İzahlı lüğət

BAYATILAMAQ (ID - 3308)

f. Bayatı söyləmək, bayatı çağırmaq. Əfruzun laylası qarlı pəncərəni dilləndirirdi. Mədəd qapıdan girərək: - Nə bayatılayırsan? - deyə soruşdu və kitablarını stolun üstünə qoydu. S.Rəhimov.

BAYATIMA (ID - 3309)

“Bayatımaq”dan f.is.

BAYATIMAQ (ID - 3310)

f. 1. Bayat olmaq, köhnəlmək, təzəliyini, təravətini itirmək (çörək, xörək və s. haqqında). Xörək bayatımışdır, yemək olmur.
2. məc. dan. Qiymətdən düşmək, dəyərsizləşmək, əhəmiyyətini itirmək.

BAYATLAŞMA (ID - 3311)

“Bayatlaşmaq”dan fis.

BAYATLAŞMAQ (ID - 3312)

f. 1. Köhnəlmək, qalıb təravətini, təzəliyini itirmək. Xörək bayatlaşmışdır.
2. məc. Dəbdən düşmək, daha işlənməmək.

BAYATLIQ (ID - 3313)

is. Bayaq şeyin halı. Çörəyin bayatlığı.

BAYAZ (ID - 3314)

is. [ər.] 1. Bax bəyaz 1-ci mənada.
2. köhn. Şeir, mərsiyə dəftərçəsi. Bayazımı açıb, Qarabağ səpgisində bir mərsiyə oxudum. O gecədən etibarən məndən əl çəkmədilər. H.Sarabski.

BAYDA (ID - 3315)

bax badya. ..Səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin ” südü, deyib danışırlar.
C.Məmmədquluzadə.

BAYDIRMAQ (ID - 3316)

f. məh. Özgədən alman əmanəti sahibindən izinsiz olaraq başqasma vermək.

BAYĞIN (ID - 3317)

sif. və zərf 1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. Bayğın düşmək. Bayğın kimi yatmaq. - Səfər bu səsə əhəmiyyət vermədi, bayğın gözləri sayrışan ulduz arasında dolaşırdı. Çəmənzəminli.
məc....

BAYĞINLIQ (ID - 3318)

is. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş adamın halı; özündən getmə, qəşş etmə, ürəyi keçmə. Ayna onu sarmış ani bir bayğınlıqdan ayılaraq, ağacdan ayrıldı. Ə.Məmmədxanlı.

BAYĞIRMAQ (ID - 3319)

f Bağırmaq, qışqırmaq, hayqırmaq. [Şirəli] özünün son qüvvətini toplayaraq bayğırırdı. M.Hüseyn.

BAYILDICI (ID - 3320)

sif Bihuşedici, məstedici, valehedici. O dalğın və müəmmalı gözlər gecənin sükutunu oxşayan müzəyyən və bayıldıcı bir ud zümzüməsini dinləyərək uyuyur. H.Cavid.

BAYILMA (ID - 3321)

“Bayılmaq”dan fis.

BAYILMAQ (ID - 3322)

f Özündən getmək, qəşş etmək, ürəyi keçmək. Bayılmaq dərəcəsinə gəlmək. - [Balaş:] Sağdır, sağdır, ürəyi döyünür, ancaq bayılmışdır. C.Cabbarlı. “Anamız öldü, aman!” - deyib, birdən bayıldım. S.Rüstəm.

BAYILMIŞ (ID - 3323)

fsif Özündən getmiş, qəşş etmiş. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi.

BAYILTMAQ (ID - 3324)

icb. Bayılmasına səbəb olmaq. [Əkbər] yerişi ilə nişanlayan, kirpiyi ilə oxşayan, baxışı ilə bayıldan .. xanımlar görməmişdi. Mir Cəlal. Sonra ikinci zərbə, üçüncü zərbə Hüseyni bayıltdı. S.Rəhman.

BAYIR (ID - 3325)

is. 1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar. - Şəhabəddin Xədicəni bayıra...

BAYIR-BACA(Q) (ID - 3326)

is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl). [Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı...

BAYIRŞƏHƏR (ID - 3327)

is. dan. Şəhərin bürcündən xaric, yaxud əsas çevrəsindən kənarda olan hissəsi.

BAYIRŞƏHƏRLİ (ID - 3328)

sif və is. dan. Bayırşəhərdə yaşayan. [Bayırşəhərdə yaşayanlara] ayaqyalın bayırşəhərli deyərdilər.
H.Sarabski.

BAYKA (ID - 3329)

is. [rus.] 1. Yundan və ya pambıqdan toxunan yumşaq xovlu parça.
Bu parçadan tikilmiş. Bayka palto.

BAYQU (ID - 3330)

is. Bayquş sözünün qədim forması. Bayqu gələr, məskən salar sənə, yar; Sən hurisən, sən pərisən mənə, yar. Aşıq Mehdi. Yığıldı bayqular, etdi viranə; Ömür oldu yaman yarı, sevgilim! Aşıq Rəcəb. Qeyr ilə yarım gedir,...

BAYQUŞ (ID - 3331)

is. 1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni...

BAYRAQ (ID - 3332)

is. Uzun və nazik bir ağacın baş tərəfmə rəbt edilmiş və adətən üzərində dövlətin, yaxud hərbi və ya ictimai təşkilatın xüsusi əlaməti - nişanı çəkilmiş bir və ya müxtəlif rəngli qumaş parçası. Parlaman üstündə...

BAYRAQÇI (ID - 3333)

b ax bayraqdar.

BAYRAQDAR (ID - 3334)

BAYRAQDAŞIYAN (ID - 3335)

bax bayraqdar. Bayraqdaşıyanlar .. bayrağı möhkəm tutmuşdular. M.S.Ordubadi.

BAYRAQLI (ID - 3336)

sif. Bayrağı olan, əlində bayraq olan. Bayraqlı əsgərlər.
// İs. mənasında. Bayraqlılar qabaqda gedirlər.

BAYRAM (ID - 3337)

is. 1. Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə. Bir May bayramı. Oktyabr bayramı.
[Qolçomaqlar] heç vaxt qəbul eləməzdi ki, qadınlar başıaçıq meydanlara çıxıb, bayram saxlasınlar. Ə.Haqverdiyev.
...

BAYRAMQABAĞI (ID - 3338)

sif. və zərf Bayrama yaxın, bayram ərəfəsində olan. Bayramqabağı ticarət. Bayramqabağı yarış. Bayramqabağı hazırlıq.

BAYRAMQURDU (ID - 3339)

is. bax məryəmqurdu.

BAYRAMLAŞMA (ID - 3340)

“Bayramlaşmaq”dan fis.

BAYRAMLAŞMAQ (ID - 3341)

qarş. Bayram münasibəti ilə bir-birini təbrik etmək, bir-biri ilə görüşmək. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Çəmənzəminli. Bayramlaşmağa gələnlər yerin azaldığını görüb, xudahafizləşib gedirdilər ki, başqa gələnlər...

BAYRAMLIQ (ID - 3342)

1. sif. Bayrama məxsus olan, bayram münasibəti ilə düzəldilmiş. Bayramlıq süfrə. Bayramlıq paltar.
2. is. Bayram hədiyyəsi, bayram payı. [Hacı Osman:] Balalar, əziz balalar, mən sizə bayramlıq nə verim? N.Vəzirov.

BAYRAMSAYAĞI (ID - 3343)

zərf Bayramda olan kimi. Ülfət Yunis və Davud ilə birlikdə gerbi maşından çıxarıb, Akademiyaya bayramsayağı bəzənmiş binaya gətirəndə, eksponatlar qəbulu bitmişdi. Mir Cəlal.

BAYRAMYEMİŞİ (ID - 3344)

is. 1. Bayramlarda süfrəyə düzülən quru meyvələr və s. şirniyyat; xuşgəbar. [Novruz bayramında] dükanların qapısı üstündən bir zəng asardılar və bayramyemişi satıldıqca o zəngi vurardılar. H.Sarabski.
2. məc. Bir-birini...

BAYRONİZM (ID - 3345)

[xüs. is. -dən] İngilis şairi Bayronun yaradıcılığı təsiri altında XIX əsrin əvvəllərində Qərbi Avropada meydana gəlmiş ədəbi cərəyan (bu cərəyanın xüsusiyyəti romantik fərdiyyətçilikdən, şair ilə cəmiyyət arasında...

BAYTAL (ID - 3346)

b ax baytar. [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib, mənim azarlıma dava adına... N.Vəzirov.

BAYTAR (ID - 3347)

is. [ər.] 1. Mal həkimi. Baytar həkim. Baytar vəzifəsi.
2. məc. dan. zar. Təbabətdən xəbəri olmadığı halda, həkimlik iddiasında olan adam və ya öz peşəsini yaxşı bilməyən həkim haqqında; yalançı həkim.

BAYTARLIQ (ID - 3348)

is. 1. Mal həkiminin işi, sənəti.
Ev heyvanları xəstəliklərinə və bu xəstəliklərin müalicə üsullarına aid olan. Baytarlıq elmi. Baytarlıq məntəqəsi. Baytarlıq fakültəsi. Baytarlıq elmləri doktoru.

BAZ (ID - 3349)

is. [fars.] Alıcı quş, tərlan, qızılquş; quş ovlamaq üçün ələ öyrədilmiş quş. Şikari aşikar eylər, görün bu baz şahbazı; Könüllər seydinə yarın gözü şahanə laçındır. Xətayi.
...baz [fars.] Bəzi isimlərin axırına...

BAZA (ID - 3350)

[əsli yun.] 1. Bünövrə, əsas, özül, bina. İqtisadi baza. - [Sumqayıtda] metallurgiyanın ilk bazası qoyulur. Mir Cəlal.
// Bir şeyin həyata keçirilməsi, yaxud fəaliyyəti üçün lazım olan maddi-texniki şəraitin məcmusu. Texniki...

BAZALT (ID - 3351)

[lat.] geol. Mürəkkəb tərkibli tünd rəngli, xırda dən-dən, yaxud sıx şəkildə olan vulkanik süxur (şüşə sənayesində, inşaat və s. işlərində istifadə olunur).

BAZAR1 (ID - 3352)

is. 1. Alış-veriş yeri. Bütün şəhər bazar, dükanları bağlayıb küçələrə çıxmışdı. M.S.Ordubadi. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal - “buy, dəli Səmədə bax! ” deyib, ona bir çürük badımcan səlbəsi...

BAZAR2 (ID - 3353)

is. Həftənin şənbədən sonra gələn günü; yekşənbə. Bazar günü. Gələn bazar sizə gələcəyəm.
□ Bazar ertəsi - həftənin bazardan sonra gələn günü; düşənbə.

BAZARBAŞI (ID - 3354)

is. Keçmişdə bazara nəzarət edən şəxs. Sevər arvadın əri ilə qaynını bazarbaşı tutub saxlayıbdır. P.Makulu.

BAZARÇA (ID - 3355)

is. Kiçik bazar. [Qoçular] gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər.
H.Sarabski.

BAZARÇI (ID - 3356)

is. məh. Bazarda, meydançada alver edən adam.

BAZAR-DÜKAN (ID - 3357)

top. Bazarlar və dükanlar. Məşədi Məmməd gündüzlər bazar-dükanı dolanıb, çayxanaları gəzərdi. B.Talıblı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed