İzahlı lüğət

BEŞBUCAQLI (ID - 3458)

1. is. Beş bucağı olan həndəsi cisim, beşkünclü cisim.
2. sif Beş bucağı olan. Beşbucaqlı fiqur.

BEŞCƏ (ID - 3459)

sifi Ancaq beş, yalnız beş. Beşcə manatpul. Beşcə varaq kağız.
// Bəzən təyin
etdiyi sözə böyüdücülük mənası verir. Niyə bəyənmirsən, beşcə manatpul vermişəm.

BEŞCƏRGƏLİ (ID - 3460)

sif. 1. k.t. Beş sıra ilə əkilən. Beşcərgəli əkin.
2. Beş sırası olan. Beşcərgəli qarmon.

BEŞDAŞ (ID - 3461)

is. Xırda daşlarla oynanan bir oyun adı. Beşdaş oynamaq. - Hərdənbir üçü bir yerdə oynadıqları da “beşdaş ” oyunu olardı. T.Ş.Simurq.

BEŞFAİZLİ (ID - 3462)

sif. Beş faiz gəlir verən.

BEŞGİRVƏNKƏLİK (ID - 3463)

sif. köhn. Beş girvənkə ağırlığında olan çəki daşı.
□ Beşgirvənkəlik qıfıl - üst tərəfı çıxıb taxılan böyük asma qıfıl.

BEŞGÖZ(LÜ) (ID - 3464)

sif. Beş gözü olan. Beşgöz(lü) körpü. Beşgözlü dükan.

BEŞGUŞƏ(Lİ) (ID - 3465)

1. Bax beşbucaqlı.
2. Beş tili, beş tini olan. Beşguşəli fiqur. 'Beşguşəli ulduz. - 'Beşguşəli ulduz ilə öpüş, ay! H.K.Sanılı.

BEŞGÜL (ID - 3466)

sif. Beşbucaqlı, beşguşəli.

BEŞGÜNLÜK (ID - 3467)

sif. 1. Beş gün sürən, beş gün davam edən, yaxud beş gün tələb edən. Beşgünlük möhlət. Beşgünlük yol. Beşgünlük iş.
// Beş günə çatan, kifayət edən. 'Beşgünlük ehtiyat.
məc. Az davam edən, az sürən; müvəqqəti,...

BEŞXALLI (ID - 3468)

sif. Üzərində beş xalı olan. Beşxallı kart (qumar kağızı).

BEŞİK (ID - 3469)

is. 1. Körpə uşaqlara məxsus yırğalanan kiçik yatacaq. Bir körpə uşaq beşikdə yatmış; Rahət əl-ayaqların uzatmış.
Səhhət. Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk [Azərbaycan]...

BEŞİKKƏRTMƏ (ID - 3470)

is. etnoqr. Köhnə məişətdə: uşaqların (oğlan və qızın) körpə zamanlarından bir-birinə adaxlı edilməsi adəti.

BEŞİLLİK (ID - 3471)

1. sif. Beş il sürən, beş il müddətli, beş il davam edən. Beşillik məktəb. Beşillik xidmət.
// Beş il müddətinə tərtib edilmiş, beş ili nəzərdə tutan. Beşillik neftçıxarma planı.
İs. mənasında. 'Birinci beşillik....

BEŞİNCİ (ID - 3472)

“Beş”dən sıra s. Beşinci sinifi Beşinci adam. Beşinci cərgə.

BEŞKÜNC(LÜ) (ID - 3473)

bax beşguşə(li).

BEŞQAT(LI) (ID - 3474)

sif. 1. Beşmərtəbə(li). Beşqat ev.
2. Bir-biri üzərində beş lay olan. Beşqat xəmir.

BEŞQƏPİKLİK (ID - 3475)

sif Beş qəpiyə dəyən, beş qəpik qiymətində olan. 'Beşqəpiklik marka.
// is. Birşahılıq metal pul.

BEŞQRAMLIQ (ID - 3476)

is. Beş qram ağırlığında olan. Beşqramlıq daş.

BEŞLƏÇƏKLİ (ID - 3477)

sif. 1. bot. Beş ləçəyi, beş yarpağı olan (bitki).
2. Beş parçadan ibarət olan.

BEŞLİK (ID - 3478)

1. is. Beş manatlıq pul. Rəsul qarının ovcuna bir qızıl beşlik basıb yola saldı. “Aşıq Qərib”. Aslan hər iki beşliyi götürüb bükdü və Qulam dayının eyvanına tərəf boylandı. S.Rəhimov.
is. Kart oyununda beşxallı kağız.
sif....

BEŞMANATLIQ (ID - 3479)

1. is. Beş manat qiymətində olan kağız pul; beşlik. 'Beşmanatlığı xırdalamaq.
2. sif. Beş manata dəyən, beş manat qiymətində olan. Beşmanatlıq ətir.

BEŞMƏRTƏBƏ(Lİ) (ID - 3480)

sif. Beş mərtəbəsi olan; beşqat. Beşmərtəbə(li) ev.

BEŞMİNLİK (ID - 3481)

sif. Sayı beş min olan, beş min nəfərdən ibarət olan. Beşminlik qoşun.

BEŞOTAQLI (ID - 3482)

sif Beş otağı olan, beş otaqdan ibarət olan. Beşotaqlı mənzil.

BEŞSİNİFLİ (ID - 3483)

sif Beş sinifdən ibarət olan. Beşsinifli məktəb.

BEŞTONLUQ (ID - 3484)

sif Beş ton yük və s. tutan. Beştonluq avtomobil.
// Beş ton ağırlığında olan. Beştonluq yük.

BEŞULDUZ(LU) (ID - 3485)

sif Üzərində beş ulduz şəkli olan. Beşulduzlu konyak, beşulduzlu hotel.

BEŞVERSTLİK (ID - 3486)

sif köhn. Düyümü beş verst hesabı ilə hesablanmış. Beşverstlik xəritə.

BEŞYARPAQLI (ID - 3487)

sif bot. Beş yarpağı olan, beş yarpaqdan ibarət olan.

BEŞYAŞAR (ID - 3488)

sif Beş yaşı olan. Beşyaşar heyvan.

BEŞYAŞLI (ID - 3489)

sif Beş yaşı olan. Beşyaşlı uşaq.

BEŞYERLİ (ID - 3490)

sif Beşadamlıq yeri olan. Beşyerli loja. Beşyerli avtomobil.

BEŞYÜZLÜK (ID - 3491)

sif Beş yüz manata dəyən, qiyməti beş yüz manat olan.

BETA (ID - 3492)

Yunan əlifbasının ikinci hərfinin adı.
□□ Beta şüalar fiz. - radioaktiv maddələrin buraxdığı elektronlardan, ya pozitronlardan ibarət şüa növlərindən biri.

BETƏR (ID - 3493)

sif. və zərf [fars.] 1. Daha pis, daha yaman, daha bərbad, lap pis. Xəstənin halı dünənkindən betərdir. - Ümid ilə ömrüm oldu zaye; Halım betər etdi zəfi-tale. Füzuli.
Ol zaman ki, bu mənzildən köç olur; İşin olur tamam betər,...

BETƏRLƏŞMƏ (ID - 3494)

“Betərləşmək”dən fis.

BETƏRLƏŞMƏK (ID - 3495)

f. dan. Daha pis olmaq, daha da pisləşmək, daha da xarablaşmaq, daha bərbad olmaq, daha da pozğunlaşmaq.

BETON (ID - 3496)

[fr.] 1. Çmqıl, xırda çaydaşı, qum və sement məhlulu və s. qatışığından ibarət tikinti materialı. [Müəllim:] Buranın bəndi betondan deyil, sadəcə torpaqdan olacaqdır. Ə.Sadıq. Çaylar geyir donunu qranitdən, betondan. Ə. Cəmil.
2....

BETONÇU (ID - 3497)

is. xüs. Beton hazırlayan, beton işləri mütəxəssisi olan fəhlə.

BETONÇULUQ (ID - 3498)

is. Betonçunun işi, sənəti, ixtisası; beton işləri.

BETONQARIŞDIRAN (ID - 3499)

is. xüs. Beton hazırlayan maşın (cihaz).

BETONLAMA (ID - 3500)

“Betonlamaq”dan fis.

BETONLAMAQ (ID - 3501)

f. Betona tutmaq, betonla bərkitmək, üzərinə beton döşəmək.

BETONLANMA (ID - 3502)

“Betonlanmaq”dan f.is.

BETONLANMAQ (ID - 3503)

məch. Betona tutulmaq, betonla bərkidilmək, beton döşənmək. Sahil betonlanmışdır.

BETONLANMIŞ (ID - 3504)

f.sif. Betonla bərkidilmiş.

BETONLATMAQ (ID - 3505)

“Betonlamaq”dan icb.

BETONLU (ID - 3506)

sif. Betona tutulmuş, betonla bərkidilmiş, betonla örtülmüş. Betonlu sədd. Betonlu divar.

BEY (ID - 3507)

is. [ər.] Ərəb əlifbasında ^ (b) hərfinin adı. Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed