İzahlı lüğət

XOŞTƏB (ID - 17912)

sif. [fars. xoş və ər. təb] Yaxşı təbi olan, istedadlı. ..Bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur. F.Köçərli.

XOŞTƏBİƏT(Lİ) (ID - 17913)

sif. [fars. xoş və ər. təbiət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoşqılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştəbiət ola idilər. Ü.Hacıbəyov. ..Dürdanə xanım xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər mövhumatçı...

XOŞTİNƏT(Lİ) (ID - 17914)

sif. [fars. xoş və ər. tinət] klas. bax xoştəbiət(li). Dedi kim, şəxs olsa xoştinət; Yaxşılıqdan müdam edər söhbət. S.Ə.Şirvani.

XOŞÜZ(LÜ) (ID - 17915)

1. Bax xoşsima(lı). Gecə boylu bir qadındır ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.
2. Xoşüzlə şəklində zərf - gülər üzlə, mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə qarşılamaq. Əsgərləri...

XOŞZAHİR(Lİ) (ID - 17916)

sif. [fars. xoş və ər. zahir] Xarici görünüşü gözəl, xoşa gələn, üzdən yaxşı. Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatin bir adam idi. E.Sultanov. Xoşzahir, bədbatin, vicdansız, alçaq; Necə qıydın,...

XOTKAR (ID - 17917)

is. tar. Hökmdar, başçı. Hər cümə günündən cümə gününə xotkar qızı Nigar xanım məscidə gedir. “Koroğlu”. İbrət et Ağaməhəmməd xandan, ey kəmtər gəda; Ta həyatın var ikən, nə şahə, nə xotkarə bax! M.P.Vaqif. Nə...

XOTKƏ (ID - 17918)

bax cürə3.

XOTUQ (ID - 17919)

is. Eşşək balası, qoduq.

XOV (ID - 17920)

is. Bəzi parçaların, xalça və s. üzərində incə tükcüklər.

XOVLAMA (ID - 17921)

“Xovlamaq” dan f.is.

XOVLAMAQ (ID - 17922)

f. İpin, sapın xovunu təmizləmək.

XOVLU (ID - 17923)

sif. Xovu olan, üstü xovla örtülü. Xovlu xalça. Xovlu parça. Xovlu dəsmal. Xovlu fərməş bir neçə yerdən didilibyeyilmişdi, elə bil güvənin ağzından çıxmışdı, amma hələ rəngini itirməmişdi. İ.Məlikzadə.

XOVSUZ (ID - 17924)

sif. Xovu olmayan. Xovsuz xalçalar qrupuna palaz, kilim, sumaq, cecim, vərni, şəddə, zili daxildir. - Hazırda ən zəngin xovlu və xovsuz xalçalar və xalça məmulatı kolleksiyası Dövlət muzeyindədir.

XOY (ID - 17925)

is. [fars.] Xasiyyət, təbiət, xilqət. Atı at yanında bağlarsan, həmrəng olmasa
da, həm xoy olar. (Ata. sözü). [Koroğlu:] Bir xələt biçərəm Eyvaz boyuna; Incimərəm xasiyyəti-xoyundan. “Koroğlu”. Əl işin, gül naxışın;...

XOYLANDIRMA (ID - 17926)

“Xoylandırmaq” dan f.is.

XOYLANDIRMAQ (ID - 17927)

f Xoylanmasına səbəb olmaq, şübhələndirmək.

XOYLANMA (ID - 17928)

“Xoylanmaq” dan f.is.

XOYLANMAQ (ID - 17929)

f Şübhələnmək, şəkkə düşmək. [Dərviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoylanan kimi oldu.. A.Divanbəyoğlu.

XOZEYİN (ID - 17930)

[rus.] Sahib, sahibkar, ağa. [Xəlil:] Salaməleyküm, xozeyinim buraya gəlməyib? N.Vəzirov. [Bir qrup fəhlə:] Lap günü sabah xozeyin özü donluğumuzu artıracaq. M.Hüseyn.

XÖRƏK (ID - 17931)

is. Bişirilib yeyilən şey, yemək, bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək hazırlamaq. - Xörəyin yeyilməyi iki saat çəkdi... C.Məmmədquluzadə. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. S.S.Axundov. Xarisə qızardılmış...

XÖRƏKBİŞİRƏN (ID - 17932)

is. Aşpaz. Toya xörəkbişirən dəvət edilib.

XÖRƏKLİK (ID - 17933)

is. Xörəyə məxsus keyfiyyət. [İlham:] Şofer maşını qovsa, xörəkdə xörəklik qalmaz, axı! C.Gözəlov.

XÖRƏKPAYLAYAN (ID - 17934)

is. Gələnlərə yemək gətirən aşxana işçisi. Umud xörəkpaylayan caydaq oğlana əl elədi. İ.Məlikzadə.

XÖTƏK (ID - 17935)

is. Camış balası, balaq. Yetər xötək və buzovları bağlayırdı ki, qaçıb analarını əmməsinlər. Qantəmir. Qoyun, quzu, dana, xötək; Mal-qara da dolur dama. B.Vahabzadə.

XRİSTİAN (ID - 17936)

[yun.] 1. Xristian dininə mənsub adam, xaçpərəst. [Altun bay:] Sən də, Toğrul, xristian hərif yaxın gəl.. C.Cabbarlı.
2. Sif mənasında. Xristian dini. Xristian kilsəsi. Xristian əhali. - Ətraf sərvlərlə əhatə olunmuş bir xristian...

XRİSTİANLAŞDIRILMA (ID - 17937)

“Xristianlaşdırılmaq” dan f.is.

XRİSTİANLAŞDIRILMAQ (ID - 17938)

məch. Xristian dini qəbul etdirilmək.

XRİSTİANLAŞDIRILMIŞ (ID - 17939)

f.sif. Xristian dini qəbul etdirilmiş, xaçpərəst edilmiş.

XRİSTİANLAŞDIRMA (ID - 17940)

“Xristianlaşdırmaq” dan f.is.

XRİSTİANLAŞDIRMAQ (ID - 17941)

f Hər hansı bir yerdə xristianlığı yaymaq, xristian olmayan xalqları xristian etmək, xaçpərəstliyi qəbul etdirmək.

XRİSTİANLAŞMA (ID - 17942)

“Xristianlaşmaq” dan f.vs.

XRİSTİANLAŞMAQ (ID - 17943)

f. Xristian dinini, adət və ənənələrini, mədəniyyətini qəbul etmək, dönüb xristian (xaçpərəst) olmaq.

XRİSTİANLAŞMIŞ (ID - 17944)

f.sif. Xristian dininin tələblərinə və ənənələrinə uyğunlaşmış, dönüb xristian (xaçpərəst) olmuş.

XRİSTİANLIQ (ID - 17945)

is. 1. Eramızın birinci əsrində meydana gəlmiş din (bu din yerə enmiş və insanların nicatı üçün bütün əzab və əziyyətləri üzərinə götürmüş insan İsaya inam əsasında qurulmuşdur); xaçpərəstlik. // Bu dinə mənsubluq....

XRİZANTEM (ID - 17946)

[yun.] Mürəkkəbçiçəklilər fəsiləsindən müxtəlif rəngdə çiçəkləri olan bəzək bitkisi; payızgülü. ..Qəzetlərə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. [Lətifə] .. çiçək mağazasına...

XROM (ID - 17947)

[yun. chroma - rəng] 1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti). Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. M.Qaşqay. Həmin...

XROMATİK (ID - 17948)

sif. 1. Xromatizm (1-ci mənada) hadisəsinə əsaslanan. Şüanın xromatik ayrılması.
2. mus. Xromatizmə (2-ci mənada) əsaslanan, xromatizm nəticəsində əmələ gələn. Xromatik interval. Xromatikyarımton. - Yeddi əsas Azərbaycan ladının...

XROMATİZM (ID - 17949)

[yun. chroma (chromatos) rəng] 1. fiz. Ağ şüanın müxtəlif rəngli şüalara ayrılma xassəsi.
2. mus. Səsin yarımtonlar üzrə qalxması və ya enməsi. Səsləri zilləşdirən və ya bəmləşdirən işarələrə xromatizm və ya alterasiya...

XROMLAMA (ID - 17950)

“Xromlamaq” dan f.is.

XROMLAMAQ (ID - 17951)

f 1. Möhkəmlik, davamlılıq və ya yaraşıq vermək üçün metal əşyanın üzərinə xrom çəkmək. Maşın hissələrini xromlamaq. Xrom duzları ilə işləmək.

XROMLU (ID - 17952)

sif. kim. tex. Xrom (1-ci mənada) qarışığı olan, tərkibində xrom olan. Xromlu boyalar. Xromlu polad.

XROMOSOM(LAR) (ID - 17953)

[yun. chroma - rəng və soma - cisim] biol. Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklər (xromosomlar hüceyrə nüvəsinin lazımi və daimi...

XROMOSFER (ID - 17954)

[yun. chroma - rəng və spaira - kürə, şar] astr. Günəş tutulan zaman, onun ətrafında qırmızı haşiyə kimi görünən Günəş atmosferi təbəqələrindən biri.
s

XRONİK (ID - 17955)

XRONİKA (ID - 17956)

[yun. chronikos - vaxt] 1. Bax salnamə.
Siyasi, ictimai və ya ailə hadisələrinin tarixini ardıcıl surətdə təsvir edən rəvayət və ya dramatik əsər.
Qəzetdə, jumalda yerli xəbərlər şöbəsi. Məhkəmə xronikası. // Kinoda:...

XRONİKAÇI (ID - 17957)

is. Qəzet, jurnal, radioteleviziya üçün yerli xəbər və materiallar toplayan qəzet və s. işçisi; müxbir.

XRONİKAL (ID - 17958)

[yunancadan] Xronika mahiyyətində olan, xronikadan ibarət olan.

XRONİKİ (ID - 17959)

bax xronik. Spirtli içkilərin müntəzəm içilməsi alkoqolizm kimi xroniki xəstəliyə gətirib çıxarır.

XRONOLOGİYA (ID - 17960)

[yun. chronikos - vaxt və logos] Tarixi ardıcıllıq. [“Hophopnamə”] 1934-cü il çapından fərqli olaraq, bu nəşrdə xronologiya əsas alınmış, əsərlər janrına və yazılma tarixinə görə qruplaşdırılmış, hər fəslin axırında...

XRONOMETR (ID - 17961)

[yun. chronos - vaxt və metreo - ölçürəm] Astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed