İzahlı lüğət

BARİZ (ID - 3058)

sif. [ər.] Aşkar, aydın, əyani, qabarıq, gözəçarpan. Bariz dəlillər. - Atanın bu xasiyyətləri qızı ilə qarşılaşdığı zaman daha bariz bir şəkildə meydana çıxır. M. Arif.

BARJ (ID - 3059)

[fr.] Yastıdibli, enli, adətən yedəkdə aparılan böyük yük gəmisi. Beş motorsuz barj motorlu gəmiyə çevriləcəkdir. (Qəzetlərdən).

BARKAROLA (ID - 3060)

[ital.] Venetsiya qayıqçılarının mahnısı.
// Çalınmaq, ya oxunmaq üçün bu mahnı üslubunda yazılmış musiqi əsəri. Çaykovskinin barkarolası.

BARKAS (ID - 3061)

[holl.] Liman daxilində işləyən kiçik buxar gəmisi, yaxud mühərrikli gəmi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda, özü üçün bir barkas alıb işləməyə şüru etdi. S.M.Qənizadə....

BARKEŞ (ID - 3062)

sif. [fars.] köhn. Yükdaşıyan; yükçəkən; ağır şeyləri daşıyan, qaldıran (adətən klassik şeirdə dərdə, möhnətə, mənəvi əzablara dözən mənasında). Dərdü qəm barkeşiyəm, köhnə peşənkəm sənə nə? Aşıq Hüseyn.

BARLANMA (ID - 3063)

“Barlanmaq”dan f.is.

BARLANMAQ (ID - 3064)

f. 1. Meyvə (bar) gətirmək, məhsul gətirmək.
məh. Kiflənmək, bar bağlamaq (bax bar3

BARLI (ID - 3065)

sif. 1. Meyvəli, məhsullu, bargətirən, meyvəverən. Əlinlə qurduğun barlı bağçalar; Tufanlar qopsa da saralıb solmaz. S.Vurğun.
Gəlirli, xeyirli, mənfəətli, səmərəli.

BARMAQ (ID - 3066)

is. 1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının...

BARMAQARASI (ID - 3067)

barmaqarası baxmaq fikir verməmək, saymamaq, xor baxmaq, əhəmiyyət verməmək, laqeyd baxmaq.

BARMAQCIQ (ID - 3068)

“Barmaq”dan kiç.

BARMAQCIL (ID - 3069)

is. 1. Barmağa taxılan bəzək şeyləri (üzük).
2. Bax barmaqçalıq.

BARMAQÇA (ID - 3070)

b ax barmaqçalıq.

BARMAQÇALIQ (ID - 3071)

is. 1. Bax barmaqlıq
2. Qaşsız üzük (keçmişdə baş barmağa taxardılar).

BARMAQHESABI (ID - 3072)

dan. 1. sif. Barmaqla sayılan, hesablanan. Barmaqhesabı hesablamaq.
□ Barmaqhesabı göstərmək - hesabda aldatmaq, kələk gəlmək.
is. Heca vəzninin danışıqda işlənən adı.

BARMAQLAMA (ID - 3073)

“Barmaqlamaq”dan f.is.

BARMAQLAMAQ (ID - 3074)

f Barmağını toxundurmaq, barmağını batırmaq; barmaqla götürüb yemək. Uşaqlar balı barmaqlaya-barmaqlaya (z.) qurtardılar.

BARMAQLANMAQ (ID - 3075)

“Barmaqlamaq”dan məch.

BARMAQLI (ID - 3076)

sif. Barmaqları olan. Barmaqlı əlcək.

BARMAQLIQ (ID - 3077)

is. 1. Ağacdan, dəmirdən və ya məftildən qayırılmış tor, hörgü. Pəncərə barmaqlığı. Balkon barmaqlığı. Bağça barmaqlığı. - [Fərhad] cəld ayağa durub, dəmir barmaqlığa yanaşdı. M.Hüseyn. Dayadıq alnımızı dəmir barmaqlıqlara;...

BARMAQSIZ (ID - 3078)

sif. Barmağı, yaxud barmaqları olmayan. Barmaqsız əl.

BARMAQVARİ (ID - 3079)

sif. Barmağa oxşayan, barmağa bənzər.

BAROKKO (ID - 3080)

[ital.] XVI-XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu.

BAROQRAF (ID - 3081)

[yun.] Öz-özünə yazan barometr; hava təzyiqini avtomatik surətdə və arasıkəsilmədən qeyd edən cihaz.

BAROMETR (ID - 3082)

[yun.] Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz. Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına...

BAROMETRIK (ID - 3083)

sif. 1. Barometr ilə ölçülən (müəyyən edilən). Barometrik təzyiq.
Hava təzyiqinə aid və onunla əlaqədar olan.

BARON (ID - 3084)

[fr.] Qərbi Avropada və bolşevik inqilabına qədər Rusiyada qrafdan aşağı zadəgan rütbəsi və bu rütbənin sahibi olan adam. Piqasov Rudinə müraciətlə sözə başladı: - İcazə verin, soruşum, cənab baronun göndərdiyi məqalənin...

BARONESSA (ID - 3085)

[fr.] Baron arvadı, ya qızı.

BARONLUQ (ID - 3086)

is. Baron rütbəsi.

BARRİKADA (ID - 3087)

[fr.] Küçə vuruşmasında inqilabi kütlələrin müxtəlif iri şeylərdən (şalban, içi torpaqla dolu kisələr, daş, ağac və s.-dən) düzəltdikləri səngər; küçə səngəri. Barrikada vuruşmaları. Barrikada düzəltmək. - Barrikadaları...

BARSIZ (ID - 3088)

sif. 1. Meyvəsiz, məhsulsuz. Barsız ağaca daş atmazlar. (Ata. sözü).
2. məc. Səmərəsiz, xeyirsiz, faydasız.

BARSIZLIQ (ID - 3089)

is. 1. Meyvəsizlik, məhsulsuzluq.
2. məc. Səmərəsizlik, xeyirsizlik, faydasızlıq.

BARVERİCİ (ID - 3090)

sif. Meyvə verən, bar verən, bəhər verən, məhsuldar.

BAS (ID - 3091)

[ital.] mus. 1. Ən bəm kişi səsi.
// Belə səsi olan müğənni.
Çoxsəsli musiqi əsərinin ən alçaq səslə ifa edilən hissəsi.
Ən aşağı registrdə səslənən musiqi alətləri.
// Musiqi alətinin aşağı səs çıxaran...

BASABAS (ID - 3092)

is. Basırıq, qələbəlik, tünlük; sıxıntıda bir-birini yana basma, sıxma, sıxcalama. Axşam saat on birdə Məşədi Kazım ağa gəldi, basabasda başmağının bir tayı ilə bərabər börkünü itirmişdi. M.S.Ordubadi. Vaqonlarda basabas...

BASARAT (ID - 3093)

dan. bax bəsirət.
□ Basaratı bağlanmaq - görə bilməmək, seçə bilməmək, duya bilməmək; qafil olmaq, həqiqəti görməmək.

BASBAS (ID - 3094)

is. məh. Yaş meyvələri, ya yağlı dənləri sıxıb, suyunu və ya yağmı çıxaran alət; çənçərə.

BAS-BOŞ (ID - 3095)

is. xüs. Neft quyuları qazıldığı və ya təmir edildiyi zaman boru, ştanq və s.-ni quyuya endirib qaldırma prosesini bildirən söz, istilah. Yoxlayıcının quyuda işləməsi qazıma borularının bas-boş edilməsi ilə və içərisinə metal...

BASDA(LA)MA (ID - 3096)

“Basda(la)maq”dan f.is.

BASDA(LA)MAQ (ID - 3097)

dan. b ax basmaq 2-ci mənada. [Şofer] lakin Xəlildən cavab almayıb, onu basdalamaq istəyirmiş kimi, maşını düz onun üstünə sürdü. M.Hüseyn.

BASDALANMAQ (ID - 3098)

bax basılmaq.

BASDI-KEÇDİ (ID - 3099)

is. dan. Zorbazorluq, hərkihərkilik, qanunsuzluq, başlı-başmalıq.

BASDI-KƏSDİ (ID - 3100)

is. Yalandan özünü qoçaq, igid göstərmə; gop, gopçuluq.

BASDIRIQ (ID - 3101)

is. dan. 1. Bax basırıq.
2. Dar gün üçün gizlədilmiş pul, şey və s. O deyir ki, gec-tez mülklərinin hamısını qaytaracaqlar, heç qaytarmasınlar. Basdırığım sağ olsun.. N.Vəzirov.

BASDIRILMA (ID - 3102)

“Basdırılmaq”dan f.is.

BASDIRILMAQ (ID - 3103)

“Basdırmaq”dan məch.

BASDIRMA1 (ID - 3104)

is. 1. “Basdırmaq”dan f.is.
2. Soğan, istiot və duza qoyulmuş ət və bu ətdən hazırlanan xörək.
// Ümumiyyətlə, qovrulub, ehtiyat üçün qışa saxlanılan ət.

BASDIRMA2 (ID - 3105)

is. məh. Doqqazların yan tərəfində yerə basdırılan deşikli ağac.

BASDIRMAQ (ID - 3106)

f 1. Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. - [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.
Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. - Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə...

BASDIRMIŞ (ID - 3107)

“Basdırmaq”dan f.sif.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed