - 3805)

is. [fars.] 1. Düşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yeganə yer, yol, keçid və s. Tutulub bəndərgah, kəsilib bərə; Tapmırıq çıxmağa yol, aman, aman! “Koroğlu”. Öz ehtiyatını görüb bəndərgahlarda əsgər qoyan...

BƏNDƏZADƏ (ID - 3806)

is. [fars.] köhn. Keçmişdə bir şəxs müsahibinə hörmət üçün, oğluna işarə olaraq “mənim oğlum” əvəzində belə deyərdi. [Xudaverdi:] Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmayıbsınız...

BƏNDFƏRMAN (ID - 3807)

[fars.] köhn. Əmrə, buyuruğa, fərmana hazır olan. Əsəd der: hökmündə bəndfərmanəm; Sənsən mənə sultan, Pəri, can Pəri! Aşıq Əsəd.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed