İzahlı lüğət

GODUL (ID - 15128)

is. 1. Ağacdan, taxtadan qayrılmış kukla, gəlincik.
2. məc. Kök və kiçikboylu adam haqqında.

GOMUŞ (ID - 15129)

bax camış. [Cənnətəli ağa:] Deməzsənmi Kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdu. N.Vəzirov.

GONBUL (ID - 15130)

is. və sif. Kök, koppuş, ətli, tosqun. Gedirdigonbul; Əlində dumbul... (Uşaq mahnısı).

GONBULLUQ (ID - 15131)

is. Köklük, ətlilik, tosqunluq. Gonbulluğundan yeriyə bilmir.

GOP (ID - 15132)

is. dan. 1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər. [Qadir kişinin] bu cür gopları çox vaxtyerinə düşərdi. Ə.Sadıq. Əhməd oğurluğun şərtlərindən xeyli danışdı. Daha onun gopunu eşitmək istəməyən Fərman...

GOPALAMA (ID - 15133)

“Gopalamaq” dan f.is.

GOPALAMAQ (ID - 15134)

bax gopamaq 1-ci mənada.

GOPAMA (ID - 15135)

“Gopamaq” dan f.is.

GOPAMAQ (ID - 15136)

f dan. 1. Döymək, vurmaq, çəkmək, ilişdirmək. [Məmmədəli:] Bacıoğlu! ..O qədər goparam cəmdəyinə, şişib dama dönərsən. N.Vəzirov.
2. Bax goplamaq. [Əhməd:] Gopa başına dönüm, gopa! N.Vəzirov.

GOPCUL (ID - 15137)

dan. bax gopçu.

GOPÇULLUQ (ID - 15138)

dan. bax gopçuluq.

GOPÇU (ID - 15139)

sif. Bir şeyi həddən artıq şişirdərək danışmağa, özü, öz işləri haqqında mübaliğə ilə danışmağa adət etmiş adam. Şamdan bəy yalançı, gopçu, nankor, xain, fırıldaqçı bir adamdır. M.Arif. // Yalançı, uydurmaçı. [Əmiraslan...

GOPÇULUQ (ID - 15140)

is. dan. Mübaliğə ilə danışmaq xasiyyəti, bir şeyi şişirtmə, mübaliğə etmə. [Xankişi:] Gopçuluq yaraşmır heç igidlərə. Z.Xəlil. // Yalançılıq, uydurmaçılıq. [Kələntər] təsadüfən yalançılıq, gopçuluq və hay-küylə...

GOPLAMA (ID - 15141)

“Goplamaq” dan f.is.

GOPLAMAQ (ID - 15142)

f dan. 1. Mübaliğə ilə danışmaq, şişirdərək, artıraraq söyləmək. [Səlbnaz xanım:] Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan. N.Vəzirov.
Yalan danışmaq, uydurmaq.

GOPPULDAMA (ID - 15143)

“Goppuldamaq” dan f.is.

GOPPULDAMAQ (ID - 15144)

f Goppultu ilə düşmək, goppultu səsi çıxartmaq.

GOPPULDATMA (ID - 15145)

“Goppuldatmaq” dan f.is.

GOPPULDATMAQ (ID - 15146)

f Goppultu ilə salmaq, goppultu səsi çıxarmaq.

GOR (ID - 15147)

is. [fars.] Qəbir, məzar. Atanın goru haqqı (and kimi işlədilir). - Qırxında öyrənən gorunda çalar. (Ata. sözü). [Hümmətəli:] Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. U.Hacıbəyov. Hazırlan...

GORBAGOR (ID - 15148)

is. [fars.] Ölmüş adam haqqında söyüş məqamında işlənir. [Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? M.S.Ordubadi. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə...

GORDA (ID - 15149)

is. Birağızlı, əyri qılınc; yatağan. Gorda ilə vurmaq. - Qorodovoy börkünü başına basıb, gordası qılçasına dolaşa-dolaşa yüyürüb getdi... Çəmənzəminli. Nizə və gorda davasında [Qəhrəmanın] başına və üzünə bir neçə...

GOREŞƏN (ID - 15150)

dan. 1. Bax kaftar 1-ci mənada. [Zeynəb:] Kazım, sənsən? Gecə vaxtı goreşən kimi qəbristanlıqda nə gəzirsən, baş-gözünü niyə sarıyıbsan? I.Şıxlı.
2. məc. Altdan-altdan iş görən; ziyankar (adətən söyüş məqamında)....

GORGAH (ID - 15151)

[fars.] Qəbiristanda bir nəsildən olan adamların basdırıldığı yer; qəbir. [Budaq:] Bircə aydan sonra bu qəbir itibbatar, atamın gorgahı bilinməz, nişangahından xəbərimiz olmazdı. Ə.Vəliyev. [Sərvnaz:] Camaat hər şeydən keçər,...

GÖBƏK (ID - 15152)

is. 1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq. Göbəyə qədər (kimi) - belə qədər, beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir .. və qurumuş otlardan qotman...

GÖBƏKBAGI (ID - 15153)

is. anat. İnsan və ya heyvan rüşeymini ananın bədəni ilə birləşdirən və rüşeymin qidalanmasına vasitə olan boru.

GÖBƏKCİK (ID - 15154)

is. Balaca, kiçik göbək. Rüşeymlə ananın əlaqəsi göbəkcik vasitəsilə yaradılır. “Qaramal”.

GÖBƏKDUASI (ID - 15155)

is. Köhnə məişətdə: cəhalət və nadanlıq əlaməti olaraq xəstə, yaxud uşağı olmayan qadınların göbəkləri ətrafına yazılan dua.

GÖBƏKGÖTÜRƏN (ID - 15156)

is. Köhnə məişətdə: göbəkgötürmə ilə məşğul olan ara həkimi.

GÖBƏKGÖTÜRMƏ (ID - 15157)

is. Köhnə məişətdə: ara həkimlərinin dua oxuyub göbəyə püfləməsindən ibarət yalançı müalicə üsulu.

GÖBƏKKƏSMƏ (ID - 15158)

is. etnoqr. Qız və oğlan uşağını anadan olanda bir-birinə nişanlama adəti: beşikkəsmə. Salondan daha bir qız səsi eşidildi: - Deyirlər, keçmişdə göbəkkəsmə olardı.. Ə.Sadıq.

GÖBƏKLİ (ID - 15159)

sif. dan. Qarnı iri olan; kök, yoğun, yekəqarın. Göbəkli adam. - Atlı dəstəsinin önündə gələn yaşıl çalmalı, şişman göbəkli adam Həmədan valisi idi.. Ə.Məmmədxanlı.

GÖBƏKYAZAN (ID - 15160)

is. köhn. Göbəkduası yazan adam, molla (bax göbəkduası). Deyin o göbəkyazana, qələmin ucun yavaş bas! M.Möcüz.

GÖBƏLƏK (ID - 15161)

is. 1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər. - Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq....

GÖBƏLƏKBAŞ (ID - 15162)

sif. Başının forması göbələk kimi olan; yastıbaş. Göbələkbaş adam. // is. Ağ əmmaməli din xadimlərinə istehza ilə verilən ad. [Fatma:] Özüm də şəri məsələləri min sənin kimi göbələkbaşdan artıq bilirəm. P.Makulu.

GÖBƏLƏKCİK (ID - 15163)

is. Kiçik, xırda göbələk.

GÖBƏLƏKLİK (ID - 15164)

is. Çoxlu göbələk bitən yer.

GÖBƏLƏKŞƏKİLLİ (ID - 15165)

b a x göbələkvari.

GÖBƏLƏKŞƏKİLLİLİK (ID - 15166)

bax göbələkvarilik.

GÖBƏLƏKVARİ (ID - 15167)

sif Göbələk şəklində olan, şəkilcə göbələyə oxşayan; göbələkşəkilli. Göbələkvari tağ.

GÖBƏLƏKVARİLİK (ID - 15168)

is. Göbələyə oxşayan şeyin şəkil və vəziyyəti; göbələk şəkillilik.

GÖDƏCİK (ID - 15169)

sif. Boyca çox balaca; qısaboylu, kiçikboylu. Sizi maraqlandıran məhrum sahibi haman bu gödəcik, axsaq, yaraşıqsız adamdır. Mir Cəlal. // Gödək, qısa, gödərək. [Nailənin] əynində gödəcik bir çit don vardı. İ.Hüseynov.

GÖDƏCİKLİK (ID - 15170)

is. Gödəcik şey və ya adamın halı.

GÖDƏK (ID - 15171)

bax qısa. Gödək oğlan. Gödək saç. Gödək vaxt. Gödək yol. Gödək (z.) danışmaq. İs. mənasında. Gödək atıldı vurdu uzunun başına; Uzun dedi: “Əcəb yadıma saldın”. (Məsəl).

GÖDƏKAYAQ(LI) (ID - 15172)

sif Ayağı gödək olan; qısaayaqlı. Gödəkayaq miz.

GÖDƏKBARMAQLI (ID - 15173)

sif Barmağı, ya barmaqları gödək olan.

GÖDƏKBOGAZ(LI) (ID - 15174)

sif Boğazı, quncu gödək olan; qısa boğaz(lı). Gödəkboğaz çəkmə.

GÖDƏKBOY(LU) (ID - 15175)

sif Boyu hündür olmayan, boyu qısa olan; alçaqboy(lu). ..Novruz 30 yaşında, gödəkboy, canlı oğlan idi. N.Nərimanov. ..[Rəhim bəy] gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. Gödəkboy, tökmədaban, kürən Daşdəmirin...

GÖDƏKBOYUN(LU) (ID - 15176)

sif Boynu gödək olan; qısaboyun(lu). Gödəkboyunlu adam.

GÖDƏKCƏ (ID - 15177)

1. zərf Qısaca, uzun olmayan, müxtəsər. Gödəkcə danışmaq. // Sif. mənasında. Gödəkcə ip.
2. is. Bədənə kip yapışan qısa isti üst geyimi. Pambıqlı gödəkcə. Meşin gödəkcə.
..Gödəkcəsini çiyninə salmış Dadaş...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed