İzahlı lüğət

K (ID - 20010)

Azərbaycan əlifbasının on altıncı hərfi. bax ke.

KABAB (ID - 20011)

is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). - Kababı köz öldürər; İgidi söz öldürər....

KABABÇI (ID - 20012)

is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə.Haqverdiyev. // Sif. mənasında. Kababçı dükanı.

KABABÇILIQ (ID - 20013)

is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə - çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.

KABABÇİLOV (ID - 20014)

is. Xuruşu kabab olan çilov. Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni kababçilova qonaq etdi. Qantəmir.

KABABXANA (ID - 20015)

is. [ər. kəbab və fars. ...xanə] Kabab bişirilib satılan ictimai iaşə müəssisəsi. Piri maşını gölün qırağındakı kababxananın qabağında saxladı. İ.Məlikzadə.

KABABLI (ID - 20016)

sif Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan. [Yarməmməd:] Möhtərəm sədrin kabablı çörəkdən xoşu gəlir. M.İbrahimov.

KABABLIQ (ID - 20017)

sif Kabab bişirmək üçün yarayan. Kabablıq ət. - [Qəmər:] Əti kabablıq (z.) doğrayıb duzlayacaqsan. S.S.Axundov. [Mirzə Qulam:] Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver! Mir Cəlal.

KABALİSTİKA (ID - 20018)

is. [qədim yəhudi dilində
rəvayət] 1. Mistik təsəvvürlər və mərasimlər.
2. məc. Anlaşılmaz, dolaşıq, müəmmalı.

KABARDALI (ID - 20019)

köhn. bax kabardin. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı kabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli.

KABARDİN (ID - 20020)

is. Kabarda-Balkariyanm əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsubadam. Kabardin dili. Kabardin ədəbiyyatı.

KABARDİNCƏ (ID - 20021)

sif və zərf Kabardin dilində. Kabardincə kitab. Kabardincə danışmaq.

KABARE (ID - 20022)

[fr.] Estradası olan restoran, kafe.

KABEL (ID - 20023)

[holl.] Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil. Elektrik kabeli. Dəniz teleqraf kabeli. Telefon kabeli. Sualtı kabel.

KABİNET (ID - 20024)

[fr.] 1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Ə.Haqverdiyev. Sərdar Rəşid.. kabineti boşaltdı. M.S.Ordubadi. İdarə və müəssisələrdə məsul şəxslərin...

KABİNETÇİLİK (ID - 20025)

is. isteh. Canlı həyatdan uzaq düşmə; kabinetdə qapanıb real həyatdan xəbərsiz qalma, mücərrədliyə meyil; nəzəriyyəbazlıq.

KABİNƏ (ID - 20026)

[fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. - Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə...

KABİNKA (ID - 20027)

[rus.] Kiçik kabinə (1-ci mənada). [Fərman] indi ekskavatorun kabinkasında oturaraq, iri maşını hərlədiyi halda, qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırırdı. Ə.Sadıq. Cuma kabinkada şofer qızı da gördü....

KABOTAJ (ID - 20028)

[fr.] dəniz. Hər hansı dövlətin bir dənizdəki sahilboyu gəmiçiliyi.

KABOTAJÇI (ID - 20029)

is. dəniz. Kabotaj gəmisində işləyən dənizçi.

KABRİOLET (ID - 20030)

is. [fr.] Biratlı, sürətli, ikitəkərli, yüngül araba.
2. Açılıb-örtülən yüngül avtomobilin örtüklü kuzovu.

KABUS (ID - 20031)

is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Kölgə. Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. Vahabzadə. // Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və...

KADET1 (ID - 20032)

[fr.] Çar Rusiyasında: qapalı orta hərbi məktəb müdavimi. Hələ baqidir yerində; Köhnə qaydalar, adətlər; Hələ küncbucaq gəzir; Yunkerlər, kadetlər. R.Rza. Kadet korpusu - 1918-ci il inqilabından qabaqkı Rusiyada: zadəgan oğlanlarını...

KADET2 (ID - 20033)

[rus.] 1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü, ya tərəfdarı.

KADMİUM (ID - 20034)

[lat.] kim. 1. Sink filizlərinin tərkibində olan gümüşü-ağ yüngül metal; kimyəvi element.
2. Müxtəlif çalarları olan süni sarı boya.

KADR1 (ID - 20035)

[fr.] Kino və ya fotolentində ayrı-ayrı şəkil, səhnə. Kinolentində şəkil hərəkətsiz kadrlardan ibarətdir. // Kinofilmindən ayrıca bir səhnə, epizod.

KADR2 (ID - 20036)

[fr.] 1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. Ordu kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən...

KADRİL (ID - 20037)

[fr.] Cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi. Arkadi kənara çəkildisə də, hey Odinsovaya baxır və kadril oynadıqları zaman belə gözünü ondan çəkmirdi. Turgenevdən.

KAFE (ID - 20038)

KAFEDRA (ID - 20039)

[yun.] 1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü. Salonu ağzına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi. Mir Cəlal.
2. Ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan...

KAFEL (ID - 20040)

[alm.] 1. Üzərinə şir çəkilmiş çox nazik kərpic; kaşı. Kafel zavodu. Kafel ustası. - [Dadaşov:] Bilirəm ki, rayonda neçə adama kafel, parket filan satıb... I.Məlikzadə.
2. Kafel vurulmuş, üzərinə kafel çəkilmiş; kafeli olan....

KAFELÇİ (ID - 20041)

is. xüs. 1. Kafel hazırlayan, kafel qayıran usta, fəhlə. Kafel (kaşı) çəkən usta.

KAFELLİ (ID - 20042)

sif Üzünə kafel (kaşı) çəkilmiş. Kafelli divar. Kafelli mətbəx.

KAFEŞANTAN (ID - 20043)

KAFƏR (ID - 20044)

klas. bax kafir. Səni qoyub, bütə eylər ibadətin kafər; Əzabi-duzəxə ol vəchdən olur qabil. Füzuli. Bu qarə gün ki mənim başıma hicrində gəlib; Həqq nəsib eyləməsin kafərə, ey badi-səba! S.Ə.Şirvani. Bayram günü islam olan...

KAFİ (ID - 20045)

sif [ər. ] 1. Kifayət edən, bəs edən, tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ. // Zərf mənasında. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Qafar:]...

KAFİLİK (ID - 20046)

is. Kifayət etmə, kafi olma; bəslik.

KAFİR (ID - 20047)

sif. [ər.] 1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. // Is. mənasında. Kafır olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar. □ Kafir olmaq - başqa dinə...

KAFİRCƏSİNƏ (ID - 20048)

zərfi İnsafsızcasına, zalımcasına.

KAFİRLİK (ID - 20049)

is. 1. Allahı inkar etmə; müşriklik, dinsizlik, küfr.
2. məc. dan. Zalımlıq, insafsızlıq mənasında.

KAFTAN (ID - 20050)

is. köhn. Uzunətəkli qədim kəndli paltarı; don. Cəfər Bərməki məclislərinin daimi iştirakçısı olan xorasanlı əyanlar qara kaftanlarını çıxardıb kimi ağ, kimi yaşıl geyindi. Ə.Məmmədxanlı.

KAFTANLI (ID - 20051)

sif. köhn. Əyninə kaftan geymiş. Kaftanlı kəndli.

KAFTAR (ID - 20052)

is. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən. [Pəri nənə:] ..Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.
2. məc. dan....

KAFTARKUS (ID - 20053)

1. B a x kaftar 2-ci mənada. [Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu Alagöz qızın üstünə xoruzlanır? S.Rəhimov.
is. Keçmişdə el arasında məzhəkəli oyun növü.

KAFTARLAŞMA (ID - 20054)

"Kaftarlaşmaq” dan f.is.

KAFTARLAŞMAQ (ID - 20055)

f dan. Qocalmaq, qocalıqdan siması dəyişmək, qocalıb əldən düşmək.

KAFTARLIQ (ID - 20056)

is. dan. Qocalıq, qocalıb əldən düşmə.

KAFUR (ID - 20057)

is. [ər.] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. Kafur ağacı - Çin, Yaponiya və Hindistan kimi Asiya ölkələrində bitən, dəfnəyə bənzər həmişəyaşıl ağac....

KAFURİ (ID - 20058)

sif [ər.] Kafura aid olan, tərkibində kafur olan.

KAĞIZ (ID - 20059)

is. 1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. - Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə....

Bu səhifə dəfə baxılıb

......