İzahlı lüğət

YEŞİKDAŞIYAN (ID - 43575)

sif. Yeşikləri daşıyan (fəhlə, işçi).

YEŞİKLİ (ID - 43576)

sif. Yeşiyi və ya yeşikləri olan. Yeşikli stol.

YEŞİKLİK (ID - 43577)

sif. 1. Yeşiyə yarayan. Yeşiklik taxta.
2. Adətən saylarla - ... yeşiyə yetəcək qədər. Bir yeşiklik taxta.

YETDİK (ID - 43578)

sif. 1. Çatacaq qədər, kifayət edəcək qədər. Bir stəkan çaya yetdik qənd ayırdı. Bir günə yetdik çörək.
2. Çatası, çatmalı olan. Sinəmdə sizə yetdik; Mənim bir az sözüm var. R.Rza.

YETƏN (ID - 43579)

hər yetən - hər kəs, hər adam, hər biri. Hər yetən gözələ gözəl demərəm; Gözəldə bir qeyri əlamət olur. M.P.Vaqif. [Həcər xanım:] Mən Həcərəm, əbrü ətlas geymərəm; Hər yetən gədayə boyun əymərəm. Aşıq Ələsgər....

YETƏR (ID - 43580)

1. sif. Bəs olan, kifayət edən. Bağları yetər qədər üzüm verir. Bütün ilə yetər taxılı var.
Əmr mənasında. Bəsdir, kifayətdir! Yetər, ağlama! Yetər, canım! □ Artıq yetər daha bəsdir, kifayətdir, daha lazım deyil.
Xəbər...

YETƏRLİK (ID - 43581)

sif. Kafilik, bəslik. Bir xəmirə yetərlik unumuz qalmışdır.

YETİK (ID - 43582)

sif. 1. Bələd, tanış, xəbərdar, vaqif, yaxın. Ələsgərəm, mən yetiyəm hər işə; iki könül bir-biriynən barışa. Aşıq Ələsgər. [Sona:] Görmüşəm, sifətdən gözəldir, ancaq təbiətini bilmirəm, anam onlara çox yetikdir. A.Şaiq.
2....

YETİKLİK (ID - 43583)

is. 1. Yetik olma, xəbərdar olma; bələdlik, yaxınlıq.
2. Yetkinlik.

YETİM (ID - 43584)

sif. 1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız. - Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. // Is. mənasında. Yetimə cancan deyən...

YETİMCƏSİNƏ (ID - 43585)

zərf Yetim kimi; zavallıcasına, yazıq-yazıq, məzlum-məzlum, fağırfağır.

YETİMCİYƏZ (ID - 43586)

is. “Yetim”dən oxş.

YETİMÇƏ (ID - 43587)

1. “Yetim”dən kiç. və oxş.
2. is. Bəzən təhqir, söyüş məqamında. Yamacın yetimçəsi mənə qalmayıb, - deyə [Əlləzoğlu] kinli-kinli söylənirdi. İ.Hüseynov.

YETİMÇİLİK (ID - 43588)

bax yetimlik. [Kərim xan] iyirmi yaşı olar-olmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov. Məni yetimçiliklə saxlayıb, adam eləyib kişilər cərgəsinə...

YETİMDAR (ID - 43589)

sif Yetim uşaq saxlayıb böyüdən, yetim uşaq saxlayan. [Murad] Nigarı alacaqdı. Onun yaşının azlığı, özünün yetimdar bir kişi olması əhəmiyyətsiz şeylərdi. S.Hüseyn.

YETİMDARLIQ (ID - 43590)

is. Yetim uşaq saxlayıb böyütmə, yetim uşaq saxlama.

YETİMDOYURAN (ID - 43591)

sif. dan. zar. Yekə, iri (qab, boşqab haqqında). // İs. mənasında. [Almaz:] Bu heç adamın boğazını da yaşlamaz ki, yetimdoyuranı gətir. N.Vəzirov.

YETİMXANA (ID - 43592)

is. Atasız-anasız, kimsəsiz qalmış uşaqlara məxsus xeyriyyə müəssisəsi. Bülənd bütün bunlara baxır, yetimxananı tezliklə yorğan-döşəklə də təmin etmək lazım olduğunu düşünürdü; çünki yetimxananın açılması bundan...

YETİMLƏŞMƏ (ID - 43593)

“Yetimləşmək”dən f.is.

YETİMLƏŞMƏK (ID - 43594)

f Yetim olmaq, ata və ya anası ölmək.

YETİMLİK (ID - 43595)

is. Ata-anası olmayan uşağın halı, vəziyyəti. Yetimlik çəkmək. - Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəllidir. A.Səhhət. Biz ki yetimliklə böyüdük qoşa; Birgə qonaq getdik yara, yoldaşa. S.Vurğun. Durnanın...

YETİM-YESİR (ID - 43596)

top. dan. 1. Atasız-anasız uşaqlar, yetimlər. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq. Ə.Haqverdiyev.
2. məc. Yoxsullar, məzlumlar, evsiz-eşiksizlər. Amma bunu da biliniz, ey mollalar ki günlər dolanar, ..zəmanə...

YETİRİCİ (ID - 43597)

sif. Yetirən, verən, yetişdirən, hasiledici. ..Ziyadə məhsulatyetirici və meyvəcat yetirici yerlərdə əhali elmsizlik cəhətindən fəqir və zillətdə dolanmaqdadırlar. F.Köçərli.

YETİRİLMƏ (ID - 43598)

“Yetirilmək”dən f.is.

YETİRİLMƏK (ID - 43599)

məch. Çatdırılmaq.

YETİRMƏ (ID - 43600)

1. “Yetirmək”dən f.is.
2. is. bax yetişdirmə 2-ci mənada. O, kimin yetirməsidir? - Guya bütün salamabadlılar öz yetirmələrinə məktəb düzəldəcəklər. Mir Cəlal.

YETİRMƏK (ID - 43601)

f . 1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir. - Şah Abbas o saat əmr elədi, lazımi xəbəri fırəng elçilərinə...

YETİŞDİRİLMƏ (ID - 43602)

“Yetişdirilmək”dən f.is.

YETİŞDİRİLMƏK (ID - 43603)

məch. Becərilmək, bəslənib böyüdülmək; vücuda gətirilmək. Bağlarda dadlı meyvələr yetişdirilir. // Tərbiyə edilib meydana gətirilmək, ortaya çıxarılmaq; hazırlanmaq, yaradılmaq. Ali məktəblərimizdə müxtəlif sahələrə...

YETİŞDİRMƏ (ID - 43604)

1. “Yetişdirmək”dən f.is.
2. is. Biri tərəfindən tərbiyə və təhsil verilib yetişdirilmiş adam. Universitetin yetişdirməsi. O, məşhur alimin yetişdirməsidir. Bizim institutun yetişdirməsidir. - Mirzə Valehin yetişdirməsi olan...

YETİŞDİRMƏK (ID - 43605)

f 1. Bax yetirmək. Cavan meyvə ağacları yetişdirmək. Yeni kadrlar yetişdirmək. - Mehriban dindar, əski bir müsəlman ailəsinin tərbiyə edib yetişdirdiyi bir qızdı. S.Hüseyn.
2. Çatışdırmaq, öhdəsindən gəlmək, vaxtında görə...

YETİŞHAYETİŞ (ID - 43606)

is. 1. Çatmaq, yetişmək, yaxınlaşmaq üzrə olma. [Tərlan] kolxoz idarəsinə yetişhayetişdə çevik addımlarla gələn bir nəfərlə qarşılaşdı. M.Hüseyn.
2. Yetişmək, dəymək üzrə olma (meyvələr haqqında).

YETİŞKƏN (ID - 43607)

sif Yaxşı yetişmiş, lap dəymiş. Yetişkən meyvə. // Is. mənasında. Tutun yetişkənlərindən dər.

YETİŞKƏNLİK (ID - 43608)

is. Yetişmiş, dəymiş meyvənin halı.

YETİŞMƏ (ID - 43609)

“Yetişmək”dən f.is.

YETİŞMƏK (ID - 43610)

f . 1. Bir istiqamətdə gedərək nəzərdə tutduğu bir yerə çatmaq, yetmək, varmaq, varid olmaq. Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişər xərmənə. C.Məmmədquluzadə. [Hacı:] Kəndə yetişəndən sonra Almaz uzunboğaz...

YETİŞMİŞ (ID - 43611)

sif 1. Dəymiş, yeməli hala gəlmiş. Yetişmiş meyvə. Yetişmiş üzüm. // işlənmək, yeyilmək, istifadə edilmək üçün hazır olan; gəlmiş. ..Pendir saxlananda onun kazeininin bir hissəsi dönüb piy və ətirli yağ olur ki, belə pendirə...

YETKİN (ID - 43612)

sif. 1. Hər cəhətdən yetişmiş, kamilləşmiş, təcrübəli. Yetkin adam. Yetkin mütəxəssis. Yetkin sənətkar. - Əsgər rayon mərkəzinə yola düşəndə fikirləşir və bu qərara gəlirdi ki, o bir mütəxəssis olaraq hələ yetkin deyil....

YETKİNLƏŞMƏ (ID - 43613)

“Yetkinləşmək”dən f.is.

YETKİNLƏŞMƏK (ID - 43614)

f 1. Yetkin hala gəlmək, təcrübələnmək, kamilləşmək; daha yetkin olmaq.
2. Dəymək, yetişmək (meyvə, taxıl).

YETKİNLİK (ID - 43615)

is. 1. Təcrübəlilik, kamillik. [“Dəli Kür” ] ..əsərin toxumu I.Şıxlının qan yaddaşında həmişə mövcud olub, sadəcə, əlverişli şərait yarananda - oyanıb, Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun sənətkar kimi...

YETMƏ (ID - 43616)

1. “Yetmək”dən f.is.
2. sif. Yetişmiş, yetkin. Gölə cumar yaşılbaşlı sonalar; Əcəb yetmə gözəl bəslər analar. Aşıq Kərəm.

YETMƏK (ID - 43617)

f . 1. Bax yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. - Yetənə yetir, yetməyənə daş atır. (Ata. sözü). Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa;...

YETMİŞ (ID - 43618)

1. Altmış doqquzdan sonra gələn say - 70. Yetmişdə yeddi onluq var. Yetmiş manat. Yetmişə yaxın adam.
2. is. Yetmiş yaş. Yetmişi keçmişdir.

YETMİŞİLLİK (ID - 43619)

1. is. Yetmiş il davam etmiş dövr, ömür. Yetmişilliyini bayram etmək. YetmişiHiyi münasibəti ilə gələn təbriklər. Şairin yetmişilliyi.
2. Sif. mənasında. Yetmiş il davam etmiş, yetmiş il sürmüş. Yetmişillik bir ömür. Məsələnin...

YETMİŞİNCİ (ID - 43620)

“Yetmiş”dən sıra s.

YETMİŞLİK (ID - 43621)

sif. Yetmiş yaşında. Yetmişlik bir qarı.

YETMİŞYAŞLI (ID - 43622)

sif. Yetmiş yaşında olan. Yetmişyaşlı qoca. Yetmişyaşlı qadın.

YEY (ID - 43623)

[qəd. ] bax eyi. Əgərçi bir neçə gün xar zəhmətin çəkdin; Vəli yey oldu gününgündən ey həzar, bu il. Qövsi. Ayrılıqdan ölüm yeydi; Yar həsrəti qəddim əydi. Aşıq Ələsgər.

YEYƏ1 (ID - 43624)

is. Metalı yonmaq, təmizləmək üçün üzəri diş-diş olan polad alət; suvand, törpü. inşaata gələndə yeyəni tutmağı bacarmayan .. ibrahimə ustası mürəkkəb bir hissə göstərdi. Mir Cəlal.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed