İzahlı lüğət

ÇOXSAYLI (ID - 7435)

sif. Sayı, miqdarı çox olan; çoxlu, çox. Sara haqqındakı qədim əfsanə tədqiqatçıya çox şey deyir. Hətta həmin əfsanə çoxsaylı qız qalalarının da sirrini açmaq üçün bir vasitə ola bilər. “Elm və həyat”.

ÇOXSƏNƏTLİ (ID - 7436)

sif Bir neçə sənəti qavrayan. Çoxsənətli artel.

ÇOXSƏSLİ (ID - 7437)

sif mus. Çoxlu müxtəlif səslərdən ibarət olan, çoxlu müxtəlif səslərlə ifa olunan; polifonik. Çoxsəsli xor. - Əgər müstəqil melodiyalar və yaxud ahəng təşkil edən köməkçi səslər ikidən çoxdursa, ona çoxsəsli musiqi deyilir....

ÇOXSƏSLİLİK (ID - 7438)

is. mus. Vokal və ya instrumental əsərdə bir neçə səsin eyni zamanda birləşməsi; polifoniya.

ÇOXSİMLİ (ID - 7439)

sif Çoxlu simi olan. Çoxsimli musiqi aləti.

ÇOXSÖZLÜ (ID - 7440)

sif Bir neçə və ya çoxlu sözdən ibarət olan. Çoxsözlü idiomatik ifadə.

ÇOXŞAXƏLİ (ID - 7441)

bax çoxcəhətli. [Rəssamın] yaradıcılığı çoxşaxəlidir. O .. həm orijinal boyakar, həm də cizgi ustası kimi tanınır. (Qəzetlərdən).

ÇOXTELLİ (ID - 7442)

sif Bir neçə və ya çox teli olan. Çoxtelli kanat. Çoxtelli kabel.

ÇOXTƏBƏQƏLİ (ID - 7443)

sif. Bir neçə və ya çoxlu təbəqədən ibarət olan; çoxlaylı. Çoxtəbəqəli neft yatağı.

ÇOXTƏKƏRLİ (ID - 7444)

sif. Bir neçə və ya çoxlu təkəri olan. Çoxtəkərli parovoz.

ÇOXTƏRƏFLİ (ID - 7445)

sif. 1. riyaz. Bir neçə tərəfi olan; çoxüzlü. Çoxtərəfli prizma.
Bir neçə istiqaməti olan. ..Küçələr o qədər geniş və hərəkət o qədər çoxtərəflidir ki, maşınlar bir dəqiqə bir yerdə yığılıb durmalı olmur. M.İbrahimov.
Bir...

ÇOXTİLLİ (ID - 7446)

sif Bir neçə tili, tiyəsi olan.
Çoxtilli bıçaq. Çoxtilli burğu.

ÇOXTİRAJLI (ID - 7447)

sif Böyük tirajla çap olunan, çıxan. Klassiklərin çoxtirajlı əsərləri.

ÇOXTONLU (ID - 7448)

sif Ağırlığı tonlarla olan. Çoxtonlu yük.

ÇOXUŞAQLI (ID - 7449)

ÇOXÜZLÜ (ID - 7450)

bax çoxtərəfli 1-ci mənada.

ÇOXVAQONLU (ID - 7451)

sif Çoxlu vaqondan tərtib olunmuş, çoxlu vaqon qoşulmuş. Çoxvaqonlu qatar. - Başqa bir dəstə isə yenicə nəfəsini dərib, dayanmış çoxvaqonlu qatarın yükünü boşaldır. (Qəzetlərdən).

ÇOXVARİANTLI (ID - 7452)

sif Çoxlu variantı olan; müxtəlif. Eyni növ məhsulun istehsalı üçün vasitə, yol və formaların həddən artıq müxtəlifliyi təsərrüfatçılığın bütün proseslərini çoxvariantlı edir. “Elm və həyat”.

ÇOXYAŞLI (ID - 7453)

sif Yaşı çox olan; qoca. Çoxyaşlı qadın. Çoxyaşlı ağac.

ÇOXYERLİ (ID - 7454)

sif 1. Səmişinlər üçün çoxlu yeri olan. Çoxyerli avtobus. - Bakı ilə Moskva arasında “İl-12” markalı çoxyerli və sürətli sərnişin təyyarələri işləyir. (Qəzetlərdən).
Çoxlu adamın yaşaması, oturması üçün olan;...

ÇOXYEYƏN (ID - 7455)

sif Yeməyində hədd bilməyən; qarınqulu, doymaz, yeyimcil. Çoxyeyən adam.

ÇOLAQ (ID - 7456)

sif Bir qıçı qısa və ya şikəst olan; axsaq, topal (bəzən qolu şikəst olanlara da deyilir). Çolaq adam. - Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. “M.N.lətif.”. Dəcəl meymun, çolaq ayı, çəp...

ÇOLAQLAŞMA (ID - 7457)

“Çolaqlaşmaq”dan f.sif

ÇOLAQLAŞMAQ (ID - 7458)

f Çolaq olmaq, ayağı şikəst olmaq.

ÇOLAQLIQ (ID - 7459)

is. Çolaq adamın halı; axsaqlıq, topallıq. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.”.

ÇOLMA-ÇOCUQ (ID - 7460)

top. 1. Övladlar, uşaqlar, oğul-uşaq. [Altunbay:] Mən sən Qorxmazı bu gün öz çolma-çocuğundan ayırıb, bir itə dəyişəcəyəm. C.Cabbarlı.
2.Uşaqlar, çocuqlar. [İlyas:] [Dayım] qollarını geniş açaraq əvvəlcə bizi - çolmaçocuğun...

ÇOLPA (ID - 7461)

is. 1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər. S.Vurğun. Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş,...

ÇOLPALANMA (ID - 7462)

“Çolpalanmaq”dan f.sif

ÇOLPALANMAQ (ID - 7463)

f Çolpa yaşına çatmaq, böyüyüb çolpa olmaq; çolpalaşmaq. Səhər qah-qah oxur şirin dililə; Çolpalanıb çıxır budağa kəklik. Aşıq Rəcəb.

ÇOLPALAŞMA (ID - 7464)

“Çolpalaşmaq”dan f.sif

ÇOLPALAŞMAQ (ID - 7465)

bax çolpalanmaq. Cücələr çolpalaşıb.

ÇOLPALI (ID - 7466)

sif Çolpadan bişirilmiş, içərisində çolpa olan. Xan həmişə Mirzənin çayını pürrəng, xörəyini çolpalı, döşəyini dördqat, mütəkkəsini qalın edərdi. S.Rəhimov.

ÇOLUQ-ÇOCUQ (ID - 7467)

bax çolma-çocuq. Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. Çəmənzəminli. Çoluq-çocuq birbirinə qarışmışdı. S.Hüseyn.

ÇOMAQ (ID - 7468)

is. Başı yumru ağac; dəyənək. Çomaqla ilanı öldürmək. - Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. (Məsəl). Kişi əlində çomaq; Sürüryüklü öküzü. A.Səhhət.

ÇOPUR (ID - 7469)

is. Çiçək xəstəliyindən üzdə qalan kələ-kötür, nahamarlıq, dəlmə-deşik. Gülbadamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi, çünki onun böyük, ala, uzunkirpikli gözləri üzünün tamam eybini örtürdü. N.Nərimanov.
...

ÇOPURLAŞMA (ID - 7470)

“Çopurlaşmaq”dan f.sif.

ÇOPURLAŞMAQ (ID - 7471)

f Üzündə çopur əmələ gəlmək, çopur olmaq.

ÇOPURLUQ (ID - 7472)

ÇOR (ID - 7473)

is. 1. Əsasən pambıqda, bəzən də başqa bitkilərdə xəstəlik. Sahələr çor və pambıqqurduna qarşı bir neçə dəfə dərmanlanmışdır. (Qəzetlərdən).
2. məc. Söyüş, qarğış mənasında. [Hafizə xanım:] Çor xanım, zəhrimar...

ÇOŞQA (ID - 7474)

is. [rus.] dan. Donuz balası. Yarım saat belə keçməmişdi ki, [heyvandarlar] bütöv qızardılmış çoşqanı gətirdilər. M.Hüseyn.

ÇOTUR (ID - 7475)

1. sif Kələ-kötür, nahamar.
is. Kələ-kötür, nahamar yer.

ÇOVDAR (ID - 7476)

is. bot. Unundan qara çörək bişirilən taxıl bitkisi. Çovdar unu. Çovdar əkini.

ÇOVDARLIQ (ID - 7477)

is. Çovdar əkilmiş yer, çovdar zəmisi.

ÇOVĞUN (ID - 7478)

is. Küləkli qar və ya yağış; boran, qasırğa. Çovğuna düşmək. - Bir saat çəkmədi ki, çovğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı, yer ağardı. Mir Cəlal. Yağış yağıb, külək əsib, çovğun qopmuşdu. Ə.Əbülhəsən.
...

ÇOVĞUNLAMA (ID - 7479)

“Çovğunlamaq”dan f.sif

ÇOVĞUNLAMAQ (ID - 7480)

f Çovğun qalxmaq, çovğun başlamaq. Hava çovğunladı.

ÇOVĞUNLU (ID - 7481)

sif 1. Küləkli, qar və ya yağışlı; boranlı. Çovğunlu gecə. - Rizvan belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən qonşusunun da öküzlərini aldı. S.Hüseyn. ..Qış fəslinin çovğunlu günlərindən...

ÇOVUMA (ID - 7482)

1. “Çovumaq”dan f.sif
2. Bərk bir şeyə dəyib istiqamətini dəyişmə, hədəfdən yayınma (güllə haqqında).

ÇOVUMAQ (ID - 7483)

f 1. Cəld o tərəf-bu tərəfə getmək, qaçmaq, cummaq, cəld yönəlmək, atılmaq. İrəli-geri çovumaq.
2. Yanından ötüb keçmək (güllə haqqında). Atlarımız qoşalaşanda ikimizin arasından bir güllə çovudu. Ə.Vəliyev.
//...

ÇOVUSTAN (ID - 7484)

bax çavıstan. Karvansara həyətinin lap ortasında dörd bir tərəfi açıq bir çovustan var idi, qaçqınlar burada gecələyirdi(lər). Ə.Vəliyev. Arayatılı kəndi o zaman Araza lap bitişik, qarğı çovustanlardan ibarət balaca bir “qışlaq...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed