İzahlı lüğət

XƏTVARİ (ID - 17512)

sif Xətt kimi, xəttəoxşar, xətt şəklində. Xətvari yarpaq.

XƏYAL (ID - 17513)

is. [ər.] 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt gözümün qabağından getmir. // Xəyala, fikrə gələn şeylər; xəyalat. Pəncərənin önündə o, dayanır...

XƏYALAT (ID - 17514)

is. [ər. “xəyalət” söz. cəmi] Əsli olmadığı halda gözə görünən mövhum surət; həqiqətdə deyil, yalnız xəyalda, fikirdə, təsəvvürdə olan şeylər; xülya, kabus. [Cəlil Məmmədquluzadə] xəyalata uyan idealların gözəlliyi...

XƏYALÇI (ID - 17515)

bax xəyalpərəst.

XƏYALÇILIQ (ID - 17516)

b a x xəyalpərəstlik.

XƏYALƏN (ID - 17517)

zərfi Xəyalında, fikrində, təsəvvüründə, zehnində; fikrən, zehnən. Xəyalən sənin yanındayam. Xəyalən onun surəti gözümün qabağında canlandı. - Eyvaz dəfələrlə xəyalən Gülşənin qüvvətli əllərini əlinə alıb demişdi.....

XƏYALƏT (ID - 17518)

[ər.] bax xəyal 1-ci mənada.

XƏYALİ (ID - 17519)

sif. 1. Əslində olmayıb, göz qabağına gətirilən, təsəvvür edilən, xəyalda canlanan; qeyri-həqiqi, qeyri-real. Xanım görmədiyi ölkənin xəyali gözəlliyinə məftun bir halda sözünə davam edirdi. Çəmənzəminli. Bir zaman, doğrudan...

XƏYALLANMA (ID - 17520)

“Xəyallanmaq” dan f.is.

XƏYALLANMAQ (ID - 17521)

f. Dərin fikrə, xəyala dalmaq, keçmişləri göz qabağında canlandırmaq; fikirləşmək. Şərifzadə öz-özünə xəyallanır, gözünün altından qarovulçuya baxır, onun mürgüləməsini gözləyirdi. M.Hüseyn.

XƏYALPƏRƏST (ID - 17522)

sif. və is. [ər. xəyal və fars. ...pərəst] Xəyala, düşüncələrə qapılmağı sevən, ona mail olan; xülyaçı. Xəyalpərəst uşaq gecələr yatağına girdiyi zaman bədbəxt anasını gözləri önünə gətirir. Şaiq. // Dalğın. [Firidun]...

XƏYALPƏRƏSTLİK (ID - 17523)

is. Xəyala, düşüncələrə qapılma; xəyalpərvərlik, real həyatdan uzaqlaşıb fantastika aləminə getmə; xülyaçılıq. Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir,...

XƏYALPƏRVƏR (ID - 17524)

sif. [ər. xəyal və fars. ...pərvər] bax xəyalpərəst. [Xasayoğlu Adiləyə:] Hələ ilk gəncliyində [İlyas] xəyalpərvər idi. Bəzən həddindən artıq öz qüvvəsinə inanardı. Bəzən məyus olub özü öz gözündə məhv olardı. Ə.Məmmədxanlı....

XƏYALPƏRVƏRLİK (ID - 17525)

b ax xəyalpərəstlik.

XƏYALPLOV (ID - 17526)

is. Həqiqətdə mümkün olmayıb ancaq xəyalda ola bilən şey; xülya. [Hacı Kamyab:] [Fərman] qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. Xəyalplov Ələmdarın uzun ayaqlarını yerdən üzdü. S.Rəhimov.

XƏYANƏT (ID - 17527)

is. [ər.] 1. Özünə olan etimaddan sui-istifadə edərək dönüklük etmə; xainlik, xaincəsinə hərəkət, etibarsızlıq. [Sərdar Rəşid] bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi. Aradan üç ay keçmişdi....

XƏYANƏTÇİ (ID - 17528)

sif və is. Xəyanət edən; xəyanətkar, xain. Çünki xəyanətçisiz cümlə müsəlmanlara; Mənzilinizdir səqər, oxutmuram, əl çəkin! M.Ə.Sabir.

XƏYANƏTÇİLİK (ID - 17529)

is. Xəyanət etmə, xain olma; xəyanətkarlıq.

XƏYANƏTKAR (ID - 17530)

sif [ər. xəyanət və fars. ...kar] Xəyanət edən, xəyanətçi; xain, satqın, etibarsız. [Hüsnübəyim:] Mən ölümdən qorxmuram, ancaq məni o dünyaya xəyanətkar kimi, bişərəf kimi göndərmə, ya rəbb! İ.Məlikzadə.

XƏYANƏTKARLIQ (ID - 17531)

is. Xəyanət etmə, xainlik etmə; xainlik.

XƏYYAT (ID - 17532)

is. [ər.] köhn. Dərzi. Xəyyat bizim əhldən 1-2 nəfərdir ki, çuxa şalvarlardan alahı libas tikmirlər, ammapalto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul alırlar. “Əkinçi”. Ağ alaçıq, əlvan çadır;...

XƏZ (ID - 17533)

is. 1. Xəzli heyvanların bədənini örtən tük örtüyü; yun. Dələ xəzi. // Bu cür heyvanların işlənmiş, aşılanmış dərisi. Xəz ticarəti. Xəz tədarükü. - Hər il ovçular yüz milyon manatlarla qiyməti olan xəz dəri, piy, ət,...

XƏZAN (ID - 17534)

is. [fars.] Payızda yarpaqların tökülməsi; yarpaq tökülmə mövsümü; payız. Ərağac zəmilər payızın xəzanına bir bəzək və zinət verirdi. S.Rəhimov. Nə tez xəzan görür çöllər, çəmənlər; Arzular sərt daşa dəyir dünyada;...

XƏZÇİ (ID - 17535)

is. Xəz hazırlayan usta; dəriçi. Xəzçilər belə hazırlanmış dəriləri növlərə ayırır, nöqsanlarını düzəldir, sonra onları bir-birinə uyğunlaşdıraraq biçib, geyim halına gətirirlər. “Əmtəəşünaslıq”.

XƏZƏL (ID - 17536)

is. 1. Payız fəslində budaqlardan tökülən (saralmış) quru yarpaqlar. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda ağaclar altında çox xəzəl olan yerdə qurardıq. S.S.Axundov. Ilyas qızın ayaqları yanında, keçənilki...

XƏZƏLLƏNMƏ (ID - 17537)

“Xəzəllənmək” dən f.is.

XƏZƏLLƏNMƏK (ID - 17538)

b a x xəzəlləşmək.

XƏZƏLLƏŞMƏ (ID - 17539)

“Xəzəlləşmək” dən f.is.

XƏZƏLLƏŞMƏK (ID - 17540)

f Xəzəl olmaq, xəzələ dönmək, saralıb qurumaq, solmaq.

XƏZƏLLİ (ID - 17541)

sif Xəzəl tökülmüş, xəzəllə dolu, xəzəllə örtülü, çoxlu xəzəl yığılmış. Xəzəlli cığır. Xəzəlli yol. Xəzəlli bağlar. Xəzəlli dərələr aşağı buz kimi sular şırıltı ilə axırdı. S.Rəhimov.

XƏZƏLLİK (ID - 17542)

is. Çoxlu xəzəl tökülmüş, xəzəl yığılmış, xəzəllə örtülmüş yer. Xəzəllikdə dayanmaq. Xəzəllikdə atı saxlamaq.

XƏZƏRLƏR (ID - 17543)

cəm tar. V-X əsrlərdə Aşağı Volqadan Qafqaza və Qara dənizin şimal hissəsinə qədər olan ərazidə dövlət qurmuş türkdilli xalq.

XƏZİNƏ, XƏZNƏ (ID - 17544)

is. [ər.] 1. Pul, cavahirat və s. qiymətli şeylər saxlanılan yer. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pulpaylanardı. Ə.Haqverdiyev.
Bir dövlətə məxsus pul, sərvət, torpaq və s. qiymətli vəsaitin hamısı birlikdə....

XƏZİNƏÇİ (ID - 17545)

is. Xəzinə işçisi, xəzinədar.

XƏZİNƏDAR (ID - 17546)

is. [ər. xəzinə və fars. ...dar]
köhn. Xəzinəyə nəzarət edən məmur.
2. Hər hansı bir müəssisənin, cəmiyyətin, təşkilatın pul və qiymətli şeylərini qoruyan, pul işlərinə baxan adam; xəzinəçi. Bəli, indi qəzetlərdə...

XƏZİNƏDARLIQ (ID - 17547)

is. Xəzinədar vəzifəsi, xəzinəçilik. Həsən dayısını .. xəzinədarlığa düzəltdi. Qantəmir.

XƏZLİ (ID - 17548)

sif Xəzi olan, xəz qoyulmuş, xəz tikilmiş; yaxası xəzdən olan. [Pərşanın]
əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botu vardı. M.İbrahimov.

XƏZLİK (ID - 17549)

is. və sif. Xəzə yarar, xəz üçün olan. Xəzlik dəri. Xəzlik heyvan cinsi.

XƏZRİ (ID - 17550)

is. Abşeron yarımadasında şimaldan əsən şiddətli külək. ..Xəzri hardansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn. Elə bil dəhşətli bir xəzri əsdi, onsuz...

XIX (ID - 17551)

xıx eləmək, uş. zar. - başını kəsmək. [Tapdıq:] “Dovşanın başını xıx elə” deyib atanın üzünə baxdı. Ə.Vəliyev.

XIXILDAMA (ID - 17552)

“Xıxıldamaq” dan f.is.

XIXILDAMAQ (ID - 17553)

bax xırıldamaq 1-ci mənada. Geyinməyə ayrı bir libasın yoxdur, Mirzə, - deyə Müqimbəy boğazında xıxıldaya-xıxıldaya güldü. S.Rəhimov.

XIXIR(T)MA (ID - 17554)

“Xıxır(t)maq” dan f.is.

XIXIR(T)MAQ (ID - 17555)

/. “Xıx-xıx” deyərək dizi üstə çökdürmək, oturtmaq. Dəvəni xıxırtmaq. Qoyunu xıxırtmaq. - [Pristav:] Tatarlar deyirlər ki, qonaq ev sahibinin dəvəsidir, harda istəsə orda xıxırdar. Ə.Abasov.

XIXLANMA (ID - 17556)

“Xıxlanmaq” dan f.is.

XIXLANMAQ (ID - 17557)

məch. Diz üstə çökdürülmək, oturdulmaq. Məşədi Kazım ağa .. xıxlanmış (f.sif.) dəvə kimi dizləri üstündə yerə çökdü. M.S.Ordubadi.

XILXA (ID - 17558)

sif. və is. Geyməyə və ya işlətməyə yaramayan; gərəksiz, yıpranmış, köhnə, cəm-cındır. Xılxaları yığıb atmaq. Kərimbəy istəyirdi ki, Azərbaycan kəndləri də .. köhnə xılxadan çıxsın. Mir Cəlal.

XILXIN (ID - 17559)

sif. Sınıq, əzik, sınıq-salxaq, yararsız. Xılxın qab-qacaq. Xılxın ev əşyası. Nəcəf xılxın nərdivanla dama qalxdı. Q.İlkin.

XILT (ID - 17560)

is. 1. Hər hansı məhlulun, mayenin qabın dibinə çökən və ya ondan ayrılan lazımsız hissəsi. Yağın xıltı. Sirkənin xıltı. Avtomobil 300 km yol getdikdən sonra süzgəcdə olan xıltı boşaltmaq və gövdəni yumaq lazımdır. Ə.Əliyev....

XILTA (ID - 17561)

bax xalta. Ova aparılan bu tazıların boynunda xılta olardı. H.Sarabski.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed