İzahlı lüğət

B (ID - 2508)

Azərbaycan əlifbasının ikinci hərfi. bax be.

BA (ID - 2509)

nida. 1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir. Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı? - [Ağa Kərim:] Ba! Bir adam fikrimə düşdü, əgər razı ola. M.F.Axundzadə.
// Bəzən söylənilən...

BAB1 (ID - 2510)

is. [ər.] köhn. 1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
tənt....

BAB2 (ID - 2511)

is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan...

BAB3 (ID - 2512)

bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.

BABA (ID - 2513)

is. 1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
Bəzi yerlərdə ataya deyilir.
Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun.
...

BABACAN (ID - 2514)

is. Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət. Babacan, bir az oturub dincinizi alın.
// Ataya müraciət. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu:
Ağlama, babacan! M.Ə.Sabir.

BABADANQALMA (ID - 2515)

sif. 1. İrs, miras. Babadanqalma ev.
2. məc. Çox köhnə, qədim, vaxtı keçmiş. Babadanqalma üsullarla işləmək olmaz.

BABAL (ID - 2516)

bax vəbal. Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı. R.Rza.

BABALIQ (ID - 2517)

is. 1. Ögey baba.
2. Babanın nəvələri üzərindəki haqqı.
// Baba ilə nəvəsi arasındakı qan qohumluğu.

BABASİL (ID - 2518)

is. [ər.] tib. Düzbağırsağın aşağı hissəsindəki qan damarlarının şişməsi nəticəsində tez-tez qanayan düyünlərin əmələ gəlməsindən ibarət xəstəlik. Babasil, düzbağırsaq venalarında qan durğunluğundan irəli gəlir.

BABASİLLİ (ID - 2519)

sif. Babasil xəstəliyi olan.

BABAT (ID - 2520)

sif. və zərf Orta keyfiyyətli, miyanə, orta həddə yaxın, nə çox yaxşı, nə də çox pis. Babat şey. - [Cavad bəy:] Ruzgarım bir növ babat keçir, hacı. N.Vəzirov. [Pərinin] əlahiddə bir gözəlliyi də yox idi, amma beləcə babat...

BABATCA (ID - 2521)

zərf bax babat.

BABATLAŞDIRILMA (ID - 2522)

“Babatlaşdınlmaq”dan f.is.

BABATLAŞDIRILMAQ (ID - 2523)

məch. Babat hala salınmaq, bir qədər yaxşılaşdırılmaq.

BABATLAŞDIRMA (ID - 2524)

“Babatlaşdırmaq”dan f.is.

BABATLAŞDIRMAQ (ID - 2525)

f Bir qədər yaxşılaşdırmaq.

BABATLAŞMA (ID - 2526)

“Babatlaşmaq”dan f.is.

BABATLAŞMAQ (ID - 2527)

BABATLIQ (ID - 2528)

is. Babat şeyin halı.

BABAY (ID - 2529)

is. Uşaq dilində: qoca, saqqallı kişi (adətən balaca uşaqları qorxutmaq üçün söylənir).

BABAYİ-ƏMİR (ID - 2530)

is. [xüs. is.-dən] Çoxbilmiş, söz altında qalmayan adam.

BABƏKİLƏR (ID - 2531)

cəm [xüs. is.-dən] tar. XI əsrdə Babəkin başçılığı ilə ərəb istilaçılarına qarşı mübarizə aparmış Babək tərəfdarları.

BABƏT1 (ID - 2532)

[fars.] bax babat.

BABƏT2 (ID - 2533)

[fars.] köhn. 1. Təhər, hal, vəziyyət, keyfiyyət. Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur. M.P.Vaqif.
Adətən yerlik və çıxışlıq halında ...cəhətdən, ...barədə. Bəlkə öz-özünə düşünə...

BABİ, BABI (ID - 2534)

is. [xüs. is.-dən] 1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli
Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə...

BABİLİK, BABILIQ (ID - 2535)

is. [xüs. is.-dən]
Babi məzhəbi; XIX əsrin ortalarında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd adlı bir şəxs tərəfindən təsis edilmiş dini təriqət.
// Babi məzhəbinə mənsubiyyət.
2. məc. Dinsizlik, kafirlik...

BABİLLİLƏR (ID - 2536)

cəm, tar. Qabaq Asiyada ən qədim (e.ə. V-I əsrlərdə) dövlətlərdən biri olan Babilistanm əhalisi.

BABİZM (ID - 2537)

b ax babilik.

BABLAŞMA (ID - 2538)

“Bablaşmaq”dan f.is.

BABLAŞMAQ (ID - 2539)

f. Bab olmaq, tay olmaq, uyğunlaşmaq.

BAC (ID - 2540)

is. [fars.] köhn. 1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alman rüsum, vergi. Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “Koroğlu”.
// Ümumiyyətlə, vergi.
// Məc. mənada....

BACA (ID - 2541)

is. 1. Tüstü çıxmaq üçün ocağın üstündə kərpicdən hörülən və ya dəmirdən qayrılan içi boş boru. Evin bacası. Fabrik bacası. - Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman. A.Səhhət. Gecədən xeyli keçmiş bacadan gumbultu...

BACA-BACA (ID - 2542)

is. Köhnə məişətdə: Novruz bayramı axşamı qapı-qapı dolaşıb bayramlıq pay almaq adəti; qodu-qodu.

BACAQ (ID - 2543)

is. Qıç. Heyvancıqlar .. bacaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq.

BACAQLI (ID - 2544)

is. köhn. Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar). Şəhrəbanı xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır. M.F.Axundzadə. Oğlan...

BACALI (ID - 2545)

sif Bacası, ya bacaları olan. Bacalı ev.

BACALIQ (ID - 2546)

is. Damda baca üçün hazırlanmış yer.

BACANAQ (ID - 2547)

is. Bacıların ərlərinin birbirinə qohumluq münasibəti. Nə olar ki, bacanaq bacanağın evinə getməsə, daha hara getmək olar? S.Rəhimov. [Babaxanın] dili güclə söz tutdu: - Yoldaş, o mənim bacanağımdır. Mir Cəlal.

BACARAN (ID - 2548)

fsif Qabiliyyətli, başı çıxan, iş görə bilən, əlindən iş gələn, bir işin öhdəsindən gələn. Bacarana baş (can) qurban. (Ata. sözü).

BACARIQ (ID - 2549)

is. Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti, təcrübə. Hər işdə bacarıq lazımdır. Onun heç bir bacarığı yoxdur. - İnsan öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail ola bilər....

BACARIQLI (ID - 2550)

sif İstedadlı, qabiliyyətli, əlindən iş gələn, iş yaradan, təcrübəli. Bacarıqlı adam. Bacarıqlı usta.

BACARIQLI(LI)Q (ID - 2551)

is. Bacarıqlı adamın xüsusiyyəti. Hüseynqulunun mahirliyini və bacarıqlığını görən başqa bir tacir, onu öz yanında faytonçu durmağa dəvət edir. H.Sarabski.

BACARIQSIZ (ID - 2552)

sif Bacarığı olmayan, əlindən iş gəlməyən, qabiliyyətsiz, təcrübəsiz, aciz. Bacarıqsız adam.

BACARIQSIZLIQ (ID - 2553)

is. Bacarığı olmama, əlindən iş gəlməmə, qabiliyyətsizlik, təcrübəsizlik, acizlik. ..[Kor kişinin] əlbisəsinin tərzi, biçimi - avamlığını; yerişi - gözsüzlüyünü; üzünün xətləri - aciz və bacarıqsızlığını andırırdı....

BACARMA (ID - 2554)

“Bacarmaq”dan fis.

BACARMAQ (ID - 2555)

f Əlindən gəlmək, görə bilmək, bir işi görməyə qabiliyyəti, iqtidarı olmaq, öhdəsindən gələ bilmək, müvəffəq olmaq. İş görməyi bacarmırsan. Şahmat oynamağı bacarmıram. - Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb...

BACARMAZ (ID - 2556)

sif və is. Bacarmayan, əlindən iş gəlməyən, bir işə iqtidarı olmayan adam. Bacarmaza iş tapşırma.

BACARMA(MA)ZLIQ (ID - 2557)

is. Bacarmama, əlindən iş gəlməmə; qabiliyyətsizlik.

Bu səhifə dəfə baxılıb

......