İzahlı lüğət

ETMƏKLİK (ID - 12097)

köhn. bax etmək. Mən bəni-adəm üçün görməmişəm səcdə ola; Səcdə etməklik üçün hanı həqqin fərmanı? S.Ə.Şirvani.

ETMƏKSİZİN (ID - 12098)

zərf Etmədən. Nəsir ki heç bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı, hər əmrini tərəddüd etməksizin qəbul edər, onun hər fikrinə şərik olardı. S.Hüseyn.

ETNOGENEZ (ID - 12099)

[yun. ethnos - xalq və genesis - doğulma] Hər hansı bir xalqın mənşəyi. Azərbaycan xalqının etnogenezi. Slavyanların etnogenezi.

ETNOQRAF (ID - 12100)

[yun. ethnos və grapho] Etnoqrafiya mütəxəssisi.

ETNOQRAFİK (ID - 12101)

sif. [yun.] Etnoqrafiyaya aid olan, etnoqrafiya ilə bağlı olan. Etnoqrafik muzey. Etnoqrafik əsər. - [Vaqif] ..köçərilərin həyat və məişətini çox yaxşı bilirdi. Bu cəhətdən onun Molla Vəli Vidadi ilə yazışması böyük etnoqrafik...

ETNOQRAFİYA (ID - 12102)

[yun. ethnos və grapho yazıram] 1. Xalqların maddi və mənəvi mədəniyyətlərini, onların mədəni-tarixi əlaqələrini tədqiq edən elm.
Bir xalqın, tayfanın, yerin məişət, adət, mədəniyyət xüsusiyyətlərinin məcmusu. Qafiqazın...

ETNOQRAFİZM (ID - 12103)

[yun. ethnos və grapho
yazıram] Bir şeydə etnoqrafik xüsusiyyətlərin, təsvirlərin, təfərrüatın mövcud olması, verilməsi (kitabda, pyesdə və s.-də).
/ ,

ETRÜSK (ID - 12104)

İtaliyada yaşamış qədim bir xalq və bu xalqa mənsub adam.

ETÜD (ID - 12105)

[fr.] 1. Bir əsərin ilk qarası, eskizi. Ulduz azad vaxtlarını daima ən kiçik otağında həvəskarı olduğu rəssamlığa sərf edər, müxtəlif etüdlər işlərdi. Ə.Məmmədxanlı.
Ayrıca bir məsələyə həsr olunmuş kiçik ədəbi...

EV (ID - 12106)

is. 1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. - On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı...

EVAKUASİYA (ID - 12107)

is. [lat.] 1. Köçürülmə, əhalinin, idarə və təşkilatların müəyyən bir təhlükə ilə bağlı olaraq bir yerdən başqa yerə köçürülməsi.

EVALTI (ID - 12108)

is. Köhnə evlərdə: anbar, zirzəmi.

EVARASI (ID - 12109)

sif. Açıq və geniş miqyasda deyil, yalnız müəyyən evlər arasında, məhdud dairədə olan, icra edilən, aparılan. Evarası alver. Evarası söhbət. - Belə dərvişlər .. avam adam axtarırlar ki, cibini soysunlar. Ozləri də üç yerə...

EVBƏEV (ID - 12110)

zərfi Bir-bir evləri dolaşaraq, heç bir evi buraxmayaraq, bir evdən o biri evə. Evbəev dolaşmaq. - Bakıda oğulsuz qoca qarıların sənəti evbəev gəzib cavan oğlanları evləndirmək idi. H.Sarabski.

EVC (ID - 12111)

[ər.] bax övc. Aşkar oldu mənim dərdi-pünhanım; Evc etdi fələyə ahü-əfiğanım. Aşıq Yusif.

EVCİK (ID - 12112)

1. “Ev” dən kiç. [Gültəkin:] ..Qoyunuz son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq, məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı. [Vidadi:] Vaqifi, sabah məniyola sal, gedim; Torpaq evciyimi ziyarət edim....

EVCİK-EVCİK (ID - 12113)

is. Uşaqların qumdan, torpaqdan evciklər düzəldib oynadıqları oyun. [Sabir:] Mən həmişə onlara baxıram, bağımızda qumdan dam tikirəm, evcik-evcik oynayıram. S.Rəhimov.

EVCİL (ID - 12114)

sif. Evə və insana alışmış, əhli (yabanı ziddi). Evcil heyvan. It, pişik evcil heyvanlardır.

EVCİYƏZ (ID - 12115)

“Ev” dən oxş. Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır. Ə.Məmmədxanlı.

EVDAR (ID - 12116)

sif [ev və fars. ...dar] 1. Heç bir idarədə və ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olan. Bu təklifi eşidən evdar qadınlar binanın üst mərtəbəsinə dırmaşırdı. Mir Cəlal.
Evli, uşaqlı, ailə sahibi,...

EVDARLIQ (ID - 12117)

is. 1. Heç bir idarə, ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olma. □ Evdarlıq etmək - öz ailə işləri ilə məşğul olmaq. [Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefidə, damaqda ol. S.S.Axundov....

EVDOLUSU (ID - 12118)

zərfi 1. Çoxlu, çox, külli miqdarda. Evdolusu şey. - Bir balaca boyu var, evdolusu toyu var. (Tapmaca). [Məşədi Məmməd:] Pullu Hacı Rüstəmin qızını alsam, iki evdolusu cehiz, mal gətirər. R.Əfəndiyev.
2. Çox ucadan, bərkdən....

EVDOVŞANI (ID - 12119)

is. zool. Ətlik və xəzlik üçün yetişdirilən dovşanaoxşar gəmirici heyvan.

EVEN (ID - 12120)

is. Sibirin şimal-şərq rayonlarında yaşayan və evenklərə yaxın olan xalq və bu xalqa mənsub adam.

EVENCƏ (ID - 12121)

sif və zərf. Even dilində. Evencərusca lüğət. Evencə danışmaq.

EVENK (ID - 12122)

is. Rusiya Federasiyası tərkibinə daxil olan Evenk milli dairəsində və Sakit Okeana qədər Şərqi Sibirdə yaşayan xalq və bu xalqa mənsub adam (keçmişdə bu xalqın adı tunqus idi). Yenisey çayından şərqə doğru Oxot dənizinə qədər...

EVENKCƏ (ID - 12123)

sif. və zərfi Evenk dilində. Evenkcə yazı. Evenkcə danışmaq.

EV-EŞİK (ID - 12124)

is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək. - [Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik? N.Vəzirov. [Hacı Nəsir:]...

EVFEMİSTIK (ID - 12125)

sif. [yun.] dilç. Evfemizm mahiyyətində olan. Evfemistik ifadə.

EVFEMİZM (ID - 12126)

[yun.] dilç. Müəyyən bir şərait üçün qaba və ya namünasib sayılan söz və ya ifadə yerinə işlədilən başqa, daha incə söz, ya ifadə; məs.: “arvadım” əvəzinə “uşaqların anası”, “yalan danışırsınız” əvəzinə...

EVKALIPT (ID - 12127)

[yun.] bot. Əsil vətəni Avstraliya olub, Qara dəniz sahillərində və Azərbaycanda da iqlimləşdirilib yetişdirilən ucaboylu, həmişəyaşıl, enliyarpaqlı ağac. Ucaboylu, həmişəyaşıl, müxtəlif rəngli, çox ətirli yarpaqlarla örtülü...

EVLAD (ID - 12128)

[ər.] bax övlad. Məmmədevladlarını .. böyüdüb müəyyən yaşa yetirdikdən sonra, bunları məktəbə qoydu. “Aşıq Qərib”. Məmmədhəsən əmi.. mehriban atadı, o heç
vaxt istəməzdi evladının ürəyini bir dəm sıxsın. C.Məmmədquluzadə....

EVLƏNDİRMƏ (ID - 12129)

"Evləndirmək” dən f.is.

EVLƏNDİRMƏK (ID - 12130)

f. Birinə arvad (qız) alıb evli etmək. Oğlunu evləndirmək. - [Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm, onu tək qoyma, evləndir. Ü.Hacıbəyov. [Mirzə Həsən:]...

EVLƏNMƏ (ID - 12131)

“Evlənmək” dən fis. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahidliyi ilə Zeynalın Mehribanla .. evlənməsi zaqsda qeyd olundu. S.Hüseyn.

EVLƏNMƏK (ID - 12132)

f. Arvad almaq, ailə qurmaq üçün qanunən qadınla (qızla) birləşmək. Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. C.Məmmədquluzadə. [Kərimxan:] ..iyirmi yaşı olarolmaz...

EVLİ (ID - 12133)

sif. Arvadı olan, əri olan (ərli), ailəli. Evli kişi. Evli arvad. - Kiçik əmioğlum hərçənd evli (z.) deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar. S.S.Axundov. Deyirlər ki, evli (z.)...

EVLİ-EŞİKLİ (ID - 12134)

1. sif Ailəsi, evi, dirriyi olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq. [Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün qabağında böyüyüb, evli-eşikli (z.) kişi olub. R.Rza. [Kosaoğlu:] Ay Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri...

EVLİK (ID - 12135)

1. sif. Evə aid, evə məxsus, ailə ilə bağlı; ailəlik. Əsəd Arazı əncir ağacı altına çəkdi: - Yox, evlik işim yoxdur. A.Şaiq.
köhn. evf Qadın, arvad mənasında. [İbad:] [Almaz] dayanıb belə, bizim qardaşın evliyi də belə,...

EVLİLİK (ID - 12136)

is. Evli adamın vəziyyəti, halı. O, evliliyindən çox razıdır.

EVNƏ (ID - 12137)

bax öynə. [Bahar:] Onlara çörəyi evnə ilə vermirlər. Mir Cəlal.

EVOLYUSİONİST (ID - 12138)

[lat.] Təkamül nəzəriyyəsi tərəfdarı.

EVOLYUSİONİZM (ID - 12139)

[lat.] bax təkamül (təkamül nəzəriyyəsi).

EVOLYÜSİYA (ID - 12140)

[lat.] bax təkamül.

EVRİKA (ID - 12141)

[yun.] 1. Eramızdan əvvəlki Yunanıstanın riyaziyyatçı və mexaniki Arximedin adına yazılan nida cümləsi “Mən tapdım!”.
2. Hər hansı kəşflə bağlı söylənən nida cümləsi.

EVSAF (ID - 12142)

[ər.] b ax ovsaf. Bir gözəl istərəm bu evsafda; Gözəllər içində xubtər olsun. Aşıq Qurban. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, “Baba “, onların evsafını. C.Cabbarlı.

EVSİZ (ID - 12143)

sif 1. Evi, mənzili olmayan. Evsiz adam. // İs. mənasında. Evsizləri siyahıya almaq.
2. Ailəsi olmayan.

EVSİZ-EŞİKSİZ (ID - 12144)

sif Yaşayacaq yeri; evi, ailəsi olmayan. [Nazlı:] Təngə gəlmişəm. Adam evsiz-eşiksiz, onun-bunun küncündə nə qədər yaşayar? İ.Məlikzadə.

EVSİZLİK (ID - 12145)

is. Evi, ailəsi olmayan adamın vəziyyəti, halı.

EVYARAN (ID - 12146)

is. Evləri yarıb oğurluqla məşğul olan adam; oğru. Nə dilənçi qaldı, nə bir nəfər ac! Evyaran, başkəsən, quldurlar kimi. S.Vurğun.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed