İzahlı lüğət

ÇİRİŞ2 (ID - 7285)

is. Pinəçi yapışqanı.

ÇİRK (ID - 7286)

is. [fars.] 1. Natəmizlikdən, vaxtlı vaxtında yuyulmamaqdan bədəndə, paltarda və s.-də əmələ gələn xoşagəlməz ləkə qatı; kir. Paltarın çirkini yumaq. - Armud ağacının dibində palaz salınıb və üstündə çirkdən qaralmış...

ÇİRKAB (ID - 7287)

is. [fars.] Çirk sular, natəmiz sular. Bütün çirkab və zibillər bu göllərə töküldüyü üçün yayda üfunətdən və ditdili əlindən qəsəbə əhalisi zinhara gəlirdi. Ə.Vəliyev.

ÇİRKƏTAB (ID - 7288)

sif. Tündrəngli olduğu üçün çirki görünməyən, tez çirklənməyən, çirkə davamlı (paltar, parça və s. haqqında). Çirkətab parça.

ÇİRKGÖTÜRƏN (ID - 7289)

sif. Rəngi açıq olduğu üçün tez çirklənən (parça və s. haqqında). Çirkgötürən parça.

ÇİRKGÖTÜRMƏYƏN (ID - 7290)

b ax çirkətab.

ÇİRKİN (ID - 7291)

sif l. Gözəl olmayan, gözə, qulağa xoş gəlməyən: kifir, eybəcər, bədləkər. Çirkin üz. Çirkin səs. - [Məşədi İbad:] İnsanın zahiri nə qədər çirkin olsa, batini bir o qədər gözəl olar. Ü.Hacıbəyov. [Məşədi Fatma ərinə:]...

ÇİRKİNLƏŞMƏ (ID - 7292)

“Çirkinləşmək”dən f.is.

ÇİRKİNLƏŞMƏK (ID - 7293)

f Gözəlliyini itirmək, kiflrləşmək, eybəcərləşmək, çirkin şəklə düşmək. Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn.

ÇİRKİNLİK (ID - 7294)

is. 1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.. H.Cavid. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə...

ÇİRKLƏNDİRİCİ (ID - 7295)

sif Çirk edən, xarab edən, kirləndirən, korlayan. Maşınlar çirkləndirici qazlar buraxır. - Son illər sənayenin coşqun inkişafı ilə əlaqədar olaraq havaya buraxılan çirkləndirici maddələr atmosferin .. dəyişməsinə səbəb olmuşdur....

ÇİRKLƏNDİRMƏ (ID - 7296)

“Çirkləndirmək”dən f.sif.

ÇİRKLƏNDİRMƏK (ID - 7297)

f Çirk etmək, kirləndirmək. [Hafızə xanım:] Tut bu paltarları, saxla, çirkləndirməyəsən. Ə.Haqverdiyev.

ÇİRKLƏNMƏ (ID - 7298)

“Çirklənmək”dən f.sif.

ÇİRKLƏNMƏK (ID - 7299)

f Çirk olmaq, çirkli olmaq, kirlənmək. Bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Ə.Haqverdiyev. Adətən üst-başı dəmirpası və yağdan çirklənmiş (f.sif.), paltarları yamaqlı...

ÇİRKLİ (ID - 7300)

sif Təmiz olmayan, çirki olan; kirli. [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Ə.Haqverdiyev. [Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan...

ÇİRKLİ-PASLI (ID - 7301)

sif Üz-gözünü, üstbaşını çirk basmış; pinti, səliqəsiz.

ÇİRK-PAS(AQ) (ID - 7302)

top. dan. Çirk, kir. [Kərbəlayı Nəsir:] Əşi, insaf ilə danışaq, tozun-torpağın içində işləyirsən, çirkəpasağa batırsan, bəs sonra harda gəlib təmiz olursan? Ü.Hacıbəyov.

ÇİRTMƏK (ID - 7303)

bax çırtıq 1-ci mənada.

ÇİS (ID - 7304)

is. 1. Duman şəklində yağış; kiçicik yağış damcısı.
Tutqun hava.

ÇİSƏK (ID - 7305)

bax çiskin.

ÇİSƏLƏMƏ (ID - 7306)

“Çisələmək”dən f.sif. Lal, çisələmə yağışın ardı-arası kəsilmədi. İ.Hüseynov.

ÇİSƏLƏMƏK (ID - 7307)

bax çiskinləmək. Gündüz hava tutqun olmuş, indi isə çisələyirdi. Ə.Vəliyev. Yağış çisələyər şəhərə, kəndə; Döyər zirvəsini dolu dağların. B.Vahabzadə.

ÇİSKİN (ID - 7308)

is. Tutqun havada narın yağış: çisək. Yağış get-gedə yavaşıyıb, çiskinə çevrildi. İ.Əfəndiyev. Qaranlıq idi, çiskin yağışyağırdı.. S.Rəhman.
// Sif. mənasında. Çiskin hava.

ÇİSKİNLƏMƏ (ID - 7309)

“Çiskinləmək”dən f.is.

ÇİSKİNLƏMƏK (ID - 7310)

f Tutqun havada narın yağış yağmaq; çisələmək. Bərk duman olduğu üçün çiskinləyirdi. Ə.Vəliyev.

ÇİSKİNLİ (ID - 7311)

sif Çiskin. Payızın çiskinli, dumanlı günü az-az ayazıyırdı. S.Rəhimov. Bu gün xoş, günəşli, laləzar olan hava sabah buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzadə.

ÇİT (ID - 7312)

is. Basma güllü və ya saya yüngül pambıq parça. Gülnaz ucuzqiymətli çitdən sadə paltar geyirdi. T.Ş.Simurq. [Gülçöhrə:] Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq. Ü.Hacıbəyov.
// sif Həmin parçadan...

ÇİTƏK (ID - 7313)

ÇİTƏ(LƏ)MƏ (ID - 7314)

“Çitə(lə)mək”dən f.sif

ÇİTƏ(LƏ)MƏK (ID - 7315)

f Deşiyi, yırtığı calayıb tikmək; yamamaq.

ÇİV(İ) (ID - 7316)

is. Hər hansı qurğuda, mexanizmdə, maşında və s.-də hissələri bir-birinə birləşdirən detal; dilçək, şpon. Aparan çarxların topu ilə yarımoxlar konus səthi üzərində olan çivi və ya flans vasitəsilə birbirinə birləşdirilir....

ÇİVLƏMƏ (ID - 7317)

“Çivləmək”dən f.sif

ÇİVLƏMƏK (ID - 7318)

f xüs. Çivlə bir-birinə bənd etmək, bağlamaq.

ÇİVZƏ (ID - 7319)

is. Sızanaq.

ÇİVZƏLİ (ID - 7320)

sif Çivzə (sızanaq) basmış; sızanaqlı.

ÇİY (ID - 7321)

sif 1. Bişməmiş, bişirilməmiş, qaynadılmamış. Çiy ət. Çiy süd. Çiy su.
□ Çiy kərpic - palçıqdan tutulmuş, bişirilməmiş, xam kərpic. Bina çiy kərpicdən tikilmiş və ağardılmışdı. M.İbrahimov.
// Yaxşı bişməmiş,...

ÇİYAN (ID - 7322)

is. zool. Çoxayaqlılar sinfındən kiçik, zəhərli heyvan; skolopendra.

ÇİYƏLƏK (ID - 7323)

is. bot. Ağ çiçəkləri, çəhrayıqırmızı rəngli ətirli meyvəsi olan çoxillik ot bitkisi və bu bitkinin meyvəsi. Fərman yoldaşları ilə meşəyə çiyələkyığmağa gedər, çəmənlərdə oynar, dağlara dırmaşardı. Ə.Sadıq.

ÇİYİD (ID - 7324)

is. Pambıq toxumu. [Həyat:] Çiyidin necə təmizlənib hazırlandığını .. yoxlayırıq. M.İbrahimov. [Xanpəri] istəyirdi ki, bütün işləri özü görsün, bütün çiyidi özü səpsin. Ə.Vəliyev.

ÇİYİDSƏPƏN (ID - 7325)

sif k.t. Çiyid səpməyə məxsus. Traktora qoşulmuş çiyidsəpən maşın dünəndən sahədə idi. Ə.Vəliyev. Mexanizatorlar az vaxtda altı ağır malanı, beş çiyidsəpən maşını, beş traktoru təmir edib saz hala salmışlar.
// İs....

ÇİYİN (ID - 7326)

is. Bədənin boyundan qollara qədər olan hissəsi. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı.. S.Rəhimov. Bir daha xarabalığı gözdən keçirdikdən sonra...

ÇİYİNBƏÇİYİN (ID - 7327)

bax çiyin-çiyinə. Çiyinbəçiyin işləmək.

ÇİYİN-ÇİYİNƏ (ID - 7328)

zərf 1. Birgə, birlikdə, bir yerdə.
2. Yan-yana, yanakı. Ədəblə dayanıb çiyin-çiyinə; Heç biri gətirməz bir söz dilinə. Şəhriyar.

ÇİYİNLİK (ID - 7329)

is. Paltarın altından çiyinə qoyulan balışcıq. Çiyinləri çox ensiz olan qadınlar çiyinlik qoymaqla çiyin xəttini süni surətdə uzada bilərlər. “Az. qad.”.

ÇİYNİDÜŞÜK (ID - 7330)

sif 1. Çiyinləri və ya bir çiyni aşağı olan, sallaq çiyinli.
məc. Maymaq, ağzıaçıq.

ÇİYRƏNDİRMƏ (ID - 7331)

“Çiyrəndirmək”dən f.sif

ÇİYRƏNDİRMƏK (ID - 7332)

f Ürəyini vurmaq, iyrəndirmək, bıqdırmaq, ikrahlandırmaq, ikrah hissi oyatmaq.

ÇİYRƏNMƏ (ID - 7333)

“Çiyrənmək”dən f.isifi

ÇİYRƏNMƏK (ID - 7334)

f Bir işi çox görməkdən, yaxud bir şeyi çox yeməkdən təngə gəlmək, ikrahlanmaq, iyrənmək, ürəyini vurmaq. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğan-çörəkyemək çəkər. S.Hüseyn. [Çəpəl:] [Qıssa] ağ əppəyi...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed