İzahlı lüğət

XƏMSİN (ID - 17412)

is. [ər.] Ərəblərdə: qışın, qırx günündən sonra gələn əlli günlük mövsümünün xalq təqvimində adı, habelə bu dövrdə əsən küləyin yerli adı. Yer üzündə quru küləklər çox yerdə müşahidə olunur və onların yerli...

XƏNCƏR (ID - 17413)

is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar....

XƏNCƏRQAYIRAN (ID - 17414)

bax xəncərsaz.

XƏNCƏRLƏMƏ (ID - 17415)

"Xəncərləmək” dən f.is.

XƏNCƏRLƏMƏK (ID - 17416)

f Xəncərlə vurmaq, yaralamaq; xəncərlə çapmaq.

XƏNCƏRLƏŞMƏ (ID - 17417)

"Xəncərləşmək” dən f.is.

XƏNCƏRLƏŞMƏK (ID - 17418)

qarş. köhn. Dalaşaraq bir-birini xəncərlə vurmaq, xəncərləmək.

XƏNCƏRLİ (ID - 17419)

sif. Xəncər bağlamış, xəncəri olan, yaxud əlində xəncər. Oturmuşlar məğrur, qollar çirməkli; Xəncərli, qılınclı, patron-tüfəngli. H.K.Sanılı.

XƏNCƏRSAZ (ID - 17420)

is. [fars.] köhn. Keçmişdə xəncər qayıran usta. Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi, xəncərsaz və sairə çox olardı. H.Sarabski.

XƏNCƏRVARİ (ID - 17421)

sif Xəncər kimi, xəncərəoxşar, xəncərşəkilli.

XƏNCƏRVURAN (ID - 17422)

is. köhn. Keçmişdə məhərrəmlikdə aşura günü xəncərlə öz başını yaran.

XƏNDAN (ID - 17423)

sif [fars.] klas. 1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi. Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. Aşıq Ələsgər. □ Xəndan etmək - şənləndirmək,...

XƏNDƏ (ID - 17424)

is. [fars.] köhn. Gülüş.

XƏNDƏK (ID - 17425)

is. [ər.] Torpaqda uzununa qazılmış dərin çuxur. [At] qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı. M.Hüseyn. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng...

XƏNDƏKQAZAN (ID - 17426)

is. Xəndək qazımağa məxsus maşın. // Sif. mənasında. Xəndəkqazan maşın.

XƏNDƏKOTU (ID - 17427)

is. bot. İri yarpaqları və boruşəkilli gülləri olan, əsasən xəndək, çay kənarlarında və rütubətli yerlərdə bitən yabanı bitki.

XƏRABAT (ID - 17428)

is. [ər.] klas. Meyxana, işrətxana. Yox, dəxi könlüm mənim meyxanəyə mayil deyil; Kim gəzir ev-ev xərabat içrə hüşyar axtarır. Qövsi. Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım; Bir gün gəlir, əldən çıxar zövqi-xərabat....

XƏRABATİ (ID - 17429)

sif və is. 1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. Xərabati adam. Şikəstə Abbasam, xərabatiyəm; Könül, heç görmədim abadan səni....

XƏRAC (ID - 17430)

is. [ər.] tar. Vergi, bac. [Koroğlu dedi:] Verin yeddillik xəracı; Paşalar gətirsin bacı. “Koroğlu”. [Şah Abbas:] Həmədan vilayətinin üçillik xəracını Mirzə Cəlaləddinə bağışladım. A.Şaiq.

XƏRC (ID - 17431)

is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. U.Hacıbəyov. Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu. // Sərf olunacaq...

XƏRC-BORC (ID - 17432)

zərf Borc pul alaraq, borca düşərək, zorla pul taparaq, ondan-bundan borc alaraq. Xərc-borc etmək. □ Xərcəborca düşmək - borc pul almağa, borca düşməyə məcbur olmaq, borca düşməli olmaq. [Çimnaz] ..ailəni artıq xərcə-borca...

XƏRCLƏMƏ (ID - 17433)

“Xərcləmək” dən f.is.

XƏRCLƏMƏK (ID - 17434)

f. Sərf etmək, işlətmək, məsrəf etmək (pulu). Şəfiqə xanım yavaş-yavaş var-yoxundan satıb xərcləyirdi. İ.Musabəyov. Aslanın indi bir qədər pulu var idi, lakin Fərhad oxuduğu üçün ona xərcləyirdi. C.Cabbarlı. // məc. Buna...

XƏRCLƏNMƏ (ID - 17435)

“Xərclənmək” dən f.is.

XƏRCLƏNMƏK (ID - 17436)

məch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir. - ..Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudun] gənc və gözəl arvadının naz və qəmzəsinə xərclənirdi. B.Talıblı....

XƏRCLİK (ID - 17437)

is. Adi gündəlik və xırda xərclər üçün verilən, ya ayrılan pul; cibxərci. [Hacı Mehdi:] Ala, qabaqcadan da bir az sənə xərclik verim. Ə.Haqverdiyev. [Məmmədbağır:] ..Əsmərə on manat da xərclik verib getmişdi. S.Hüseyn. // Xərcləmək...

XƏRÇƏNG1 (ID - 17438)

is. zool. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan. Iri balıqlar başlıca olaraq yanüzən xərçənglər, suda-quruda yaşayan cücülər, habelə molyusklarla qidalanır....

XƏRÇƏNG2 (ID - 17439)

is. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş. Bədbəxtlikdən il yarım bundan qabaq [Balaşın] mədəsində xərçəng yarası tapıldı. M.İbrahimov.

XƏRÇƏNGKİMİLƏR (ID - 17440)

is. zool. Xərçəngəoxşar onurğasız buğumayaqlılar qrupu. Xərçəngkimilərlə qidalanan balıqlar.

XƏRƏK (ID - 17441)

is. [fars.] 1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq. - Dəmirov daş daşımaq üçün düzələn xərəyin bir başından, Qocaoğlu isə o biri başından yapışdı. S.Rəhimov....

XƏRƏNGƏ(LİK) (ID - 17442)

is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən çəkinməyirdilər. S.Hüseyn.

XƏRƏZİ (ID - 17443)

b a x xırdavat.

XƏRİF (ID - 17444)

sif [ər.] Qocalıqdan ağlı zəifləmiş, səfehləmiş, sərsəmləmiş.

XƏRİFLƏMƏ (ID - 17445)

“Xərifləmək” dən f.is.

XƏRİFLƏMƏK (ID - 17446)

f Qocalıqdan başı xarab olmaq, beyni kütləşmək, səfehləmək. Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. [Arvad:] Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki, plov da bişirəm. “M.N.lətif.”...

XƏRİFLİK (ID - 17447)

is. Ağlı başından çıxmış adamın halı; ağıl seyrəkliyi, sərsəmlik.

XƏRİTƏ (ID - 17448)

is. [ər.] Yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri. Coğrafiya xəritəsi. Asiyanın xəritəsi. Dünya xəritəsi. Yer üzünün xəritəsindən silinmiş qədim dövlətlər. - Kəndim, balacasan, çox balacasan; Adın...

XƏRİTƏÇƏKƏN (ID - 17449)

b ax xəritəçi.

XƏRİTƏÇİ (ID - 17450)

is. Coğrafiya xəritələri tərtib edən mütəxəssis; kartoqraf.

XƏRİTƏÇİLİK (ID - 17451)

is. Coğrafi xəritə çəkmə (tərtib etmə) sənəti; kartoqraflıq.

XƏSARƏT (ID - 17452)

is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. // Xarab olma, korlanma, zədələnmə, sınma. [Zakirov:] Qəribədir, axşam mən...

XƏSİL (ID - 17453)

is. Göy taxıl. Alaq otları torpaqdakı qidalı maddələri almaqla xəsilləri zəifləşdirir. - İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev.

XƏSİLLƏŞMƏ (ID - 17454)

“Xəsilləşmək” dən fis.

XƏSİLLƏŞMƏK (ID - 17455)

f Göyərmək (taxıl haqqında). Körpə və tər taxıl xəsilləşirdi. S.Rəhimov.

XƏSİLLİK (ID - 17456)

is. Xəsil olan, xəsil əkilən yer. Xəsillik salmaq. // Xəsil üçün ayrılan. Xəsillik arpa.

XƏSİS (ID - 17457)

sif Simic, ifrat dərəcədə qənaətcil, pul xərcləməkdən hər vasitə ilə çəkinən. [Qulu:] Allah pulu götürüb belə xəsisə verir ki, sandığa qoyub gecə-gündüz keşiyini çəkir. S.S.Axundov. Olursunuz, duman olun, sis olmayın; Nədə...

XƏSİSCƏSİNƏ (ID - 17458)

zərf Xəsisə yaraşan bir tərzdə, xəsis kimi. Əziz Hüsü! ..Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Ə.Haqverdiyev.

XƏSİSLƏŞMƏ (ID - 17459)

“Xəsisləşmək” dən fis.

XƏSİSLƏŞMƏK (ID - 17460)

f Xəsis olmaq, xəsisliyi getdikcə artmaq.

XƏSİSLİK (ID - 17461)

is. Simiclik, xəsis adamın xasiyyəti. Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, istər xəsislikdə. Ə.Haqverdiyev. □ Xəsislik eləmək, xəsislik göstərmək - simiclik eləmək, qıymamaq, əsirgəmək. Əmim xəsislik elədi,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed