İzahlı lüğət

QORLAŞMAQ (ID - 25900)

bax qorlanmaq 1-ci mənada.

QORLATMAQ (ID - 25901)

b a x qorlamaq 1-ci mənada.

QORLU (ID - 25902)

sif. 1. İçində qor olan, qoru olan. Qorlu küldə bişmiş kartof. Qorlu kösöv.
2. məc. Sağalmamış, ağrıdıcı, göynəyən. Bu sözdən elə bil Həsənin qorlu yarasının üstünə köz basdırıldı. A.Şaiq.

QORODNİÇİ (ID - 25903)

[rus. городничий] tar. bax qalabəyi.

QORODOVOY (ID - 25904)

[rus.] tar. Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri. Axırı lap naəlac qalıb getdim bir qorodovoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə. C.Məmmədquluzadə. [Gülcahan:] A kişi, yoxsa .. qorodovoydan...

QORUQ (ID - 25905)

is. 1. Təbii-tarixi əhəmiyyəti olan bitki, heyvan və s. cinslərini qoruyub saxlamaq məqsədi ilə hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer, meşə və s.
Əkilmiş yerlər (əkin, bostan, tarla, otlaq və s.). ..Cökə...

QORUQÇU (ID - 25906)

is. Əkin, tarla, meşə, bostan və s. qarovulçusu; gözətçi, mühafizəçi. [Qəmər:] Baba, təzə qoruqçunu aparım, bostana buraxım. S.S.Axundov. Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin...

QORUQÇULUQ (ID - 25907)

is. Qoruqçu vəzifəsi, qoruqçunun peşəsi, işi.

QORUQ-QAYTAQ (ID - 25908)

is. dan. Hədd-hüdud, çərçivə, ədəb dairəsi, nəzakət.

QORUQ-QAYTAQSIZ (ID - 25909)

sif. və zərf Həddhüdud bilməyən, danışığını, hərəkətini bilməyən; ədəbsiz, nəzakətsiz. O, qızışdığı vaxt .. qoruq-qaytaqsız danışırdı. Ə.Əbülhəsən.

QORUMA (ID - 25910)

"Qorumaq” dan f.is.

QORUMAQ (ID - 25911)

f. 1. Hücumdan, təhlükədən, zərbədən, düşməncə qəsdlərdən və s.-dən mühafizə etmək, müdafiə etmək, təhlükəsizliyini təmin etmək. Vətəni qorumaq. Ölkənin hüdudlarını qorumaq. - [Yasavulbaşı] .. tez-tez atını sürüb...

QORUNMA (ID - 25912)

“Qorunmaq” dan f.is. Qorunma tədbirləri.

QORUNMAQ (ID - 25913)

1. qayıd. Hücumdan, zərbədən və s.-dən özünü qorumaq, özünü müdafiə etmək. Düşməndən qorunmaq. // Özünü gözləmək, özünü mühafizə etmək, saxlamaq. Qripdən qorunmaq. Yağışdan qorunmaq.
2. “Qorumaq” dan məch.

QORUT (ID - 25914)

bax qovut. ..Dumada danışmaq niyə lazımdı? O qədər orada çərən-pərən danışan var ki, heç ağızlarına qorut verən yoxdur. “Mol. Nəsr.”

QORUYUCU (ID - 25915)

sif. Bir şeydən qoruyan, bir şeyin qabağını alan, saxlayan, mühafizə edən. Qoruyucu tədbirlər. Qripdən qoruyucu dərmanlar. Qoruyucu gözlük. Seldən qoruyucu sədlər. Qoruyucu meşə zolaqları. // is. Qoruyan mexanizm, cihaz, qurğu və...

QOŞA (ID - 25916)

1. sif. Cüt, iki dənə, bir cüt. Qoşa qala qapısı. Qoşa buynuz. Qoşa tir. // Yanyana duran. Hətəm qoşa qarağacın dibinə düşən kölgəyə baxırdı. Ə.Əbülhəsən.
zərf İkisi bir yerdə, ikisi yan-yana; birgə, bərabər, birlikdə,...

QOŞAATLI (ID - 25917)

sif. Bir cüt at qoşulmuş, ikiatlı. Qoşaatlı fayton.

QOŞABUTA (ID - 25918)

QOŞABUYNUZ(LU) (ID - 25919)

sif. Cütbuynuzlu, cüt buynuzu olan. Qoşabuynuzlu öküz. - Qoşabuynuz bu keçi; O sayılır fermada; Qoyunların erkəci. M.Dilbazi.

QOŞACİBLİ (ID - 25920)

sif. Qoşa cibi olan, paltarının hər iki tərəfində cibi olan. Dilman .. həmişə qoşacibli frenç geyməyi sevən ucaboylu bir adamdı. M.Hüseyn.

QOŞADIRNAQLI (ID - 25921)

sif. zool. Qoşa dırnağı olan.

QOŞADIRNAQLILAR (ID - 25922)

cəm zool. Eyni dərəcədə inkişaf etmiş qoşa dırnağı olan məməli heyvanlar dəstəsi.

QOŞADODAQ (ID - 25923)

sif. Üst dodağı yarıq olan (dəvə, dovşan və b.k. heyvanlar haqqında).

QOŞAGÖRƏN (ID - 25924)

sif. dan. Çaş, çəpgöz, bir şeyi iki görən.

QOŞAGÖRMƏ (ID - 25925)

is. dan. Çaşlıq, çəpgözlük; bir şeyi iki görməkdən ibarət göz nöqsanı.

QOŞAQ (ID - 25926)

zərf Qoşa halda, ikisi bir yerdə olduğu halda, birgə.

QOŞAQANAD(LI) (ID - 25927)

sif. 1. Cüt qanadı olan, iki qanadı olan. Qoşaqanadlı təyyarə.
İki taydan ibarət olan. Qoşaqanad qapı.

QOŞALAMA (ID - 25928)

"Qoşalamaq” dan f.is.

QOŞALAMAQ (ID - 25929)

QOŞALANMAQ (ID - 25930)

bax qoşalaşmaq.

QOŞALAŞDIRILMA (ID - 25931)

"Qoşalaşdırılmaq” dan f.is.

QOŞALAŞDIRILMAQ (ID - 25932)

məch. Qoşa edilmək, cüt edilmək; ikiləşdirilmək, cütləşdirilmək.

QOŞALAŞDIRMA (ID - 25933)

"Qoşalaşdırmaq” dan f.is.

QOŞALAŞDIRMAQ (ID - 25934)

f. Qoşa etmək, cüt etmək; ikiləşdirmək, cütləşdirmək; cüt-cüt etmək, cüt-cüt qoymaq. // bax qoşalamaq
ci mənada. Zabit heç söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi....

QOŞALAŞMA (ID - 25935)

“Qoşalaşmaq” dan f.is.

QOŞALAŞMAQ (ID - 25936)

f. Qoşa olmaq, cüt olmaq; cütləşmək, ikiləşmək. // Bir-birinə yanaşı olmaq, bir-birinin yanında durmaq. İki yoldaş qoşalaşıb gedirlər.

QOŞALATMA (ID - 25937)

"Qoşalatmaq” dan f.is.

QOŞALATMAQ (ID - 25938)

icb. 1. Bir şeyi ikiləşdirtmək, cütləşdirtmək, qoşa və taylı etdirmək.
Yan-yana qoydurmaq, bir-birinə yanaşdırmaq.

QOŞALÜLƏ (ID - 25939)

is. İki lüləsi olan tüfəng, ya tapança. [Qəmər:] Piri baba meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə Şəmsi bəy nəzakətlə qoşalüləsini çiynindən çıxar(dı).. S.S.Axundov. O, maşının dayanmasını gözləyib,...

QOŞASƏSLİ (ID - 25940)

sif. dilç. Yan-yana iki səsli olan. Qoşasəsli söz.

QOŞAŞDIRMAQ (ID - 25941)

f. Qoşa çapmaq, qaçışdırmaq, yarışdırmaq (atları). [İsrafil] yaşlı və təcrübəli minicilərlə at qoşaşdırmağı belə bacarırdı. M.Hüseyn.

QOŞAŞMAQ (ID - 25942)

f. Qoşa yüyürmək, qaçışmaq, yarışmaq.

QOŞAYARPAQ (ID - 25943)

is. 1. Bitkinin yenicə göyərərək qoşa yarpaq açması. □ Qoşayarpaq olmaq - yenicə göyərmək, cücərmək, ilk qoşa yarpağı görünmək. Pambıq qoşayarpaq olanda becərmə işləri qızğın gedirdi. Ə.Vəliyev.
2. folk. İki misradan...

QOŞAYELƏN (ID - 25944)

sif. məh. Qoşa haşiyəli, cüthaşiyəli. Başına altdan balaca ipək dəsmal örtdü, sonra qoşayelən qara ipək kəlağayını bağladı. Ə.Vəliyev.

QOŞAYELKƏN(Lİ) (ID - 25945)

sif. İki yelkəni olan, cütyelkənli. Qoşayelkənli qayıq.

QOŞDURMA (ID - 25946)

"Qoşdurmaq” dan f.is.

QOŞDURMAQ (ID - 25947)

“Qoşmaq” dan icb. Öküzləri kotana qoşdurmaq. Atları arabaya qoşdurmaq. Vaqonları parovoza qoşdurmaq. [Şəmsi bəy:] Ana, siz də hazır olun, mən də gedim faytonu qoşdurum. S.S.Axundov.

QOŞDURULMA (ID - 25948)

"Qoşdurulmaq” dan f.is.

QOŞDURULMAQ (ID - 25949)

"Qoşdurmaq” dan məch.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed