İzahlı lüğət

İQTİBAS (ID - 18590)

is. [ər.] Bir sözü, cümləni və ya fikri eynilə və ya məzmunca başqasının əsərindən alma, götürmə. □ Iqtibas etmək
götürmək, almaq (fikri, sözü və s).

İQTİDAR (ID - 18591)

is. [ər.] 1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır. - Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanla gətirildiyi üçün, bu “ölüm hücrələrinin “keşiyi zəifdi....

İQTİDARLI (ID - 18592)

sif. 1. İqtidarı olan, gücü çatan; güclü, qüvvətli.
2. Bacarıqlı, qabiliyyətli, qüvvətli. Iqtidarlı yazıçı. - “Məktubati-Şeyda bəy “sərlövhəsi ilə yazdığı “Müəllimlər iftixarı “və “Gəlinlər həmayili”...

İQTİDARSIZ (ID - 18593)

sif. İqtidarı olmayan, gücü çatmayan; qüvvətsiz, gücsüz. // Bacarıqsız.

İQTİDARSIZLIQ (ID - 18594)

is. Qüvvətsizlik, gücsüzlük. // Bacarıqsızlıq.

İQTİSAD (ID - 18595)

is. [ər.] bax iqtisadiyyat 1-ci mənada. Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. M.S.Ordubadi. □ Siyasi iqtisad bəşər cəmiyyəti inkişafının müxtəlif pillələrində ictimai istehsalı və onun paylaşdırılması qanunlarını...

İQTİSADÇI (ID - 18596)

is. 1. Bax iqtisadiyyatçı.
tar. siyasi. İqtisadçılıq tərəfdarı (bax iqtisadçılıq).

İQTİSADÇILIQ (ID - 18597)

is. tar. siyasi. XIX əsrin axırlarında - XX əsrin əvvəllərində Rusiya sosial-demokrat hərəkatında opportunist cərəyan (bu cərəyan tərəfdarlarının fikrincə, fəhlə sinfi ancaq öz iqtisadi vəziyyətini yaxşılaşdır maq uğrunda...

İQTİSADİ (ID - 18598)

sif. İqtisadiyyatla bağlı olan, təsərrüfata aid olan. Ölkələr arasında iqtisadi əlaqə. Iqtisadi məsələ. Iqtisadi böhran. Iqtisadi qanunlar. Iqtisadi həyat. - “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi...

İQTİSADİYYAT (ID - 18599)

is. [ər. “iqtisad” dan]
Hər hansı bir ictimai quruluşun, cəmiyyətin istehsal qüvvələrinin inkişafına uyğun olan istehsal münasibətlərinin məcmusu. İqtisadiyyatımızın durmadan tərəqqisi mədəniyyətimizin misilsiz yüksəlməsinə...

İQTİSADİYYATÇI (ID - 18600)

is. İqtisadiyyat, iqtisadiyyat elmləri mütəxəssisi.

İQTİZA (ID - 18601)

is. [ər.] klas. Lüzum, lazım olma, zəruriyyət, vaciblik. // Ehtiyac, hacət. Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan. Füzuli. □ İqtiza etmək - 1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq. Aciz, yazıq...

İQTİZASINCA (ID - 18602)

zərf klas. Tələbinə görə, bacarığına görə, ehtiyacına görə. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara öz halidilini ərz qılır. F.Köçərli.

İL (ID - 18603)

is. 1. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1dən başlayaraq hesablanan 12 aylıq dövr). Yerin günəş ətrafında tam hərəkəti bir il çəkir. Bir ilin uzunluğu 365 və ya 366 gündür. İlin hər fəslinin...

İLAC (ID - 18604)

klas. bax əlac. Çak görüb köksümü, qılma ilacım, təbib; Zaye olar mərhəmin, məndə bitər yarə yox. Füzuli. Kimsənədən olmadı dərdinə, Seyyid, ilac; Eyləmə hər nakəsə halını əfsanə ərz. S.Ə.Şirvani. Vazeh bu ki xəstədir...

İLACSIZLIQ (ID - 18605)

bax əlacsızlıq. Güllər .. acı bir ilacsızlıq içində qalıb, pianinosunun arxasına keçirdi. İ.Əfəndiyev. [Bülənd] ilacsızlıqla (z.) Çimnaza və Nazlıya baxdı. Ə.Əbülhəsən.

İLAHƏ (ID - 18606)

is. [ər.] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza “adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli....

İLAHİ (ID - 18607)

sif din. [ər.] 1. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. Ilahi hikmətlər xəzinəsi. - [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı, Xumar; Həp mələklər olur pərəstişkar. H.Cavid.
is....

İLAHİ (ID - 18608)

nida. Ey Allah, ay Allah (Allaha xitab, yalvarış). Ilahi, bülbülə olsun həmişə gül həmdəm; Müdam o xəstə dilin gülşəni, baharı ola. S.Ə.Şirvani. Daşqəlbli insanları neylərdin, ilahi? M.Ə.Sabir. Qəmin əlində, ilahi, dönüb...

İLAHİLƏŞDİRİLMƏ (ID - 18609)

“İlahiləşdirilmək’dən f.is.

İLAHİLƏŞDİRİLMƏK (ID - 18610)

məch. Xariqüladə, ilahi bir qüvvə edilmək, Allah sifəti verilmək, Allah sayılmaq. // Allah kimi yüksəldilmək, təqdis edilmək, Allah kimi qarşısında səcdə edilmək. Təbiət güclərinin ilahiləşdirilməsi. - Ilahiləşdirilmiş, mələk...

İLAHİLƏŞDİRMƏ (ID - 18611)

“İlahiləşdirmək” dən

İLAHİLƏŞDİRMƏK (ID - 18612)

f. Allah saymaq, Allah sifəti vermək. // Allah kimi yüksəltmək, qaldırmaq, təqdis etmək, Allah kimi qarşısında səcdə etmək. Qədim insan odu ilahiləşdirir, ona tapınırdı.

İLAHİLİK (ID - 18613)

is. 1. Ülvilik, müqəddəslik, yüksəklik. [Yaşlı kişi:] Mən bu səslərdə bir ülviyyət, bir ilahilik görürəm. S.Hüseyn.
məc. Son dərəcə gözəllik, füsunkarlıq.

İLAHİYYAT (ID - 18614)

is. [ər.] Dini ehkamlardan bəhs edən sxolastik elm; din elmləri.

İLAHİYYATÇI (ID - 18615)

is. İlahiyyatla məşğul olan adam, ilahiyyat alimi.

İLAXIR (ID - 18616)

[ər.] (ixtisarı i.a.). Sıra ilə adları çəkilən şeylərin axırında yazılır, ya deyilir və onları davam etdirmək mümkün olduğunu bildirir. Həmin [kitabdakı] nümunələrin arasında saat, .. kəllə qənd, ağızlıq, kitab,
çeşmək...

İLAN (ID - 18617)

is. 1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan. - Ilanın ağına da lənət, qarasına da lənət. (Məsəl). ..Ağabala dərviş gürzə ilanları bazar dalına töküb...

İLANBALIĞI (ID - 18618)

is. zool. Dəyirmiağızlılar sinfindən ilanabənzər ibtidai onurğalı heyvan.

İLANBAŞIOTU (ID - 18619)

is. bot. Alp zonasında daşlı yamaclarda bitən boz tükcüklərlə örtülü çoxillik ot bitki. Ilanbaşıotu .. bəzən zibilli yerlərdə bitir. Tərkibində limon iyli ətirli yağ, .. “A”provitamini vardır. M.Qasımov.

İLANCIQ1 (ID - 18620)

is. Kiçik ilan, ilan balası.

İLANCIQ2 (ID - 18621)

is. dan. Ayaqda, qolda yara şəklində baş verən sümük vərəminin xalq arasında adı.

İLAN-ÇAYAN (ID - 18622)

top. İlan, əqrəb kimi sancan heyvanlar. Səfər kişi bir-bir barmaqlarını qatlayaraq saydı: - Ilan-çayandan xəbəriniz varmı? Mir Cəlal. [Bəkir dedi:] Yaxşı-yaxşı yat, ilan-çayan başınızdan çıxsın. İ.Hüseynov.

İLAN-ÇAYANLI (ID - 18623)

sif İlan və əqrəb kimi heyvanlar çox olan yer. Mərkəzdən uzaq, ..kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. S.S.Axundov.

İLAN-QURBAĞA (ID - 18624)

1. top. Cürbəcür sürünən heyvanlar; həşərat.
2. sif. dan. məc. Pis, oxunması mümkün olmayan, cızma-qara, anlaşılmaz. Içəridən ilan-qurbağa xətti ilə yazılmış qəribə yazılar meydana çıxdı. S.Rəhman.

İLANLI (ID - 18625)

sif İlan çox olan, ilan yaşayan. Ilanlı yer. - Ilanlı çöllərdə şəhərlər saldıq; Dəyişdik dünyanın xəritəsini. S.Vurğun.

İLANLIQ (ID - 18626)

is. İlan çox olan yer.

İLANOTU (ID - 18627)

is. bot. Gövdəsi buğum-buğum, quraqlığa davamlı çoxillik ot (yem bitkisi kimi istifadə olunur).

İLANOYNADAN (ID - 18628)

is. İlanı müxtəlif üsullarla özünə ram edib, onunla tamaşa göstərən adam. Dolanır bağrını ilanoynadan; Bir də ki dərvişlər əlində kəşkül. M.Rahim.

İLANSAYAĞI (ID - 18629)

bax ilanvari. Ilansayağı yol dağların döşündən burularaq, kəmər kimi aşağıya doğru enir.. M.İbrahimov.

İLANSOĞANI (ID - 18630)

is. bot. Yumurtavari başlıqlı və salxımşəkilli qısa saplaqlı çiçəkləri olan soğanaqlı çoxillik bitki.

İLANÜZÜMÜ (ID - 18631)

is. bot. Qırmızı meyvəli yabanı kol bitki və onun meyvəsi.

İLANVARİ (ID - 18632)

sif İlan kimi, ilana oxşar; qıvrılıb uzanan, əyri-üyrü. Ilanvari boru. Ilanvari yol. - Bir neçə gün sonra Telli balkonda durub getdikcə incələşib gözdən itən ilanvari kənd yoluna baxırdı. S.Hüseyn.

İLANYEYƏN (ID - 18633)

is. zool. Qartallar fəsiləsindən ilan yeyən quş.

İLANYOLU (ID - 18634)

sif Qıvrılıb uzanan, əyriüyrü, dolanbac. Ilanyolu (z.) dağa çıxdıq.

İLAŞIRI (ID - 18635)

zərf Hər ildən bir. Ilaşırı istirahət yerini dəyişmək.

İLAVƏ (ID - 18636)

bax əlavə.

İLBƏİL (ID - 18637)

zərf İldən-ilə, il keçdikcə. Tuf belə dövrana ki, bədtər olur; Seyri-fələk, dövri-zaman ilbəil. M.Ə.Sabir. Dəyişir ilbəil mənim zahirim; Məsləkim, əqidəm dəyişmir ancaq. B.Vahabzadə.

İLBİZ (ID - 18638)

is. zool. 1. Əksərən balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyusk. Tənək və sədəf ilbizlərinin öyrənilməsindən aydın oldu ki, yumşaq bədənləri çanaq içərisinə alınmış heyvanlara ilbiz deyilir....

İLBİZLİK (ID - 18639)

is. 1. İlbiz çox olan yer. Evin dalı ilbizlikdir.
2. məc. Adam sancma, əlaltından, gizlindən iş görmə. Ilbizlik etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed