İzahlı lüğət

YULAF (ID - 44125)

is. bot. At yemi kimi istifadə edilən, habelə dənindən yarma hazırlanan dənli bitki. Yulaf samanı. Yulaf əkini.

YULAFLIQ (ID - 44126)

is. Yulaf əkilmiş yer, yulaf əkini.

YULĞUN (ID - 44127)

is. bot. Quraqlığa və şoranlığa davamlı xırda salxım şəklində çiçəkləri olan kol bitkisi. Yulğun ağacı. - Toz basmış tikan, yulğun kolları - ..hamısı, deyəsən, dünənkilərdir. Mir Cəlal.

YULĞUNLUQ (ID - 44128)

is. Yulğun bitmiş yer, yulğun kolluğu.

YUMAQ1 (ID - 44129)

f. 1. Su və ya su və sabun, yaxud başqa bir maye ilə təmizləmək. Əllərini yumaq. Əl-üzünü yumaq. Ayaqlarını yumaq. Paltar yumaq. - Bahadır üzünü yuyub çay içməyə getdi. N.Nərimanov. Bir həyətdə bir müsəlman arvadı arxın...

YUMAQ2 (ID - 44130)

is. Top kimi sarınmış sap, ip və s. Bir yumaq yun ip. - Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb onu bazarda satardı. (Nağıl).
□□ Yumağa dönmək - büzüşmək, yığışmaq, kiçilmək. [Əhməd:] Rüstəm bəy kimi...

YUMAQCA (ID - 44131)

is. Balaca yumaq.

YUMAQLAMA (ID - 44132)

“Yumaqlamaq”dan f.is.

YUMAQLAMAQ (ID - 44133)

f. Sapı sarıyıb yumaq halına salmaq. Hisli-paslı alçaq bir damda oturmuş Fati əlində ip yumaqlayır. Ə.Abasov.

YUMAQLANMA (ID - 44134)

“Yumaqlanmaq”dan f.is.

YUMAQLANMAQ (ID - 44135)

1. məch. Sarınıb yumaq halına salınmaq, yumaq düzəldilmək.
2. qayıd. məc. Yumağa dönmək, yığılıb yumaq kimi olmaq.

YUMALAQ (ID - 44136)

is. Ovuc içində yumrulanmış yumşaq şey (mum və s.).

YUMALAMA (ID - 44137)

“Yumalamaq”dan f.is.

YUMALAMAQ (ID - 44138)

bax yumbalamaq. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. S.S.Axundov.

YUMALANMA (ID - 44139)

“Yumalanmaq”dan f.is.

YUMALANMAQ (ID - 44140)

f . Diyirlənmək, yumbalanmaq. Ayı eniş aşağı qaça bilmədiyindən dərənin içinə yumalandı. S.S.Axundov. Buradan çıxarılan daşlar üstdən aşağı yumalanır və dərənin dibində bənd alırdı. S.Rəhimov. Bu zaman .. daş qopub üzüaşağı...

YUMARLAMA (ID - 44141)

“Yumarlamaq”dan f.is.

YUMARLAMAQ (ID - 44142)

f 1. Gillətmək, diyirlətmək, yumbalamaq. İlan kimi qıvrılıb açılan dalğalar Nəbini öz qoynunda yumarlayayumarlaya (z.) aparırdı. Ə.Abasov.
2. Yumrulamaq, girdələmək, yumru etmək.

YUMBALAQ (ID - 44143)

is. Başı üzərindən aşma hərəkəti.

YUMBALAMA (ID - 44144)

“Yumbalamaq”dan f.is.

YUMBALAMAQ (ID - 44145)

bax yumbalatmaq.

YUMBALANMA (ID - 44146)

“Yumbalanmaq”dan f.is.

YUMBALANMAQ (ID - 44147)

f . Başı üstə çevriləçevrilə gəlmək, dombalaq aşmaq, kəlləmayallaq gəlmək. [Qəhrəman:] Bir güllə atdım, birini də, .. hərif gurultu ilə pilləkənlərdən yumbalanaraq otağa düşdü. H.Nəzərli. // Diyirlənə-diyirlənə gəlmək,...

YUMBALATMA (ID - 44148)

“Yumbalatmaq”dan f.is.

YUMBALATMAQ (ID - 44149)

f . Diyirlətmək, gillətmək. Dağdan daşları aşağı yumbalatmaq.

YUMDURMA (ID - 44150)

“Yumdurmaq”dan f.is.

YUMDURMAQ (ID - 44151)

icb. Yummağa məcbur etmək; qapatmaq. Ağzını yumdurmaq. Gözlərini yumdurmaq.

YUMMA (ID - 44152)

“Yummaq”dan f.is.

YUMMAQ (ID - 44153)

f . Qapamaq, örtmək. Gözlərini yummaq. Ağzını yummaq. - Məst ol gecəgündüz, nə bilim, yat nərələrdə; Yum gözlərini xaneyi-viranını görcək. M.Ə.Sabir. Çöhrəsindən sızan bu qan bəs nədir? Onun gözlərini yuman bəs nədir?...

YÜMOR (ID - 44154)

[ing. humour] 1. Hadisələri, nöqsanları, zəif cəhətləri və s.-ni gülməli, məzəli, əyləncəli şəkildə təsvir etmə bacarığı; mizah. Onda böyük yumor var. Bu adamda yumor deyilən şey yoxdur.
2. Ədəbi, yaxud incəsənət əsərində...

YUMORESKA (ID - 44155)

[alm. humoreske] Yumor mahiyyətində olan əsər (kiçik hekayə, musiqi əsəri).

YUMORIST (ID - 44156)

[ing. humorist] Həyati hadisələri gülməli, məzəli şəkildə təsvir edən yazıçı, artist.

YUMORİSTİK (ID - 44157)

sif Yumor mahiyyətində olan; gülməli, məzəli. Yumoristik hekayə.

YUMORISTİKA (ID - 44158)

[fr. humoristique] Yumor mahiyyətində olan bədii ədəbiyyat. Estrada yumoristikası.

YUMRU (ID - 44159)

1. sif. Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı. - Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.
sif. Dairəvi şəkildə olan; girdə. Nizami özünü...

YUMRUCA (ID - 44160)

sif. Yumru. Yumruca bir uşaq.

YUMRUCUQ (ID - 44161)

sif. Azacıq yumru.

YUMRUDİB (ID - 44162)

sif. Dibi yumru olan.

YUMRUQ (ID - 44163)

is. 1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti. Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə...

YUMRUQLAMA (ID - 44164)

“Yumruqlamaq”dan f.is.

YUMRUQLAMAQ (ID - 44165)

f 1. Əlini yumulmuş vəziyyətə salmaq. Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi. S.Rəhimov.
2. Yumruqla vurmaq (döymək). // Yumruqla taqqıldatmaq (döymək, döyəcləmək). [Müəllimə] bir şey lazım olduqda,...

YUMRUQLANMA (ID - 44166)

“Yumruqlanmaq”dan f.is.

YUMRUQLANMAQ (ID - 44167)

məch. Yumruqla vurulmaq (döyülmək), yumruq zərbəsi yemək.

YUMRUQLAŞMA (ID - 44168)

“Yumruqlaşmaq”dan f.is. Yumruq davası.

YUMRUQLAŞMAQ (ID - 44169)

qarş. Bir-birini yumruqla vurmaq, yumruqla vuruşmaq, yumruq davasına çıxmaq. Ey mənim ruhani qardaşlarım. indi eşidirəm ki, .. bir-biriniz ilə əlbəyaxa olub yumruqlaşanda əmmaməniz çaya düşüb. C.Məmmədquluzadə.

YUMRUQLATMA (ID - 44170)

“Yumruqlatmaq”dan f.is.

YUMRUQLATMAQ (ID - 44171)

icb. Yumruqla döydürmək, yumruq vurdurmaq.

YUMRULAMA (ID - 44172)

“Yumrulamaq”dan f.is.

YUMRULAMAQ (ID - 44173)

f . Yumru şəklə salmaq, yumru etmək; dəyirmiləşdirmək.

YUMRULANMA (ID - 44174)

“Yumrulanmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed